İPƏk yolu, No. 2, 2017



Yüklə 82,56 Kb.

tarix23.09.2017
ölçüsü82,56 Kb.
növüXülasə


 

 

IPƏK YOLU, No.2, 2017, səh.166-174 



 

 

166 



 

İRAQ-TÜRKMAN ƏDƏBİYYATINDA DIVAN ŞEİRİ ƏNƏNƏSİ  

OSMAN MƏZLUM 

 

Hülya Aslanova 

 

AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Bakı, Azərbaycan 

e-mail: 

hulya.aslanova@gmail.com

 

 

Xülasə.  Məqalədə  İraq-Türkman  ədəbiyyatında  divan  şeiri  ənənəsinin 

görkəmli  davamçısı  və  nümayəndəsi  olan,  eləcə  də,  həmkarları  tərəfindən 

“gələcəyin  şairi”  adlandırılmış  Osman  Məzlumun  həyat  və  yaradıcılığı 

haqqında  məlumat  verilmişdir.  Şairin  yaradıcılığında  aparıcı  mövqe  tutan 

vətənpərvərlik,  pessimizm  və    tərki-dünyalıq  hisslərinə  xüsusi  diqqət 

yetirilmiş,  poetik  dilinin  çətinliyi və  qəlizliyi  ön  plana  çıxarılmışdır.  Bütün 

yuxarıda qeyd olunanlar konkret nümunələr ilə əsaslandırılmışdır.  

 

Açar  sözlər:  İraq-Türkman  ədəbiyyatı,  divan  ədəbiyyatı,  əruz,  Kərkük, 

xoryat, Osman Məzlum, pessimizm. 

 

DIWAN POETRY TRADITION IN IRAQI-



TURKMAN LITERATURE AND OSMAN 

MAZLUM 

 

Hulya Aslanova 

Institute of Oriental Studies ANAS,  

Baku, Azerbaijan 

 

Abstract

The 

article 


describes 

general 


information  about  the  life  and  works  of  Osman 

Mazlum–successor  and  an  outstanding  represent-

tative  of  diwan  poetry  tradition  in  Iraqi-Turkman 

literature, who is called “the poet of the future” by 

his  colleagues.  Particular  attention  in  the  article 

was  paid  to  patriotism,  pessimism  and  asceticism, 

which  takes  dominant  position  in  his  works.  The 

difficulty of his poetic language was brought to the 

fore.  All  the  above  mentioned  were  based  on 

concrete examples. 



Keywords

Iraqi-Turkman 

literature, 

diwan 


poetry,  aruz,  Kirkuk,  horyat,  Osman  Mazlum, 

pessimism 



 

ТРАДИЦИЯ ПОЭЗИИ ДИВАН В 

ИРАКСКО-ТУРКМАНСКОЙ 

ЛИТЕРАТУРЕ И ОСМАН МАЗЛУМ 

 

Хулия Асланова 

Институт Востоковедения НАНА, Баку, 

Азербайджан 

 

Резюме. В статье дана информация о жизни и 

творчестве Османа Мазлума, который является 

продолжателем  и  выдающимся  представите-

лем  традиции  поэзии  диван  в  Иракско-Турк-

манской  литературе,  которого  коллеги  назы-

вают  «поэтом  будущего».  Особое  внимание 

уделяется  чувствам  патриотизма,  пессимизма 

и  аскетизма,  которые  занимают  доминиру-

ющее  место  в  его  творчестве.  Трудность  его 

поэтического  языка  выдвинута  на  первый 

план.  Все  вышесказанное  было  основано  на 

конкретных примерах.  

Ключевые cлова: Иракско-Туркманская лите-

ратура,  поэзия  диван,  аруз,  Киркук,  хорйат, 

Осман  Мазлум, пессимизм. 

 

 



1.

 

Giriş  

 

   Forma və məzmun etibarilə klassik şərq ədəbiyyatını müxtəlif cür adlandırırlar: saray 

ədəbiyyatı,  şəhər  ədəbiyyatı,  əsilzadələr  ədəbiyyatı,  müsəlman  ədəbiyyatı  və  s.  Məzmun 

etibarilə  bu  ədəbiyyatı  dini  ədəbiyyat,  məhəbbət  ədəbiyyatı,  elmi  ədəbiyyat,  dünyəvi 

ədəbiyyat,  tarixi  ədəbiyyat  və  s.  də  adlandıranlar  var.  Bütün  bunlarla  yanaşı  klassik 

ədəbiyyatın bir adı da var – divan ədəbiyyatı [5, səh.3].  




H. ASLANOVA: İRAQ-TÜRKMAN ƏDƏBİYYATINDA DIVAN ŞEİRİ …  

 

 

 



167 

"Divan  ədəbiyyatı"  dedikdə  klassik  şairlərin,  əsasən  də  "Divan"  bağlayan  müəlliflərin, 

eləcə  də  qələmlərini  daha  çox  əruz  vəznində  sınayan  yazarların  məsnəviləri  və  çeşidli  lirik 

şeir  növləri  nəzərdə  tutulur.  "Divan  ədəbiyyatı"  anlayışı  bir  termin  olaraq  Türkiyə 

ədəbiyyatşünaslığında uzun müddətdir ki, qəbul edilmiş və bizdə onun qarşılığı olaraq klassik 

yazılı  ədəbiyyat  ifadəsi  daha  çox  işlənir. Bununla  belə,  son  dövrün  Azərbaycan 

ədəbiyyatşünaslığında da "Divan ədəbiyyatı" termininə rast gəlirik ki, bu da müəyyən mənada 

qeyd olunduğu kimi, klassik yazılı ədəbiyyat anlamına uyğun gəlir [6].  

"Divan  ədəbiyyatı"  məna  və  forma  baxımından  zəngin  olduğu  qədər  yayıldığı  ərazi 

baxımından  da  zəngindir.  O,  Balkan  adaları,  Krım,  Azərbaycan,  İraq  və  s.  Osmanlı 

İmperiyasının yayıldığı bütün torpaqlarda mövcud olmuş bir ədəbiyyatdır [4]. Bunlar arasında 

İraqda  yaşayan  türkmanlar  da  var.  Ərbil,  Kərkük,  Bağdad,  Mosul,  Diyalə,  Tuzxurmatu, 

Altunköprü, Kifri və türkmanların yaşadığı digər bölgələrdən bu sahədə qələmini sınamış çox 

istedadlı simalar var: Füzuli, Nəsimi, Osman Ruhi Bağdadlı, Yusuf Garibi, Abdürrezak Ağa, 

Hicri  Dede, Yakup Ağa, Mehmet Sadık,  Cahid Hamdi,  Nazım Refik Koçak, Hasan Görem, 

Felekoğlu, Osman Mazlum, Fuad Şeyx Mustafa, Nesrin Erbil, Hüsam Hasret, Esat Erbil və s. 

İraqda 1958-ci ildən qabaq inkişaf etmiş divan şeiri 1958-ci ildən sonra ancaq bir neçə şairin 

yaradıcılığı  ilə  davam  etdirilmişdir  [4,  səh.2].  Onların  əksəriyyəti  qələmlərini  həm  klassik 

tərzdə, həm də yeni tərzdə sınamışlar. Lakin, onlar arasında xüsusi yer tutan Osman Məzlum 

yaradıcılığını  sırf  divan  ədəbiyyatı  istiqamətində  qurmuş  və  bu  sahədə  zəngin  bir  irs  qoyub 

getmişdir.  

Osman  Məzlum  1922-ci  ildə  Kərkükdə  anadan  olmuşdur.  Həm  ata,  həm  də  ana 

tərəfdən  Kərkükün  qədim  qəbilələrindən  olan  bayat  qəbiləsinə  mənsub  xalis  türkmandır.  İlk 

təhsilini  yerli  məhəllə  məktəblərinin  birində  molla  yanında  almışdır.  Təhsilini  dörd  sinifli 

Kale və iki sinifli Merkeziyye məktəbində davam etdirdikdən sonra orta məktəb və liseyi də 

uğurla bitirmişdir. Orta təhsilini başa vuran şair 1940-cı ildə Bağdada gedir və burada Dərü`l-

Mu`allimin  əl-Aliyə  Universitetinin  ərəb  dili  fakültəsinə  daxil  olur.  Lakin,  bu  fakültə  onun 

şəxsi  zövqünü  və  tələblərini  ödəmir.  Burada  bir  il  təhsil  aldıqdan  sonra  buranı  tərk  edərək 

Bağdad  Universitetinin  hüquq  fakültəsinə  qəbul  olunur.  Hüquq  fakültəsində  oxuya-oxuya 

Ədliyyə  Nazirliyinin  nəzdində  fəaliyyət  göstərən  “Eytam”  (“Yetimlər”)  dairəsində  məmur 

vəzifəsində çalışır [4, səh.20]. 

 

1946-cı ildə hüquq fakültəsindən məzun olduqdan sonra məmur həyatına davam edir, 



müxtəlif  illərdə  Süleymaniyyə,  Raniyə,  Havicə  və  Kərkük  kimi  şəhərlərdə  ədliyyə 

dairələrində  işləyir.  Ən  son  olaraq  isə,  Kərkükdə  baş  prokuror  köməkçisinin  baş  katibi 

vəzifəsinə  təyin  olunur.  1971-ci  ildə  bu  vəzifədən  azad  olunaraq  Şəriyyə  məhkəməsinin  baş 



  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

168 



katibi vəzifəsinə təyin olunur [11, səh.230]. Bu təyinat şairin ürəyincə olmur. Həmin dairədə 

işlərin çoxluğu səbəbi ilə təqaüdə çıxır və Kərkükdə məskunlaşaraq ailəsi ilə birlikdə sakit və 

rahat bir həyat sürür. Lakin, 1978-ci ildə baş verən bir hadisə şairin həyatını dəyişdirir. Ağır 

avtomobil  qəzası  keçirən  şair  bu  hadisədən  sonra  evinə  qapanır  və  vəfatınaqədər  oranı  tərk 

etmir  [7,  səh.214].  Əvvəllərdə  bədbin  ruhda  şeirlər  yazan,  daim  şikayətlənən  şair  daha  da 

bədbinləşir, bir növü tərki-dünya həyatı yaşamağa başlayır. Təbii ki, bu, onun yaradıcılığında 

da öz əksini tapır. 

 

Şair 1995-ci ilin iyul ayın 22-də vəfat edir. Onun ölümündən sonra özü kimi şair olan 



qardaşı Abbas Mustafa, eləcə də, Hasan Kevser, Fehmi Esat Naip, Ömer Sabir Türkmenoğlu 

kimi şairlər mərsiyə yazıblar [11, səh.231].  

 

Osman  Məzlum  divan  ədəbiyyatı  ənənəsinə  bağlı  bir  şair  olmuş,  qələmini  daha  çox 



əruz  və  heca  vəznində  sınamışdır.  İraq-türkman  ədəbiyyatı  tarixində  Məhəmməd  Sadiqdən 

sonra  divan  ədəbiyyatının  ən  görkəmli  nümayəndəsi  hesab  edilir.  Əruz  elmini  yaxşı 

bilməməsinə baxmayaraq, şeirlərində istifadə etdiyi canlı təsvirlər və təşbehlər üslubuna rəng 

və özünəməxsusluq qatmışdır [2, səh.437]. Şeirlərində şikayət və bədbinlik ön plana çıxır. Bu, 

həyatında  baş  verən  xoşagəlməz  hadisələrlə  bağlıdır.  “Məzlum”  təxəllüsü  də  məhz  buradan 

irəli gəlir. 

 

İraq-türkman  ədəbiyyatının  görkəmli  və  yorulmaz  tədqiqatçısı  Əta  Tərzibaşı  şair 



haqqında  demişdir:  “Əruz  elmini  yaxşı  bilmədiyi  halda,  onu  fitri  olaraq  şeirlərində  gözəl 

surətdə tətbiq etməyə çalışan cənab Osman Məzlum nəticə olaraq İraq türkləri arasında divan 

ədəbiyyatı şeirinin Məhəmməd Sadiqdən sonra əsas nümayəndəsi olmağa namizədliyini irəli 

sürmüş sayılır. Həqiqətən də, Məzlumun ağzı bir şair ağzıdır. Bir sıra platonik eşq şeirləri və 

reallığa  uyğun  canlı  təsvirləri  ilə  ədəbiyyat  tariximizdə  birinci  olacağına  inanırıq”  [3, 

səh.265].  Göründüyü  kimi,  Tərzibaşı  Məzlumu  iraq-türkman  ədəbiyyatında  divan  şeirinin 

ustadlarından  olan  Məhəmməd  Sadiq  ilə  müqayisə  edir,  hətta  bərabər  tutur.  Qeyd  edək  ki, 

Məhəmməd  Sadiq  özü  də  Məzlumun  yaradıcılığını  yüksək  qiymətləndirmiş,  onu  gələcəyin 

şairi  adlandırmışdır:  “Osman  Məzlumun  fikirləri  gözəldir,  əruz  vəznini  bilir,  amma,  özünü 

qafil  edir  və  yolundan  çıxır.  Sözlərim  ona  vəsiyyət  olsun,  çünki,  gələcəyin  şairi  Məzlum 

olacaqdır.  Məzlum,  keçmiş  yolundan  dönmə.  Onu  bil  ki,  əruz  vəzni  ilə  şeir  yazmayan  şair 

deyildir” [3, səh.265].  

 

Osman  Məzlum  yaradıcılığına  nəzər  saldıqda  görmək  olar  ki,  o,  şeirlərini  əruz 



vəznində  və  klassik  osmanlı  ləhcəsində  yazmış,  çətin  xarici  söz  və  ibarələrəgeniş  yer 

vermişdir.  Şairin  şeirlərinin  dili  üçün  osmanlı  ləhcəsini  seçməsi  Tərzibaşının  fikrincə  türk 




H. ASLANOVA: İRAQ-TÜRKMAN ƏDƏBİYYATINDA DIVAN ŞEİRİ …  

 

 

 



169 

dilində  əruz  qəliblərinin  sabit  qalması  ilə  bağlıdır.  Ərəb  dilində  isə  çox  vaxt  bu  qəliblər  dil 

yolunda fəda edilir [11, səh.234]. Şeirlərdə istifadə olunan qəliz və anlaşılmaz xarici sözlərə 

gəlincə isə, şair onları rahatlıqla əruz qəliblərinə sala bildiyi üçün və heç bir dəyişiklik etməyə 

ehtiyac olmadığı üçün istifadə etmişdir. Misal üçün şairin “Talihim” (“Taleyim”) şeirindən [2, 

səh.438] bəzi beytləri göstərmək olar:  

Birbiri üzre bıraksam gördüğüm nekbetleri 

Kummesi kandil dağından yükselir bala çıkar 

    

                   *** 



Rüyime berber tıraş etdikte vursa pudra  

Su-ı hazzımdan o povder bir siyah sürma çıkar 

                                                                   *** 

 

                        Yaz günü eyrkuler alsam küre-i haddad olur  



                                    Kış günü tennur yakarsam lehpesi serma çıkar

 

 



Nümunələrdən də göründüyü kimi, beytlərdə ərəbcə, farsca, hətta ingiliscə sözlərə rast 

gəlmək olar. Klassik şeirlərdə ərəb-fars sözlərinin istifadə olunması təbii hal olsa da, ingiliscə 

sözlərin  istifadə  olunması  bir  yenilikdir.  Məsələn,  ikinci  beytin  ikinci  misrasına  istifadə 

olunan  “povder”  sözü  ingilis  dilində  olan  “powder”  (pudra,  kirşan)  sözünün,  üçüncü  beytin 

birinci  misrasında istifadə  olunan  “eyrkuler”  sözü  isə  yenə də  ingilis  sözü  olan  “air-cooler” 

(hava soyuducu) sözünün danışıq dilinə keçmiş formasıdır.  

Əta Tərzibaşı özünün “Kərkük Şairləri” kitabında bu haqda yazır: “Məzlumun osmanlı 

ləhcəsində  yazdığı  klassik  şeirləri  xarici  söz  və  tərkiblərlə  dolu  olduğundan  həvəsli  gənclər 

arasında  çox  da  geniş  yayılmamışdır”  [11,  səh.234].  Tədqiqatçı  onu  da  qeyd  edir  ki, 

Məzlumdan bu çətin və anlaşılmaz sözləri azaltmasını xahiş etdikdə o, “Bunu edə bilmərəm! 

Qələmə aldığım şeiri olduğu kimi, öz səliqəmə uyğun yazıram. Başqa cür yazsam, sünnilik və 

təqlidə  yol  vermiş  olaram”  demişdir  [11,  səh.234].  Özünün  “Şiirimde  Teşaüm  Zahiresi” 

(“Şeirimdə Pessimizm”)  [11, səh.237] adlı şeirində şair bu barədə yazır: 

Farisi ve Arabi çok kelime var sözümde

Latini sözün çok önemi var sanki gözümde 

Məzlum  şeirlərinin  dilinin  çətinliyi  mövzusuna  Əbdüllətif  Bəndəroğlu  da 

toxunmuşdur.  O,  “İraq  Türkman  Ədəbiyyatı  tarixinə  bir  baxış”  kitabında  bu  barədə  yazır: 

“Şairimizin  şeirlərində  istifadə  etdiyi  dil  əcnəbi  sözlərdən  uzaq  olsaydı,  əsrlər  boyunca  bir 

“Osman  Məzlum”  məktəbi  yaratmaq  imkanı  əldə  etmiş  olardı.  Gənclərimizdə  bu  məktəbin 



  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

170 



yolu  ilə  gedib  ədəbiyyatımıza  böyük  xidmətlər  göstərə  bilərdilər.  Təəssüf  ki,  şairimizin 

istifadə etdiyi bu əcnəbi sözlər qarşısında gənclərimiz əli bağlı qalmışlar” [3, səh.262-263].  

Osman Məzlumun şeirlərində istifadə etdiyi mövzular divan şeiri üçün xarakterik olan 

mövzulardır.  Milli  və  dini  hisslər,  eşq-məhəbbət,  ictimai  mövzular  Osman  Məzlum 

yaradıcılığı üçün xarakterikdir. Lakin, qeyd etmək lazımdır ki, yalnızlıq, acı, kədər və bundan 

irəli  gələn  bədbinlik  ruhu  şairin  yaradıcılığında  xüsusi  yer  tutur.  Onun  şeirləri  yalnızlıq  və 

üzüntü ilə doludur. Həyatında baş verən üzücü hadisələr səbəbi ilə dərin kədərə bürünən şair 

bunu  şeirlərində  də  əks  etdirmiş,  hər  zaman  həyatından,  bəxtindən  şikayətçi  olmuşdur.  Hər 

beyt, hər misra özündə şairin kədərini, acısını, həyatdan və zəmanədən gileyini, yorğunluğunu 

əks  etdirir,  ümumi  desək,  oxucuya  şairin  iç  dünyasını  açır.  “Gönlümün  Defterinden” 

(“Könlümün  Dəftərindən”)  kitabının  girişində  şair  yazır:  “Bu  kitabımda  nacaq  yaralı  bir 

qəlbin fəryadlarını, Leylası üçün ağlayan bir gözün qanlı yaşlarını, inləyən bir aşiqi-biçarənin 

şikayətlərini,  cani-dildən  torpağa  bağlı  olan  bir  vətəndaşın  əzəli  vətən  sevgisini  tapa 

bilərsiniz” [7, səh.215-216].  

 

Qeyd  etdiyimiz  kimi,  şair  yaradıcılığı  boyu  əruz  vəzninə  üstünlük  vermişdir.  Şairin 



divanında qəsidə (“Talihim”, “Bağdad”, “Vatan”, “Canım Kərkük” və s.), qəzəl (“Bana Sor”, 

“Yandırır”,  “Desünler”,  “Olur”  və  s.),  məsnəvi  (“Şiirimde  Teşaüm  Zahiresi”,  “Tevhid  ve 

Münacat”), müxtəlif şairlərə yazdığı təxmis və mərsiyə, tarix, rübai kimi janrlara rast gəlmək 

olar. Bundan əlavə olaraq, şair qələmini heca vəznində də(“Kumru”, “Baykuş”, “Falcı”, “Çile 

Bülbül”,  “Horozla  Hasbihâl”  və  s.)  sınamışdır.  Şairin  əruz  vəznində  göstərdiyi  ustalıq, 

toxunduğu mövzular, istifadə etdiyi bədii təsvir vasitələri heca vəzni üçün də xarakterikdir.  

Şairin iç dünyasını anlamaq, bədbinliyini tam şəkildə hiss etmək üçün onun 37 beytlik 

“Talihim” (“Taleyim”) qəsidəsinə [2, səh.438] nəzər salmaq kifayətdir: 

Göy mahbub hudaya hac içün etsem sefer  

Başıma taşlar yağar karışma ajderha çıkar  

Öyle bedbaht bir kulum kim çarşıda satsam kefen  

Kimse ölmez , ya kefensiz gömmeğe fetva çıkar 

Asyab-ı dehirde buğday dartsam nan içün 

Ya değirmene su gelmez ya unum arpa çıkar 

 

Şair  özünü  o  qədər  bədbəxt  hesab  edir  ki,  həcc  ziyarətinə  getsə  göydən  daş 



yağacağına,  qarşısına  əjdaha  çıxacağına,  bazarda  kəfən  satsa  heç  kimin  ölməyəcəyinə, 


H. ASLANOVA: İRAQ-TÜRKMAN ƏDƏBİYYATINDA DIVAN ŞEİRİ …  

 

 

 



171 

kəfənsiz dəfn edilmə barədə fitva veriləcəyinə, çörək bişirmək üçün buğda yığsa dəyirmana su 

gəlməyəcəyinə, ununun arpa olacağına inanır. Qeyd edilən qəsidə başdan-sona bu cür bədbin 

ruhlu bənzətmələr ilə doludur.  

Şairin  eyni  ruhda  yazdığı  və  şeir  sənəti  baxımından  diqqətə  layiq  digər  bir  şeiri  isə 

heca vəznində yazdığı 30 bəndlik “Baykuş” (“Bayquş”) şeiridir. Bayquşa xitabən yazılmış bu 

şeirdə  müəllif  bayquşun  timsalında  özünü,  şəxsiyyətini  və  iç  dünyasını  simvolizə  etmişdir. 

Bədbəxtliyini,  yalnızlığını,  ac  və  kədərini,  dünyaya  küskünlüyünü,  tərki-dünyalığını  bayquş 

vasitəsilə təsvir edən şair gözəl bir sənət nümunəsi yaratmışdır [4, səh.27].  

Bilmem ne içün mahzunsun baykuş  

Yalnız gezersin mecnunsun baykuş  

Harabalarda yapmışsın yuva 

Cihan bağından küskünsün baykuş 

                      *** 

Bilmem ne için maḥzunsun bayḳuş, 

Yalñız gezersinMecnunsun bayḳuş, 

Harabelerde yapmışsın yuva, 

Cihan bağından küskünsün bayḳuş. 

 

 

*** 



Adem oğlundan nefret eylersin 

Bağ bağçadan hicret eylersin 

Gonca nergisle yoktur ülfitin 

Bilmem sen kime meftunsun baykuş

 [11, səh.249] 

Şairin  yaradıcılığında  hakim  mövqe  tutan  bu  bədbinlik  ruhu  həmkarlarının  da 

nəzərindən  qaçmamışdır.  Bunu  dilə  gətirən  ədiblərdən  biri  də  Mehmet  Merdan  olmuşdur: 

“Başqa şairlərin də əsərlərində pessimizm hiss olunur. Lakin, heç biri Osman Məzlum qədər 

güc və dərinlik göstərməmişdir” [4, səh.30]. Bu sözlər müqabilində Osman Məzlum şairi şeir 

sənətindən anlamamaqda ittiham etmiş və ona “Şiirimde Teşaüm Zahiresi” başlıqlı 91 beytlik 

mənzum cavab yazmışdır: 

Tenḳid ediyor böylece eşarımı çoḳlar, 

Fehm eylemeden fırlatıyor nazmıma oḳlar.  

Müştaḳ-ı edeb! Sen beni hoş anlamıyorsun, 




  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

172 



Elden ṣoruyorsun beni sen dinlemiyorsun. 

Bilmezsin uçar hangi ufuklarda hayâlim, 

Kimden ve neden neşet eder derd ü melalim [11, səh.237].  

 

Şairin  Mehmet  Merdanın  sözlərinə  bu  cür  kəskin  reaksiya  verməyi  güman  ki, 



Merdanın həmin dövrdə geniş yayılmış sərbəst şeir cərəyanının nümayəndəsi olmasından irəli 

gəlir.  Sərbəst  şeirə  qarşı  amansız  mövqe  tutan  şair  bu  növ  şeiri  tör-töküntü,  boş  söz,  əruz 

dalğalarının  sahilə  vurduğu  çör-çöp  adlandırmış,  bunun  müqabilində  divan  şeirini  bəzəkli 

gəlinə bənzətmişdir (“Şiir ve Şairler” qəsidəsi).  

Failat[ün] mevcleri dehşet saçar sahillere, 

Şi`r-i serbest hep kenara attığı has harıdır. 

Haclegahta bir gelindir eskidivan şirimiz, 

Lafz-ı  mucem gerdeninde lülü-i şehvarıdır [11, səh.246].  

Xoryat  janrının  vətəni  sayılan  Kərkükdə  yaşayıb  yaradan  şair  bu  janrdan  yan 

keçməmiş, ustalığını bu sahədə də nümayiş etdirmişdir. Hər bir türkman şairi kimi o da söz 

sənətində ilk addımlarını bu janrla atmış, daha sonra divan şeirinə keçmişdir. O, sonsuz sayda 

cinaslı  və  cinassız  xoryatların  müəllifidir.  Bəzi  ədəbiyyatçıların  fikrinə  görə,  xoryat  yazma 

sahəsində  rekord  saya  imza  atmışdır  [7,  səh.214].  Yerli  xoryatların  təsiri  ilə  yazdığı 

xoryatlarda bəzən yerli xalq deyimlərdən istifadə etmiş, istisnasız olaraq hər birini ana dilində 

yazmışdır  [4,  səh.26].  Digər  şeirlərində  olduğu  kimi  xoryatları  da  bədbin  əhval-ruhiyyədə, 

şikayətdən  xali  deyildir.  Lakin,  bununla  yanaşı  milli  və  dini  hisslərə,  vətən  sevgisinə, 

məhəbbətə, bir sıra ictimai problemlərə həsr olunmuş xoryatları var. 

Seherden falım budur, 

Derdim melalim budur, 

Cihan bir dunegirse

Değişmez halım budur [10, səh.329]. 

              *** 

Din ara, 

Devlet ara din ara, 

Kiyametdine bağlı, 

Dünya emri dinara [7, səh.215]. 

              *** 

Yad elinde, 

Öt bülbül ya dalında, 

Bir diyar mezarossın, 

Kalmasın yad elinde [8, səh.39]. 

             *** 

Mazlumdu benim namım, 

Hazret-Ali imamım, 

Hasan Hüseyn aşkına, 

Hudam versin meramım [11, səh.255]. 

              *** 



H. ASLANOVA: İRAQ-TÜRKMAN ƏDƏBİYYATINDA DIVAN ŞEİRİ …  

 

 

 



173 

Kerkü ğümmahmur Kerkük, 

Tarihte meşhur Kerkük, 

Barın yadlar yiri, 

Bağvanı mağdur Kerkük [9, səh.26]. 

Yaz mene, 

Bahar sene, yaz mene, 

O kalem kaşlarıvla, 

Hammıderdiv yaz mene [1, səh.355].  

 

Osman  Məzlum  25  yaşından  etibarən  şeirlərini  yerli  “Kəkük”  qəzetində  və  1961-ci 



ildə  fəaliyyətə  başlayan  “Qardaşlıq”  jurnalında  nəşr  etdiridi.  Kitab  halında  çap  edilmiş 

əsərlərinə isə “Kerkük Horyatlar”, “Abidin”, “Gölümün Defterinden”, “Horyatlar”, “Horozla 

Hasbihalim ve Horoz Horyatlarım” daxildir [11, səh.232; 5, səh.437].  

Nəticə. İraq-türkman ədəbiyyatında pessimizm və acı duyğuların, eyni zamanda dərin 

vətənpərvərlik  və  milli  duyğularının  daşıyıcısı  olan  Osman  Məzlum  özündən  sonra  böyük 

ədəbi irs qoyub getmişdir. Divan şeiri ənənələrinə üstünlük verməsi, dilinin qəlizliyi, ərəb-fars 

sözlərinə  geniş  yer  verməsi  baxımında  şairin  yaradıcılığı  müasir  dövrə  uymasa  da,  hələ  də 

yüksək qiymətləndirilir və sevilir. O, əruz və heca vəznində göstərdiyi ustalığı xoyrat janrında 

da  göstərmiş,  şeir  ilə  yanaşı  nəsr  sahəsində  də  özünü  sınamışdır.  Onun  divan  ədəbiyyatına 

dair  yazıları  bu  günə  kimi  maraqla  oxunur.  Şeirlərində  istifadə  etdiyi  canlı  təsvirlər  və 

təşbehlər üslubuna ayrı bir rəng qatmışdır.  



Ədəbiyyat 

1.

 



Akkoyunlu  Z.,  Saatçi  S,.  (1991)  Irak  müasir  türk  şairleri  antolojisi,  Ankara,  Mas 

Matbaacılık, 662 s.  

2.

 

Başlanğıcından  günümüze  kadar  Türkiye  dışındakı  türk  edebiyatları  antalojisi,  32 



cilddə, VI c., Ankara, Kültür Bakanlığı, 1997, 485 s. 

3.

 



Bəndəroğlu  Ə.,  (1989)  İraq-Türkmən  ədəbiyyatı  tarixinə  bir  baxış,  2  cilddə,  I  c., 

Bağdad, TKİY., 452 s.  

4.

 

Erbilli E.H.M., (2012) Osman Mazlum ve Divançesi (hayatı, edebi kişiliği ve eserleri), 



Konya, Selçuk Üniversitesi,  237 s. 

5.

 



İbrahimov  S.,  (2015)  Divan  ədəbiyyatının  poetikası,  Bakı,  “Bakı  Universiteti”  nəşr., 

127 s. 


6.

 

Nağısoylu  M.,  Klassik  ədəbi  irslə  bağlı  dəyərli  nəşr,  "Divan  ədəbiyyatı  sözlüyü" 



http://www.anl.az/down/meqale/525/2014/oktyabr/399366.htm

 

7.



 

Öbek  A.İ.,  20.  asırda  Kerküklü  bir  divan  şairi:  Osman  Mazlum  (1922-1995), 

http://www.tdk.gov.tr/images/css/TAE/1998_05/1998_05_16_Obek.pdf

 



  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

174 



8.

 

Saatçi Ö., (2012) Kerkük hoyrat ve manilerinde milli duygular I, “Kardeşlik” dergisi, 



Ekim-Aralık, yıl.14, sayı.56, s.39 

9.

 



Saatçi  Ö.,  (2015)  Kerkük  hoyrat  ve  manilerinde  yurt  sevgisi  2,  “Kardeşlik”  dergisi, 

Temmuz-Eylül, yıl:17, sayı:67, s.26 

10.

 

Sadettin  Y.,  Osman  Mazlumun  şiirlerinde  ve  hoyratlarında  kötümserlik  duyguları 



http://www.iasj.net/iasj?func=fulltext&aId=103067 

11.


 

Terzibaşı A., (2013) Kerkük Şairleri, 4 ciltte, III c., İstanbul, Ötüken Neşriyat, 424 s. 



 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə