İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   2   3   4   5   6   7   8   9   10   ...   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

10

Yeraltı  sular:  Respublikanın  Böyük  və  Kiçik  Qafqazın 

dağətəyi yerlərdə,düzən ərazilərdə, Talışda və Naxçıvanda 

formalaşırlar.  Onların  həcmi  gündə  24  mln  m

ya  ildə  8,8



 

km



təşkil edir. Onlardan yalnız gündə 5 mln m

və ya



 

ümumi 


ehtiyatların 20% dən istifadə olunur. Bu araşdırmalar

 

göstərir 



ki,  su  qıtlığı  olan  dövründə  bu  sulardan

 

geniş  istifadəsi 



mümkündür.

2.1.2. İqlim dəyişmələrin təsirləri və 

həssaslıqlar

İqlim Dəyişmələri üzrə Milli Mərkəzin tərəfindən keçirilmiş 

tədqiqatlar və müasir modeli əsasında 2021-2050 və 2071-

2100-cü illər üçün aparılmış hesablamalar göstərir ki, təbii su 

ehtiyyatları tədricən azalır və ölkə ərazisində su çatışmazlığı 

yaranır  və  bu  tendensiya  gələcəkdə  də  davam  edəcək. 

Məlumdur  ki,  müasir  şəraitdə  su  çatışmazlığının  böyük 

hissəsi su sistemlərində baş verən itkilər hesabına formalaşır 

[9]. Bu itkilərin qarşısı alınmasa, gələcəkdə vəziyyət daha da 

kəskinləşə bilər.

Belə ki, 2021-2050-ci illərdə su ehtiyatların ciddi dəyişmələrin 

baş  verməsi  ehtimalı  vardır.  Araz  çayında  axının  azalması 

respublikanın  şərqində  Xəzərə  axıdılan  çayların  axının 

artması hesabına əvəz oluna bilər. 

Aparılmış  hesablamalar  və  verilən  proqnozlar 

nəticəsindəməlum  oldu  ki,  2071-2100-cü  illərdə  su 

ehtiyatlarının həcmi 10%-ə qədər aşağı düşəcək və 26,3 

km3  təşkil  edəcək.  Tələbat  olan  suyun  çatışmazlığının 

miqdarı  2021-2050-ci  illərdə,  yəni  birinci  dövrdə  -  4,0 

km3,  2071-2100-cü  illərdə,  yəni  ikinci  dövrdə  -  7,5  km3 

təşkil edəcək. Bu da hesabat aparılan dövrdən 1,5-3,0 dəfə 

artıqdır.  Ölkə  ərazisində  verilən  proqnozlarla  əlaqədar 

əhalinin 1,5-2,0 dəfə artımı nəticəsində bir adama düşən 

suyun  həcmi  xeyli  azalacaq.  Yağıntıların  azalmasını  və 

nəticədə  axımın  15-20%  azalmasının  göstərən  modellər 

də  baxılmalıdır.  Bunu  regionda  mütəxəssislər  tərəfindən 

aparılan yağıntı və axımın çoxillik gedişindəki trendin təhlili 

də göstərir.

İndi  olduğu  kimi,  gələcəkdə  də  ən  həssas  sahələr  kənd 

təsərrüfatı, hidroenergetika və əhalinin su təchizatı olacaq:

•  Suvarma  normalarını  nəzərə  almaqla  aparılan 

proqnozlar  göstərmişdir  ki,  su  ehtiyatlarının  azalması 

nəticəsində 200-300 min hektarda yerləşən və suvarılan 

torpaqlarda  tələbat  olan  suyun  miqdarı  azalacaq. 

Bununla  əlaqədar  kənd  təsərrüfatı  məhsulunun 

azalması baş verə bilər;

•  Çaylarda  suyun  çatışmazlığı  HES-ların  işinə  də  təsir 

göstərəcək  və  elektrik  enerjisinin  hazırlanması  20% 

aşağı düşəcək;

•  Artan şirin su qıtlığı tədqiq edilən dövrlərdə daha da 

kəskinləşəcək və bu zaman adam başına düşən

•  Suyun  miqdarı  1.5  dəfə  azalacaq  və  650m

3

  təşkil 



edəcək. Mövcud suların çirklənməsi vəziyyəti daha da 

gərginləşdirəcək.



Şəkil 2.1. Qusarçay hövzəsində yerləşən buzlaqların peykdən görünüşü

 [9]


AZƏRBAYCAN

11

2.1.3. Tövsiyələr və uyğunlaşma tədbirləri

Qlobal istiləşmənin su ehtiyatlarında mənfi təsirini azalması 

üçün aşağıda qeyd edilən tətbirlər həyata keçirlməlidir.

•  su  obyektlərində  su  itkilərin  müəyyən  edilməsi  və 

azaldılması;

•  əlavə su resursların müəyyən edilməsi və istifadəsi;

•  müxtəlif  sudan  istifadə  zamanı  dövriyyəvi  sistemlərin 

yaradılması və istifadəsi;

•  çaylarda axının təmzinlənməsi;

•  sellərdən  mühafizə  sisteminin  yaradılması  və 

mühəndisqoruyucu tədbirlərin keçirilməsi ;

•  dağ çaylarda HES -in yaradılması və yeni su anbarlarının 

tikilməsi

•  istifadə  edilən  irriqasiya  kanallarında  kiçik  HES  –in 

yaradılması;

•  çaylarda  və  kanallarda  lillərdən  və  çöküntülərdən 

təmizləyici tədbirlərin həyata keçirilməsi;

•  su problemləri ilə bağlı QHT-lərin bu tədbirlərdə iştirakı 

və.s

Su  ehtiyatlarının  idarə  edilməsi  ölkə  üçün  vacib 



problemlərindən biridir. Ona görə də qeyd etmək lazımdır 

ki, suların axını çoxsulu və azsulu illərdə normadan 30% - 

ə qədər fərqlənə bilər. Belə illərdə axım fərqinin həcmi 20 

km



su  təşkil  edə  bilər.  Bununla  əlaqədar  su  ehtiyatlarının

 

uzun-müddətli  hidroloji  proqnozlarının  verilməsi



 

vacib 


məsələlərdən biridir.

Aparıcı  mütəxəssislərin  tərəfindən  aparılan  hesablamalara 

görə uyğunlaşma tədbirlərin həyata keçirlməsi nəticəsindəsu 

təminatı problemlərini 90-95% həll etmək olar [9].



2.1.4. Kür çayında su basması

Xəzərin  səviyyə  tərəddüdündən  asılı  olaraq  qrunt  suların 

səviyyəsinin  qalxması  1993-  cü  ildən  sonra  Kür  çayında 

daşqınlar vaxtlarda mənsəbdən 200 km-ə qədər məsafədə 

ətraf  ərazilərin  subaşmasına  səbəb  olmuşdur.  Qeyd  edilən 

daşqınlar  nəticəsində  Kürün  sahil  zonasında  yerləşən 

Salyan,  Neftçala,  Sabirabad  rayonlarının  sahilboyu  yaşayış 

məntəqələri və Şirvan şəhərinin sahilboyu əraziləri su altında 

qalmışdır.Bunun  nəticəsində  bu  ərazilərdə  ölkə  üçün  vacib 

olan təsərrüfat obyektlərinə, fermer təsərrüfatlarına, yaşayış 

evlərinə ciddi ziyan olmuşdur (şəkil 3.2) İnsanların təhlükədən 

qorunması üçün lazım olan tədbirlər həyata keçirilmişdir. 



Şəkil 2.2. 2003-cü ildə Salyan rayonu ərazisində Kür çayında müşahidə olunan daşqın [9]

2.2. KƏND TƏSƏRRÜFATI



2.2.1. Azərbaycan Respublikasının kənd 

təsərrüfatının müasir vəziyyəti

Ölkədə  mövcud  olan  8660  min  ha  ümumi  sahənin  4756 

min ha və ya 55%-i kənd təsərrüfatma yararlı torpaqlardır. 

Bunların  da  1796  min  ha  əkin  yeri,  221  min  ha  çoxillik 

əkinlər və 2694 min ha biçənək və otlaqlar təşkil edir [9]. 

Kənd təsərrüfatına yararlı torpaqların 30%-i (1429 min ha) 

suvarılır.  Əkinlərin  90%-ni  dənli  bitkilər,  çoxillik  əkinlərin 

50%-ni bağlar təşkil edir.

Kənd  təsərrüfatı  iqtisadiyyatın  iqlim  şəraitindən  ən  çox 

asılı  olan  sahəsidir.  İqlim  şəraitinin  azacıq  dəyişməsi  kənd 

təsərrüfatıistehsalına  əhəmiyyətli  dərəcədə  təsir  göstərə 

bilər.


Subtropik  qurşağın  şimal  qurtaracağında  yerləşən 

Azərbaycan  ərazisinin  böyük  hissəsi  yüksək  isti  ehtiyatları, 

mülayim  qış  şəraiti  və  eyni  zamanda  yay  mövsümündə 

rütubət çatişmazlığı, davamlı quraqlıqlar və ağ yellərin tez-

tez təkrarlanması ilə səciyyələnir.

Məlumdur  ki,  iqlimin  kənd  təsərrüfatına  təsiri  ərazilərin 

aqroiqlim  şəraiti  və  ehtiyatları  vasitəsilə  həyata  keçirilir. 

Buna  görə  də  onların  gözlənilən  dəyişmələrinin 

qiymətləndirilməsi 

vacibdir. 

İqlim 

dəyişmələrinin 



kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarhğına  təsiri 

qiymətləndirilən  zaman  gələcəkdə  mümkün  ola  biləcək 

sort dəyişmələri nəzərə alınmamışdır.

2021-2050-ci illər üçün aparılmış hesablamalar göstərir ki, 

havanın orta sutkalıq temperaturunun 10°C-dən artıq olan 

dövrün davamiyyətinin 10-35 gün artması gözlənilir.

Bu  dəyişmələrin  nəticəsində  isti  qurşaqları  həmin  dövrdə 

150-350 mdağlara doğru irəliləyə bilər.




Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə