İOTİsadiyyatin döVLƏt təNZİMLƏNMƏSİ DÜnya iQTİsadi BÖhraninin səBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ



Yüklə 352,1 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix20.09.2018
ölçüsü352,1 Kb.
#69654
  1   2   3   4   5   6   7   8


«Maliyyə və uçot».-2011.-№6.-S.7-25.

İOTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ

DÜNYA İQTİSADİ BÖHRANININ SƏBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ

Ə.P. Babayev, 

Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə" 

kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor

E-mail:ababayev@ rambler.ru



Açar  sözlər:  İqtisadi  böhran,  daşınmaz  əmlak,  neoklassik  nəzəriyyə,  əmtəə  istehsalı,  qlobal  kapitalizm,

kredit verən, borc götürən



Azərbaycan Dövlət İqtisad Universiteti

Uzun  fasilədən  sonra,  neoklassik  nəzəriyyənin  tərəfdarlarının  yeni  əsrdə  bazar  özünütənzimləmə

mexanizmlərinin  tam  təntənəsi  haqqında  bütün  mülahizələrinə  baxmayaraq,  ilk  dəfə  1929-1933-cü  illərin  "Böyük

durğunluğ"undan sonra ümumdünya maliyyə böhranı baş verdi və tezliklə ümumi (sistem) iqtisadi böhrana çevrildi.

Özü  də  böhran  nə  qədər  qəribə  də  olsa,  normal,  bütün  əsas  səciyyəvi  cəhətlərinə  görə  hələ  on  doqquzuncu  əsrdə

iqtisadi nəzəriyyə (siyasi iqtisad) dərsliklərində təsvir olunmuş adi tsiklik böhrana çox oxşar oldu.

Ümumi  şəkildə  götürdükdə,  istənilən  növ  və  müxtəlif  xüsusiyyətli  iqtisadi  böhran  istehsal  və  istehlak

arasında  tarazlığın  pozulmasıdır.  Kapitalist  bazar  iqtisadiyyatında  o  əmtəə  və  xidmətlər  istehsalı  ilə  tədiyyə

qabiliyyətlli  tələb  arasında  olan  uyğunsuzluqda  öz  əksini  tapır.  Dünya  iqtisadi  böhranları  da,  bazar  təsərrüfat

sistemində  istehsal  və  istehlak,  tələb  və  təklif  arasında  tarazlığın  pozulması kimi,  vaxtaşırı tsiklik  sabitliklə  baş

verirlər. 1857-ci ildə baş vermiş ilk dünya iqtisadi böhranından başlayaraq ötən yüz əlli dörd il ərzində indiyə qədər

20-yə  yaxın dünya  böhranı baş  vermişdir. 2007-ci  ildə  ABŞ-ın iqtisadiyyatında, konkret  olaraq  ipoteka  bazarında

start götürmüş müasir böhran, qısa bir dövrdə sürətlə inkişaf edərək, infeksiya virusunun hərəkətlərini xatırladaraq

başqa sahələrə sirayət etməyə başladı. Zədələmə qabiliyyəti nəzərə alınmaqla o, artıq iqtisadiyyatın real bölməsində

istehsalın  kəskin  aşağı  düşməsi,  kreditləmənin  həcmlərinin  azaldılması  və  şərtlərinin  sərtləşdirilməsi,  şirkətlərin

kapitallaşmasının  kəskin  şəkildə  aşağı düşməsi,  fond  əmsallarının  kəskin  aşağı düşməsi,  büdcə  kəsirinin  artması,

məşğulluğun aşağı düşməsi, istehsalçı qiymətlərinin aşağı düşməsi  və  nəhayət,  istehlak  xərclərinin  azaldılması və

digər  neqativ  təzahürlərlə  birgə,  tam  miqyaslı  iqtisadi  böhrana  çevrilmək  ehtimalı  ilə  dünya  maliyyə  böhranı

qismində  kifayət  qədər  tez  sürət  yığdı.  Hazırkı böhranın  xüsusiyyəti  ondadır  ki,  o  yalnız  iqtisadiyyatın  maliyyə

subyektlərinin  fəaliyyətini  deyil,  həm  də  Amerikada,  Qərbi  Avropada,  Yaponiyada  resessiyaya  səbəb  olaraq,  bir

çox  digər  ölkələrdə  ayrı-ayrı  sahələrinin  və  bölmələrin  azalmasında,  inkişaf  etməkdə  olan  ölkələrdə  ictimai

istehsalın  artımının  kəskin  aşağı düşməsində  öz  əksini  taparaq  cəmiyyətin  iqtisadi  fəaliyyəti  ilə  bağlı olan  bütün

institutları daxil olmaqla iqtisadiyyatı tam əhatə edir. İqtisadi böhran praktiki olaraq, demək olar hər yerdə işsizliyin

artması,  əhalinin  əksər  hissəsinin  real  gəlirlərinin  azalması,  mənzil  tikintisinin  aşağı  düşməsi  ilə  əlaqədar  sosial

böhrana səbəb oldu.

Müasir  iqtisadi  böhranı bir  çox  iqtisadçılar  İkinci  Dünya  müharibəsindən  sonrakı dövrün  ən  dərin  böhranı

hesab  edirlər.  Hazırkı  böhran  artıq  bir  çox  dövlət  xadimləri  və  alimlər  tərəfindən  müasir  dünya  qaydalarına  və

müasir iqtisadi sistemlər haqqında təsəvvürlərə təsir edən unikal hadisə kimi dəyərləndirilmişdir. "Hazırda ölkələr

və kontinentləri sarsıdan qlobal dünya böhranı bəşəriyyətin indiyə qədər görmədiyi xüsusi hadisədir. O, birmənalı

şəkildə  dünya  tarixində  analoqu  olmayan  və  dünya  qaydalarını,  bütün  iqtisadi  zəminləri  kökündən  dəyişən

hadisələrə aiddir. Buna görə də onun təhlili, dərki və aradan qaldırılmasına bütün köhnə ehkamlan və stereotipləri

dəyişən  qeyri-ənənəvi  yanaşma  lazımdır"  [1].  2009cu  ilin  yanvarın  8-də  Parisdə  Avropa  dövlətlərinin  başçıları

«Yeni dünya yeni kapitalizm» mövzusunda kollokviuma toplaşmışdılar və orada kapitalizmin böhrana səbəb olmuş

qüsurlarından  söhbət  açılmışdı.  Fransanın  prezidenti  N.  Sarkozi  kapitalizmi  qazanc  və  pul  hərisliyinə,  əməyi

istismara,  mənəviyyatdan  uzaq  hər  bir  vasitəni  yaxşı  hesab  edən  hədsiz  möhtəkirliyə  görə  marksizmdən  də  artıq

kəskin  tənqid  atəşinə  tutdu.  Kollokviumun  leytmotivi  müasir  cəmiyyətin  yenidənqurulmasının  zəruriliyini  etiraf

etmək oldu. ABŞ prezidenti Barak Obama da bu mövzudan yan  keçmədi.  Özünün  inaqurasiya  nitqində  o  dedi  ki,

«hazırkı  böhran  bizə  xatırlatdı  ki,  diqqətlə  nəzarət  edilməsə,  bazar  nəzarət  altından  çıxa  bilər  və  ölkə  ön  plana

varlıların  maraqlarını  qoyursa,  onun  bolluğu  etibarlı  ola  bilməz».  Müasir  böhranın  bütün  dünya  üçün  xüsusi

əhəmiyyət  kəsb  etməsi  ideyası  biznes  elitasının  ən  görkəmli  nümayəndələri  tərəfindən  də  inkişaf  etdirilir.  Corc

Sorosun böhranın roluna verdiyi qiymət xeyli əlamətdardır. O yazır: "Bu qətiyyən adəti biznes vəziyyəti deyil. Bu

bütöv bir dövrün  sonudur"  [2].  Bu  müddəanın  əsaslandırılması onda  belə  bir  fikirlə  bağlıdır  ki,  "səhv təsəvvürlər

yalnız maliyyə bazarının əsasında deyil, həm də bütün sosial quruluşun əsasında durur" [3].

İndiki  böhran,  qeyd  edildiyi  kimi,  ABŞ-da  yaranıb,  oradan  da  bütün  dünyaya  yayılmışdır.  Sual  olunur:  nə

üçün ilk nəzərdən bir ölkənin daxili iqtisadi problemi olan iqtisadi böhran, dünyanın bütün ölkələrini əhatə etməklə,

bütün  dünyanın  probleminə  çevrildi?  Bunun  səbəbi,  görünür,  Amerika  Birləşmiş  Ştatlarının  dünya  ÜDM-nun




Yüklə 352,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə