İPƏK YOLU, No.1, 2018, səh.56-65
56
DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN GƏLİR
ARASINDA SƏBƏB-NƏTİCƏ ƏLAQƏSİ
Ceyhun Abbasov
AMEA İdarəetmə Sistemləri İnstitutu, Bakı, Azərbaycan
e-mail:
ceyhunabbasoglu@gmail.com
Xülasə. Məqalə Azərbaycanda dövlət büdcə xərcləri və adambaşına düşən
gəlirlər arasında səbəb-nəticə əlaqəsinin Granger metodologiyası əsasında
təhlilinə həsr olunmuşdur. Bu sahədə mövcud olan tədqiqatların bəzilərində
xərclərin gəlirlərə (Keynis yanaşması), bəzilərində isə gəlirlərin xərclərə
(Vaqner yanaşması) səbəb olduğu aşkarlanmışdır. Analoji araşdırmalar
Azərbaycanda Keynis yanaşmasının doğru olduğunu göstərdi.
Açar sözlər: büdcə xərcləri, səbəb-nəticə əlaqəsi, Granger testi, Keynis
yanaşması, Vaqner qanunu.
CAUSAL RELATIONSHIP BETWEEN
THE STATE BUDGET EXPENDITURES
AND INCOME PER CAPITA IN
AZERBAIJAN
Jeyhun Abbasov
Institute of Control Systems ANAS,
Baku, Azerbaijan
Abstract. The paper is devoted to analysis of the
causal
relationship
between
state
budget
expenditure and income per capita in Azerbaijan
by Granger methodology. In some researches is
discovered the influence of the expenditures to
incomes (Keynesian approach), while in others
conversely (Wagner’s approach). We found out
that Keynesian hypothesis can be accepted in
Azerbaijan.
Keywords:
budget
expenditures,
causal
relationship, Granger test, Keynesian approach,
Wagner’s law.
ВЗАИМОСВЯЗЬ МЕЖДУ ГОСУДАРСТВЕН-
НЫМИ БЮДЖЕТНЫМИ РАСХОДАМИ И
ДОХОДОМ НА ДУШУ НАСЕЛЕНИЯ В
АЗЕРБАЙДЖАНЕ
Джейхун Аббасов
Институт Систем Управления НАНА,
Баку, Азербайджан
Резюме. Статья посвящена анализу причинно-
следственной
связи
между
расходами
государственного бюджета и доходами на душу
населения в Азербайджане по методологии
Грейнджера. В некоторых исследованиях
обнаружено влияние расходов на доходы
(подход Кейниса), а в других наоборот (подход
Вагнера). Мы обнаружили, что Кейнсианская
гипотеза может быть принята в Азербайджане.
Ключевые cлова: бюджетные расходы, при-
чинно-следственная связь, Granger тест, Кейн-
сианская гипотеза, Закон Вагнера.
1.
Giriş
1933-cü ildə baş vermiş “Böyük Depresiya” hökumətlərin fiskal siyasətinin daha da
aktuallaşmasına səbəb oldu. Müasir dövrdə fiskal siyasət, o cümlədən büdcə xərcləri iqtisadi
tənzimləmənin, iqtisadi inkişafın stimullaşdırılmasının ən aparıcı alətlərindən birinə
çevrilmişdir. Lakin hökumətin iqtisadi inkişafının konturlarının müəyyənləşdirilməsindəki
rolunun əhəmiyyəti hələ 1890-cı illərdə Vaqneri çox düşündürmüş və o klassik iqtisadçılardan
fərqli olaraq hökumətlərin fiskal siyasətlərinin labüdlüyünü vurğulamışdı. 1930-cu illərdən
sonra isə Keynis hökumətlərin fiskal siyasət alətlərinin iqtisadi tənzimləmədəki əhəmiyyəti və
rolu barədə özünün konsepsiyasını hazırlamışdı. İndiki iqtisadi sistemlərdə iqtisadi
C. ABBASOV: DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN …
57
tənzimləməni fiskal siyasətsiz təsəvvür etmək belə mümkün deyil. Qeyd edək ki, dövlət büdcə
xərcləri və adambaşına düşən gəlirlər arasında səbəb-nəticə əlaqəsinin izah olunmasında iki
konsepsiya vardır. Keynis konsepsiyasına görə dövlət büdcə xərclərində dəyişmə adambaşına
düşən gəlirdə dəyişməyə səbəb olur (X→Y). Əksinə Vaqner qanununa görə isə adambaşına
düşən gəlirdə dəyişmə dövlət büdcə xərclərində dəyişməyə səbəb olur (Y→X). Lakin bu iki
makroiqtisadi dəyişəndən hansının səbəb, hansının isə nəticə göstəricisi olması barədə elmi
ədəbiyyatlarda yekdil fikir mövcud deyil. Belə ki, bir çox ölkələr üçün aparılmış tədqiqatların
nəticələri bu ölkələrdə Keynis nəzəriyyəsinin yox, məhz Vaqnerin qanununun
1
(Y→X) doğru
olduğunu göstərmişdir. Bu qanun Keynis nəzəriyyəsindən fərqli olaraq milli gəlirin səbəb,
hökümətin büdcə xərclərinin isə nəticə olduğunu əsaslandırır. Qeyd olunan məsələ ilə
əlaqədar bir sıra elmi tədqiqatlar tərəfimizdən araşdırılmışdır.
Tədqiqat işinin məqsədi Azərbaycanda hər nəfərə düşən gəlir və dövlətin büdcə
xərcləri arasında səbəb-nəticə əlaqəsinin araşdırılmasından ibarətdir. Nəticə olaraq Vaqnerin
qanununun (Y→X), yoxsa Keynis konsepsiyasının (X→Y) Azərbaycan iqtisadiyyatına daha
uyğun olduğunu müəyyən etməyə çalışacağıq.
Statistik göstəricilər. Dəyişənlər üzrə müşahidə dövrü 2001-ci ilin 1-ci rübündən
2012-ci ilin 3-cü rübünədək (3-cü rübdə daxil olmaqla) olan zamanı əhatə edir. Maddələr üzrə
büdcə xərcləri və transferlərin statistik göstəriciləri Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin “sosial iqtisadi inkişaf” aylıq bülletenlərindən toplanmışdır. Bu
dəyişənlər Azərbaycanın İQİ-dən istifadə olunmaqla 2010-cu ilin 4-cü rübünün qiymətləri ilə
real dəyərdə ifadə olunmuş (İQİ2010Q4=100) və mövsümi faktorlardan təmizlənmişdir.
2.
Metodologiya və əlaqəli ədəbiyyatlar
Dövlət büdcə xərcləri və adambaşına düşən gəlirlər arasında səbəb-nəticə əlaqəsinin
tədqiqilə əlaqədar bir sıra elmi tədqiqatlar tərəfimizdən araşdırılmışdır. Bu tədqiqatların
bəzilərinin gəldiyi nəticələr barədə qısa şərhlərin verilməsiniməqsədə müvafiq hesab edirik.
Singh və Sahni (1984) [15] birgə apardıqları tədqiqat işində 1950-1981-ci illəri əhatə
edən dövr üçün Hindistanda dövlət xərcləri ilə milli gəlir arasında səbəbiyyət əlaqəsini
Granger-Sims metodologiyası əsasında tədqiq etmişlər. Bu tədqiqat işində istifadə olunmuş
statistik göstəricilər illik əsasda götürülmüş və Sims filtiri əsasında zaman ənənəsi (trend)
təsirindən təmizlənərək tədqiqata daxil edilir. Onlar belə bir nəticəyə gəldilər ki, Hindistan
iqtisadiyyatı üçün nə Keynis nəzəriyyəsi, nə də Vaqnerin qanunu dövlət xərcləri ilə milli gəlir
arasında səbəbiyyət əlaqəsini izah etmir.
Bu problemin öyrənilməsinə həsr edilmiş digər bir maraqlı tədqiqat işi Ahsan, Kwan
və Sahni (1992) [1] tərəfindən aparılmış tədqiqat işidir. Bu tədqiqatçılar dünyanın 7 ölkəsində
- Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və İngiltərədə adambaşına düşən dövlət
xərcləri ilə adambaşına düşən milli gəlir arasında səbəbiyyət əlaqəsini təhlil etmişlər. Statistik
göstəricilər isə 1980-ci ilin qiymətləri ilə real dəyərdə ifadə olunmuşdur. Bundan başqa bu
1
Vaqner özünün bu qanununu 1863-cü ildə təklif etmişdir (bax Singh və Sahni (1984))
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
58
tədqiqat işində M1
2
(Z1) və M2
3
(Z2) göstəricilərinin artım templərindən, nominal büdcə
defisiti (Z3) və faiz dərəcəsi (Z4) göstəricilərindən də istifadə olunmuşdur ki, bu da dövlət
xərcləri ilə adambaşına düşən milli gəlir arasında səbəbiyyət əlaqəsinin daha dəqiq tədqiq
olunmasına hesablanmışdır. Statistik göstəricilərin müşahidə dövrü isə 1950-ci illərin
əvvəllərindən 1980-ci illərin ortalarına qədər olan bir dövrü əhatə edir. Ahsan, Kwan və Sahni
(1992) [1] tərəfindən əldə olunmuş nəticələr Cədvəl 1-də verilmişdir.
Cədvəl 1. Dünyanın 7 ölkəsində adambaşına düşən dövlət xərcləri ilə adambaşına düşən milli gəlir arasında
səbəbiyyət əlaqəsinin təhlili
İki
dəyişənli
model
Çox dəyişənli model
Birbaşa
səbəbiyyət
Bu dəyişənlərin iştirakı şərtində
birbaşa səbəbiyyət
Bu dəyişənlərdən dolayı səbəbiyyət
(birbaşa olmayan)
Z
1
Z
2
Z
3
Z
4
Z
1
Z
2
Z
3
Z
4
Kanada
NC
NC
NC
NC
NC
NC
NC
X
Y
NC
Fransa
X
Y
X
Y
X
Y
X
Y
X
Y
Y
X
Y
X
NC
NC
Almaniya
NC
X
Y
NC
NC
X
Y
NC
X
Y
NC
NC
İtaliya
X
Y
X
Y
X
Y
X
Y
X
Y
NC
NC
NC
NC
Yaponiya
Y
X
X
Y
Y
X
Y
X
Y
X
NC
NC
Y
X
NC
İngiltərə
X
Y
NC
NC
X
Y
X
Y
NC
NC
NC
Y
X
"NC" X və Y arasında səbəbiyyət əlaqəsinin olmadığını ifadə edir. Burada, X dövlət xərclərini, Y isə milli gəliri göstərir. "→" və "↔"
simvolları uyğun olaraq bir tərəfli və ikitərəfli səbəbiyyət əlaqəsini ifadə edir.
Mənbə: Ahsan, Andy və Sahni (1992), səh. 627, Cədvəl I [1]
İndi isə Holmes və Hutton (1990) [9] tərəfindən təqdim olunmuş tədqiqat işi ilə tanış
olacağıq. Bu tədqiqat işində 1950-1981-ci illərdə Hindistanda adambaşına düşən illik nominal
milli gəlir (Y) və hökümət xərcləri (G) arasında səbəbiyyət əlaqsi tədqiq edilmişdir. Onlar bu
makroiqtisadi göstəricilər arasında səbəbiyyət əlaqəsinin tədqiq olunmasında iki yanaşmadan
istifadə etmişlər. Birinci yanaşma kimi Parametrik təhlil (ing: The Parametric Analysis)
yanaşması, ikinci yanaşma kimi isə Ranklarla F test (ing: the Multiple Rank F Test)
yanaşması tətbiq olunmuşdur. Birinci yanaşmanın nəticələrinə görə onlar hesab edirlər ki,
adambaşına düşən illik nominal milli gəlir (Y) hökümət xərclərinin (G) səbəbidir. Yəni
onların birinci yanaşması Vaqnerin qanununu dəstəkləyir. Lakin bunun əksinə olaraq ikinci
yanaşmadan əldə olunmuş nəticələr hökümət xərclərinin (G) adambaşına düşən illik nominal
milli gəlirin (Y) səbəbi olduğunu iddia etməklə Keynis nəzəriyyəsini dəstəkləmişdir.
2
M1 makroiqtisadi göstərici olmaqla pul aqreqatlarına daxildir. Bu göstərici M0 pul aqreqatı ilə manatla tələb olunanadək
əmanət və depozitlərin cəmi kimi təyin olunur. Burada, M0 = ödəniş vəsaiti kimi istifadə olunan pul kütləsinin ən likvid
hissəsidir. Dövriyyədə olan banknot və sikkələr
3
M2 = M1 + manatla müddətli əmanət və depozitlər
C. ABBASOV: DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN …
59
Yuxarıda qısa şərh olunmuş elmi tədqiqat işləri ilə yanaşı biz həmçinin bu sahədə bir
sıra başqa elmi ədəbiyyatları da araşdırdıq. Onlardan bəziləri haqqında qısa məlumatlar
Cədvəl 2-də icmallaşdırılmışdır.
Cədvəl 2. Bəzi tədqiqat işlərinin nəticələri
Tədqiqatçılar
Nəticələr
Dəstəklənən
nəzəriyyə
Tədqiqatın
aparıldığı
ölkə
Rehman, Ahmed və
Masood (2007)
Adambaşına düşən gəlir hökümət
xərclərinin əsas determinantıdır
Vaqnerin qanunu
Pakistan
Wing Yuk (2005)
Hökümət xərclərinin artımı ÜDM-in
artımına səbəb olur
Keynis nəzəriyyəsi
İngiltərə
Katrakilidis və Tsaliki
(2009)
Gəlirlərin hökümət xərcləri üzərində
uzunmüddətli səbəbiyyət təsiri statistik
əhəmiyyətlidir
Vaqnerin qanunu
Yunanıstan
Tang (2009)
Hökümət xərcləri və iqtisadi artım
arasında qarşılıqlı əlaqə mövcuddur
Həm Vaqnerin
qanunu, həm də
Keynis nəzəriyyəsi
Malaziya
3.
Empirik qiymətləndirmələr
Beləliklə, biz gördük ki, hökumət xərcləri və milli gəlir arasında səbəb-nəticə əlaqəsi
barədə yekdil fikir yoxdur. Daha doğrusu dünya ölkələrində iqtisadi sistemlərin fərqliliyi
baxımından bu iki makroiqtisadi dəyişənlər arasında səbəb-nəticə əlaqəsi də müxtəlif cür
formalaşmışdır. Bu kontekstdə biz Azərbaycanda dövlət büdcə xərcləri və adambaşına düşən
gəlir arasında səbəb-nəticə əlaqəsini tədqiq etməyə çalışacağıq. Bunun üçün biz Granger
(1969) [6] tərəfindən təklif olunmuş “Granger səbəbiyyət testi”ndən istifadə etmişik. Granger
(1969) [6] göstərmişdir ki, indiki və keçmiş dövrlərin tendensiyası gələcək dövrün
tendensiyasının formalaşmasına təsir göstərir, lakin gələcək dövrdə dəyişmə keçmiş dövrdə
hər hansı bir dəyişməyə səbəb ola bilməz. Granger (1969) [6] tərəfindən təklif olunmuş
metodologiya əsasında bizim nümunə üçün səbəbiyyət testinin tənliklərini aşağıdakı kimi
yazmaq olar:
?????? ?????? ??????
??????
= ??????
0
+ ?????? ?????? ??????
??????
+ ??????
??????
(3.1)
?????? ?????? ??????
??????
= ??????
0
+ ?????? ?????? ??????
??????
+ ??????
??????
(3.2)
Burada, L gecikmə (laq) operatorları,
?????? ?????? , ?????? ?????? , ?????? ?????? , ?????? ?????? uyğun olaraq p ((3.1)
tənliyi üçün) and q ((3.2) tənliyi üçün) tərtibli çoxhədlilərdir.
??????
??????
və
??????
??????
asılı olmayan və ağ küy
xüsusiyyətinə malik sıralardır.
Granger səbəbiyyət testinin həyata keçirilməsində ((3.1) və (3.2) tənliklərinin
qiymətləndirilməsində) iki əsas məqam vardır. Birincisi bu test tələb edir ki, istifadə olunan
dəyişənlər üzrə zaman sıraları stasionar olmalıdır (bax Granger (1969), səh. 426 [6]). Buna
görə də biz dəyişənlərin stasionarlığını “Unit Root Test” vasitəsi ilə yoxladıq və onların
orijinal vəziyyətinin qeyri-stasionar olduğunu aşkarladıq. Verilənlərin statistik təhlili
nəticəsində məlum oldu ki, dəyişənlərin qeyri-stasionarlğına səbəb trend faktorunun
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
60
mövcudluğudur. Beləliklə, biz HP filtirin
4
köməyi ilə dəyişənləri ternd və stasionar olan
komponentlərə ayırdıq və stasionar komponentdən istifadə etməklə birinci problemi həll etmiş
olduq. İkinci vacib məsələ (3.1) və (3.2) tənliklərinin qiymətləndirilməsi üçün gücikmə
uzunluğunun (lag length) müəyyən olunmasıdır. Bunun üçün bəzi seçmə kriteriyaları ilə
optimal gecikmə uzunluğu (lag length) müəyyənləşdirildi. Kriteriyalar üzrə aparılmış testin
nəticələri Cədvəl 3-də verilmişdir.
Cədvəl 3-də LR (ing: the sequential modified LR test statistic (each test at 5% level)),
FPE (ing: the final prediction error), AIC (ing: the Akaike information criterion), SC (ing: the
Schwarz information criterion), HQ (ing: the Hannan-Quinn information criterion) gecikmə
uzunluğunun (lag length) müəyyənləşdirilməsi kriteriyalarıdır. Göründüyü kimi bu beş
kriteriyadan 4-ü (LR, FPE, AİC və HQ) gecikmə uzunluğunun 3-ə bərabər olduğunu
dəstəkləyir. Artıq biz 3 dövr gecikmə (lag) ilə həm adambaşına düşən gəlir, həm də dövlət
büdcə xərcləri dəyişənlərinin stasionar komponentləri əsasında “granger səbəbiyyət testi”ni
tətbiq edə bilərik.
Cədvəl 3. Optimal geckmə uzunluğunun (lag length) müəyyən edilməsi üçün kriteriyalar
Gecikmələr
(laqlar)
Kriteriyalar
LogL
LR
FPE
AIC
SC
HQ
0
-581.46
NA
2.09e+09
27.14
27.22
27.17
1
-569.74
21.81
1.46e+09
26.78
27.02
*
26.87
2
-564.79
8.74
1.40e+09
26.73
27.14
26.89
3
-558.89
9.87
*
1.29e+09
*
26.65
*
27.22
26.56
*
4
-555.79
4.91
1.35e+09
26.69
27.43
26.96
* kriteriya ilə seçilmiş gecikmə dərəcəsini göstərir
Burada, Endogen dəyişənlər: Y və X
Eqzogen dəyişən: C
Müşahidə dövrü: 2001Q1- 2012Q3
Müşahidə sayı: 43
Test 3 dövr gecikmə (lag) nəzərə alınmaqla Eviews proqramında hazır operatorların
köməyi vasitəsi ilə realizasiya edilmişdir. Əldə olunan nəticələr Cədvəl 4-də ümumiləşdirilib.
4
Bu metod 1980-ci ildə Hodrick və Prescott (1997) [8] tərəfindən təklif olunmuşdur. Onu bir çox elmi
ədəbiyyatlarda “Hodrick and Prescott decomposition” kimi də adlandırırlar. Hodrick və Prescott (1997) [8] hər
hansı zaman sırasını iki hissəyə ayırırlar: Tsiklik komponenti və zaman trendi komponenti. Faktiki olaraq zaman
sıralarında həm də mövsümi komponentlərdə mövcud olur. Lakin onlar belə fərz edirlər ki, mövsümi amillər
artıq zaman sırasından təmizlənmişdir. Bu konteksdə biz bütün dəyişənləri mövsümi komponentlərdən
təmizləmişik. Bizim nünunədə fərz edirik ki, θ
t
adambaşına düşən gəlir (Y
t
) göstəricisinin zaman trendi
komponentidir. Beləliklə, Hodrick və Prescott (1997) [8] tərəfindən təklif olunmuş HP filtiri adambaşına düşən
gəlir (Y
t
) göstəricisini zaman trendi komponentindən (θ
t
) aşağıdakı tənliyin həlli vasitəsi ilə təmizləyir
min
??????
??????
??????
??????
− ??????
??????
2
+ ?????? ??????
??????+1
− ??????
??????
− ??????
??????
− ??????
??????−1
2
??????
??????=1
Eyni qayda ilə dövlət büdcə xərcləri (X) dəyişəni də bu filtirin köməyi ilə zaman trendi komponentindən
təmizlənmişdir. Əlavə olaraq qeyd edək ki, bu metodun tətbiqi nümunələri ilə Ravn və Uhlig (2002) [14] və
başqa tədqiqatçıların işlərində də tanış olmaq olar.
C. ABBASOV: DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN …
61
Cədvəl 4. Granger Səbəbiyyət Testi
Müşahidə dövrü: 2001Q1- 2012Q3
Gecikmə sayı (Lags): 3
Sıfr Hipotezləri:
Müşahidə sayı
F-Statistik kəmiyyəti
Ehtimal
X dəyişəni Y dəyişəninə
səbəb deyil
44
12.6
0.000008
Y dəyişəni X dəyişəninə
səbəb deyil
2.9
0.0477
Cədvəl 4-dən aydın görmək olur ki, “X dəyişəni Y dəyişəninə səbəb deyil” sıfır
hipotezi üçün F statistik kəmiyyətinin ehtimalı 0.05-dən kiçikdir. Buna görə də biz sıfır
hipotezi rədd etməklə alternativ hipotezi qəbul edirik. Beləliklə, belə bir qənaətə gəlmək olar
ki, dövlət büdcə xərcləri (X) adambaşına düşən gəlirlərin (Y) səbəbi ola bilər. Digər tərəfdən
“Y dəyişəni X dəyişəninə səbəb deyil” sıfır hipotezi üçün F statistik kəmiyyətinin ehtimalı isə
təxminən 0.05-ə bərabərdir. Bu səbəbdən biz bu sıfır hipotezi rədd edə bilmirik. Bu isə o
deməkdir ki, adambaşına düşən gəlirlər (Y) dövlət büdcə xərclərinin (X) səbəbi ola bilməz.
Sonda cədvəl 1.2-dən əldə olunan nəticələrə əsasən Azərbaycan iqtisadiyyatı üçün Keynis
nəzəriyyəsinin doğru olduğunu qəbul edə bilərik (X→Y).
İndi isə gəlin adambaşına düşən gəlirlər (Y) və dövlət büdcə xərcləri (X) arasında
səbəbiyyət əlaqəsini tədqiqini Singh və Sahni (1984) [15] tərəfindən tətbiq edilmiş yanaşma
ilə həyata keçirək. Bunun üçün onların öz tədqiqat işlərində istifadə etdikləri cədvəldən
istifadə olunacaqdır. Lakin qeyd olunan cədvəldə bəzi kiçik dəyişikliklər və əlavələr
edilmişdir. Belə ki, biz qiymətləndirilən modellərdə trenddən istifadə etməmişik. Çünki,
yuxarıda qeyd olunduğu kimi bu komponent artıq dəyişənlərdən təmizlənmişdir. Eyni
zamanda biz Sims filtirindən yox HP filtirindən istifadə etmişik. Əldə olunmuş nəticələr
Cədvəl 5-də verilmişdir.
Cədvəl 5-dən görmək olar ki, onun A hissəsi Keynis nəzəriyyəsini, B hissəsi isə
Vaqnerin qanununu izah edir. B hissəsində verilmiş 9 haldan 6-sı Vaqner hipotezini
dəstəkləyir. Lakin bu hallar yalnız 0.05 və daha zəif əhəmiyyətlilik səviyyəsində özlərini
doğrultmuşlar. Bunun əksinə olaraq cədvəlin A hissəsində verilmiş bütün hallar Keynis
nəzəriyyəsini dəstəkləmişlər. Həm də bu halların hamısı 0.01 və daha yüksək əhəmiyyətlilik
səviyyəsində özlərini doğrultmuşlar. Beləliklə, biz Azərbaycan iqtisadiyyatı üçün adambaşına
düşən gəlir və dövlət büdcə xərcləri arasında səbəb-nəticə əlaqəsinin Keynis nəzəriyyəsi ilə
daha yaxşı izah olunduğunu qəbul edirik (??????→??????).
Burada Azərbaycan iqtisadiyyatı üçün öncə aparılmış analoji tədqiqat işləri və onların
nəticələri barədə qısa məlumat verilir. Hesab edirik ki, bu bizim məqalədə əldə olunmuş
nəticələrin müqayisəsinə imkan yaradacaqdır. Azərbaycanda fiskal siyasətin, o cümlədən
büdcə xərclərinin səmərəliliyinin müxtəlif istiqamətlərdə təhlili, büdcə xərclərin iqtisadi
artıma təsirinin qiymətləndirilməsi istiqamətində kifayət qədər tədqiqat işləri vardır.
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
62
Cədvəl 5. Adambaşına düşən gəlirlər (Y) və dövlət büdcə xərcləri (X) arasında səbəbiyyət əlaqəsinin təhlili,
2010Q4 dövrünün qiymətləri ilə
A hissəsi
F(c)
F(r)
?????? = ??????(??????
0
, ??????
−1
, ??????
−2
, ??????
−3
, ??????
−1
, ??????
−2
, ??????
−3
)
6.01
a
(7;36)
?????? → ??????
?????? = ??????(??????
0
, ??????
−1
, ??????
−2
, ??????
−1
, ??????
−2
, ??????
−3
)
6.75
a
(6;37)
0.95
(1;36)
?????? → ??????
?????? = ??????(??????
0
, ??????
−1
, ??????
−1
, ??????
−2
, ??????
−3
)
5.55
a
(5;38)
0.97
(2;36)
?????? → ??????
?????? = ??????(??????
0
, ??????
−1
, ??????
−2
, ??????
−3
)
0.68
(4;39)
5.66
a
(3;36)
?????? → ??????
?????? = ??????(??????
−1
, ??????
−2
, ??????
−3
)
0.77
(3;40)
4.17
a
(4;36)
?????? → ??????
?????? = ??????(??????
−1
, ??????
−2
)
1.02
(2;41)
4.88
a
(5;36)
?????? → ??????
?????? = ??????(??????
−1
)
2.07
(1;42)
4.58
a
(6;36)
?????? → ??????
?????? = ??????(??????
−1
, ??????
−2
)
8.61
a
(2;41)
?????? → ??????
?????? = ??????(??????
−1
)
16.25
a
(1;44)
?????? → ??????
B hissəsi
F(c)
F(r)
?????? = ??????(??????
0
, ??????
−1
, ??????
−2
, ??????
−3
, ??????
−1
, ??????
−2
, ??????
−3
)
1.69
(7;36)
?????? ↛ ??????
?????? = ??????(??????
0
, ??????
−1
, ??????
−2
, ??????
−3
, ??????
−1
, ??????
−2
)
2.03
c
(6;37)
0.25
(1;36)
?????? → ??????
?????? = ??????(??????
0
, ??????
−1
, ??????
−2
, ??????
−3
, ??????
−1
)
2.42
c
(5;38)
0.24
(2;36)
?????? → ??????
?????? = ??????(??????
0
, ??????
−1
, ??????
−2
, ??????
−3
)
0.62
(4;39)
2.34
c
(3;36)
?????? → ??????
?????? = ??????(??????
−1
, ??????
−2
, ??????
−3
)
0.82
(3;40)
1.83
(4;36)
?????? ↛ ??????
?????? = ??????(??????
−1
, ??????
−2
)
0.65
(2;41)
1.50
(5;36)
?????? ↛ ??????
?????? = ??????(??????
−1
)
1.40
(1;42)
1.98
c
(6;36)
?????? → ??????
?????? = ??????(??????
−1
, ??????
−2
)
3.68
b
(2;42)
?????? → ??????
?????? = ??????(??????
−1
)
6.28
b
(1;44)
?????? → ??????
Burada, F(c) bütün izahedici dəyişənlərin əmsallarının sıfra bərabər olmasını fərz edən sıfır hipotezidir, F(r) isə birinci tənlikdən atılan
izahedici dəyişənin (izahedici dəyişənlərin) ayrıca modeldə (asılı dəyişən birinci tənlikdə olduğu kimi qalacaq) götürülməsi ilə onların
əmsalının sıfra bərabər olmasını fərz edən sıfır hipotezidir.
a – 0.01-də əhəmiyyətlidir
b – 0.05-də əhəmiyyətlidir
c – 0.10-da əhəmiyyətlidir
Beynəlxalq Valyuta Fondunun əməkdaşları tərəfindən Azərbaycan üçün hazırlanmış
hesabat (IMF (2007)) bu sahədə tanınmış tədqiqat-təhlil işlərindən biridir. Bu tədqiqat işində
Azərbaycanın fiskal siyasəti fonunda onun ümumilikdə makroiqtisadi vəziyyəti neo-klassik
artım modelinin əsasında tədqiq olunmuşdur. Junko və Vitali (2008) “Impact of Government
Expenditure on Growth: The Case of Azerbaijan” adlı tədqiqat işlərində qeyd olunan
problemin araşdırılmasını həyata keçirmişlər. Yerli tədqiqatçılardan Yadulla Həsənli, Vilayət
C. ABBASOV: DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN …
63
Vəliyev, Namiq Baxışov, bu problemlə əlaqədar olaraq Türkiyədə təşkil olunmuş X
Ekonometrika və statistika konfransında “Bütçe harclama kanallarının sosyo-ekonomik
kalkınma göstergelerine etkisi” adlı tədqiqat işlərini (Bulut C. (2009)) təqdim etmişdirlər. Bu
tədqiqat işində Azərbaycan iqtisadiyyatı üzrə büdcə xərclərinin fiskal və monetar siyasətin bir
sıra göstəricilərinə (inflyasiya, əmək haqqı, ÜDM-in artımı və s.) təsiri ekonometrik
qiymətləndirilərək təhlillər aparılmışdır. Bundan başqa Y. Həsənli Bakı şəhərində
«Qloballaşma və regional iqtisadi inkişaf» mövzusunda keçirilən beynəlxalq konfransın
"Müasir qloballaşma dövründə davamlı insan inkişafı konsepsiyası və insan kapitalı” adlı
materialında investisiya xərcləri, o cümlədən büdcə xərclərinin (Təhsil, elm səhiyyə və s.)
İnsan kapitalı, İnsan İnkişafı İndeksinə təsirinin ekonometrik modelini vermişdir. Bundan
başqa X. Alıyev və O. Nadirov [4] tərəfindən hazırlanmış “Modelling the impact of fiscal
policy on non-oil GDP in a resource rich country: evidence from Azerbaijan” adlı tədqiqat
işində, yenə X. Alıyev və O. Nadirovun [3] “How fiscal policy affects non-oil economic
performance in Azerbaijan?” adlı tədqiqat işində, X. Alıyev və C. Mikayılovun [2] “Does the
budget expenditure composition matter for long-run economic growth in a resource rich
country? Evidence from Azerbaijan” adlı tədqiqat işində, F. Həsənov, C. Mikayılov, C.
Yusifov və X. Alıyevin birgə müəllifləri olduqları “Impact of Fiscal Decentralization on Non-
Oil Economic Growth in a Resource-Rich Economy” adlı tədqiqat işlərində fiskal siyasətin
iqtisadi inkişafdakı effektlərinin qiymətləndirilməsi məsələləri ətraflı araşdırılmışdır.
Nəticə. Həm hökumətin fiskal siyasət qərarlarının hazırlanmasında, həm də Mərkəzi
Bankın monetar siyasətinin konturlarının müəyyənləşdirilməsində belə səbəbiyyət
əlaqələrinin təhlil olunması vacib əhəmiyyətə malikdir. Digər tərəfdən müvafiq
optimallaşdırma məsələlərinin məqsəd funksiyalarını qiymətləndirərkən səbəbiyyət əlaqəsinin
istiqaməti həlledici rola malik olur. Azərbaycanda dövlət büdcə xərcləri və adambaşına düşən
gəlirlər arasında səbəb-nəticə əlaqəsinin vəziyyətini Granger (1969) [6] metedologiyası
əsasında təhlil etdik. Əsaslı elmi nəticələri əldə etmək məqsədi ilə biz əvvəlcə Singh və Sahni
(1984) [15], Ahsan, Andy və Sahni (1992) [1], Holmes və Hutton (1990) [9], Rehman,
Ahmed və Masood (2007), Wing Yuk (2005), Katrakilidis və Tsaliki (2009) [10], Tuck
Cheong Tang (2009) kimi tədqiqatçıların bu problemin tədqiqinə həsr olunmuş elmi əsərləri
ilə tanış olduq. Müəyyən etdik ki, dünya ölkələrində xərclər və gəlirlər arasında səbəb-nəticə
əlaqəsi barəsində heç də yekdil fikir mövcud deyil. Daha doğrusu, bu tədqiqatçıların tədqiqat
apardıqları ölkələrin bəzilərində xərclərin gəlirlərə (Keynis yanaşması), bəzilərində isə
gəlirlərin xərclərə (Vaqner yanaşması) səbəb olduğu qənaətinə gəlinmişdir. Bundan başqa
Azərbaycan iqtisadiyyatı üçün analoji tədqiqat işləri də təhlil olunaraq müqayisə olundu.
Beləliklə, müvafiq yanaşma və metodların tətbiqi ilə Azərbaycan iqtisadiyyatı üçün Keynis
yanaşmasının daha uyğun olduğu müəyyənləşdirildi. Yəni, Azərbaycanda 2001-ci ilin 1-ci
rübündən 2012-ci ilin 3-cü rübünədək (3-cü rübdə daxil olmaqla) olan zaman dövründə dövlət
büdcə xərclərinin səbəb adambaşına düşən gəlir göstəricisinin isə nəticə göstəricisi kimi qəbul
etmək mümkündür.
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
64
Ədəbiyyat
1.
Ahsan S.M., Kwan A.C.C., Sahni B.S., (1992) Public Expenditure and National Income
Causality: Further Evidence on the Role of Omitted Variables, Southern Economic
Journal, 58(3), pp.623-634.
2.
Aliyev K., Mikayilov C., (2016) Does the budget expenditure composition matter for
long-run economic growth in a resource rich country? Evidence from Azerbaijan.
Academic Journal of Economic Studies, 2(2), pp.147-168.
3.
Aliyev K., Nadirov O., (2016), How fiscal policy affects non-oil economic performance
in Azerbaijan?. Academic Journal of Economic Studies, 2(3), pp.11-29.
4.
Aliyev K., Dehning B., Nadirov O., (2016), Modelling the impact of fiscal policy on non-
oil GDP in a resource rich country: evidence from Azerbaijan, Acta Universitatis
Agriculturae et Silviculturae Mendelianae Brunensis, 64(6), pp.1869-1878.
5.
Dickey D.A., Fuller W.A., (1979) Distribution of the Estimators for Autoregressive Time
Series With a Unit Root, Journal of the American Statistical Association, 74(366),
pp.427-431.
6.
Granger C.W.J., (1969), Investigating Causal Relations by Econometric Models and
Cross-spectral Methods, Econometrica, 37(3), pp.424-438.
7.
Granger C.W., Huangb B.N., Yang C.W., (2000), A bivariate causality between stock
prices and exchange rates: evidence from recent Asianflu. The Quarterly Review of
Economics and Finance, 40(3), pp.337-354.
http://escholarship.org/uc/item/9bk607p6
8.
Hodrick R.J., Prescott E.C., (1997), Postwar U.S. Business Cycles: An Empirical
Investigation, Journal of Money, Credit and Banking, 29(1), pp.1-16.
9.
Holmes J.M., Hutton P.A., (1990), On the Casual Relationship between Government
Expenditures and National Income, The Review of Economics and Statistics, 72(1),
pp.87-95.
10.
Katrakilidis C., Tsaliki P., (2009), Further evidence on the causal relationship between
government spending and economic growth: the case of Greece, 1958-2004, Acta
Oeconomica, 59(1), pp.57-78.
11.
Keynes J.M., (1936), The General Theory of Employment, Interest and Money, The
Fellow of the King's College, Cambridge, published by Harcourt, Brace and Company,
and printed in the U.S.A. by the Polygraphic Company of America, New York.
12.
Man A.J., (1980), Wagner’s law: An Econometric Test for Mexico 1925-1976. National
Tax Journal, 33, pp.189-201.
13.
Ram R., (1987), Wagner's Hypothesis in Time-Series and Cross-Section Perspectives:
Evidence from "Real" Data for 115 Countries, The Review of Economics and Statistics,
69(2), pp.194-204.
C. ABBASOV: DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN …
65
14.
Ravn M.O., Uhlig H., (2002), Notes on adjusting the Hodrick-Prescott filter for the
frequency of observations, The Review of Economics and Statistics, 84(2), pp.371–380.
15.
Singh B., Sahni B.S., (1984), Causality Between Public Expenditure and National
Income, The Review of Economics and Statistics, 66(4), pp.630-644.
16.
Wagner A., (1890), Finanzwissenschaft, Winter, C.F., Leipzig.
Kataloq: upload-files -> menu -> ipekyolu -> 2018 1ipekyolu -> İPƏk yolu, No. 2, 2017ipekyolu -> İPƏk yolu, No. 2, 20172018 1 -> İPƏk yolu, No. 1, 20182018 1 -> İPƏk yolu, No. 1, 2018ipekyolu -> İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâipekyolu -> İPƏk yolu, No. 4, 20172018 1 -> İPƏk yolu, No. 1, 20182018 1 -> İPƏk yolu, No. 1, 2018
Dostları ilə paylaş: |