İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
  1   2   3   4   5   6   7   8   9   ...   14


İQLIM DƏYIŞMƏLƏRI QARŞISINDA 

ZƏIFLIYIN MILLI SƏVIYYƏDƏ 

QIYMƏTLƏNDIRILMƏSI

AZƏRBAYCAN

İQLIM DƏYIŞMƏLƏRI QARŞISINDA ZƏIFLIYIN MILLI SƏVIYYƏDƏ 

QIYMƏTLƏNDIRILMƏSI

İQLIM DƏYIŞMƏLƏRI QARŞISINDA ZƏIFLIYIN MILLI 

SƏVIYYƏDƏ QIYMƏTLƏNDIRILMƏSI

AZƏRBAYCAN



Azərbaycan Respublikası

Azərbaycan Qızıl Aypara Cəmiyyəti

İQLİM DƏYİŞMƏLƏRİ 

QARŞISINDA ZƏİFLİYİN 

MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ 


İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

ii

© Şərq İqlim Forum (ŞİF) və www.redcrescent.az , 2014

Hazırki tədqiqatın surəti tam şəkildə ya bir hissəsi qeyri kommersiya məqsədləri üçün mənbələrə istinad etməklə istifadə 

edilə bilər. ŞİF və www.redcrescent.az belə bir istifadə haqqında məlumata minnətdar olarlar. Kommersiya məqsədləri ilə 

tədqiqatın istifadəsi üçün sifarişlər www.redcrescent.az və shifaqac@yahoo.com göndərilməlidirlər.

Hazırki tədqiqatda olan fikir və tövsiyələrdə ŞİF, www.redcrescent.az və ya bu layihənin partnyorlarının rəsmi siyasətinin əks 

etdirilməsi əsaslı deyil. Hesabatda istifadə edilən işarələr qətiyyən ŞİF və www.redcrescent.az o və yaxud başqa ərazi, ya 

da onların hakimiyyətinin hüquqi statusu haqqında fikirləri ifadə etmir. Hazırki tədqiqatda istifadə edilən hər bir şəkilə olan 

müəllif hüquqları müvafiq istinad ilə qeyd olunub.

Bu  nəşr  Avropa  Şurasının  dəstəyi  ilə  hazırlanmışdır.  Nəşrin  məzmunu  üzrə  məsuliyyəti  müəlliflər  daşıyırlar.  Bu  məzmun 

qətiyyən Avropa Şurasının mövqeyini əks etdirmir.

www.climateforumeast.org

www.facebook.com/climateforumeastcfe

www.redcrescent.az

shifaqac@yahoo.com

Layihənin Azərbaycan Respublikası üzrə koordinatoru: Ceyhun Mirzəyev

Hesabatın müəllifi: Şamil İsmayılov

Məsləhətçilər: Louisa Whitlock

Dizayn: İmre Sebestyen, kç./UNİT graphics.com

Hesabatın üz vərəqinin təsviri : İmre Sebastyen, kç./UNİT graphics.com

Çap: “Elnar” LTD şirkəti



AZƏRBAYCAN

iii

TƏŞƏKKÜR


Bu hesabatın yerinə yetirilməsi Avropa Birliyi, Avstriya Qızıl Xaç Cəmiyyətinin, Avstriyanın İnkişaf  üzrə Əməkdaşlıq Mərkəzinin 

və Beynəlxalq Vəhşi Heyvanların Fondu tərəfindən maliyyə dəstəyi nəticəsində mümkün olmuşdur. 

Bu hesabatın hazırlanması Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycan Respublikasının QHT Forumunun və Azərbaycan 

Respublikasının İqlim Dəyişmələri üzrə Mərkəzinin mütəxəssisləri dəstəyi  nəticəsində həyata keçirilmişdir.

Hesabatın  hazırlanmasında  əsas  praktiki  və  məsləhətçi  kömək  layihənin  koordinatırı  Sonja  Greiner  və  layihənin  eksperti 

Louisa    Whitlock  tərəfindən  olmuşdur.  Buna  görə  də  hesabatın  müəllifləri  onlara  dərin  təşəkkürlərini  və  minnətdarlığını 

bildirirlər.



İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

iv

GİRİŞ SÖZÜ

Son 150 il ərzində, əsasən, insanların fəaliyyəti nəticəsində, 

baş verən iqlim dəyişmələri haqqında artıq elmi razılıq əldə 

edilmişdir.  Atmosfer  hava  temperaturunun  qlobal  artımı 

müşahidə  olunur,  yağıntıların  normadan  artıq  düşməsi 

gözlənilməz  olur,  dənizin  səviyyəsi  artır.  Bu  tendensiyalar 

gözlənildiyi  kimi,  yaxındakı  onilliklər  ərzində  davam 

edəcək.  İqlimin  istiləşməsi  daha  tez-tez  və  intensiv  olan 

təbii  fəlakətlər  və  ekstremal  hava  şəraitləri  ilə  də  bağlıdır. 

Statistik məlumatlar göstərir ki, son yüzillikdə iqlim ilə bağlı 

fəlakətlərin sayı xeyli artmışdır və onlar hal-hazırda ildə 250 

mln-dan çox insana təsir göstərir. 

İqlim  dəyişmələrinin  nəticələri  və  havaların  ekstremal 

görüntüləri yəqin ki, böyük olacaqdır. Bütün dünyada, iqlim 

dəyişmələrinin  neqativ  nəticələri  ilə  bağlı  artan  narahatlıq 

cəmiyyətə,  iqtisadiyyatın  müxtəlif  sektorlarına  (kənd 

təsərrüfatı, su və s.) təsir göstərə bilər. İqlim dəyişmələrinin 

ən ağır nəticələri, cəmiyyətin ən yoxsul təbəqələri tərəfindən 

daha  çox  hiss  olunacaq.  Bu  insanların  yarana  biləcək 

fəlakətlərə  hazır  olması  və  iqlim  dəyişmələri  ilə  bağlı  yeni 

çağırışlar ilə bacara bilməsi üçün imkanları məhduddur. 

İqlim dəyişmələrinin nəticələrini yumşaltmaq üçün istixana 

qazlarının  havaya  atılmasının  azalması  yolu  ilə  həyata 

keçirilməsi  səylərinə  baxmayaraq,  bu  tullamalar  hələ 

də  davam  etdirilir.  Qlobal  tullamaların  azalması  ilə  bağlı 

beynəlxalq  sazişə  əsasən  götürülən  öhdəçiliklərə  nail 

olmamadığınagörə, Yer kürəsi yaxın onilliklərdə də iqlimin 

istiləşməsinin təsirinə məruz qalacaqdır.

İqlim  dəyişmələrinin  qarşısında  yumşaltma  tədbirlərinin 

həyata  keçirilməsi  hələ  kifayət  qədər  deyil.  Ona  görə 

də  cəmiyyət  proqnoz  edilən  iqlim  dəyişmələri  ilə  bağlı 

uyğunlaşma tədbirləri qəbul etməlidir. Eyni zamanda iqlim 

dəyişmələri  üzrə  hər  bir  səviyyədə  risklərin  idarə  edilməsi 

üçün, gələcəyin qeyri-müəyyənliyi qarşısında, cəmiyyət öz 

potensialını artırmalıdır. 

Vətəndaş  Cəmiyyəti,  iqlim  dəyişmələri  ilə  bağlı  risklərin 

azalması  üzrə  qərar  çıxardan  şəxs-lərlə  dialoqun 

aparılmasında,  ictimaiyyətin  diqqətinin  bu  məsələyə 

cəlb  edilməsində  və  bununla  əlaqədar  olaraq  onların 

maariflənməsində əhəmiyyətli rol oynayır. Şərq Tərəfdaşlığı 

çərçivəsində  həyata  keçirilən  altı  ölkənin  “Şərq  İqlim 

Forumu”  layihəsi  Vətəndaş  Cəmiyyətinin  potensialının 

gücləndirilməsinə  yönəldilmişdir.  Vətəndaş  Cəmiyyəti 

bu  sahədə  qərar  çıxardan  şəxslərlə  qarşılıqlı  əlaqələrin 

yaradılması və dəyişən iqlim qarşısında ölkələrdə rast olunan 

çağırışlara  reaksiya  edilməsi  üçün  gəncləri  və  icmaları 

səfərbər etməlidir. 

Beləliklə,  layihənin  ən  vacib  olan  məqsədlərindən 

biri  Vətəndaş  Cəmiyyətini  təmsil  edən  milli  təşkilatlar 

tərəfindən  hər  bir  ölkədə  əsas  iqlim  risklərinin  və  zəifliyin 

qiymətləndirilməsi,  həmçinin  Vətəndaş  Cəmiyyəti  və 

qərar  çıxardan  şəxslər  üçün  iqlim  dəy-işmələri  qarşısında 

uyğunlaşma  üzrə  mümkün  olan  yanaşmalar  ilə  bağlı 

tövsiyələrin  hazırlanmasıdır.  Məhz  bu  məqsəd  üçün 

“İqlim  dəyişmələri  qarşısın-da  zəifliyin  milli  səviyyədə 

qiymətləndirilməsi” haqqında hesabat təqdim edilir.



Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə