İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   2   3   4   5   6   7   8   9   ...   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

x

3.5  Bilgi paylaşmasının əhəmiyyəti: Elm, Vətəndaş Cəmiyyəti və Dövlət. .................................................................................... 23



4.  Yekunlar və tövsiyələr. ............................................................................................................................................................................. 24

4.1  Qərar çıxaran yüksək vəzifəli şəxslər və qeyri-formal liderlər üçün başlıca tövsiyələr. ....................................................... 25

4.2 Vətəndaş Cəmiyyəti üçün başlıca tövsiyələr. ................................................................................................................................. 26

MƏNBƏLƏR ...................................................................................................................................................................................................... 27



AZƏRBAYCAN

xi

CƏDVƏLLƏR VƏ DİAQRAMLARIN SİYAHISI

Cədvəl 1.1.  1990-2013-cü illər ərzində Azərbaycan ərazisində baş vermiş ən maştablı təbii fəlakətlər,  

həlak olanların sayına görə 

5

Cədvəl 1.2.  1990-2013-cü illər ərzində Azərbaycan ərazisində baş vermiş ən maştablı təbii fəlakətlər,  



ziyan çəkənlərin sayına görə 

5

Cədvəl 1.3.  1990-2013-cü illər ərzində Azərbaycan ərazisində baş vermiş ən maştablı təbii fəlakətlər,  



maddi ziyanın sayına görə 

6

Cədvəl 3.1.  Respublikada qəbul edilmiş normativ sənədlər 



17

Cədvəl 3.2.  Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq proqramlar 

17

 

Şəkil 1.1. 



Azərbaycan Respublikasının fiziki xəritəsi 

2

Şəkil 1.2. 



Bazardüzü dağı 

3

Şəkil 1.3. 



Azərbaycan Respublikasının iqlim xəritəsi 

4

Şəkil 1.4. 



Kür çayının məcrasından çıxması nəticəsində yaşayış məntəqələrini su basmışdır 

5

Şəkil 1.5. 



Zaqatala rayonunda baş verən zəlzələ 

5

Şəkil 1.6. 



Regionda orta illik temperaturların 2021-2050-ci illərdə artması, 1961-1990-ci illərlə müqayisədə 

6

Şəkil 1.7. 



Yağıntı dəyişikliyi 2021-2050-ci illər dövründə, 1961-1990-ci illərlə müqayisədə, %-lə 

7

Şəkil 1.8. 



Müxtəlif illərdə Xəzər dənizinin indiki illər ilə müqayisədə səviyyəsi 

7

Şəkil 2.1. 



Qusarçay hövzəsində yerləşən buzlaqların peykdən görünüşü 

10

Şəkil 2.2. 



2003-cü ildə Salyan rayonu ərazisində Kür çayında müşahidə olunan daşqın 

11

Şəkil 3.1. 



Humanitar yardım 

21

Şəkil 3.2. 



Sağlamlıq haqqında maariflənən əhalinin sayı 

21

Şəkil 3.3. 



Az QAC-nın ilk təşkilatlarının sayı 

22

Şəkil 3.4. 



Az QAC-nın üzvlərinin sayı 

22

Şəkil 3.5. 



Az QAC-nın könüllülərinin sayı 

22



İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

2

1 AZƏRBAYCAN 

RESPUBLİKASINDA İQLİM 

DƏYİŞMƏLƏR

1.1 İQLİM DƏYİŞMƏLƏRİ VƏ TƏBİİ FƏLAKƏTLƏR

1.1.1 Hazırki iqlim

Azərbaycan Respublikası 28 may 1918-ci ildə yaranmış və 

1991-ci ildə yenidən müstəqilliyini  qazanmışdır. Azərbaycan 

Respublikasının  dövlət  strukturu  prezident  üsul-idarəsidir. 

1992-ci ildə BMT və ATƏT-ə daxil olub, 2001-ci ildən Avropa 

Şurasının üzvüdür.

Ərazi  86.6  min  kv.km.,  əhalinin  sayı  9383,7  min  nəfər 

(01.04.2013) təşkil edir [5]. Ölkənin paytaxtı Bakı şəhəridir. 

Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində yerləşir. 

Onun ərazisi şimaldan cənuba Baş Qafqaz sıra dağlarından 

Kiçik Qafqaz və Talış dağlarına qədər uzanır. Ərazisi şimaldan 

cənuba  400  km,  qərbdən  şərqə  isə  500  km  məsafədə 



Şəkil 1.1 Azərbaycan Respublikasının fiziki xəritəsi [23].


AZƏRBAYCAN

3

uzanaraq, 38º 25′-41º 55′ şimal enliklər və 44º 50′ – 50º 51′ 

şərq uzunluqları arasında yerləşir(bax şəkil 1.1).

Azərbaycan  Respublikası  öz  coğrafi  vəziyyətinə  görə 

dünya  iqtisadiyyatında  və  beynəlxalq  əlaqələrin 

möhkəmləndirməsində əhəmiyyətli rol oynayır.

Azərbaycan  Respublikası  şimalda  Rusiya  ilə  289  km, 

şimalqərbdə  Gürcüstanla  340  km,  qərbdə  Ermənistanla 

766 km, cənub-qərbdə Türkiyə ilə 11 km və cənubda İranla 

618km həmsərhəddir. Ölkənin şərq hissəsi Xəzər dənizinin 

suları ilə 825 km məsafədə yuyulur [9].

Şəkil 1.2. Bazardüzü dağı

Dünyada  iqlim  dəyişmələri  ilə  bağlı  gedən  dəyişikliklər 

təbii  ki,  Azərbaycan  Respublikasına  da  öz  təsirini  göstərir. 

Azərbaycan  Respublikası  öz  iqlim  müxtəlifliyi  ilə  fərqlənir. 

Aparılan araşdırmalara görə, dünyada məlum olan 11 iqlim 

tipindən, respublikamızda aşağıda qeyd edilən 8 iqlim tipi 

vardır: [1,10,22]:

I.  Ölkədə  ən  çox  rast  gələn  yarımsəhra  və  quru  çöl 

iqlim  tipidir.  Bu  iqlim  tipi  respublika  ərazisinin  50%-dən 

çoxunu  əhatə  edir:  Kür-Araz  çökəkliklərini;  Xəzəryanı 

zonanı - Samur çayından Qızılağac körfəzinədək; Naxçıvan 

Muxtar  Respublikasının  Arazboyu  düzənliklərini;  Lənkəran 

zonasında  olan  qapalı  dağ  çökəkliklərini.  Buərazidə  illik 

yağıntı  mümkün  buxarlamanın  15-50%-ni  təşkil  edir.  Yayı 

isti, bəzi günlər havanın temperaturu 40°C-dən yuxarı olur, 

qışı soyuq olur.

II. Böyük Qafqazın cənub yamacının alçaq dağlıq yerlərdə 

qışı  quraq  keçən  mülayim-isti  iqlim  müşahidə  olunur. 

Bu zonada illik yağıntı mümkün buxarlanmanın 50-100%-

ni  təşkil  edir.  Yayı  mülayim-isti  keçir,  qışı  yumşaq  və  az 

yağıntılıdır.



III.  Azərbaycan  Respublikasının  əsasən,  Lənkəran  zonası 

yayı  quraq  keçən  mülayim-isti  iqlimi  ilə  fərqlənir.  Bu 

zonada  illik  yağıntı  mümkün  buxarlanmanın  100-150%-ni 

və bundan da artıq olur. Yayı mülayim-isti və quraq, payızı 

çox yağıntılı, qışı isə yumşaq, olur.



İV.  Böyük  Qafqazın  şimal-şərq  yamacında  1000-2700 

m  hündürlükdə  və  Kiçik  Qafqazın  orta  və  yüksək  dağlıq 

1400-2700  m  hündürlükdə  qışı  quraq  keçən  soyuq 

iqlim  müşahidə  olunur.  Burada  illik  yağıntı  mümkün 

buxarlanmanın 75-100%-ni təşkil edir. Burada yay sərin, qış 

bir qədər sərt olur..



V.  Azərbaycan  Respublikasında  yalnız  Naxçıvan  MR-nın 

orta və yüksək dağlıq zonasında 1000-3000 m hündürlükdə 



yayı quraq keçən soyuq iqlim müşahidə olunur. Burada 

illik  yağıntı  mümkün  buxarlanmanın  50-dən  100%-nə 

qədərdir. Yayı sərin, qışı soyuq və qarlı olur.

VI.  Böyük  Qafqazın  cənub  600-1500  m  hündürlükdə  və 

şimalşərq 200-500 m hündürlükdə yamaclarındakı dağ meşələri 

zonasında yağıntısı bərabər paylanan mülayim-isti iqlim 

müşahidə olunur. Burada illik yağıntı mümkün buxarlanmanın 

cənub yamacda 75-100%-i, şimal-şərq yamacda 50-100%-ni 

təşkil edir. Yayı mülayim-isti, qışı yumşaqdır.



VII.  Yalnız  Böyük  Qafqazın  cənub  yamacında  1500-

2700  m  hündürlükdə  bütün  fəsillərdə  bol  yağıntılı 



soyuq  iqlim  müşahidə  olunur.  Yuxarı  dağ  meşə  və  alp 

zonalarında  müşahidə  edilir.  Burada  illik  yağıntı  mümkün 

buxarlanmadan150-200% artəqdır. Yayı sərin, qışı soyuqdur.

VIII. Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan 

MR-nın  isə  3200  m-dən  yüksək  ərazilərində  dağlıq 



tundra  iqlimi  müşahidə  edilir.  Burada  yağıntı  mümkün 

buxarlanmadan100-200%-dən  artıqdır.  Yay  və  qış  soyuq 

olur.  Ölkədə  hava  temperaturu  regionlardan  və  onlarda 

olan relyefdən asılıdır. Xəzər dənizi də hava temperaturunun 

formalaşmasına öz təsirini göstərir, sahilboyu regionlarda yay 

aylarında hava temperaturu nisbətən aşağı düşür, qışda isə 

qalxır.

Ölkənin  mərkəzi  regionlarında  (Kür-Araz  zonası,  Abşeron 



yarımadası)  və  Lənkəran  zonasında  havanın  orta  illik 

temperaturu 14-15˚C təşkil edir. Ölkənin dağ regionlarında 

hava  temperaturu  azalır:  2000  m  hündürlükdə  -  4,0-

5,0˚C,  3000  m  hündürlükdə  isə  1,0-2,0˚C  təşkil  edir. 

Respublikamızda  müşahidə  edilən  hava  temperature 

mütləq maksimum +46˚C təşkil edir. Mütləq minimum isə 

Naxçıvan MR-nın ərazisində qeydə alınmışdır (-32˚C).

Ölkə  ərazisində  atmosfer  yağıntılarının  paylanması 

regionlardan  asılı  olaraq  dəyişilir.  Respublikamızda  hava 



Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə