İPƏK YOLU, No.1, 2018, səh.154-160
154
REGİONAL KLASTERLƏRİN FƏALİYYƏT GÖSTƏRİCİLƏRİNİN
QİYMƏTLƏNDİRİLMƏSİNİN METODOLOJİ ASPEKTLƏRİ
Qəzənfər Suleymanov, Ülviyyə Hüseynova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan
e-mail:
ulviyye.huseynova.80@mail.ru
Xülasə. Məqalədə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsində
istifadə edilən regional klasterlərin xarakteristik cəhətləri tədqiq edilir. Bu
məqsədlə,
məqalədə
beynəlxalq
tədqiqatlara
əsaslanaraq klaster
yanaşmasının metodoloji əsasları təhlil olunur. Məqalədə, eyni zamanda
regional klasterləşmənin istifadəsinin üstünlükləri və səmərəlilik
göstəriciləri də elmi cəhətdən əsaslandırılır.
Açar sözlər: klaster, səmərəlilik, şirkət, biznes.
METHODOLOGICAL ASPECTS OF
ESTIMATION OF EFFICIENCY OF
REGIONAL CLUSTERS
Gazanfar Suleymanov, Ulviya Huseynova
Azerbaijan State Oil and Industrial University,
Baku, Azerbaijan
Abstract. In the paper the characteristic aspects of
regional clusters used for effective organization
and management of entrepreneurship activity are
investigated. For this purpose the paper analyzes
methodological theories of clustered approach,
based on the international researches. The paper
also gives scientific basis for advantage and
efficiency of the regional clustering.
Keywords:
clusters,
efficiency,
company,
business.
МЕТОДОЛОГИЧЕСКИЕ ПОДХОДЫ К
ОЦЕНКЕ ЭФФЕКТИВНОСТИ
РЕГИОНАЛЬНЫХ КЛАСТЕРОВ
Газанфар Сулейманов, Ульвия Гусейнова
Азербайджанский Государственный Университет
Нефти и Промышленности, Баку, Азербайджан
Резюме. В статье рассматриваются характерные
аспекты региональных кластеров, используе-
мых для эффективной организации и управ-
ления предпринимательской деятельностью. С
этой целью в статье анализируются методоло-
гические основы кластерного подхода на основе
международных исследований. В статье также
научно обоснованы преимущества и эффектив-
ность использования региональной кластери-
зации.
Ключевые cлова: кластер, эффективность
,
ком-
пания, бизнес.
1.
Giriş
Regionun iqtisadi sistemində regional klasterlərin rolu və mahiyyətinin dərk
olunması üçün təşkilatların klaster və sahə yanaşmalarını müqayisəli şəkildə təhlil ediməsi
zərurəti yaranır. Təhlillər göstərir ki, klaster yanaşmasında sahə yanaşmasının qüsurlarını
aradan qaldırmaq mümkündür. Bununla da, iqtisadiyyatın qloballaşması kontekstində
regionunrə qabətqabiliyyətliliyi təmin olunur.
Klasterlərin yaradılmasının aktuallığı dövlətin, biznes və elm sahələri arasında
əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədardır. Klasterin bütün iştirakçıları hüdudların
səmərəliliyi və sinerji əsasında əlavə rəqabət üstünlüklər əldə etmiş olurlar.
Q. SULEYMANOV, Ü. HÜSEYNOVA: REGİONAL KLASTERLƏRİN FƏALİYYƏT GÖSTƏRİCİLƏRİNİN…
155
Onların qarşılıqlı təsir mexanizmi aşağıdakı kimidir: klasterin az mənfəətlə çalışan
hissələri klasterdaxili ixtisaslaşmalarla əmək məhsuldarlığının yüksəldilməsi və məhsulun
maya dəyərinin aşağı düşməsinə nail ola bilirlər [1].
2.
Klasterlərin yaradılmasının əsas məqsədləri
Bu məqsədlərə daxildir:
-Klaster iştirakçılarının yeni texnologiyaların tətbiq olunması ilə rəqabətqabiliy-
yətliliyinin yüksəldilməsi;
-Keyfiyyətə, logistikaya, informasiya texnologiyalarına olan tələb və yanaşmaların
unifikasiyası əsasında məsrəflərin azaldılması və elm tutumlu xidmətlərin keyfiyyətinin
yüksəldilməsi;
-Məşğulluğun təmin olunması;
-Klaster iştirakçılarının maraqlarının müxtəlif təşkilatlarda qorunması üçün
lobbiləşdirmənin möhkəmləndirilməsi.
Qloballaşdırma şəraitində yüksək rəqabətqabiliyyətliliyi ayrı-ayrı şirkətlər deyil, bir
biri ilə sıx qarşılıqlı əlaqədə olan təsərrüfat subyektlərindən ibarət klasterlər təmin edə
bilərlər.
Klasterlərdə kritik kütlənin yaranması sonradan yeni şirkətlərin, investisiyaların,
tədarükçülərin cəlb edilməsinə, peşəkar kadrların hazırlanmasına səbəb olur.
V.P. Tretyak da klasterlərin sosial iqtisadi funksiyalarını müəyyənləşdirərkən eyni
fikirdədir: klasterlərin müvvəffəqiyyətlə fəaliyyət göstərməsi kiçik biznesdə çalışan insanların
iş yerlərinin saxlanılması üçün təminat verir. Bu isə o deməkdir ki, vergi bazası saxlanılır,
işsizlik üzrə ödənişlər azalır [1].
M. Porter yuxarıda göstərilən ehtimalları qloballaşdırır və sahibkarlıq mühitinin
yaxşılaşdırılmasında, ixracın artırılmasında, investisiyaların cəlb edilməsində klasterlərə
pozitiv rol ayırır.
T.V. Çıxan klasterlərin iqtisadi rolunda ölkənin beynəlxalq rəqabətqabiliyytliliyinin
yüksəldilməsini xüsusi qeyd edir: hər hansı bir ölkənin iqtisadiyyatında klasterlərə daxili
artıma başlanğıc nöqtəsi kimi baxılır. Klasterlərin inteqrasiya funskiyası da qeyd olunmalıdır.
Klasterlərin mərkəzi adətən bir neçə güclü şirkət ola bilər. Bu zaman onlar arasında eyni
zamanda rəqabət də qala bilər. Burada önəmli olan təsərrüfat həyatının perspektivli, elm
tutumlu sahələrinə stimullaşdırıcı mexanizmlərin saxlanılması ilə resursların cəlb edilməsidir
(Cədvəl 1).
Klasterlərin formalaşdırılmasında əsas stimul, klaster birliyinə daxil olan
müəssisələrin təsərrüfat göstəricilərinin yaxşılaşmasıdır.
Klasterlərə daxil olan müəssisələrin əldə etdikləri üstünlüklər birlikdə mövcud
innovasiya potensialının imkanları ilə əlaqədardır. Çünki klasterlər şirkətlərin üstünlüklərini
aşağıdakı faktorlar əsasında qaldıra bilirlər: səmərəli ixtisaslaşma və əmək bölgüsü, məsələn
xammalın alınması və müştərək marketinq araşdırmalarının keçirilməsi; texnologiyalardan,
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
156
ixtisaslaşdırılmış işçi qüvvəsindən, informasiyalardan istifadə olunması imkanları; biznes
xidmətləri; peşə, maliyyə və digər xidmətləri göstərən infrastrukturun təkmilləşdirilməsi.
İkincisi klasterlər alıcıların tələblərinə daha çevik cavab verə bildikləri üçün innovasiya və
istehsal artımına əlverişli şərait yaradırlar.
Cədvəl 1. Biznesin təşkilində klaster və sahə yanaşmasının müqayisəsi
Müqayisə
parametrləri
Кlaster
Sahə
Qarşılıqlı əlaqə
Möhkəm və mütəhərrik qarşılıqlı
əlaqələr. Qarşılıqlı əlaqədə olan
şirkətlərin dayanıqlı birliyi
Iştirakçıların muxtariyyəti, bir-birinin
uğurundan asılı olmamağı
İqtisadi maraq
Mütləq mənfəətin əldə olunması marağı,
klasterin rəqabətqabiliyyətliliyinin
yüksəldilməsi
Müəssisə və təşkilatların ümumi
maraqlarının olmamağı
Korporativ
mədəniyyət
Qarşılıqlı əlaqədə olan təşkilatlar tərəfindən
müəyyən korporativ mədəniyyət
formalaşdırılmışdır. İnformasiyanın,
təcrübənin, müştərək təhsilın təşkili və s.
Ümumi dəyər, davranış nümunələri,
informasiya mübadiləsi qaydalarının yox-
luğu, transaksiya xərcləri yüksəkdir
Əmək bazarı
İş qüvvəsinin yüksək mobilliyi
Iş qüvvəsinin aşağı səviyyədə mobilliyi
Uzunmüddətli
əməkdaşlıq
Rəqabət üstünlüklərinin əldə olunması üçün
qarşılıqlı əlaqə. Klasterin gələcəyinə ümumi
baxış (ümumi strateji məqsədlər)
Daimi əsaslar üzərində əməkdaşlıqların
qurulmamağı adətən qısa müddətli və tək
bir hal üçün əməkdaşlıqlar
İnformasiyanın
rolu
Klasterlərin formalaşmasında önəmli yer
klasterə daxil olan şirkətlər arasında
informasiya mübadiləsinin
olması,transaksiya xərclərinin aşağı
düşməsidir.
Müxtəlif müəssisələrin əməkdaşları
arasında ümumi informasiya axınının
yoxluğu
Sərhədlər
lokallaşdırma
Coğrafi kompaktlığın yoxluğu
Elmi texniki
tərəqqi
ETT layihələrinin nailiyyətlərinin müştərək
istifadəsi
ETT-nin təmin olunmasında aparıcı rol iri
şirkətlərə məxsusdur
Qarşılıqlı əlaqə
formaları
Rəqabət və kooperasiya prinsiplərinin
uzlaşması
Yerli bazarda rəqabət mübarizəsi,
kooperasiya əlaqələrinin yoxluğu
Burada həmçinin yeni üsullar, texnologiyalar, tədarüklər və məsrəflərin azaldılması
haqqında eksperimentlər haqqında informasiyalar xüsusi əhəmiyyət kəsb edir. Üçüncüsü
klasterlər yeni biznesin formalaşması prosesini stimullaşdırır və yüngülləşdirir, innovasiyaları
dəstəkləyir. Bütün bunlar isə öz növbəsində klasterlərin genişlənməsinə səbəb olur: müvafiq
olaraq vençur kapitalından daha geniş istifadə olunur, müəssisələr sürətlə inkişaf edirlər [4].
Klaster daxilindəki əlaqələr bir-birini tamalayan vərdişlərin, texnologiyaların,
subsidiyaların yaranmasına səbəb olur, bütün bunlarla isə rəqabətədavamlı olmayan şirkətlər
daha iri əməliyyatlarda iştirak edə bilirlər. Hakimiyyət orqanları üçün də klasterlər müəyyən
Q. SULEYMANOV, Ü. HÜSEYNOVA: REGİONAL KLASTERLƏRİN FƏALİYYƏT GÖSTƏRİCİLƏRİNİN…
157
üstünlükləri ilə diqqəti cəkirlər. Çünki klasterlər müxtəlif sahələrə aid kompleks və sistemli
şəkildə ayrı-ayrı müəssisələr qrupunda vəziyyətin nəzərdən keçirilməsinə imkan yaradırlar.
Deyilənlərlə yanaşı, klaster yanaşması klaster inkişaf strategiyasının bşalıca qayəsini təşkil
edir. Klaster təşəbbüsləri biznes liderləri tərəfindən irəli sürülür və onların uğurla
reallaşdırılması təmin olunmuşdur. Bu yanaşma yerli biznesin rəqabətqabiliyyətliliyinin
yüksəlməsinə, regional hakimiyyət strukturarının həyata keçirdikləri siyasətin səmərəliliyinin
artmasına imkan yaradır. Klasterə daxil olan müəssisələr qarşılıqlı olaraq mənfəətlərin əldə
olunması üçün birləşirlər, onlardan hər biri ümumi razılıqlar əsasında müəyyən funksiyaları
yerinə yetirirlər. Klasterlərin əsas vəzifəsi iştirakçıların bir birinə qarşılıqlı təsirinin
optimallaşdırılmasıdır ki, məhz bununla da səmərəlilik göstəriciləri yüksəlir [6, s.121,126].
Səmərəlilik dedikdə klasterə daxil olan iştirakçıların bir bütöv halında birgə
fəaliyyətlərinin məhsuldarlığı başa düşülür. Birgə fəaliyyətin məhsuldarlığı klaster
iştirakçılarının fərdi səmərəliliyinin sinergetik effektlərlə nisbəti əsasında yaranır. Hər bir
iştirakçı arxayın olmalıdır ki, klaster daxilindəki müştərək fəaliyyət onlar üçün sərfəlidir,
sinergetik effektlərin ədaləti bölgüsü baş verəcəkdir. Əks təqdirdə heç kimi klaster birliyinə
daxil olmağa məcbur etmək olmaz. İştirakçılar üçün regional klasterlərin formalaşdırılmasının
üstünlükləri aşağıdakı cədvəldə verilmişdir.
Klasterə daxil olmasına üstünlük verilən təşkilatlar arasında qarşılıqlı əlaqələr qraflar
nəzəriyyəsi istifadə olunmaqla qiymətləndirilə bilər. Regional klasterlərin səmərəli inkişaf
etməsi təşkilatlardan və iştirakçıların bir-birinə qarşılıqlı təsirindən asılıdır.
Regional klasterlərin yaradılmasının səmərəliliyi qiymətləndirilərkən bir məsələyə
xüsusi diqqət yetirmək lazımdır ki, regional klasterlərin yaradılması regionun inkişafına və
iştirakçılarına necə təsir götərəcəkdir [4].
Regional klasterin iqtisadi inkişafa təsirini birbaşa və multiplikativ təsirlərə ayırmaq
olar. Bu bölgü tamamilə şərtidir, lakin eyni zamanda regional klasterlərin yaradılması
layihələrinin reallaşdırılmasının gedişatında bütün effektlərin dəqiq nəzərə alınmasına imkan
yaradır.
Birbaşa effektlərə maya dəyərinin aşağı düşməsi daxildir, bu isə öz növbəsində
istehsalın həcminin artmasına və müvafiq olaraq mənfəətin artmasına səbəb olur. Müəssisələr
tərəfindən buraxılan Ümumi Məhsulun artımı Ümumi Regional Məhsulun da artmasına səbəb
olur. Vergi ödənişlərinin artması əsas vəsaitlərin (əsasən vergi), klaster müəssisələrinin
gəlirlərinin (gəlir vergisi) artması nəticəsində baş verir.
Multiplikativ effekt region ərazisində regiondan kənar istehsalın inkişaf etdirilməsi ilə
əlaqədardır. Bu isə o deməkdir ki, formalaşmaqda olan klasterdə investisiyanın həcmi təkcə
bu klasterdə deyil, iqtisadiyyatın digər sektorlarında da istehlak və gəlirlərin artmasına səbəb
olur. Gəlirin istehlak edilən hissəsi hər nə qədər çoxdursa multiplikativ effektə daha
uzunmüddətli və güclü təsir edəcəkdir [5].
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
158
Cədvəl 2. Regional klasterlərin iştirakçıları üçün üstünlüklər
Multiplikativ effekt klasterə daxil olan və olmayan şirkətlərdən büdcəyə bütün
səviyyələrdə vergi və qeyri vergi daxilolmalarının artımında da özünü biruzə verəcəkdir.
Klasterlərin fəaliyyət göstərməsinin effektlərinin birbaşa qiymətləndirilməsi zamanı
aşağıdakı özünəməxsus xüsusiyyətləri də nəzərə almaq lazımdır:
-klasterlərin tərkibinə görə sistemli və sinergetik səmərəlilik xüsusiyyətləri vardır,
burada birləşmə effekti hər bir iştirakçının ayrı-ayrılıqda effektlərindən üstündür; hər bir
iştirakçının səmərəliliyinin qiymətləndirilməsi (fəaliyyətdə olan istehsal güclərindən istifadə
olunması məhsuldarlığındakı dəyişikliklər) tələb olunur.
Regional klasterlərin inkişafında artan dinamika planlaşdırma və formalaşdırma
mərhələsindən sonra nəticələrin qiymətləndirilməsini tələb edir. Regional klasterlərin
səmərəliliyi ilə əlaqədar nəticələrin qiymətləndirilməsi zamanı aşağıdakı yanaşmalardan
istifadə etmək lazımdır:
transaksiya xərclərinin təhlili;
rəqabət üstünlüklərinin təhlili;
investisiya layihələrinin təhlili;
iştirakçıların fəaliyyətinin maliyyə göstəricilərinin təhlili.
Klasterlərin səmərəliliyinin qiymətləndirilməsi yanaşmasına uyğun olaraq transaksiya
məsrəfləri təhlil olunur. Bu xərclər şirkətlər arasında qarşılıqlı əlaqəni müəyyənləşdirən əsas
faktordur. Transaksiya xərcləri artdıqca şirkətlərin klasterlərdə birləşməsi stimulu artır.
Burada səmərəliliyin əsas göstəricisi qənaətin əldə olunmasıdır. Qənaətin əldə edilməsinin
İştirakçılar
Üstünlüklər
Müəssisələr
Təsərrüfat müstəqillyinin saxlanılması. Sahənin digər müəssisələri ilə
müqayisədə klaster müəssisələrində istehsal -təsərrüfat fəaliyyətinin
yaxşılaşması (rentabellik, fondverimlilik, əmək məhsuldarlığı və s.)
Xərclərin azalması (nəqliyyat, transaksiya) kadrların ixtisas hazırlığı
səviyyəsinin yüksəlməsi, istehsal etdiyi məhsullar üzrə müəssisələrin
rəqabətqabiliyyətliliyinin yüksəlməsi. Elmi tədqiqatların aparılması üçün
infrastrukturun yaradılması, texnologiyaların mübadiləsi, xarici bazarlara
çıxış imkanları
Dövlət idarəetmə orqanları
Vergi daxilolmaları nəticəsində büdcə gəlirlərinin artması.
Əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi, işsizlik üzrə ödənişlərin
azaldılması, regionun rəqabətqabiliyyətliliyinin yüksəlməsi, regionun
innovasiya cəlbedciliyinin artması, investisiya axınları
Elmi idarələr
Iri investisiya layihələrində iştirak edə bilmək imkanı, layihə
sənədləşdirilməsində yerinə yetirilən işlərə görə əmək haqqlarının verilməsi,
kadrların ixtisas hazırlığı səviyyəsinin yüksəlməsi
Maliyyə-kredit təşkilatları
Investisiya layihələrində iştirak edə bilmək imkanı, layihələrdəki yardımçı
işlər üçün kreditlərin verilməsi, əlavə gəlirlərin əldə edilməsi
Q. SULEYMANOV, Ü. HÜSEYNOVA: REGİONAL KLASTERLƏRİN FƏALİYYƏT GÖSTƏRİCİLƏRİNİN…
159
müəyyənləşdirilməsi isə klasterlərin formalaşmasına qədər və sonrakı dövrlərdə transaksiya
xərclərinin müqayisəsi nəticəsində məlum olur.
Klasterlərin səmərəliliyinin təhlilində göstərilən yanaşmanın istifadə olunması
müəyyən problemlərlə müşayət olunur. Transaksiya məsrəflərində qənaət olunması zamanı
əldə edilən məcmu effekti müəyyənləşdirmək çətindir. Bu isə kəmiyyət göstəricilərinin
qiymətləndirilməsi mümkün olmayan spesifik aktivlərlə əlaqədardır.
Digər üsul rəqabət üstünlüklərinə əsasən regional klasterlərin səmərəliliyinin
qiymətləndirilməsidir. Burada başlıca olaraq rəqabət üstünlükləri müqayisə olunur. Bu
üstünlüklər müəssisələrin klasterlərə birləşməsi zamanı reallaşdırılır, yaxud rəqabət
mövqelərinin qazanılması zamanı mümkün olur. Bütün bunlar isə ancaq birləşmələr
nəticəsində mümkündür. Yanaşmada əsas üstünlük odur ki, klaster birliklərinin
iştirakçılarının qarşılıqlı əlaqəsində səmərəlilik müəyyən edilir, məqsədli rəqabət üstünlükləri
müəyyən edilir, qarşıya qoyulan məqsədlərə nail olunması isə yaradılan klaster üçün
nailiyyət hesab olunur.
Klasterlərin yaradılmasında əsas səbəblərdən biri kimi investisiyaların cəlb edilməsi,
investisiya prosesinin reallaşdırılması üçün əlverişli mühitin yaradılmasıdır. Bütün
deyilənlərlə əlaqədar investisiya layihələrinin səmərəliliyini xarakterizə etməyə imkan
yaradan bir sıra göstəricilər qrupuna diqqət yetirilməsi yerinə düşərdi.
İştirakçılar arasında sinergetik effektinin kəmiyyətinin hesablanması zamanı klaster
daxilində və klasterdən kənar göstəricilərdəki fərqlər təhlil olunmalıdır.
3.
Regional klasterlərin səmərəli fəaliyyət sistemi
Regional klasterin səmərəliliyinin qiymətləndirilməsi və onun regiona təsirinin
qiymətləndirilməsi aşağıdakı üsullarla (metodika) aparıla bilər:
1.
Klaster yanaşmasının müddəaları əsasında regionun iqtisadi inkişafında regional
klasterlərin formalaşdırılması üstünlüklərinin müəyyənləşdirilməsi, xüsusən də
M.Porterin rəqabət üstünlükləri metodologiyası əsasında.
2.
Qraflar nəzəriyyəsinə əsasən regional klasterlərə daxil edilməsinə üstünlük verilən
təşkilatların müəyyənləşdirilməsi ilə klaster birliklərinin iştirakçıları arasında qarşılıqlı
əlaqələrin mövcudluğu və yaxud olmamağının araşdırılması
3.
Regional klasterlərin fəaliyyətlərinin səmərəlik göstəricilərinin hesablanması sistemi
4.
Klaster yaradıldıqdan sonra və yaxud klasterin müəyyən fəaliyyəti dövründə hər
göstəricidə artımın hesablanılması.
5.
C.M. Keynsin multiplikator əmsalı istifadə olunmaqla regional klasterin fəaliyyət
göstərməsinin Ümumi Regional Məhsulun artımına təsirinin qiymətləndirilməsi.
Regional klasterin yaradılması təsiri göstəricilərdə, xüsusən də, Ümumi Regional
Məhsul göstəricilərində özünü büruzə verir. Bu isə, öz növbəsində, klaster təşkilatlarında və
regional iqtisadiyyatının digər sektorlarındakı artımla əlaqədardır. Regional inkişafın
stimullaşdırılmasında, əhalinin həyat səviyyəsinin, regional iqtisadiyyatının dayanıqlılılıqın
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
160
və rəqabətqabiliyyətliliyinin yüksəldilməsində, onun innovasiya və investisiyaların
mənimsənilməsinə həssas olmasında klaster yanaşması güclü alətdir [2].
Ədəbiyyat
1.
Development of clusters and networks of SMEs. The UNIDO Proqramme. UNIDO
Vienna 2001
URL:http://www.unido.org/fileadmin/user_media/Services/PSD/Clusters_and_Networks/
SMEbrochure_UNIDO/pdf
2.
European Cluster Organizations Directory-Europe INNOVA 2010 Q2-p.8
http://www.europabio.org/facts-figures.htm
3.
Clustering and City Competitiveness-an introduction-EUROCITIES Clusters Working
Group
URL:www.eurocities.eu
4.
http://www.cluster-excellnce.eu
5.
Unite@innovate. European clusters for recovery-Oct. 2009.
6.
Симонова Л.М., Иванова С.А., (2011), Роль кластеров в региональной
промышленной политике, Вестник Тюменского государственного университета
Социально-экономические и правовые исследования, 11.
Dostları ilə paylaş: |