İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə52/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   48   49   50   51   52   53   54   55   ...   76

AZƏRBAYCAN UNİVERSİTETİ
125

İPƏK YOLU 

1/2017
Məlumat üçün qeyd etməliyik ki, 2014-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu Azər-
baycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (Trans-Adri-
atik Pipeline (TAP) seçdiyini bəyan etmişdir. TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin
(Bakı-Tbilisi-Ərzurum)  və  Trans-Anadolu  Qaz  Kəmərinin  (TANAP)  davamı  olaraq
"Şahdəniz-2"  yatağındakı  qazın Yunanıstan  və Albaniya  vasitəsilə  - Adriatik  dənizi  ilə
İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin
mərhələdə ildə 10 milyard, daha sonra 20 milyard kubmetrə yaxın qazın nəqli proqnoz -
laşdırılır. Ümumiyyətlə, TAP-ın reallaşması Azərbaycanın "Şahdəniz", "Ümid", "Abşeron",
"Alov", "İnam" və digər zəngin yataqlarından hasil olunan təbii qazın Avropaya nəqlinə
imkan verəcək nəhəng kommunikasiya infrastrukturunun yaradılması deməkdir. Layihə
Xəzər regionu ölkələrinin də enerji əməkdaşlığı üçün geniş imkanlar açır.
Azərbaycan 2013-cü il sentyabrın 18-də "Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək
təbii qazın Avropaya satışını nəzərdə tutan tarixi sazişdən əlavə dekabrın 17-də "Şahdəniz"
layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişini imzalamışdır. Bu saziş müasir
dünyanın enerji xəritəsində özünün strateji rolu və yerinə görə seçilməklə bərabər, digər
mühüm transenerji şəbəkələrinin gerçəkləşməsinə də ciddi  zəmin yaratmışdır.
"Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı
geoiqtisadi əhəmiyyətinə, dünya enerji mühiti üçün ağırlıq mərkəzinə görə "Əsrin müqa -
viləsi"nin ən mühüm komponenti kimi qiymətləndirilir. Layihə Azərbaycan və Gürcüstan
ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-
Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına
təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun
qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda yeni
texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur.
Prezident  İlham  Əliyev  "Şahdəniz-2"  üzrə  yekun  investisiya  qərarının  imzalanması
mərasimində bu tarixi hadisə ilə bağlı demişdir: "2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı
arasında strateji enerji əməkdaşlığa dair memorandum imzalanmışdır. Bu da öz növbəsində
ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchiza-
tının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Trans-Anadolu boru kəməri
-  TANAP-a  dair  tarixi  saziş  imzalamışıq.  Bu  il  isə  TAP  layihəsi  əsas  ixrac  marşrutu
seçilmişdi. Nəhayət, bu gün biz "Şahdəniz-2" yekun investisiya qərarını imzalayırıq... Bu
layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları
bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablamalarımıza görə Azər-
baycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir".
Beləliklə, TANAP layihəsi regionda qarşılıqlı əməkdaşlığın növbəti təzahürüdür. Bu, iki
qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin birgə səyi və gücü ilə  reallaşdırılacaq daha
bir  enerji layihəsidir. Gələcəkdə Azərbaycan qazını Türkiyə vasitəsilə dünya bazarına çıxara-
caq Trans-Anadolu boru kəməri hər iki ölkənin  iqtisadi vəziyyətinin daha da  yaxşılaşdırıl-
masına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də  möhkəmləndirilməsinə səbəb
olacaq. Bununla da, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni mərhələ
başlanacaq. Eyni zamanda, TANAP layihəsi dünyada enerji təhlükəsizliyinin təmin olun-



İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
126
masında, Cənubi Qafqazın, o cümlədən Xəzər hövzəsində Azərbaycanın Türkiyə və Gürcüs-
tan, Tükmənistan və digər ölkələrin əməkdaşlıq sahəsinin genişləndirilməsinə, dünyada qaz
ixracı marşrutlarının şaxələndirilməsinə, qaz bazarlarına daha çox maye qazın çıxarılmasına
və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verəcəkdir. TANAP
layihəsi, həmçinin Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yarada-
caq. Belə ki, gələcəkdə Qazaxıstan və Türkmənistan bu layihəyə qoşulmaqla Azərbaycan
həm də qaz nəqlində tranzit ölkəyə çevrilmək imkanı əldə edəcəkdir [7].
Layihənin geosiyasi əhəmiyyəti:
TANAP-ın gələcək perspektivləri xüsusilə ümidvericidir. Bu boru xətti vasitəsilə daha çox
qaz nəqli həyata keçirmək mümkündür.  Belə ki, bu xəttin köməyi ilə böyük ərəb qazının
Türkiyə vasitəsilə Avropaya çatdırılması gələcək perspektivlərdəndir. Həmçinin kəmərin
keçiricilik qabiliyyətinin ildə 32 mlrd kub m.-ə çatdırılması mümkündür [8].
Bu layihəylə bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, idxalçı ölkələrin irəli
sürdüyü digər layihə - Nabukko layihəsi - həm siyasi, həm də iqtisadi təzyiqlərə görə iflasa
uğradı. Bəzi siyasi ekspertlərin bunu Rusiyanın təzyiqləri ilə əlaqələndirsə də, lakin burada
digər məqamlar var: mövcud iqtisadi böhran nəticəsində Yunanıstan və İtaliyada iqtisadi ge -
riləmə və işsizlərin sayının durmadan artması müşahidə olunur. Yunanıstanın ümumi daxili
məhsulundan 2013-cü ildə 6%, İtaliyada isə 7% olmuşdur. Yunanıstandan işsizlik 2013-cü
ilin mart ayına 26.8%, İtaliyada isə 2010-cu illə müqayisədə təqribən 2% artaraq 11.40% ol-
muşdur. Hazırda İtaliyada böhranın qarşısının alınması üçün geniş islahatlar aparılır. Bəzi
ekspertlər qeyd edirlər ki, İtaliya böhrandan artıq çıxmışdır və ÜMM defisit 2%-ə enmişdir.
Amma bu, inandırıcı deyil. Çünki Avropa Birliyinin gələcək taleyi, böhrandan daha çox
əziyyət çəkən Yunanıstan, İtaliya kimi dövlətlərin iqtisadi stabilliyinin bərpası və işsizliyin
aradan qaldırılması ilə müəyyən olunacaq. Bu baxımdan TANAP layihəsi Avropa Birliyi
ölkələrinin də maraqlarını da əks etdirir. Burada əsas məqsəd Avropa Birliyinin böhran üçün
ən həssas olan ölkələrin iqtisadiyyatlarını bərpa etməyə şərait yaratmaqdır. Bu da prinsip
etibarı ilə Avropa Birliyi dövlətlərindən ayrılan pul hesabına deyil, xarici investisiyalar, xü-
susilə də, iqtisadi inkişafın əsas dayaqlarından enerji layihələri hesabına təmin ediləcək. Eyni
zamanda bir çox iqtisadi problemlərin həllini özündə ehtiva edəcəkdir. İlk növbədə İtaliya,
Yunanıstan və iqtisadi cəhətdən az inkişaf etmiş Albaniyada dərinləşən iqtisadi və siyasi
böhranın qarşısını almaqla yanaşı enerji resursları ilə çalışan şirkətlərin genişlənməsinə, daxili
bazarda  baha  başa  gələn  qazın  qiymətinin  aşağı  salınmasına  gətirib  çıxaracaqdır.  Digər
tərəfdən layihənin icraçı enerji şirkətlərinin ölkələrinin Norveç, Almaniya, İsveçrə, sonra da
Birləşmiş Krallıq, Fransa və Belçikadan olması məsələnin əhəmiyyətini daha da artırır. Azər-
baycan qazının sonuncu idxalçı ölkəsinin İtaliya və Yunanıstan yox, Cənubi, Qərbi və Şimali
Avropanı da əhatə edəcəyi aşkardır. Yunanıstan, Albaniya və İtaliyanın bu böyük layihədə
əsas rolu tranzit ölkə olmaqlarıdır. Artıq Belçikadan olan Fluksis şirkətinin İtaliyanın şi-
malında İtaliya, İsveçrə, Fransa və Almaniyanı birləşdirən Tranzitqaz və TENP qaz kəmər-
lərinin mövcudluğunu Şahdəniz və gələcəkdə Türkmənistan qazının əsas idxalçı dövlətlərinin
hansı ölkələrin olacağını müəyyən etmək o qədər də çətin deyildir. Həmçinin bu kəmər
Avropa bazarlarına daha təhlükəsiz və qısa yol hesab olunur [9].


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə