İPƏk yolu, No. 2, 2018



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68325
növüXülasə


 

 

İPƏK YOLU, No.2, 2018, səh.15-22 



 

 

15 



 

AZAD İQTİSADİ ZONALAR – İQTİSADİ İNKİŞAFIN  

POTENSİALI KİMİ 

 

Sevil Abdullayeva 

 

Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan 

e-mail: 

Sevilabdullayeva@live.com

 

 

Xülasə.  Məqalədə  Azərbaycanın  dayanıqlı  iqtisadi  artımı  təmin  edəcək 



investisiya qoyuluşlarında maraqları, iqtisadiyyatın inkişaf xüsusiyyətləri və 

strateji  yol  xəritəsi  haqqında  məlumat  verilir.  Azad  iqtisadı  zonaların 

üstünlükləri sadalanır. Ölkəmizin qabaqcıl ölkələrin inkişaf tendensiyalarına 

uyğunlaşdırılması göstərilir.  



Açar  sözlər:  azad  iqtisadi  zona,  dayanıqlı  iqtisadi  artım,  birbaşa  xarici 

investisiya, strateji yol xəritəsi. 

 

FREE ECONOMIC ZONES AS A 

POTENTIAL FOR THE ECONOMIC 

DEVELOPMENT 

 

Sevil Abdullayeva 

Azerbaijan State University of Economics,  

Baku, Azerbaijan 

 

Abstract.  The  paper  deals  with  the  investment 

interests  of  Azerbaijan  that  provide  sustainable 

economic growth. The information is given on the 

features  of  the  economic  development  and 

strategic  road  maps.  The  advantages  of  free 

economic  zones  are  analysed.  Adaptation  of  the 

country  to  the  trends  in  the  development  of 

advanced countries is illustrated by the examples. 



Keywords:  free  economic  zone,  sustainable 

economic  growth,  direct  foreign  investment, 

strategic road map. 

 

СВОБОДНЫЕ ЭКОНОМИЧЕСКИЕ ЗОНЫ 



КАК ПОТЕНЦИАЛ ЭКОНОМИЧЕСКОГО 

РАЗВИТИЯ 

 

Севиль Абдуллаева 

Азербайджанский  Государственный  Экономический 

Университет, Баку, Азербайджан 

 

 

Резюме.  В  статье  рассматриваются  инвест-

иционные  интересы  Азербайджана,  которые 

призваны  обеспечить  устойчивый  экономичес-

кий рост.  Дается  информация  об  особенностях 

экономического  развития  и стратегической до-

рожной  карте.  Анализированы  преимущества 

свободных  экономических  зон.  На  примерах 

показана 

адаптация 

нашей 


страны 

к 

тенденциям развития передовых стран. 



Ключевые  cлова:  свободная  экономическая 

зона, устойчивый экономический рост, прямые 

иностранные 

инвестиции, 

стратегическая 

дорожная карта. 

 

1.

 

Giriş  

Son  10  ildə  Azərbaycan  dünyada  iqtisadi  artım  tempinə  görə  ön  sıralarda  qərar 

tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası  əsasında  əldə olunmuş gəlirlər hesabına 

infrastruktur  modernləşdirilmiş,  qeyri–neft  iqtisadiyyatı  inkişaf  etdirilmiş,  sosial  rifah 

yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə 

strateji  valyuta  ehtiyatları  yaradılmışdır.  2014-cü  ildən  başlayaraq  neft  qiymətlərinin  kəskin 

azalması  və  ticarət  tərəfdaşı  ölkələrində  iqtisadi  böhran  nəticəsində  ölkədə  iqtisadi  artım 

sürətinin  yavaşıması,  institusional  və  struktur  çağırışlar,  tədiyə  balansı  və  qeyri–neft  büdcə 

kəsiri,  maliyyə–bank  sektorunda  baş  verən  proseslər  fonunda  Azərbaycanda  yeni  iqtisadi 

inkişaf  yanaşmasına  keçid  zərurəti  yaranmışdır.  Davamlı  inkişafı  təmin  edəcək  yeni 




İPƏK YOLU, No.2, 2018

 

Azərbaycan Universiteti 



 

 

16 



"avanqard" sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri–ticari bölməyə 

nisbətən  ticari  bölmənin,  hasilata  nisbətən  emalın,  dövlət  sahibkarlığına  nisbətən  özəl 

sahibkarlığın,  aşağı  texnologiya  tutumlu  sektorlara  nisbətən  yüksək  texnologiyalara  əsaslan 

sektorların,  aşağı  ixtisaslı  əməyə  nisbətən  yüksək  ixtisaslı  əməyə  əsaslanan  sahələrin,  az 

gəlirli bazarlara nisbətən yüksək gəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən 

yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Milli 

iqtisadiyyatın  strukturunun  yenilənməsi  biznes  mühitinin  daha  da  yaxşılaşdırılması, 

ortamüddətli  xərclər  strategiyası  çərçivəsində  yeni  siyasətin  tətbiq  edilməsi,  maliyyə–bank 

sisteminin sağlamlaşdırılması, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə 

mümkündür. 

Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesinə start verilib. Belə ki, Bakı 

şəhəri Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla 

azad  ticarət  zonası  tipli  xüsusi  iqtisadi  zonanın  yaradılması  ilə  bağlı  tədbirlər  haqqında 

sərəncam  artıq  mövcuddur.  Sərəncamın  əsas  məqsədi  Azərbaycan  Respublikası 

Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq,  iqtisadiyyatın  davamlı 

inkişafı  və  rəqabət  qabiliyyətinin  artırılması,  Azərbaycan  Respublikasının  logistika  və 

nəqliyyat  mərkəzi  kimi  mövqeyinin  gücləndirilməsi  və  ölkədə  çoxşaxəli  nəqliyyat 

infrastrukturunun yaradılmasıdır.  

Azad  iqtisadi  zonaların  iqtisadiyyatımıza  necə  təsir  edəcəyi  barədə,  azad  iqtisadi 

zonalar investisiyaların cəlb olunması və yeni iş yerlərinin açılması baxımından çox vacibdir. 

İqtisadi  zona  daha  çox  nəqliyyat,  logistika  zonasının  formalaşmasına  xidmət  edir. 

İnvestisiyaların  cəlb  olunması  əsas  hədəf  olaraq  nəzərdə  tutulub.  Belə  bir  iqtisadi  zonanın 

yaradılmasının  üstünlüyü  ondan  ibarətdir  ki,  Azərbaycan  tranzit  ölkə  olaraq  öz  imkanlarını 

genişləndirə  biləcək  və  ölkə  ərazisinə  daha  çox  yükdaşımalara  nail  olacaq.  Son  dövrlər 

Azərbaycan ərazisində malların Avropadan və Türkiyədən Asiyaya aparılmasına olan marağın 

artmasını  nəzərə  alaraq  yeni  iqtisadi  zonanın  yaradılması  Azərbaycanın  imkanlarını 

genişləndirəcək.  Yeni  iqtisadi  zona,  həmçinin  dövlət  gəlirlərinin  və  büdcəyə  daxil  olan 

vəsaitin artmasına da səbəb olacaq.  

 

2.

 

Azad iqtisadi zonaların əsas cəhətləri  

 Azad iqtisadi zona yaradan ölkələrin məqsədləri müxtəlif ola bilər. Bəzi ölkələr azad 

iqtisadi  zonalardan  iqtisadi  inteqrasiya  mexanizmi  kimi,  digərləri  isə  xarici  texnologiyaların 

cəlb edilməsi vasitəsi kimi istifadə edirlər. Məsələn, Böyük Britaniya 1981-ci ildən başlayaraq 

məşğulluğun artırılması və milli səviyyədə iqtisadi konyunkturanın fəallaşdırılması məqsədilə 

azad  hava  limanları  (Liverpul,  Birminhem,  Kardiff,  Sausanton,  Prestrix  və  Belfast 

aeroportları)  yaratmağa  başlamışdır.  Amerika  Birləşmiş  Ştatlarında  isə  1934-cü  ildə  qəbul 

edilmiş  qanuna  əsasən  azad  iqtisadi  zonaların  yaradılmasının  əsas  məqsədi  kimi  xarici 




S. ABDULLAYEVA: AZAD İQTİSADİ ZONALAR – İQTİSADİ İNKİŞAFIN... 

 

 



 

17 


malların  ABŞ-a  idxal  edilərkən  rüsumlardan  azad  edilməsi  yolu  ilə  xarici  ticarətin 

dəstəklənməsi və təşviq edilməsi göstərilirdi. 

Göründüyü  kimi,  azad  iqtisadi  zonaların  yaradılması  məqsədlərindəki  müxtəlifliyi 

görmək üçün bir neçə misal kifayət  edir. Lakin,  bu məqsədlərin müxtəlifliyinə baxmayaraq, 

onlar  müəyyən  ümumiliyə  də  malikdirlər  ki,  bunların  da  arasında  iqtisadi,  sosial  və  elmi-

texniki məqsədləri göstərmək olar: 

 

 

Sxem 1. Azad iqtisadi zonanın iqtisadi məqsədi. Müəllif tərəfindən tərtib olunub 



 

 

 



Sxem 2. Azad iqtisadi zonanın elmi-texniki məqsədi. Müəllif tərəfindən tərtib olunub. 

 

İq



ti

sad


Milli bazarın dünya təsərrüfat sisteminə 

daha dərin nüfuzu

Yüksək rentabelli istehsalın inkişafı ilə 

xarici və milli investisiyaın cəlb edilməsi

İxrac məhsullarının istehsalının 

genişləndirilməsi

Ölkə büdcəsinə valyuta daxilolmalarının 

artırılması

So

si



al

Geri qalmış regionların kompleks inkişafı

Iş yerlərinin artırılması və əhalinin 

məşğulluğunun təmin edilməsi

İxtisaslı milli işçi, mühəndis, təsərrüfat və 

idarəetmə kadrlarının tədrisi və 

hazırlanması

Milli bazarın yüksək keyfiyyətli mallarla 

təmin edilməsi



İPƏK YOLU, No.2, 2018

 

Azərbaycan Universiteti 



 

 

18 



 

Sxem 3. Azad iqtisadi zonanın elmi-texniki məqsədi. Müəllif tərəfindən tərtib olunub. 

 

3.

 

Azad iqtisadi zonaların yaradılması prosesi və növləri  

Tarixən  azad  iqtisadi  zonaların  ilk  forması  azad  limanlar  (portlar)  ("porto-franko"), 

yəni  alıcı  axtarışı  zamanı  malların  müvəqqəti  olaraq  rüsum  ödənmədən  saxlanılması,  yerli 

bazarın stimullaşdırılması üçün istifadə edilən ərazilər olmuşdur. Bu ərazilər kimi ilk növbədə 

iri  dəniz  limanı  və  ona  yaxın  ərazilər istifadə  edilirdi. Bu  ərazilərə  xarici  malların  rüsumsuz 

gətirilməsi və çıxarılmasına icazə verilirdi. Azad liman statusuna müxtəlif dövrlərdə İtaliyada 

Livorno (1547), Genuya (1595), Venesiya (1661), Fransada Marsel (1669), Rusiyada Odessa 

(1817),  Vladivostok  (1862),  Batumi  (1878)  liman  şəhərləri  malik  olmuşlar.  Hazırda  "azad 

port"  statusuna  İsveçrənin  Buks  və  Jenevport  şəhərləri,  Braziliyada  Manaus,  Rumıniyada 

Sulina  və  bəzi  digər  şəhərlər  malikdir.  Bazarın  inhisarlaşması,  dövlətlərin  proteksionist 

siyasətinin  güclənməsi, iqtisadiyyat və xüsusilə beynəlxalq ticarətin inkişafı nəticəsində azad 

portlar öz yerini azad zonaların daha mürəkkəb formalarına verməyə başlamışlar. 

Müxtəlif inkişaf səviyyələrinə malik olan dövlətlərdə azad iqtisadi zonaların müxtəlif 

formaları  tətbiq  edilir.  İnkişaf  etmiş  iqtisadiyyata  malik  olan  dövlətlərdə  (Qərbi  Avropa 

Dövlətləri,  ABŞ,  Yaponiya)  üçün  dəniz  limanlarında  rüsumsuz  azad  ticarət  zonaları,  azad 

hava limanları, maliyyə-bank mərkəzləri, offşor zonalar, texniki-tətbiqi zonalar xarakterikdir. 

[2].    Keçid  iqtisadiyyatlı  və  inkişaf  etməkdə  olan  ölkələrdə  (xüsusilə  Asiya-Sakit  Okean 

regionu və Latın Amerikası dövlətləri) ixrac-istehsal zonaları daha intensiv fəaliyyət göstərir, 

belə ki, ixracı artırmaqla, bu dövlətlər öz qarşılarında duran məqsədlərə daha tez nail olmağa 

çalışır  və  beynəlxalq  əlaqələrinin  genişlənməsi,  həmçinin  daxili  sosial,  iqtisadi,  texniki, 

texnoloji  və  digər  məsələlərin  həlli  üçün  zəruri  olan  sərbəst  dönərli  valyuta  ehtiyatlarını 

artırırlar.  Bu  kateqoriyada  xüsusilə  Asiya  tipli  azad  iqtisadi  zonalar  fərqləndirilir  ki,  bu 

zonaların da ən bariz nümunəsi Çinin xüsusi iqtisadi rayonları və xüsusi sahilyanı şəhərləridir. 

E

lm



i-

te

xniki 



Ən yeni yerli və xarici 

texnologiyaların istifadəsi

İdarəçilik əməyinin yeni 

formalarına uyğunlaşma

Elmi-araşdırma və təcrübələrin 

istehsala cəlb edilməsi

İstehsal qüvvələrinin və 

infrastrukturun səmərəliliyinin 

artırılması



S. ABDULLAYEVA: AZAD İQTİSADİ ZONALAR – İQTİSADİ İNKİŞAFIN... 

 

 



 

19 


Keçən əsrin 90-cı illərindən başlayaraq azad iqtisadi zonaların təşkilində iki müxtəlif 

konseptual yanaşmadan istifadə edilir:  

 

ərazi; 



 

funksional. 



Birinci halda zona, bütün rezident müəssisələrin öz təsərrüfat fəaliyyətlərində güzəştli 

rejimdən  istifadə  etdikləri  xüsusiləşmiş  ərazi  kimi  baxılır.  İkinci  yanaşmaya  əsasən  zona 

firmanın  ölkə  ərazisində  yerləşdiyi  yerdən  asılı  olmayaraq,  müəyyən  növ  sahibkarlıq 

fəaliyyətinə tətbiq edilən güzəşt rejimi kimi başa düşülür. 

Birinci  hala  misal  olaraq  Çinin  azad  iqtisadi  zonalarını,  Braziliyadakı  Manaus 

zonasını,  inkişaf  etməkdə  olan  ölkələrdəki  ixrac-istehsal  zonalarını  göstərmək  olar.  İkinci 

yanaşmanın  nəticəsi  müxtəlif  xarakterli  müəssisələrə  güzəştlər  tətbiq  edən  "nöqtəvi" 

zonalardır (offşor firmalar, "duty-free" mağazalar və s.). 

Bu  və  ya  digər  dövlət  quruluşu  üçün  hansı  zona  tipinin  daha  məqsədəmüvafiq 

olduğunu birmənalı olaraq müəyyənləşdirmək, bu sualın cavabına təsir edən bir çox amillər 

səbəbindən qeyri-mümkündür. 

Milli  iqtisadiyyatların  dünya  iqtisadiyyatına  inteqrasiyasına  demək  olar  ki  azad 

iqtisadi  zonaların  bütün  növləri  kömək  edir,  lakin  onlardan  hər  biri  beynəlxalq 

bazarınmüəyyən seqmentində fəaliyyət göstərir. Bu zaman nəzərə almaq lazımdır ki, ideal və 

bütün  hallar  üçün  uyğun  olan  və  tətbiq  edildiyi  halda  avtomatik  olaraq  birbaşa  xarici 

investisiyaların  cəlb  edilməsinə və iqtisadi inkişafın sürətlənməsinə zəmanət verən zona tipi 

modeli mövcud deyildir. Ərazinin potensial imkanlarının qiymətləndirilməsi əsasında konkret 

zona  modelinin  seçimi  həyata  keçirilməli,  mövcud  imkanlara  maksimum  dərəcədə  adekvat 

investisiya rejimi formalaşdırılmalıdır. 

Azad iqtisadi zonaların yaradılması zamanı onların əsas cəhətlərini nəzərdən keçirmək 

zəruridir:  təsərrüfat  fəaliyyətinin  təşkilati  formaları,  ölkə  ərazisində  istehsal  qüvvələrinin 

yerləşdirilməsi  üsulları,  azad  iqtisadi  zonada  yaradılan  əlavə  dəyərin  istehsal  və  bölgü 

imkanları, azad iqtisadi zonanın sərhədlərinin onunla əlaqəli olan digər təsərrüfat sahələrinə, 

sferalara, ərazilərə genişlənmə imkanları və s. 

Lakin, qeyd edilməlidir ki, azad iqtisadi zonaların yaradılması ölkənin və ya regionun 

inkişafının  elementlərindən  yalnız  biridir.  Bu  yalnız  o  zaman  mahiyyət  kəsb  edir  ki,  fəal 

struktur və regional siyasət həyata keçirilsin, beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq 

ictimaiyyətlə əməkdaşlığın inkişafına zəruri diqqət yetirilsin. 

Bununla  yanaşı,  azad  iqtisadi  zona  yaradılarkən  vaxt  amili  nəzərə  alınmalıdır.  Bəzi 

qərb  iqtisadçılarının  araşdırılmalarına  əsasən,  azad  iqtisadi  zonanın  yaradılması  prosesi  dörd 

əsas mərhələyə bölünür.  

Bu mərhələləri aşağıdakı diaqramda görmək olar: 

 



İPƏK YOLU, No.2, 2018

 

Azərbaycan Universiteti 



 

 

20 



 

 

Sxem 4. Azad iqtisadi zonanın yaradılması prosesi mərhələləri. Müəllif tərəfindən tərtib olunub 

 

Azad  iqtisadi  zonaların  yaradılma  məqsədləri  onları  təşkil  edən  dövlətlərin  sosial-



iqtisadi  inkişaf  səviyyəsindən,  onların  strateji  və  inkişaf  prioritetləri  və  planlarından  və  s. 

asılıdır. Bu səbəbdən, hər bir konkret halda, azad iqtisadi zonaların yaradılması səbəbləri və 

məqsədləri bir-birindən fərqlənir. Belə ki, sənaye cəhətdən inkişaf etmiş dövlətlərdə, məsələn 

Amerika  Birləşmiş  Ştatlarında,  Böyük  Britaniyada,  Fransada  azad  iqtisadi  zonalar  sırf 

beynəlxalq  iqtisadi  əlaqələrin  fəallaşdırılması,  depressiv  rayonlarda  orta  və  kiçik  biznesin 

inkişafına  yönəlmiş  regional  siyasətin  həyata  keçirilməsi,  regionlararası  fərqlərin  aradan 

qaldırılması  məqsədi  ilə  yaradılmağa  başlamışdır.  Bu  məqsədlər  üçün,  göstərilən 

kateqoriyadan  olan  sahibkarlara  milli  qanunvericilikdə  öz  əksini  tapan  müxtəlif  növ  vergi 

güzəştlərinin verilməsi bu dövlətlərdə simvolik olaraq "vergi inqilabı" adını almışdır və azad 

iqtisadi  zonalar  bu  prosesdə  kifayət  qədər  əhəmiyyətli  rol  oynayır.  Faktiki  olaraq,  onlar  bu 

prosesdə dünya təsərrüfatı miqyasında miqrasiya edən kapital üçün tələ rolunu oynayırlar. 

Azad iqtisadi zonaların bəzi geniş yayılmış növləri aşağıdakılardır: 



Azad  ticarət  zonaları  (Free  trade  zones)-  azad  iqtisadi  zonaların  demək  olar  ki, 

dünyada  ən  geniş  yayılmış  növüdür.  Tarixi  baxımdan  ən  qədim  azad  ticarət  zonaları  XIX 

əsrdə Almaniyanın azad Hamburq və Bremen şəhərlərində yaradılmış zonalar hesab olunur. 

Azad  ticarət  zonaları  ölkənin  onun  milli  gömrük  məkanından  kənarda  hesab  edilən 

məhdud  əraziləridir.  Bu  zonaların  azadlığı  o  deməkdir  ki,  orada  mallar  gömrük 

rüsumlarından, idxal vergilərindən və maliyyə nəzarətinin digər formalarından azaddır. Azad 

ticarət  zonalarına  gətirilən  mallar  bəyan  edilmir,  lakin,  gömrük  orqanları  qaçaqmalçılığa  və 

qadağan  olunmuş  malların  gətirilməsinə  yol  verməmək  məqsədilə  zona  daxilində  nəzarət 

tədbirləri həyata keçirə bilərlər. 

Azad  (rüsumsuz)  gömrük  zonaları  (Free  customs  zone)-  bu  zonalar  azad  iqtisadi 

zonaların ən sadə formalarından biridir. Bu növ zonalar XVII-XVIII əsrlərdən mövcuddur və 

xarici iqtisadi fəaliyyətin stimullaşdırılmasına xidmət edir. Azad gömrük zonaları ixrac üçün 

nəzərdə  tutulmuş  malların  saxlanılması,  qablaşdırılması  və  cüzi  emalı  üçün  istifadə  olunan 

İnvestisiyaya qədərki dövr

İnvestisiya dövrü

Əməliyyat dövrü

İnkişaf dövrü




S. ABDULLAYEVA: AZAD İQTİSADİ ZONALAR – İQTİSADİ İNKİŞAFIN... 

 

 



 

21 


tranzit  və  ya  konsiqnasiya  anbarlarıdır.  Bu  zonaları  çox  vaxt  bond  anbarları  və  ya  azad 

gömrük  əraziləri  adlandırırlar.  Adətən,  həmin  zonaların  yerləşdiyi  dövlətdə  qeyri-rezident 

olan  idxalçı  müəssisələr  bu  zonalarda  öz  filiallarını  yaradırlar.  Azad  gömrük  zonalarında 

mallar  rüsumsuz  idxal  və  ixrac  olunurlar.  Bu  növ  zonalar  bir  çox  dövlətlərdə  mövcuddur, 

lakin sənaye cəhətdən inkişaf etmiş dövlətlərdə daha geniş vüsət almışlar. 

İxrac-istehsal  zonaları  (Export-production  zones)-  bu  zonalar  ikinci  nəsil  azad 

iqtisadi  zonalara  aid  edilən  Sənaye-istehsal  zonalarının  ən  geniş  yayılmış  növü  olmaqla, 

ticarət zonalarına yalnız malların yox, həm də kapitalın gətirilməsinə başlanması ilə əlaqədar 

olaraq bu zonaların təkamülü nəticəsində meydana çıxmışlar. 



Nəticə.  Azərbaycan  iqtisadiyyatı  ölkənin  dəmir  yolları  ilə  paralel  həmçinin  Xəzər 

hövzəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Ələt iqtisadi zonasından  bəhrələnəcəkdir. 

Azərbaycanın  şaxələndirilmiş  nəqliyyat-logistika  imkanları  ölkədən  ixracın  artması  üçün 

zəmin  olacaq,  bütövlükdə  isə  biznes  xərclərinə  qənaət  edilməsinə  gətirib  çıxaracaqdır. 

Bundan  əlavə,  təkmilləşdirilmiş  nəqliyyat  infrastrukturu  Azərbaycanın  bütün  bölgələrinin 

daha  yaxşı  inteqrasiyasına  şərait  yaratmaqla,  regionlarda  biznesin  inkişafına  əlavə  təkan 

verəcəkdir. 

İnvestisiyalar  həyata  keçirildikdən  sonra  yerli  xammala  ehtiyac  yaranacaq.  Azad 

iqtisadi zonalar, həmçinin ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına 

geniş imkan yaradacaq. Bu da sözsüz ki, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması 

və  yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə 

Azərbaycan  iqtisadiyyatının  inkişafına  böyük  müsbət  təsir  göstərəcək.  Belə  zonalar  xüsusilə 

regionlarda yaradılsa, daha yaxşı olar. Qeyd etmək lazımdır ki, iqtisadi zonaların yaradılması 

üçün spesifik potensiala ehtiyac yoxdur. Burada söhbət güzəştlərin tətbiq olunmasından gedir. 

İnfrastrukturumuz  və  mövcud  şərait  imkan  verir  ki,  Azərbaycanda  belə  iqtisadi  zonaların 

yaradılmasına nail olunsun.  

Azad  iqtisadi  zonaların  ən  mühüm,  üstün  cəhəti  ondan  ibarətdir  ki,  orada  mallar 

gömrük rüsumlarından, vergilərdən və maliyyə nəzarətinin bəzi formalarından azaddır. Amma 

bütün  bunlara  baxmayaraq,  gömrük  orqanları  qaçaqmalçılıq  və  digər  qadağan  olunmuş 

malların gətirilməsinin qarşısını almalıdır. Hazırda dünyada 1000-dən çox azad iqtisadi zona 

mövcuddur  və  bunların  300-ə  yaxını  azad  ticarət  zonalarıdır.  Dünya  ticarət  dövriyyəsinin 

25%-i  məhz  bu  ticarət  zonalarının  payına  düşür.  Azərbaycanda  bir  neçə  layihəyə  baxılıb  və 

yalnız Ələt İqtisadi zonası perspektivli hesab edilə bilər. Avropa ilə Asiyanı birləşdirən Bakı-

Tbilisi-Qars 

dəmiryolu, 

nəqliyyat-logistika 

mərkəzinin 

yaradılması,  sərnişin  və 

yükdaşımalarının  kəskin  artması  bu  layihəni  daha  da  cəlbedici  edəcək.  Yeni  qəbul  ediləcək 

qanun  layihəsində  Ələt  İqtisadi  Zonasının  maliyyə  mənbələri  də  öz  əksini  tapacaq.  Belə  ki, 

burada  sahənin  icarəyə  verilməsi,  kommersiya  razılaşmaları,  investisiya  qoyuluşu  və  digər 

məsələlər də öz həllini tapacaqdır.  

“Ələt  azad  iqtisadi  zonası  haqqında”  qanun  layihəsi hazırda  MM-in  müzakirəsinə 

tövsiyə olunub. Ölkəmizdə yaradılan azad iqtisadi zonaların idarə edilməsi və inkişafı, həmin 




İPƏK YOLU, No.2, 2018

 

Azərbaycan Universiteti 



 

 

22 



zonalarda  səlahiyyətli  qurumların  hüquq  və  vəzifələri,  xarici  investorların  hüquqları  ilə 

yanaşı,  Azərbaycan  vətəndaşlarının  da  hüquqlarının  qorunması  və  digər  mühüm  məsələlər 

burada öz əksini tapmışdır.  

 

Ədəbiyyat 

1.

 

“Azərbaycan  Respublikasının  milli  iqtisadiyyat  perspektivi  üzrə  Strateji  Yol  Xəritəsi” 



Bakı, 6 dekabr 2016-cı il.  

2.

 



Farole,  T.,  Akinci,  G.  (Eds.).  (2011). Special  economic  zones:  progress,  emerging 

challenges, and future directions. World Bank Publications. 



3.

 

http://www.bibliofond.ru/search/?keywords=специальные%20экономические%20зоны 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə