İnzibati idarəetmə kafedrası Azərbaycan Respublikasının Dövlət Xidməti və Yerli Özünü İdarəetmə fənnindən test sualları. (500 sual)



Yüklə 0,75 Mb.
səhifə8/9
tarix14.02.2018
ölçüsü0,75 Mb.
1   2   3   4   5   6   7   8   9

379.“Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən Dövlət himni nə vaxt ifa olunur ?

A) müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra ;

B) ümumiyyətlə ifa olunmur ;

C)müvafiq ölkənin Dövlət himni ifa olunmamışdan qabaq;

D) hər iki himn eyni zamanda ifa olunur;

E) hər zaman ifa olunur.



380.“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsinə müvafiq olaraq Azərbaycan dilidir ?

A) 7 ;


B 14;

C) 50;


D) 21;

E) 30.



381.“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci hansı müddətdə baxılmalıdır?

A) 15 gün müddətində.

B) 20 gün müddətində;

C) 7 gün müddətində;

D) 1 ay müddətində;

E) 12 gün müddətində



382. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaş hansı məqsədlə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır?

A) böhtan;

B) ictimai;

C) şəxsi;

D) sorğu

E) işdən çıxarılma



383.“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilib?

A) 10 iyun 1997-ci il;

B) 18 may 2003-cü il;

C) 10 dekabr 2006-cı il;

D) 12 yanvar 2005-ci il.

E) 14 yanvar 2003-cü il



384. AR Milli Məclisinin qəbul etdiyi aktları seçin: 1. Konstitusiya qanunu 2. Fərman 3. Qanun 4. Sərəncam 5. Qərar

A)1,3,5


B)1,2,5

C)1,3,4


D)2,3,4

E)2,4,5


385. Uşaqları hansı fəaliyyətə cəlb etmək qadağandır?

1. Həyatına təhlükə törədə bilən

2. Normal inkişafına təhlükə törədə bilən

3. Sağlamlığına təhlükə törədə bilən

4. Əqli inkişafına təhlükə törədə bilən

5. Mənəviyyatına təhlükə törədə bilən

A)1,3,5

B)1,2,3


C)2,3,4

D)3,4,5


E)1,4,5

386. AR Milli Məclisinin növbədənkənar sessiyalarını AR Milli Məclisinin sədri kimin tələbi əsasında çağırır?

A)AR Prezidentinin və Milli Məclisin 42 deputatının

B)AR Ali Məhkəməsinin Sədrinin

C)AR Baş Prokurorunun

D)Ali Baş Komandanın

E)Mərkəzi Seçki Komissiyasının



387. AR kimlərə siyasi sığınacaq verir?

A)Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə

B)Qaçqın və məcburi köçkünlərə

C)Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin vətəndaşlarına

E)qaçqınlara və əcnəbilərə

388. Azərbaycan Respublikasının sərhədlərinin ümumi uzunluğu nə qədərdir?

A)3472 km

B)Türk dilli ölkələrin vətəndaşlarına

C)3272 km

D)3375 km

E)3148 km



389.“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakilardan hansilar Azərbaycan Respublikası Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlərdir ?

A)Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin binası ;

B)Azərbaycan Respublikasının Prezidenti sarayının və dövlət iqamətgahlarını ;

C)Azərbaycan Respublikası Milli Məclisinin binası ;

D)Azərbaycan Respublikası Nazirlər kabinetinin binasi ;

E)müvafiq icra hakimiyyət binası.


390. Dövlət Qulluqçusunun vəzifəsinə aid deyil?

A) vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq

B) qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçmək

C) başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək

D) etik davranış qaydalarına əməl etməmək

E) dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli



391. Sənəd, nə məqsədilə rəsmiləşdirilir?

A)ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə

B)hüquqi qüvvə verilməsi məqsədilə

C)imzalanması, təsdiq edilməsi və ona möhür vurulması məqsədilə

D)müxtəlif idarə və təşkilatlara göndərmək məqsədilə

E)yuxarida qeyd olunan bütün məqsədlərə görə



392. Kargüzarlıq xidmətinin əsas vəzifələrinə aid deyil:

A) sənədləri icra etmək

B)sənədlərin icra müddətinə nəzarət etmək

C)sənədləri işlər üzrə formalaşdırmaq və arxivə vermək

D) sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək

E)sənədləri göndərmək



393. Dövlət Qulluğunun tərifi aşağıdakı variantların birində düz ifadə olunub?

A)Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi

B)Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının

C)Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində müəyyən bir orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçir

D) Azərbaycan Respublikasının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir

E) Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirməyən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçuların



394. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərdən birinə dair ümumi qaydalar müəyyən edir:

A) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi

B)Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi

C)Bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı

D) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi

E)Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi



395. Gerbin təsvirindən istifadə olunmur:

A) Kargüzarlıq xidmətinin ştampında

B)Parlament qərarlarının blanklarında

C) Azərbaycan Respublikasının Dövlət Möhüründə

D)Azərbaycan Respublikasının vətəndaşlarının pasportunda

E)bütün dövlət orqanlarının möhürlərində



396. Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılmır:

A) Milli Məclisin salonunda

B)Azərbaycan Respublikasının Mərkəzi bankının üzərində

C)Hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə

D)Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində

E) Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətinin binasının üzərində



397. AR Konstitusiyasında sadalanan insan və vətəndaş hüquqları və azadlıqları nəyə uyğun tətbiq edilir?

A)AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə

B)AR-nın tərəfdar çıxdığı beynəlxalq sazişlərə

C)AR-nın tərəfdar çıxdığı protokollara

D)AR-nın tərəfdar çıxdığı aktlara

E)AR Prezidentinin imzaladığı fərmana



398. Hansı hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir?

A) Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə

B)AR Milli Məclisinin qərarı əsasında

C) AR Konstitusiya məhkəməsinin qərarı əsasında

D)Müvafiq dövlət orqanın rəyi əsasında

E)Ali Məhkəmənin qərarı əsasında



399.Kimlərin dövlətdən sosial müavinət almaq hüququ vardır?

A)İşsizlərin

B)Valideynləri

C)Uşaqların

D)Heç kimin

E)Təqaüdçülərin



400. Birləşmək hüququ nədir?

A) İstənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq

B)İstənilən birlik, o cümlədən şəxsi maraqlara xidmət edən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq

C) İstənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai və hərbi birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq

D)İstənilən birlik, o cümlədən siyasi partiya yaratmaq və ya mövcud birliyə daxil olmaq

E)Heç biri

401. AR Dövlət Bayrağının eninin uzunluğuna nisbəti neçədir?

A) 1:2


B)2:1

C) 2:3


D)2:3

E)Ölçüsü məhdud deyil



402. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının neçə faizindən artıq ola bilməz?

A) 15


B)25

C)5


D)10

E) 50


403. Dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən hansı halda məhrum edilir?

A) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda

B) dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə

C)qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə

D)qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə

E)heç bir halda məhrum edilmir



404. Dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi məsələsi aiddir:

A) Dövlət qulluğunun əsas vəzifələrinə

B) Dövlət qulluğunun prinsiplərinə

C)Dövlət qulluqçusunun əsas vəzifələrinə

D)Dövlət qulluqçusunun əsas hüquqlarına

E)Dövlət qulluğunun təminatına



405. Azərbaycan Respublikasının himni nəyin rəmzidir?

A)Müstəqilliyin və birliyin

B)Müstəqilliyin və suverenliyin

C)Birliyin və suverenliyin

D)Xalqın vahidliyinin

E)Xalqının təməlini



406. Aşağıdakılardan biri səhvdir?

A) Maddi vəziyyətindən asılı olaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir

B)Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək.

C)Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

D)Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

E)Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz



407.Bələdiyyənin ictimaiyyətlə əlaqələr bölməsinin fəaliyyətinin əsas məqsədinə aid deyil?

A)Dövlət büdcəsini müzakirə etmək

B)Daimi əsasda əhalini bələdiyyənin siyasətindən və gündəlik fəaliyyətdən xəbərdar etmək

C)İctimaiyyətə hansısa mühüm qərarın qəbul olunmasına qədər onunla əlaqədar öz fikrini bildirmək üçün şərait yaratmaq

D)İctimaiyyəti yerli özünüidarəetmə sisteminin işi barədə maarifləndirmək

E)İnsanlarda vətəndaşlıq qüruru hissini inkişaf etdirmək



408.ABŞ-ın ictimaiyyətlə əlaqələr mütəxəssisləri kütləvi informasiya vasitələri ilə münasibətlərə dair neçə qayda işləyib hazırlamışlar?

A) 8


B) 9

C) 5


D) 6

E) 7


409.Press-reliz nə deməkdir?

A)geniş auditoriyaya ünvalanan və özündə vacib və ya faydalı xəbər yükü daşıyan mətn

B)təşkilatın informasiyalarının yayılması üçün informasiya kanalları kimi istifadə edilən əsas kütləvi informasiya vasitələri barədə məlumat bazası

C)gündəlik xəbərlərdən ibarət daimi əsasda hazırlanan mətn

D)mətbuat üçün nəzərdə tutulmuş toplantı

E)görüntülü xəbər



410. Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı neçənci təsnifat dövlət orqanıdır?

A) 4


B) 1

C) 3


D) 5

E) 6


411. Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparatı neçənci təsnifat dövlət orqanıdır?

A) 1


B) 3

C) 2


D) 4

E) 5


412.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyətinin neçə növü müəyyənləşdirilmişdir?

A) 4;


B) 3;

C) 2;


D) 5;

E) 1;


413.Hakimlər “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə hansı orqana məlumat verir?

A) Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına;

B) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə;

C)Azərbaycan Respublikası Ədliyə Nazirliyinə;

D)Azərbaycan Respublikası Prokurorluğuna.

E) Azərbaycan Respublikası Prezident aparatına



414.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozamalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibli yaratmadıqda bu halda aşağıdakılardan hansı tədbir görülür?

A) onlar inzibati qaydada cərimə edilirlər;

B)onlar intizam məsuliyyətinə cəlb edilirlər;

C)onlar mülki qaydada məsuliyyətə cəlb edilirlər;

D)onlar barəsində heç bir tədbir görülmür.

E)onlar həbs edilirlər



415. .“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyəri kimi nəfinə ödənilir?

A) dövlətin;

B)Respublikanın;

C) vəzifəli şəxsin;

D) Təşkilatın.

E) Bələdiyyənin



416.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa nə vaxt qəbul olunub?

A)13 yanvar 2004-cü il;

B)12 fevral 2002-ci il;

C)26 dekabr 2004-cü il;

D)13 mart 2007-ci il.

E) 10 mart 2005-ci il



417. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kimlərin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır?

A)hər kəsin;

B) ancaq hüquqi şəxslərin;

C) ancaq fiziki şəxslərin;

D) heç kəsin.

E) bələdiyyələrin



418. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsi kimlərin mənafelərinin pozulmasına səbəb olmamalıdır?

A) fiziki və hüquqi şəxslərin;

B) ancaq fiziki şəxslərin;

C) ancaq hüquqi şəxslərin;

D) heç kimin.

E) hər kəsin



419. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanun hansı münasibətləri tənzimləyir?

A) məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri;

B)informasiyanın formalarının müəyyənləşdirilməsi ilə əlaqədar yaranan münasibətləri;

C) informasiya təhlükəsizliyi ilə əlaqədar yaranan münasibətlər;

D) məlumat mübadiləsi ilə əlaqədar yaranan münasibətləri.

E)heç birini



420. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat münasibətlərinin subyektləri kimlərdir?

A) fiziki və hüquqi şəxslər

B) ancaq hüquqi şəxslər;

C) ancaq vəzifəli şəxslər;

D) ancaq fiziki şəxslər;

E) hər kəs



421. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə edilməsi qaydasına görə məlumat neçə yerə bölünür?

A) 2.


B) 4;

C) 5;


D) 3;

E) 6


422. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməsi barədə müqavilə nəyə uyğun bağlanılır?

A) mülki qanunvericiliyə;

B) inzibati qanunvericiliyə;

C) cinayət qanunvericiliyinə;

D) beynəlxalq qanunvericiliyə.

E) heç birinə



423. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi kimin üzərinə düşür?

A) cavabdehin.

B) üçüncü tərəfin;

C)məhkəmələrin;

D) iddiaçının;

E) hüquqi subyektin



424. Məlumat azadlığı haqqında Qanun nə vaxt qəbul edilmişdir?

A)19 iyun 1998-ci il;

B) 15 sentyabr 2003-cü il;

C) 22 avqust 2001-ci il;

D)23 iyun 2002-ci il.

E)21 iyul 2001-ci il



425. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsi ilə təmin edilir?

A) 57;


B) 46;

C) 78;


D) 14.

E) 56


426.“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hansı hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslər vətəndaşları dərhal qəbul etməlidirlər?

A) zəruri hallarda;

B) Ombudsmanın göstərişi ilə;

C) vətəndaşların arzusu ilə;

D) hüquq-mühafizə orqanlarının rəyi əsasında.

E) ictimaiyyətin rəyi əsasında



427. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müraciət nə vaxt baxılmış hesab olunur?

A)müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə.

B) müraciət etmiş şəxsin müraciətinin yazılı cavab verilməsində;

C) vətəndaşın müraciəti aidiyyəti üzrə müvafiq orqana göndərildikdə;

D) müraciət təşkilatda qeydiyyata alındığı andan;

E)Heç biri



428. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı yardımçı vəzifələrin təsnifatı üzrə ən yuxarı ixtisas dərəcəsidir?

A)dövlət qulluğunun baş referenti

B)dövlət qulluğunun böyük referenti

C) dövlət qulluğunun 3-cü dərəcə referenti

D) dövlət qulluğunun kiçik referenti

E) dövlət qulluğunun 1-ci dərəcə referenti



429. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən test imtahanından müvəffəqiyyətlə çıxanlar hansı mərhələyə buraxılırlar

A) söhbət

B) müsahibə

C) müsabiqə

D) sınaq müddətinə

E)təcrübə



430. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müsahibə sənədlərin qəbulu başa qçatdıqdan sonra hansı müddət əzrində keçirilir?

A) 30 gün ərzində

B) 20 gün ərzində

C) 10 gün ərzində

D) 15 gün ərzində

E) 7 gün ərzində



431. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin birinci-beşinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması hansı qaydada həyata keçirilir?

A) yalnız müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə

B) yalnız müsabiqə yolu ilə

C) yalnız müsabiqə və müsahibə yolu ilə

D) yalnız qulluqda yüksəliş yolu ilə

E) test imtahanı ilə



432. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hansı qaydada dövlət qulluqçusu müsahibə və müsabiqə keçmədən digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə keçirilə bilər?

A)həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə

B)müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında

C) maraqlı dövlət orqanının təqdimatı əsasında

D) qanunvericilikdə bu hal nəzərdə tutulmamışdır

E)məhkəmənin qərarı ilə



433. .“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu nəyi müəyyən edir?

A) dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlərini;

B) dövlət orqanlarında

C) dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsinin hüquqi mexanizmlərin;

D) vətəndaşların etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlərini.

E) bələdiyyə orqanlarında korrupsiyanın və dövlət qulluqşularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasının hüquqi mexanizmlərin;



434. .“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanunun kimlərə şamil edilməsi nəzərdə tutulmalıdır?

A)dövlət təşkilatlarında işləyən bütün şəxslərə;

B) yardımçı dövlət qulluqçularına;

C) inzibati vəzifə tutan dövlət qulluqçularına;

D) daimi dövlət qulluğunda işləyən şəxslərə.

E) bələdiyyədə işləyən büten şəxslərə



435.”dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması sahəsində dövlət siyasətini həyata keçirmək” hansı dövlət orqanının vəzifələrinə aiddir?

A) AR Dövlət Əmlakının idarəedilməsi üzrə Dövlət Komitəsinin

B)Ədliyyə Nazirliyinin

C)Səhiyyə Nazirliyinin

D)Fövqəladə Hallar Nazirliyinin

E) AR-nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin



436. “Qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını və dövlət torpaq reyestrini aparmaq” hansı dövlət qurumunun vəzifələrinə aiddir?

A) AR-nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

B) AR Dövlət Əmlakının idarəedilməsi üzrə Dövlət Komitəsinin

C) AR Ədliyyə Nazirliyinin

D)AR Fövqəladə Hallar Nazirliyinin

E)AR Səhiyyə Nazirliyinin



437. AR-nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ”Yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidləri arasında uzunmüddətli istifadə üçün bölüşdürülməsi” barədə hansı dövlət orqanına təkliflər verir

A) AR-nın Nazirlər Kabinetinə

B) AR Ədliyyə Nazirliyinə

C)AR-nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə

D) AR Dövlət Əmlakının idarəedilməsi üzrə Dövlət Komitəsinə

E)AR Kənd Təsərrüfatı Nazirliyinə



438. AR-nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sədrinin neçə müavini vardır və o kim tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir?

A) Komitə sədrinin AR-nın Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır

B) Komitə sədrinin AR-nın Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır

C) Komitə sədrinin AR-nın Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən üç müavini vardır

D) Komitə sədrinin AR-nın Baş Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır

E) Komitə sədrinin AR-nın Milli Məclisi tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır



: user data -> files
files -> Ə.Ə. NƏBİyev, E. N. Dostiyari xurma meyvəSİNDƏn müXTƏLİF ÇEŞİDDƏ Qİda məhsullari istehsali texnologiyasinin təDQİQİ baki “elm” 2010 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti
files -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tarixli saylı əmri ilə dərc olunması üçün qrif verilmişdir
files -> «Mexanika və metallurgiya» kafedrası «ƏMƏk mühafiZƏSİ» fənnindən
files -> Azərbaycan texnologiya universiteti Qİda müHƏNDİSLİYİ VƏ ekspertiza fakultəSİ Qİda müHƏNDİSLİYİ kafedrasi
files -> Azərbaycan Texnologiya Universiteti “Qida və tekistil mühəndisliyi” fakultəsi
files -> TiKİŞ MƏmulatlarinin keyfiYYƏt göSTƏRİCİLƏRİ” FƏnnindən imtahan testləri


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə