İPƏk yolu, No. 2, 2017



Yüklə 98,74 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü98,74 Kb.
#35374
növüXülasə


 

 

İPƏK YOLU, No.2, 2017, səh.5-15 



 

 



 

QEYRİ-NEFT BÜDCƏ KƏSIİRİNİN İDARƏ OLUNMASI  

MƏSƏLƏLƏRİ  

 

Ağanemət Ağayev 

 

Azərbaycan Universiteti, Bakı, Azərbaycan 

e-mail: 

aganemat@gmail.com

 

 

Xülasə.  Təbii  resurs  gəlirlərinin  dayanıqlı  idarəetmə  sistemi  və  hər  bir 

iqtisadi sistemin başlıca tənzimləmə elementi kimi rasional fiskal siyasət bir 

sıra  ölkələdə  makroqitisadi  tarazlığın  başlıca  şərtləri  sırasındadır.    Məqalə 

makroqitisadi sabitlik baxımından effektiv fiskal siyasət dizaynının müəyyən 

olunması problemlərinə həsr olunmuşdur. Burada, qoyulan problemin idarə 

olunması mexanizmləri təklif olunur.  

 

Açar  sözlər:  büdcə  kəsiri,  dəyişməz  real  xərclər  prinsipi,  fiskal  siyasət, 

qeyri-neft sektoru. 

 

MANAGEMENT OF NON-OIL BUDGET 

DEFICIT 

 

Aghanemat Aghayev 

Azerbaijan University, Baku, Azerbaijan 

 

Abstract.  Sustainable  developing  management 

system  of  natural  resources  and  rational  fiscal 

policy  as  the  main  regulating  element  of  any 

economic  system,  has  become  an  important 

element  of  macroeconomic  equilibrium.  The 

article is devoted to the problems of effective fiscal 

policy  from  macroeconomic  stability  point  of 

view.  It  also  proposed  the  mechanism  for  the 

solution of the problem. 

Keywords:  budget  deficit,  permanent  income 

approach,  fiscal  policy,  non-oil  sector  approach, 

fiscal policy, non-oil sector. 

УПРАВЛЕНИЯ НЕНЕФТЯНОГО 

БЮДЖЕТНОГО ДЕФИЦИТА 

 

Аганемат Агаев 

Университет Азербайджан, Баку, Азербайджан 

 

Резюме.  Устойчиво  развивающийся  механизм 

управления  природных  ресурсов  и  рациональ-

ная фискальная политика в  качестве одного из 

двигателей  любой  экономической  системы 

является важным элементом макроэкономичес-

кого  равновесия  в  стране.  Данная  статья 

посвящена  проблемам  эффективной  финансо-

вой политики с точки зрения макроэкономичес-

кой  стабильности.  В  работе  предлагаются 

механизмы решения данной проблемы. 



Ключевые  cлова:  бюджетный  дефицит,  под-

ход постоянного дохода, фискальная политика, 

ненефтяной сектор. 

 

 



Neft-qaz  sektorundan  gələn  gəlirlərin  rasional  prinsiplərlə  istifadəsi  və  bunun  nəticəsi 

kimi  qeyri-neft iqtisadiyyatının  sürətli  inkişafına nail  olunmaqla  bu sektorda  vergi  bazasının 

artırılması  dayanıqlı  fiskal  siyasət  nöqteyi-nəzərindən  Azərbaycanda  resurs  iqtisadiyyatının 

başlıca problematikasıdır.  

Ümumilikdə, ölkədə icmal büdcənin, o cümlədən dövlət büdcəsinin qeyri-neft kəsirinin 

maliyyələşdirilməsi  və  son  nəticədə  bu  istiqamətdə  xroniki  iqtisadi-maliyyə  problemlərinin 

aradan  qaldırılması  tədbirlərini  iki  qrupa  bölmək  olar:  1)  iqtisadiyyatın  institusional  və 

struktur islahatlarının düzgün, vaxtında və davamlı həlli; 2) fiskal sektorda zəriri islahatlar və 

yeni konstruksiyanın tətbiqi məsələlərinin həlli. 



  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 



Bu  məqalədə  hər  iki  istiqamət  üzrə  qoyulan  problematikanın  qısa  sinxron  həlli 

məsələlərinə toxunulur. 

*** 

Ölkədə  resurs  gəlirlərdən  səmərəli  istifadə  məsələsi  daim  aktual  olmuş,  bu  xüsusda 



müxtəlif səpkili strateji siyasət  sənədləri təsbit olunmuşdur. Bunlarda biri kimi,  Azərbaycan 

Respublikası  Prezidentinin  fərmanı  ilə  “Neft  və  qaz  gəlirlərinin  idarə  olunması  üzrə 

uzunmüddətli strategiya” təsdiq edilmişdir.  

Strategiyanın güclü tərəflərini aşağıdakı kimi ümumiləşdirmək olar: 

-

 

Sənəddə  dəyişməz  real  xərclər  prinsipi  əsasında  neft  gəlirləri  ilə  maliyyələşən  xərclər 



üçün illik limitın muəyyən edilməsi ümumi əsaslarla öz əksini tapmışdır. Bu, neft-qaz 

gəlirlərinin gələcək nəsillər üçün qorunması baxımından əhəmiyyətlidir; 

-

 

Gəlirlərin istifadəsi zamanı makroiqtisadi sabitliyin qorunması prioritetləşdirilir; 



-

 

Sənəddə neft və qazın ixrac qiymətinin pessimist variantda proqnozlaşdırılması nəzərdə 



tutulur  ki,  bu  da  büdcə  gəlirlərinin  konservativ  qiymətləndirilməsinə  imkan  verir  və 

gəlirlərin dünya bazarının volatilliyinə həssaslığımı minimallaşdırır. 

Aşağıdakı  nüansları  isə  sözügedən  strategiya  sənədinin  zəif  tərfləri  kimi  qeyd  etmək 

olar: 


-

 

sənəddə  neft  gəlirlərinin  bütün  mənbələri  göstərilməyib.  Nəticədə  hər  il  Dovlət  Neft 



Şirkətinin iri həcmdə sərəncamda qalan mənfəəti nəzərə alınmır; 

-

 



neft və qaz gəlirlərinin tukənməzliyi prinsipi (dəyisməz real xərclər) öz əksini tapsa da, 

onun konkret hesablanması mexanizmi əks olunmayıb;  

-

 

sənədin  bəzi  bölmələrində  qeyri-müəyyən  ifadələrdən  istifadə  edilir  ki,  bu  da  onun 



praktiki  əhəmiyyətini  azaldır.  Məsələn,  “neft  və  qaz  gəlirlərindən  daxilolmaların  zirvə 

səviyyəsi”  anlayışının  aydın  izahı  verilməmiş  və  “gəlirlər  zirvə  səviyyəsinə  çatdıqdan 

sonra  onların  25  faizindən  az  olmayan  hissəsinin  yıgıma  yonəldilməsi”  müddəasının 

iqtisadi mahiyyəti yetərincə aydın izah olunmamışdır. 

Qeyd  olunduğu  kimi,  Azərbaycanda  neft  gəlirlərinin  istifadəsi  ilə  bağlı  “Neft  və  qaz 

gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın qəbul edilməsinə baxmayaraq bu 

strategiya  çərçivəsində  xərclənən  neft  gəlirlərinin  illik  istifadə  limiti  konkret  müəyyən 

olunmamışdır. 

Beynəlxalq  maliyyə  institutlarının  da  Azərbaycan  iqtisadiyyatının  strateji  inkişaf 

məsələləri  ilə  bağlı  tədqiqat  materiallarında  göstərilir  ki,  uzunmüddətli  dövr  üçün  neft-qaz 

gəlirlərindən istifadə norması daimi gəlir prinsipi əsasında müəyyən edilməlidir.  



A. AĞAYEV: QEYRİ-NEFT BÜDCƏ KƏSİRİNİN İDARƏ OLUNMASI …  

 

 

 



Neft  gəlirlərindən  optimal  faydalanmaq,  bu  faktoru  milli  iqtisadiyyatın  dayanıqlı 

inkişafına  və  diversifikasiyasına  transformasiya  etmək  hazırda  Milli  iqtisadiyyat  perspektivi 

üzrə  Strateji  Yol  Xəritəsində  müəyyən  olunan  prioritet  vəzifələrdən  biridir.  Bu  vəzifənin 

makroiqtisadi  sabitliyi  pozmadan  hansı  zaman  müddəti  ərzində  yerinə  yetirilə  bilməsi 

ortamüddətli  perspektivdə  hər  il  istifadə  oluna  bilən  neft  gəlirlərinin  ortamüddətli  xərc 

strategiyası çərçivəsində yuxarı həddinin müəyyənləşdirilməsini tələb edir.  

Azərbaycanda  neft-qaz  gəlirlərinin  müəyyən  olunmuş  rasional  həddən  çox  istifadə 

olunması:  

-

 



uzunmüddətli fiskal dayanıqlığın itirilməsi;  

-

 



yüksək inflyasiya və ya makroiqtisadi sabitliyin pozulması;  

-

 



idxaldan yüksək asılılıq və ya cari hesabın kəsirinin dayanıqsız şəkildə böyüməsi  

kimi risklər yaradır. 

Bu  real  perspektiv  təhdidlər  tələb  edir  ki,  uzunmüddətli  perspektivdə  bu  vəsaitlərin 

özünün gəlir gətirməsi imkanları nəzərə alınaraq elə bir dəyişməz illik xərc məbləği müəyyən 

edilsin ki, bu vəsaitlərın baza hissəsi heç vaxt tükənməsin.  

Ekonometrik  qiymətləndirmələrə  görə,  Azərbaycanda  dəyişməz  (sabit)  real  xərc 

məbləği  neftin  hazırkı  ixrac  qiymətindən  (50  ABŞ  dolları)  asılı  olaraq  təqribən  3-3,5  mlrd. 

ABŞ dolları təşkil edir.  

Müəyyən  olunmuş  bu  xərc  məbləği  neft  sərvətlərinin  daim  istifadəsinə,  digər  sözlə, 

onun təbii sərvətdən maliyyə sərvətinə çevrilməsinə imkan verən maksimal limitidir.  

Dəyişməz  real  xərclər  prinsipi  üzrə  il  ərzində  xərclənən  neft  gəlirlərinin  limitini 

aşağıdakı ardıcıllıqla hesablamaq mümkündür.  

Cəmi neft sərvətindən yaranan maliyyə aktivləri aşağıdakı düsturla hesablanır:  

MMA = NGQ + NGD 

 

 

Burada, MMA – neft sərvətindən yaranması gözlənilən məcmu maliyyə aktivləri (cari 



dəyərdə); 

NGQ – cari ildə neft aktivlərinin qalığı; 

NGD - gözlənilən neft-qaz gəlirlərinin məcmu xalis cari dəyəri. 

Dəyişməz  (sabit)  real  xərclər  prinsipi  üzrə  gözlənilən  neft-qaz  gəlirlərinin  məcmu  

xalis cari dəyəri aşağıdakı kimi hesablanır: 

NGD =  


 

 

   



 NG

t

 / (1+i)



t

 

Burada, NG – dövr ərzində hər il üçün  qiymətləndirilən neft gəlirləri; 



i – beynəlxalq maliyyə bazarlarında nominal faiz dərəcəsi; 

 n – illərin sayı. 




  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 



 

 

Dəyişməz real xərclər prinsipi üzrə bir il ərzində istifadə olunan neft gəlirlərinin  limiti 



isə aşağıdakı düsturla hesablanır: 

NGL = r * MMA. 

 

 

Burada, NGL –  bir il ərzində xərclənən neft gəlirlərinin limiti; 



 

 

r – neft aktivlərinin idarə olunmasından illik real gəlirlik (r = i - p,  p – dünya üzrə orta 



inflyasiya səviyyəsi);  

 

 



MMA  –  neft  sərvətindən  yaranması  gözlənilən  məcmu  maliyyə  aktivləri  (cari 

dəyərdə). 

Göründüyü kimi, problemə konseptual və rasional yanaşma xərclərin həcminin qeyri-

neft  kəsiri  əsasında  müəyyən  edilməsini  tələb  edir.  Neft  gəlirlərinin  illik  əsasda  yüksək 

məbləğdə istifadəsi makro-iqtisadi sabitliyə müəyyən təhlükələr yaradır. Buna yol verməmək 

üçün  dəyişməz  real  xərclər  üzrə  hesablanmış  neft  gəlirlərinin  illik  maksimal  limitinin 

müəyyən edilərək orta müddət üçün qanunverici qaydada təsbit olunması, qeyri-neft kəsirinin 

bu  müddət  ərzində  kəskin  dəyişməsinin  qarşısını  alacaq.  Bu  isə  nəticə  etibarilə  bum 

dövrlərində  iqtisadiyyatın  hərarətlənməsini,  böhran  dövrlərində  isə  əksinə,  makro-fiskal 

valyuta  kəsrinin  yaranmasını,  nəticə  etibarilə  isə  real  məzənnənin  tarazlı  səviyyədən 

uzaqlaşmasını nəzarət altına almağa imkan verəcək ən effektiv mexanizmdir.

 

 

Şəkil 1. Azərbaycanda neft gəlirlərinin uzunmüddətli rasional istifadə ssenarisi 

(məbləğ: mln. ABŞ dolları ilə) 

 

Nəticə  etibarilə,  neft  gəlirlərindən  istifadə  olunacaq  illik  məbləğin  yuxarıdakı  iki 



prinsip üzrə müəyyən olunmuş limit ilə məhdudlaşdırılması iqtisadi dayanıqlıq şərtlərinə tam 

5000 



10000 

15000 


20000 

25000 


2007  2009  2011  2013  2015  2017  2019  2021  2023  2025 

Neft gəlirləri 

Dəyişməz xərc 



A. AĞAYEV: QEYRİ-NEFT BÜDCƏ KƏSİRİNİN İDARƏ OLUNMASI …  

 

 

 



cavab  verir.  Bu  limit  büdcənin  orta  müddətli  xərclər  strategiyası  çərçivəsində  hesablanaraq 

qanunverici qaydada təsbit olunmalı olsa da, hər il ölkədə və dünyada baş verən qəfil iqtisadi 

proseslərin  (neftin  qiymətinin  kəskin  dəyişməsi,  forsmajor  fiskal  xərclər  və  s.)  təsiri  altında 

müəyyən korreksiyalara məruz qala bilər.  

Hesablamalar  göstərir  ki,  fiskal  davamlılığı  təmin  etmək  məqsədilə  neft  gəlirlərinin 

“dəyişməz real xərclər” prinsipi çərçivəsində xərclənməsi və  ortamüddətli dövrdə qeyri-neft 

kəsirinin  uzunmüddətli  dayanıqlı  səviyyəsinə  çatdırılması  üçün  dövlət  büdcəsi  xərclərinin 

illik artımı orta hesabla 5%-i ötməməlidir. 

Əksər  resurs  ölkələri,  o  cümlədən  Azərbaycan  iqtisadiyyatı  üçün  xarakterik  olan 

makroiqtisadi  dayanıqlıq  problemini  əks  etdirən  əhəmiyyətli  göstəricilərdən  biri  də  “əkiz 

kəsirlər”dir.  Son  illərdə  orta  shesabla  ölkədə  qeyri-neft  icmal  büdcə  kəsirinin  qeyri-neft 

ÜDM-ə  nisbəti  45-55%,  qeyri-neft  CƏB-in  kəsirinin  qeyri-neft  ÜDM-ə  nisbəti  isə  20-22% 

arasında  dəyişir.  Qeyri-neft  sektorunun  yüksək  “əkiz  kəsirlər”i  əsasən  resurs  gəlirləri  ilə 

maliyyələşdiyindən uzunmüddətli perspektivdə dayanıqlı deyildir.  

 

 



 

Dünya  təcrübəsi  göstərir  ki,  təbii  ehtiyatlarla  zəngin  ölkələr  strateji  iqtisadi  siyasət 

baxımından iki fundamental seçim qarşısında qalırlar: təbii resurslardan əldə olunan iri həcmli 

gəlirləri mövcud  nəsillər  üçün  xərcləmək, yaxud onları gələcək nəsillər üçün yığım şəklində 

saxlamaq.  

Təbii  sərvətlərin  istismarından  əldə  olunan  gəlirlərin  istifadəsinin  konseptual 

alqoritmini qurmaqla bu seçimi daha uğurlu etmək üçün mümkün variantları müəyyən etmək 

olar. Bu baxımdan neft gəlirlərinin istifadəsi ilə bağlı iqtisadi, sosial və fiskal məqsədlər ön 

plana çəkilir. İqtisadi məqsədlər iqtisadi diversifikasiya və inkişafın stimullaşdırılması, fiziki 

infrastruktura  investisiya  qoyuluşunu,  sosial  məqsədlər  neft  gəlirlərinin  yenidən  bölgüsü  və 

müxtəlif sosial və ictimai xidmətlər ilə bağlı ehtiyacların ödənilməsini, yığım məqsədləri isə 

neft gəlirlərindən ya yığım fondunun formalaşması üçün, ya da dövlət borcunun qaytarılması 

üçün istifadə olunmasını nəzərdə tutur.  

İqtisadi  və  sosial  məqsədlər  istehlak  və  investisiyaların  stimullaşdırılmasını  nəzərdə 

tutduğu  halda,  yığım  məqsədi  fiskal  dayanıqlıq  və  fondun  maliyyə  sərvətinin  tükənməməsi 

kimi  hədəflərə  fokuslanır  ki,  bunlar  da  bir-bir  ilə  qarşılıqlı  ziddiyyət  təşkil  edir.  Yığım 

məqsədinin  arxalandığı  məntiq  ondan  ibarətdir  ki,  neft  gəlirləri  bərpa  olunmayan  mənbəyə 

əsaslandığı üçün bu gəlirlərin digər fiskal gəlirlər kimi cari dövrdə, xüsusilə də cari istehlak 

xərclərinə  sərf  olunarsa,  təbii  ehtiyatlar  tükəndiyi  zaman  bu  xərclərin  həmin  səviyyəsinin 

saxlanılması üçün alternativ gəlir bazasını təmin etmək mümkün olmayacaq və ya çox çətin 

və uzunmüddətli olacaq. 



  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

10 



 

 

  



 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2. Neft gəlirlərindən müxtəlif istifadə ssenariləri 

 

İstehlak  xərcləri  qısamüddətli  perspektivdə  tələb  ilə  təklif  arasındakı  makroiqtisadi 



tarazlığın  pozulması  təhdidlərini  yaradır.  Öz  növbəsində,  dövlət  investisiya  layihələrinin 

seçilməsi,  dəyərləndirilməsi,  prioritetləşdirilməsi  və  həyata  keçirilməsi  üzrə  texniki 

Sabitlik və inkişaf prinsipləri əsasında neft-

qaz gəlirlərindən istifadə 

İqtisadi: 

- iqtisadi inkişaf 

- iqtisadi diversifikasiya 

- iqtisadi infrastruktur 

Sosial: 

- gəlirlərin bölgüsü 

- sosial xidmətlərin     

  təkmilləşdirilməsi 

- sosial infrastruktur 

 

 



Yığım: 

- gəlirlərin gələcək nəsillər  

  üçün saxlanması 

- dövlət borcunun       

  ödənilməsi 

Xərc 


ssenarisi 

Yığım 


ssenarisi 

İNVESTİSİYA 

XƏRCLƏRİ: 

Musbət cəhət: 

- İqtisadi inkişaf və  

  diversifikasiya 

Mənfi cəhətlər: 

- Texniki potensialın zəif  

   olması 

- Səmərəsiz layihələr 

- İnflyasiya 

İSTEHLAK XƏRCLƏRİ: 



Musbət cəhət: 

- Qısa müddətdə  

  yoxsulluğun aradan  

  qaldırılması 



Mənfi cəhətlər: 

- İdxaldan asılılıq 

- İnflyasiya 

- Rəqabət qabiliyyətinin    

  itirilməsi 

- Holland sindromu 

 

DƏYİŞMƏZ REAL XƏRCLƏR 



PRİNSİPİ: 

Müsbət cəhət: 

-Tükənən neft sərvətlərinin  

  tükənməyən maliyə sərvətinə  

  çevrilməsi  

Mənfi cəhət: 

-Təxirəsalınmaz investisiya  

  ehtiyaclarının hamısının deyil,  

  prioritetlik əsasda hissələrlə  

  ödənilməsi  



A. AĞAYEV: QEYRİ-NEFT BÜDCƏ KƏSİRİNİN İDARƏ OLUNMASI …  

 

 

 



11 

potensialın  beynəlxalq  standartlar  səviyyəsində  olmaması,  bu  xərclərin  səmərəsinin  aşağı 

olması ilə nəticələnir. 

Hazırkı şəraitdə milli iqtisadi inkişaf və sabitlik hədəflərinə nail olmaq üçün hökumət 

və dövlət institutları tərəfindən həyata keçirilən iqtisadi siyasət elementlərinin koordinasiyası 

nəticə etibarilə həlledicidir. Bunun üçün sistemli və səmərəli koordinasiyanın institusional və 

əməliyyat çərçivələrinin formalaşdırılmasına və inkişaf etdirilməsinə ehtiyac vardır. 

Qeyd etdiyimiz kimi, Azərbaycan şəraitində fiskal dayanıqlıq əsasən büdcənin neftdən 

asılılığının  azaldılması  və  neft  gəlirlərinin  istifadəsinin  məhdudlaşdırılması  ilə  bağlıdır. 

Dünya təcrübəsinə nəzər yetirsək, neft istehsal edən ölkələrdən Norveçdə buna bənzər  limit 

mexanizmi  tətbiq  edilir  və  bu  limit  ölkənin  Neft  Fondunun  aktivlərinin  idarə  edilməsindən 

əldə edilən gəlirlə məhdudlaşır. “Daim gəlir” prinsipi hökumətin gələcək 25 ildə əldə edəcəyi 

neft  gəlirlərinin  stokunun  saxlanması  və  yalnız  faiz  gəlirlərinin  xərclənməsini  nəzərdə  tutur. 

Azərbaycan  iqtisadiyyatında  bu  cür  limitin  tətbiq  edilməsi  Neft  Fondunda  akkumulyasiya 

olunmuş vəsaitlərin daha etibarlı qorunmasına şərait yarada bilər. Bu isə orta və uzunmüddətli 

dövrdə fiskal dayanıqlığa nail olmağa imkan verəcəkdir. 

Ölkədə fiskal siyasətin kontrtsiklik makroiqtisadi stabilizasiya rolunun artırılması büdcə 

xərclərini  iqtisadi  tsikllərə  görə  korrektə  edən  qaydaların  və  büdcə  xərclərinin 

kompozisiyasının  iqtisadi  tsikllərə  təsirini  artıracaq  avtomatik  stabilizatorların  tətbiqini 

özündə  ehtiva  edir.  Büdcə  xərclərini  iqtisadi  tsikllərə  görə  korrektə  edən  qaydalar  əsasən 

tsiklik  təmizlənmiş  büdcə  balansının  hədəflənməsi,  büdcə  kəsirinin  səviyyəsini  birbaşa 

iqtisadi artım tempi ilə əlaqələndirən qaydaların tətbiqini nəzərdə tutur. 

Məlum olduğu kimi, fiskal siyasətin implementasiyasındakı laqlar və onun siyasi iqtisad 

məhdudiyyətləri çərçivəsində həyata keçirilməsi ressesiyalar dövründə onun effektivliyini bir 

qədər azaldır. Azərbaycan iqtisadiiyatı baxımından bu problemi aradan qaldırmaq üçün büdcə 

gəlir və xərcləri çərçivəsində avtomatik stabilizatorlar olmalıdır.  

Büdcə gəlirlərinin tsikllərə avtomatik reaksiyasının gücləndirilməsi: 

-

 



proqressiv vergi sisteminin olmasını; 

-

 



əhalinin  aşağı  gəlir  qruplarına  ödənilmiş  vergilərin  bir  hissəsinin  geriyə 

qaytarılmasını; 

-

 

tsikllərdən asılı olaraq investisiyaya yönəldilmiş vəsaitlərin vergidən azad edilməsini 



tələb edir.   

Büdcə  xərclərində  avtomatik  stabilizatorlar  kimi  gəlir  səviyyəsinin  müəyyən  həddən 

aşağı  olan  əhali  üçün  trasnfertlər,  işsizlik  müavinəti  sistemi  və  s.  əhatə  edən  sosial  sığorta 

proqramlarının realizasiyası ilə bağlıdır. 




  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

12 



Azərbaycanda fiskal siyasətin həyata keçirilməsində müxtəlif qaydaların tətbiq edilməsi 

onun diskretlyini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq potensialına malikdir. Bu isə kəskin 

ressesiyalar  halında  fiskal  qaydaların  imkan  verdiyi  həddən  daha  çox  fiskal  stimul 

proqramları həyata keçirməyi əngəlləyə bilər. Bu baxımdan istənilən fiskal qayda ressesiyalar 

üçün  istisnaları  özündə  əhatə  etməlidir.  Lakin,  ölkə  iqtisadiyyatı  üzrə  mövcud  olan  bu 

istisnalar  detallı  şəkildə  izah  olunmalı  və  onun  siyasi  məqsədlər  üçün  istifadəsinə  imkan 

verilməməlidir. 

Təhlillər göstərir ki, bütün bunlarla yanaşı büdcə xərclərinin ölkənin strateji məqsədləri 

ilə  uzlaşması  və  büdcə  xərcləmələrində  səmərəliliyin  təmin  edilməsinə  diqqət  artırılmalıdır. 

Bunu  təmin  etmək  məqsədilə  isə  orta  müddətli  xərclər  strategiyasının  tətbiqi  zəruridir.  Bu 

strategiya  hökumətin  orta  müddətli  dövrdə  siyasətini  strateji  məqsədlərlə  əlaqələndirməklə 

resursların  daha  effektiv  istifadəsinə  nail  olmağa  xidmət  edir.  Bu,  büdcə  xərclərinin 

planlaşdırılmasının “yuxarıdan-aşağıya” prinsipinə əsaslanmasını nəzərdə tutur. 

Orta müddətli xərclər strategiyası büdcə prosesinin yalnız bir il üçün deyil, hökumətin 

orta  müddətli  iqtisadi  prioritetlərini  özündə  əks  etdirməyə  imkan  verən  bir  neçə  ilə 

fokuslaşmasını  tələb  edir.  Strategiya  uzunmüddətli  dövr  üçün  ölkənin  prioritetlərini  əks 

etdirən vahid sənədə əsaslanır. Burada uzunmüddətli dövrdə ölkənin nail olmaq istədiyi əsas 

məqsədlər  bu  məqsədlərə  çatmaq  üçün  müvafiq  strategiyalar  öz  əksini  tapır.  Bu  cür 

sənədlərdə  ölkənin  uzunmüddətli  dövrdə  iqtisadi  inkişafı,  əhalinin  sosial  şəraitin 

yaxşılaşdırılması və digər məsələlər üzrə konkret məqsədlər müəyyən edilir və bu məqsədlərə 

nail olmaq üçün tədbirlər proqramı irəli sürülür. 

Təhlillərin  nəticələrinə  görə,  ölkədə  dövlət  büdcəsi  gəlirlərinin  artırılmasına  neft 

gəlirlərinin təsiri və bu prosesin idarə olunması, büdcə potensialının müəyyən edilməsi üçün 

büdcə gəlirlərinin planlaşdırılması, proqnozlaşdırılması və onun optimallaşdırılması üsulları, 

qloballaşma  şəraitində  büdcə-vergi  siyasətinin  səmərəliliyinin  yüksəldilməsi  və  onun 

təkmilləşdirilməsi istiqamətləri tədqiq olunmaqdadır. Neft sektorunun əhəmiyyətli rolu özünü 

dövlət büdcəsinin formalaşmasında da büruzə verir. 

Hazırda dövlət xərcləri büdcə çərçivəsində həyata keçirilir və bütün neft və qeyri-neft 

daxilolmaları büdcə prosesi vasitəsilə reallaşdırılır. Ümumilikdə isə dövlət büdcəsi əsasən üç 

başlıca  siyasət  sənədi  olan  neft  gəlirlərinin  istifadəsi  üzrə  uzunmüddətli  strategiya, 

yoxsulluğun  azaldılması  və  regionların  sosial-iqtisadi  inkişafı  üzrə  proqramları  əsasında 

formalaşır. 




A. AĞAYEV: QEYRİ-NEFT BÜDCƏ KƏSİRİNİN İDARƏ OLUNMASI …  

 

 

 



13 

Dövrün  iqtisadi  çağırışlarına  əsaslanaraq  ölkədə  büdcə-vergi  siyasəti  ilə  bərabər,  neft 

gəlirlərinin  istifadəsi  siyasəti  də  getdikcə  yüksək  əhəmiyyət  kəsb  etməkdədir.  Orta  müddətli 

dövrdə fiskal siyasətinin makroiqtisadi sabitliyə nə dərəcədə imkan verə bilməsi kimi mühüm 

suallar fiskal arsenalı getdikcə daha çox düşündürür.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 3. Fiskal siyasətin konstruksiyası 

Tədqiqatlar  göstərir  ki,  ölkənin  makroiqtisadi  perspektivlərini  təhlil  etməyin  daxili 

qiymətlərlə yanaşı digər göstəriciləri məhsul buraxılışı, məşğulluq səviyyəsi, qeyri-neft ixracı 

və qeyri-neft idxalının artım templəri kimi real sektorun siqnal indikatorlarıdır. Bu baxımdan 

qeyri-neft  sektorunun  müfəssəl  inkişaf  strategiyasının  işlənib  hazırlanması  və  həyata 

keçirilməsinə  xüsusi  diqqət  yetirilir.  Ölkədə  qeyri-neft  sektorunun  inkişafı  üzrə  strategiya 

Ortamüddətli strateji 

iqtisadi siyasət 

konsepsiyası 

İnflyasiya  

tənzimlənməsi 

Müfəssəl makroiqtisadi 

proqnozlaşdırma sistemi 

Büdcə gəlirləri 

Büdcə xərcləri 

Büdcə kəsiri 

Ortamüddətli 

fiskal siyasət 

Sektoral yuxarı 

hədd yanaşması 

Alt-sektoral 

səviyyədə  

yuxarı hədd 

yanaşması 




  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

14 



sənədləri bu sektorda struktur islahatlarının aparılması  ilə  onun inkişafının  dəstəklənməsinin 

və  neft  gəlirlərinin  düzgün  idarə  olunması  vasitəsilə  makroiqtisadi  sabitliyin  qorunub 

saxlanılmasını ehtiva edir.  

Qeyri-neft  sektorunun  stimullaşdırılması  strategiyası  bir  çox  kompleks  tədbirlərin 

həyata  keiçrilməsini  tələb  edir.  Ümumilikdə  isə,  qeyri-neft  sektorunda  biznesin  daha  da 

həvəsləndirilməsi,  onun  kreditləşdirilməsi  mexanizmlərinin  yaradılması  və  bu  istiqamətdə 

neft gəlirlərindən fəal istifadə mühüm şərtlər sırasındadır.  

Qeyri-neft  iqtisadiyyatında  neft  sektoruna  nisbətən  vergi  dərəcələrinin  azaldılması, 

investisiya  layihələrinin  stimullaşdırılması,  xüsusilə  də  kövrək  sektorların  xarici  iqtisadi 

müdaxilədən qorunması, özəlləşdirilən müəssisələrdə texnoloji yeniliklərin tətbiqi və bununla 

bağlı  layihələrin  kreditləşdirilməsi  siyasət  sənədlərində  və  icra  mexanizmlərində  diqqət 

mərkəzində tutulmalıdır. 

Ölkədə  qeyri-neft  sektorunun  inkişafı  ilə  bağlı  ikinci  strateji  istiqamət  isə  neft  amili 

nəticəsində makroiqtisadi sabitlik üçün yarana biləcək təhlükələrin aradan qaldırılmasıdır. Bu 

istiqamətdə başlıca hədəf milli valyutanın yüksək volatilliyinin qarşısının alınması və istehlak 

qiymətlərinin  normal  səviyyədə  saxlanılması  üçün  məqsədyönlü  dövlət  siyasətinin  həyata 

keçirilməsindən ibarətdir. 

İqtisadiyyatın uzunmüddətli perspektivdə neftdən asılılığı iqtisadi artım sürətinin aşağı 

düşməsinə  gətirib  çıxara  bilər.  Təbii  resurslar  ilk  əvvəl  artım  sürətini  yüksəltsə  də  bunun 

qısamüddətli  effekt  olması  diqqətdən  yayılmamalıdır.  Şübhəsiz  ki,  sonrakı  sonrakı  illərdə 

artım sürəti tədricən azalır.  

Doğrudur,  hazırda  resurs  gəlirləri  bir  sıra  bazis  makroiqtisadi  problemlərin  həllinə 

imkan  verir,  lakin  bu  tendensiya  əsaslı  islahatların  realizasiyasının,  habelə,  rasional  iqtisadi 

modellərin  araşdırılmasının  qarşısını  almamalıdır.  Göründüyü  kimi,  resurs  bumu  effekti 

zəiflədikdən sonra ölkə iqtisadiyyatı güclü təzyiq altına düşdü. Bunun baş verməməsi üçün isə 

resurs  iqtisadiyyatda  böyük  rol  oynadığı  tsikldə  dayanıqlı  sahələrin  sürətli  inkişafını  təmin 

etmək vəzifələri aktual olmalı idi. 

Nəticə. 

Aparılan təhlilləri nəticə etibarilə belə ümumiləşdirə bilərik ki, resurs gəlirləri 

bir  sıra  bazis  makroiqtisadi  problemlərin  həllinə  imkan  verir.  Lakin,  bu  tendensiya  əsaslı 

islahatların  realizasiyasının,  rasional  iqtisadi  modellərin  araşdırılmasının,  habelə  bu 

platformada yeni idarəetmə metodlarının tətbiqinin qarşısını almamalıdır. Təcrübədə dəfələrlə 

sübut  olunduğu  kimi,  resurs  bumu  effekti  zəiflədikdən  sonra  ölkə  iqtisadiyyatı  güclü  təzyiq 




A. AĞAYEV: QEYRİ-NEFT BÜDCƏ KƏSİRİNİN İDARƏ OLUNMASI …  

 

 

 



15 

altına düşür. Bunun baş verməməsi üçün isə resurs iqtisadiyyatda böyük rol oynadığı tsikldə 

dayanıqlı sahələrin sürətli inkişafını təmin etmək vəzifələri daim aktual olmalıdır. 

 

Ədəbiyyat 

1.

 



http://www.imf.org/external/publications/index.htm  International  Monetary  Fund,  

Working papers and research materials. 

2.

 

http://www.cbar.az/pages/publications-researches,  Azərbaycan  Respublikası  Mərkəzi 



Bankının tədqiqat materialları. 

3.

 



http://www.oilfund.az/index.php?page=hesabat-arxivi&hl=az_AZ,  Azərbaycan  Dövlət 

Neft Fondunun materialları. 



 

Yüklə 98,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə