İPƏk yolu, No. 1, 2018



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü0,54 Mb.
#63565
növüXülasə


 

 

İPƏK YOLU, No.1, 2018, səh.171-176 



 

 

171 



 

ARİF ABDULLAZADƏNİN POETİK NİTQİNİN  

BƏZİ XÜSUSİYYƏTLƏRİNƏ DAİR 

 

Pakizə Zakirova 

 

Azərbaycan Universiteti, Bakı, Azərbaycan 



e-mail: 

zakirova.pakize@mail.ru

 

 

 



Xülasə.  Məqalədə  60-cı  illər  Azərbaycan  ədəbiyyatının  görkəmli 

nümayəndələrindən  Arif  Abdullazadənin  poetik  nitqində  xitabın  işlənmə 

imkanları  araşdırılmışdır,  eləcə  də  şairin  poetik  nitqi  əsasında  bu  imkanlar 

misallar gətirilməklə araşdırılır. 

 

Açar  sözlər:  Arif  Abdullazadə,  bədii  yaradıcılıq,    xitab,  çağırış,  həmcins 

xitablar. 

 

ON SOME CHARACTERISTICS OF ARIF 

ABDULLAZADEH'S POETICAL SPEECH 

 

Pakiza Zakirova   

Azerbaijan University, Baku, Azerbaijan  

 

Abstract.  In  the  paper,  the  peculiarities  of  Arif 

Abdullazadeh's poetical speech, specially the using 

characteristics  of  salutation  are  explored.  First  of 

all  the  author  pays  attention  to  the  using 

opportunity  of  the  words  denoting  application.  In 

the paper the importance of the characteristics and 

using opportunities of salutation in poetical speech 

are emphasized.  



Keywords:  Arif  Abdullazadeh,  literary  activities, 

addresses, call, similar addresses. 



 

НЕКОТОРЫЕ ОСОБЕННОСТИ  

ПОЭТИЧЕСКОЙ РЕЧИ АРИФА 

АБДУЛЛАЗАДЕ 

  

Пакизе Закирова  

Университет Азербайджан, Баку, Азербайджан 

 

Резюме.  В  статье    исследуются      смысловые 

особенности  обращений    в  поэтической  речи 

одного  из  представителей  Азербайджанской 

литературы 60-ых годов Арифа Абдуллазаде, а 

также  возможности  использования  обращения 

на основе поэтической речи.  



Ключевые  cлова:  Ариф  Абдуллазаде,  худо-

жественная  деятельность,  обращение,  вызов, 

однородные обращения. 

 

 



1.

 

Giriş 

Məlumdur ki, istənilən parlaq fikir, işıqlı ideya, aktual mövzu müəlliflə oxucu arasında 

o  vaxt  əlaqə  yarada,  oxucusunun  qəlbinə  yol  tapa  bilər  ki,  onun  ifadə  olunduğu  dil  uğurlu 

olsun. Çünki ədəbiyyatın – bədii sözün adi sözdən fərqi də məhz həyat gerçəkliyinin obrazlı 

inikası üzərində qurulmasıdır. Obrazlılıq bədii ədəbiyyatda özünü müxtəlif formalarda göstərə 

bildiyi kimi, yerində, məqamında işlənən və ya işlədilməyən ifadə və  ya kəlmə bütöv əsərin 

taleyini  həll  edir.  Bu  baxımdan  bədii  əsərin  təsir  gücünü  artırmaq  üçün  müəllifin  seçdiyi 

xitablar  olduqca önəmlidir.  

Dilçilikdə  xitab  cümlə  üzvləri  sırasına  daxil  olmayan,  onlarla  qrammatik  əlaqəyə 

girməyən,  lakin  semantik  xüsusiyyətlərinə  görə  cümlə  üzvləri  ilə  sıx  şəkildə  bağlı  olan  nitq 

vahididir.  Xitabların  işlənmə  məqamı  müəllifin  seçimindən  asılı  olaraq  cümlənin  əvvəlində, 

ortasında və  ya sonunda ola bilər. İfadə vasitələri müxtəlif olan xitablar ismin adlıq halında 

olduğundan ilk baxışda mübtədaya bənzəsə də, xəbərlə əlaqəyə girməməsi, uzlaşmaması onu 



İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

172 



asanlıqla  müəyyən  etməyimizə  şərait  yaradır.  Əsasən  isimlər,  isimləşə  bilən  digər  nitq 

hissələri, təyini söz birləşmələri,  feli sifət və feli sifət tərkibləri, nadir hallarda məsdərlə ifadə 

olunan xitablar sadə və mürəkkəb quruluşa malik olur [1, s.219]. 

Təbii ki, xitabın məna yükü yalnız müraciətlə məhdudlaşmır, o eyni zamanda özündə 

müraciət edənin müraciət obyektinə münasibətini də əks etdirmiş olur. Xitab qayğı, nəvaziş, 

mərhəmət,  sevgi,  heyranlıq,  hiddət,  hədə-qorxu,  nifrət,  qəzəb,  kin,  əmr,  yalvarış  və  s.  kimi 

insani  duyğuları  əks  etdirmə  vasitəsinə  də  çevrilmiş  olur.  Canlı  danışıqda  bu  funksiyanın 

yerinə yetirilməsində əsas yük ifadə vasitəsi ilə bərabər intonasiyanın da üzərinə düşür. 

Ədəbiyyatşünas  alim  Abbas  Hacıyev  “Ədəbiyyatşünaslığın  əsasları”  adlı  dərsliyində 

bədii  dildən  bəhs  edərkən  yazır:  “Söz  bədii  mətndə  fikir  və  düşüncədir,  hiss  və  həyəcandır, 

niyyətin, sosial münasibət  və meyilin mahiyyətini açan, varlığı özünəməxsusluğu ilə göstərə 

bilən vasitədir” [6, s.207]. Bədii mətn daxilində xitab da adi xitabdan, sözsüz ki, həm məqsəd 

və  məramı,  həm  ifadə  vasitəsi  və  semantikası  baxımından  fərqlənir.  Burada  kimə  müraciət 

olunması  vacib  olduğu kimi,  müraciətin şəkli, ifadə vasitəsi,  mətn  daxilindəki  yeri də  məna 

yükü daşıyıcılığı funksiyası baxımından  önəmli şərtlərdəndir. Məsələn, əgər bir mətndə (istər 

dramatik  əsər  və  ya  nəsrdəki  dialoqlarda,  istərsə  də  şeir  dilində)    müəllif  xitabı  cümlənin, 

fikrin  əvvəlində  işlədirsə,  onda  əsas  diqqət  xitabdan  sonra  gələn  fikrə  yox,  məhz  müraciət 

olunan  obyektə  yönəldilir.  Və  yaxud  da  əgər  cümlə  bütövlükdə  sadəcə  xitabdan  ibarətdirsə, 

onda  təbii  ki,  burada  müəyyən  intonasiya  və  vurğu  altında  işlədilən  xitabın  yükü  cümlə 

tərkibində  işlənmiş  xitabdan  daha  üstündür.  Beləliklə,  əslində  bədii  əsərdə  xitab  obrazlılığın 

ifadəsi  və  bədii  təsir  gücü  baxımından  nitqə  özünəməxsus  çalar  əlavə  etdiyindən  bədii  dilin 

vacib elementlərindəndir. Poetik nitqdə xitab oxucu ilə müəllif arasındakı əlaqənin, bağlılığın 

ən mühüm komponentlərindəndir.  

 

2.



 

Arif Abdullazadənin poetik nitqinin təhlili 

XX  əsr  Azərbaycan  ədəbiyyatının  görkəmli  simalarından,  şair,  nasir,  dramaturq, 

ədəbiyyatşünas  alim,  tərcüməçi  Arif  Abdullazadənin  poetik  nitqi  xitabın  işlənmə  imkanları 

baxımından  zəngindir.  Arif  Abdullazadənin    poetik  nitqində  xitabı  araşdırarkən  aşağıdakı 

məsələlərə  diqqət  yetirilməsi  məqsədəuyğun  hesab  oluna  bilər:  a)  müraciətin  ünvanı 

baxımından  xitabların  növləri;  b)  xitabların  ifadə  vasitələri  və  quruluşu;  c)  xitabların 

sinonimliyi və həmcins xitablar; d) mətn daxilində xitabların işlənmə məqamları və s. 

İlk  növbədə  Arif Abdullazadənin    əsərlərində daha çox hansı  xitabların  işləndiyinə - 

müəllifin daha çox kimə və  ya nəyə müraciət  etdiyinə diqqət  yetirək. Araşdırma prosesində 

A.Abdullazadənin  istifadə etdiyi xiatbların aşağıdakı qrupları müəyyən olundu: 

 

Tanrıya müraciət (ilahi, ey uca Allah, Ulu Tanrım, ay Allah, Ulu Yaradanım, Tanrım, 



Ulu göylər, Ulu Tanrımız, Allahım və s.)


P. ZAKİROVA: ARİF ABDULLAZADƏNİN POETİK NİTQİNİN... 

 

 

 



173 

 



insanlara müraciət (adamlar, ağabəy, əfəndilər, ay sevilən, ay sevən, ay körpə insan, 

milyon  illər  yatan  oğlan,  ey  mənim  cəhənnəmdə  can  verən  qardaşlarım,  mənsiz 

qalanlar və s.) 

 



anaya müraciət (ana, canım ana, gözüm ana, ay ana, a körpə anam və s.)

 



vətənə  müraciət  (Ulu  torpaq,  qərib  Vətən,  dərdli  Vətən,  ömrüm  mənim  –  Vətənim  və 

s.)

 



şairin öz “mən”inə müraciət (Arif, ey tale önündə balaca Arif, ey adı özündən çox uca 

Arif, ey cavan, ey uşaq, ey qoca Arif və s.)

 



şair  və  yazıçılara,  qələm  dostlarına,  sənət  adamlarına  (ey  söz  tanrısı  Dədə  Füzuli, 

ustad,  Xortdan  babam,  Rafiq  bala,  Nazim  ata,  ŞAİR,  məhəbbəti  həsrət  dolu,  qürbət 

dolu Nəsimi); 

 



əcdadlara  müraciət  (atlı  babam,  ey  rəhmətlik,  həsrətlik  babam,  rəhmətlik  nənəm, 

cənnətlik nənəm, dədə, Ulu Qorqud, ululardan ulu babam,  və s.)

 



gənc nəslə müraciət (quzum, ay bala, qadası, oğlum, nəvəm, ay körpə insan, ay oğul, 

ay Adəmin son nəsli və s.)

 



şairin aşiq olduğu qadına müraciət (ay gül nəfəslim, gülüm, əzizim və s.); 

 



digər  canlılara  müraciət  (durna,  çiynindən  bir  əzab  aşırmaq  üçün  bir  ömür  uzunu 

mələyən quzum və s.); 

 



cansız varlıqlara müraciət (Dəniz,  Zaqrub çayı, Bakı, a dağlar, ay dəniz və s.);  

 



mücərrəd məfhumlara müraciət (müdrik Zaman, 50 yaşım, ey qanadlı sevinclər, dönük 

fələk, kor təbiət, içindən od tutub yandıran ürək, a baxtlı dünya, a mənim dünyam və 

s.)  

Yuxarıda göstərilən nümunələrdən aydın olur ki, şair bir çox hallarda eyni məfhumlara 

təkrar-təkrar  müraciət  edir,  lakin  təkrarçılığa  yol  vermir,  yüksək  sənətkarlıq  göstərərək 

müraciət  obyektini  dəyişmədən  fərqli  müraciət  şəkillərindən  istifadə  edərək  şeirlərinin  təsir 

gücünü  artırmağa  müvəffəq  olur.  Bunun  üçün  ədib  şeirdən-şeirə  təkrarçılığa  yol  verməmək 

üçün dilimizin imkanlarından maksimum faydalanır, eyni bir məfhuma sinonim sözlər və ya 

ifadələrlə müraciət edərək obrazlılığı bir az daha dərinləşdirir. Müəllifin ölümündən sonra işıq 

üzü görən “Tövbə duaları” şeirlər kitabından götürülmüş bir neçə nümunəyə nəzər salaq: 



Ilahi, anama övlad dağını  

göstərmə hələ! [5, s.21] 

Ölməzdik, ölməzdik, ey uca Allah

bu qanlı-qadalı günü də gördük... [5, s.39] 

 

...Ulu Tanrım, harda, nə vaxt 



 

Mən bu qədər yığmışam ki,... [5, s.77] 

...Ay Allah, dünyada ana da varmış...  [5, s.88] 

Ulu Yaradanım, burax, qoy gedim, 

Qalan yazıları qoy özüm yazım... [5, s.112] 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

174 



Tanrım, bir gün məni

Mənimlə birgə...    [5, s.139] 



Ulu göylər! Gərdişə bax.... [5, s.171] 

Indi özün söylə, ulu Tanrımız

Kimdi dünyaların yolunu kəsən?!  [5, s.248] 

 

Allahım, bu nə yerişdi, 

 

Duman qaçdı, qış ötüşdü... [5, s.249] 



 

 

 



 

 

 



    Ay Allah, mən sənin ola bilmədim,... [5, s.261] 

 

Diqqət  yetirsək,  şairin  hətta  eyni  kəlməni  işlətdiyi  anlarda  fərqli  bədii-funksional  



çalarlar  (yalvarış,  heyrət,  itaət,  dua  vəs.)  yaratmaq  üçün  müxtəlif    variantlardan  istifadə 

etdiyini  aydınca  sezmək  olar.  Görünür,  eyni  bir  kəlməni  təklikdə  mənsubiyyət  şəkilçili  söz 

şəklində  (allahım),çağırış  nidası  ilə  (ay  Allah)  və  birinci  növ  təyini  söz  birləşməsinin  əsas 

tərəfi  kimi    (ey  uca  Allah)  işlədərkən  müəllif  heç  də  bunu  qafiyə  yaratmaq  xatirinə  etmir, 

əksinə üslubi çalarları dəqiqliklə verməyə çalışır. Arif Abdullazadənin dilində quruluşca həm 

sadə, həm də mürəkkəb xitablar kifayət qədərdir. Müəllif şeirdən-şeirə hazır qəliblər əsasında 

qurulmuş  xitabları  işlətmək  kimi  sadə  yolu  seçmir,  fikrini  ifadə  edərkən  təxəyyülünün 

imkanlarından  maksimum  istifadə  edərək  quruluş  və  məzmunca  bir-birindən  maraqlı 

mürəkkəb xitablar işlədir. Məs,  

Qisməti dost bilməyin, 

Taleyə əyilməyin, 

Ey mənim cəhənnəmdə 

Can verən qardaşlarım, 

Önündə şax dayanın, 

Yananda da cüt yanın, 

Ey mənim Yer üzündə 

Sağa-sola şütüyən 

Talesiz sirdaşlarım, 

Qismətsiz Yerdaşlarım. [5, s.275] 

Arif  Abdullazadənin  poetik  nitqində  diqqət  çəkən  məqamlardan  biri  həmcins 

xitabların  işlənmə  məsələsidir  ki,  şairin  şeirləri  və  kiçik  həcmli  poemalarının  dilində  belə 

nümunələr kifayət  qədərdir. Ümumilikdə  ədibin şeirlərində həmcins xitablar həm  eyni,  həm 

də  müxtəlif  obyektlərə  müraciət  olunarkən  işlədilir.    Şair  birinci  halı  əsasən  aşağıdakı 

variantlarda işlədir: 

 

eyni sözün təkrarı – Xoş gördük, Dəniz! Dəniz! [4,176]  



 

əsas tərfi eyni olan təyini söz birləşmələri ilə  



Dedim, layla oxu mənə,  

Canım ana, gözüm ana. [4, s.29].  


P. ZAKİROVA: ARİF ABDULLAZADƏNİN POETİK NİTQİNİN... 

 

 

 



175 

 



sinonim  olmayan,  lakin  eyni  məfhumu  bildirən  müxtəlif  sözlərin  vasitəsilə,  bu  xitablar 

hətta quruluş etibarilə də müxtəlif ola bilir  



Adları türk adı, müsəlman adı, 

özləri Vətənsiz, dilsiz balalar

ay aysellər, ay aynurlar, lalələr,... 

dilləriniz doğma sözə həsrətdi...  [5, s.22] 

nümunədəki  ilk  xitab  birinci  növ  təyini  söz  birləşməsi  ilə  ifadə  olunmuş  mürəkkəb  xitab 

(adları  türk  adı,  müsəlman  adı,  özləri  Vətənsiz,  dilsiz  balalar),  sonrakı  xitablar  isəçağırış 

nidaları ilə işlənmiş cəm şəkilçili xüsusi isimlərlə ifadə olunmuş sadə xitablardır (ay aysellər, 

ay aynurlar, lalələr)

A.Abdullazadənin şeirlərində eyni obyektlərə müraciət olunan həmcins xitablarla müqayisədə  

müxtəlif  obyektlərə  müraciət  edilən    həmcins  xitablara  az  təsadüf  olunur.  Bu  tip  həmcins  

xitablar həm quruluşca, həm də ifadə vasitələri baxımından əsasən eyni olur. Məs,  

Keçin günahımdan, əhv edin məni

Mənli yollarıma bir ömür boyu 

Daş töküb, üstündən çınqıl əkənlər,  

Bu daşlı-çınqıllı yollar boyunca 

Hasarlar dalınca hasar tikənlər,... [5, s.310]      

və yaxud 

 

 

 



...ən əlçatmaz sirr deyimi, 

dönük fələk, kor təbiət?! [4, s.40] 

Müəllifin  orijinal  üslubunun  tərkib  hissəsi  kimi  çıxış  edən  bir-birindən  maraqlı 

xitabların  misradaxilində  işlənmə  məqamları  da  rəngarəngdir.  Şair  xitabları  həm  misranın 

əvvəlində,  həm  ortasında,  həm  də  sonunda  eyni  ustalıqla  elə  işlədə  bilir  ki,  nümunələrin 

obrazlılığı  nəinki  azalır,  əksinə  bir  az  daha  artır.  A.Abdullazadənin  qələmində  xitab  bəzən 

rədif və ya qafiyə yaradan bir vasitə kimi də çıxış edir: 

Əlvida, əlvida, ey ana Tiflis, 

Ürək bu həsrətə, bu ayrılığa  

Bilmirəm heç necə dayanaTiflis....  [5, s.90]  

və yaxud    

 

 

 



Heyy babam! Atlı babam, 

peyğəmbər adlı babam, 

Hacı soyadlı babam, .... [4, s.20] 

və yaxud    

 

 

 



Ey tale önündə balaca Arif, 

Ey adı ğzündən çox uca Arif, 

Ey uşaq, ey cavan, ey qoca Arif

Sən bir şey taparsan dərd eləməyə [5, s.63]. 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

176 



Nəticə.  Yekun  olaraq  söyləyə  bilərik  ki,    Arif  Abdullazadə  poeziyasının  bədii  dil 

baxımından təhlili şairin deyim və ifadə üslubunun zənginliyini ortaya çıxarır və ədibin poetik 

nitqində  xitabın  kifayət  qədər  intensiv  və  özünəməxsus  şəkildə  işləndiyini  müşahidə  etmək 

mümkündür. Müraciət obyektlərinin təkrarlanması və ya dəyişməsi zamanı müəllifin işlətdiyi 

bir-birindən  maraqlı  xitablar  poetik  ünsiyyətdə  onun  əsas  silahına  çevrilir  və  beləliklə  də, 

şairin  leksik  materialı  böyük  ustalıqla  məcaz  səviyyəsinə  qaldırması  onun  poeziyasının  

sanbalını artırır. Qənaətimizə görə, A.Abdullazadənin bədii irsi istər ümumilikdə dil materialı, 

istərsə  də  bədii  xitabın  işlənmə  xüsusiyyətləri  baxımından  zənginliyi  ilə  seçilir  və  gələcək 

araşdırmalar üçün mənbə rolunu oynaya bilər.  

 

Ədəbiyyat 

1.

 

Abdullayeva G.A., (2013), Müasir Azərbaycan dili. II hiissə. Bakı, Elm və təhsil, 308 s. 



2.

 

Abdullazadə A.A., (1979), Sevin Azərbaycanı! Bakı, Gənclik, 104 s. 



3.

 

Abdullazadə A.A., (1988), Bəxtimizin kitabı, Bakı, Yazıçı, 240 s. 



4.

 

Abdullazadə A.A., (1991), Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 336 s. 



5.

 

Abdullazadə A.A. (2003), Tövbə duaları, Şeirlər, Bakı, Çaşıoğlu, 358 s. 



6.

 

Hacıyev A.M., (1999), Ədəbiyyatşünaslığın əsasları, Bakı, 420 s. 



 

 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə