İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   2   3   4   5   6   7   8   9   ...   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

4

yağıntıların  miqdarı  mövsümdən,  regionun  relyefindən  və 

Xəzər dənizinin yaxınlığından asılıdır. Ölkədə ən az orta illik 

yağıntı Abşeronun cənub zonasında və Qobustanda 150-

200 mm-dən az müşahidə olunur. 

Ölkənin bir çox regionlarının ərazisində (Kür-Araz və Samur-

Dəvəçi zonalarında, Naxçıvan Muxtar Respublikasında) illik 

yağıntıların miqdarı 300 mm-dən aşağıdır. Respublikamızın 

ərazisində  yağıntıların  miqdarı  Xəzərdən  qərbə  və  dağlar 

istiqamətində artması müşahidə olunur.

Böyük  və  Kiçik  Qafqazda  2600-2800  m,  Naxçıvan  MR-da 

2600-3000 m, Talışda 200-600 m-dək yağıntılar artır, sonra 

isə  tədricən  azalır.  Böyük  Qafqazın  cənub  yamacında  illik 

yağıntıların maksimum miqdarı 1400-1600 mm, şimal-şərq 

yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800-

900 mm, Talış dağlarında isə 1700-1800 mm təşkil edir.



1.1.2 Təbii risklər və fəlakətlər

Ölkə  ərazisində  iqlim  göstəricilərinin  xeyli  fərqlənməsi  ilə 

əlaqədar  regionlarda  mikroiqlim  göstəricilərinin  dəyişməsi 

də cürbəcür olur. Mikroiqlimin dəyişməsi təbii və antropogen 

səbəblərdən baş verir.

İstinin təsiri və quraqlıq

Son illərdə yayın çox isti, qışın isə xeyli mülayim keçməsi Yer 

kürəsində iqlim dəy-işmələri ilə bağlıdır. 

Yay aylarında havanın xeyli isti olması regionlarda və əsasən iri 

şəhərlərdə insanların sağlamlığına və onların iş qabiliyyətinə 

ciddi təsir göstərir. Yay aylarında güclü istilər kənd təsərrüfatına 

ciddi zərər vurur. İqlim dəyişmələri ilə bağlı qişdan salamat 

çıxan  gəmiricilər  yaz  və  yay  aylarında  əkinlərə  xeyli  zərər 

verirlər.  Ona  görə  də  kənd  təsərrüfatında  meliorasiya  və 

bitkilərin qorunması üzrə tədbirlər keçirilməlidir.



Xəzərin səviyyəsinin qalmasının təsiri

Azərbaycanın  Xəzər  sahilləri  boyu  yerləşmiş  bölgələrində 

dənizin  səviyyəsinin  qalxması  ilə  bağlı  əhəmiyyətli  dəyişkənlik 

müşahidə  olunur.  Bunlar  qismən  iqlimdəki  tərəddüdlər 

nəticəsində  çaylardan  dənizə  axan  su  kütləsinin  dəyişmələri, 

qismən də dənizin yerləşdiyi çökəkliyin həcminin dəyişmələrilə 

izah olunur. 1998-ci ildən 2005-ci ilədək dənizin səviyyəsi zəif 

sürətlə artmaqdadır. Xəzərin səviyyəsinin qalxması ilə həm sahil 

zonasını su basır, həm də sahil zonasında yeraltı suların səviyyəsi 

qalxır, bataqlaşma və şoranlaşma prosesləri gedir [10]. 



Şəkil 1.3. Azərbaycan Respublikasının iqlim xəritəsi [2]


AZƏRBAYCAN

5

Şəkil 1.4. Kür çayının məcrasından çıxması nəticəsində yaşayışməntəqələrini 

su basmışdır [10]

Su basmanın təsiri

İqlim dəyişmələri ilə əlaqədar axır 20 ildə respublikamızın 

regionlarında  sel  və  daşqınların  güclənməsi  müşahidə 

olunur.  Bu  da  yağış  normaların  artması  ilə  bağlıdır. 

Ölkəmizdə sellərin artması yaz vaxtlarında qarların əriməsi 

nəticəsində əmələ gələn suların böyük miqdarda birdən-

birə  çayları  axıması  ilə  bağlıdır.  Bu  da  son  onilliklərdə 

meşələrin  qırılması,  əkin  sahələrin  artması,  təzə  yaşayış 

qəsəbələrin  salınması  nəticəsində  torpaqların  suyu 

saxlama  qabiliyyəti  xeyli  aşağı  düşüb.  Buna  görə  də  yaz 

aylarında  qar  tez  zaman  əriyir,  əmələ  gələn  sular  yağış 

suları  ilə  birlikdə  sürətlə  çaylara  axır.  Re-spublikamızda 

su  axınları,  əsasən,  ən  böyük  çay  olan  Kürə  axır.  Tez 

bir  zamanda  suların  birdən-birə  axması  Aşağı  Kürün 

daşmasına, kəndlərin və qəsəbələrin su basmasına səbəb 

olur (Şəkil 1.4). Vəziyyət onunla çətinləşir ki, Kürün apardığı 

lilin bir hissəsi çayın aşağılarında çöküb qalmış və nəticədə 

çay  dayazlaşmışdır.  2003  və  2010-cu  illərdə  Kür  və  Araz 

çaylarının daşması nəticəsində çoxlu kəndlər dağılmış,əkin 

sahələri və malqara tələf olmuşdur.



Zəlzələlər

Son illərdə zəlzələlərin sayı çoxalmışdır. 2012-ci ildə Zaqata-

la rayonunda qeyd edilən 7 ballıq zəlzələ nəticəsində xeyli 

dağıntılar olmuşdur (şəkil 2.5). Ölkə Prezidenti İlham Əliyevin 

tapşırıqları ilə daşqınlar və zəlzələ nəticəsində zərər çəkmiş 

ailələrə kömək göstərildi. Bundan başqa, zərər çəkmiş evlər 

və binalar dövlət hesabına təmir edildi. Su basmış yerlərdən 

köçürülən insanlar üçün dövlət hesabına müasir evlər tikilmiş 

və  onlar  yaşayış  yerləri  ilə  təmin  edilmişdir.  Azərbaycan 

Respublikasında  ötən  iyirmi  ildəki  müşahidə  olunan 

fəlakətlər üzrə məlumat Cədvəl 1.1 – 1.3-də verilmişdir [7]. 

Bu fəlakətlərdən Bakı şəhərində 25 noyabr 2000-ci ildə baş 

verən zəlzələni qeyd etmək olar. Bu zəlzələnin nəticəsində 

31 insan həlak olmuşdur.



Şəkil 1.5. Zaqatala rayonunda baş verən zəlzələ

1990-2013-cü illər ərzində Azərbaycan ərazisində baş vermiş ən 

 maştablı təbii fəlakətlər, həlak olanların sayına görə [7]

Cədvəl 2.1



Fəlakət

Tarix

Həlak olanların 

sayı

Zəlzələ


25 noyabr 2000

31

Daşqın



5 iyun 1997

11

Yer sürüşməsi Dekabr 2000



11

Daşqın


5 oktyabr 1995

  5


Minimal 

temperatur

Fevral 2012

  5


Daşqın

4 may 2010

  3

Zəlzələ


9 iyul 1998

  1


Zəlzələ

4 iyun 1999

  1

1990-2013-cü  illər  ərzində  Azərbaycan  ərazisində  baş  vermiş  ən 

maştablı təbii fəlakətlər, ziyan çəkənlərin sayına görə [7]

Cədvəl 2.2



Fəlakət

Tarix

Ziyan 

çəkənlərin sayı

Daşqın


15 iyun 1995

1,650,000

Zəlzələ

9 iyul 1998



700,01

Daşqın


5 iyun 1997

75

Daşqın



4 may2010

70

Daşqın



16 aprel 2003

31,5


Zəlzələ

7 may 2012

15,55

Zəlzələ


4 iyun 1999

9,17


Zəlzələ

18 may 2012

6,949

Daşqın


5 oktyabr1995

6

Daşqın



21 sentyabr 2009 5


Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə