İqlim dəYIŞMƏLƏri qarşisinda zəifliyin milli səviyyəDƏ qiyməTLƏndirilməsi azərbaycan



Yüklə 409,42 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix24.04.2018
ölçüsü409,42 Kb.
#39926
1   ...   6   7   8   9   10   11   12   13   14

İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA 

ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ

14

2.3.3. Tövsiyələr və uyğunlaşma tədbirləri

Xəzər  dənizi  səviyyəsinin  maksimal  artımı  (-25.0mBS) 

nəticəsində  ölkə  təsərrüfatının  müxtəlif  sahələrinə  dəymiş 

ziyanın  miqdarı  təqribən  4,1  mlrd.  ABŞ  dolları  təşkil  edə 

bilər.  Bunun  qarşısını  almaq  məqsədilə  subasma  ehtimalı 

olan ərazilərdə aşağadakı prinsiplərə əsaslanan uyğunlaşma 

tədbirlərinin həyata keçirilməsi tövsiyyə edilir:

  1.  Sahil  zonasında  əsaslı  tikintilərin  aparılması  yol 

verilməzdir,  mövcud  təsərrüfat  sahələrinin  fəaliyyəti 

məhdudlaşdırılmalıdır.  Mürəkkəb  və  bahalı  müdafiə 

qurğularının  tikilməsi  yalnız  mövcud  olan  mühüm 

(vacib) obyektlər üçün özünü doğrulda bilər.

  2.  Dəniz səviyyəsinin hazırki yüksəlmə dövründə sahilyanı 

zonada  uyğunlaşma  tədbirlərinin  2  əsas  istiqaməti 

bunlardır:

•  sənaye,  rekreasiya  və  digər  obyektlərin,  yaşayış 

məntəqələrinin təhlükəsiz ərazilərə köçürülməsi;

•  sahil  zonasında  mühafizə  qurğularının  tikilməsi. 

Bu zaman obyektlərin lokal və ya bütün ərazinin 

tam müdafiəsi təmin edilməlidir. İqtisadi cəhətdən 

bu tədbirlərdən ən səmərəlisi yaşayış məntəqələri 

üçün lokal mühafizə qurğularının yaradılmasıdır.

  3.  Sahil  zonasının  mühəndis  müdafiəsi  konsepsiyası 

aşağadakı prinsiplərəəsaslanmalıdır:

•  bütün  müdafiə  tədbirləri  «ən  az  məsrəflərlə 

maksimum ziyanların qarşısının alınması»nın təmin 

edilməli və eyni zamanda bu mühafizə qurğuları 

və  kons-truksiyaları  yüksək  dayanıqlı  və  etibarlı 

olmalıdır;

•  müdafiə  tədbirləri  kompleks  xarakter  daşımalı  - 

dənizdən  və  subasma  ərazilərindən  daxil  olan 

çirkab maddələrdən qorunmanı təmin etməlidir.

 

Bu gün də böyük itkilərin qarşısını almaqdan ötrü təsərrüfat 



sahələri  obyektlərinin  təhlükəsiz  yerə  köçürülməsi, 

sahilqoruyucu qurğuların tikilməsi, saxlanılan obyekt və yaşayış 

məntəqələrinin qorunması üçün lokal mühafizə qurğularının 

yaradılması  vəətraf  mühitin  mühafizəsi  tədbirlərinin  həyata 

keçirilməsi vacib məsələ olaraq qalmaqdadır.

2.4.  ƏHALININ SAğLAMLIğI



2.4.1. Əhalinin sağlamlığının vəziyyəti

Ölkə  üzrə  əhali  daha  çox  tənəffüs  orqanları  xəstəliklərinə, 

qan dövranı sistemi, yolxucu və parazitar xəstəliklərə məruz 

qalır.  Ölümün  əsas  səbəbləri  içərisində  isə  qan  dövranı 

sistemi  xəstəlikləri  birinci  yerdə  durur  və  bu  səbəbdən 

ölənlərin sayı davamlı olaraq artmaqdadır. Müşahidə edilən 

iqlim  dəyişmələri  insanın  sağlamlığına,  onun  yaşayışına 

həm  iqlimin  istiləşməsi  ilə,  həm  də  müxtəlif  təhlükəli 

hidrometeoroloji hadisələr (daşqın, sel, tufan və s.) vasitəsilə 

təsir göstərə bilər.



2.4.2. İqlim dəyişmələrinin əhalinin 

sağlamlığına təsirləri və zavallılıqları

Kəskin istilər və insan səhhəti. Son illər Azərbaycanda yay 

aylarında güclü istilərin müşahidə edilməsi adi hala çevrilib. 

Bakı  və  digər  böyük  şəhərlərdə  mövcud  olan  «istilik 

zonaları» onları daha da kəskinləşdirir. Kəskin yay istilərinin 

Bakı  şəhərində  2003-2006-cı  illərdəəhalinin  xəstələnməsi 

və ölüm hallarına təsirinin tədqiqi zamanı müəyyən olundu 

ki, aprel-sentyabr aylarında havanın orta temperaturunun 

1,5

0

C  artması  əhalinin  bütün  səbəblərdən  təcili  tibbi 



yardıma  olan  müraciətlərinin  sayı  21,6%,  həmçinin  qan 

dövranı  sistemi  xəstəlikləri  üzrə  müraciətlər  34,1%, 

tənəffüs orqanları xəstəlikləri 22,8% vəəsəb xəstəliklərinin 

sayı 19,9% artıb. Bir sıra Avropa ölkələrinin paytaxtları ilə 

müqaisədə anomal isti yay aylarında Bakı şəhərindəəlavə 

ölüm  halları  çox  deyil  (3,4%),  bu  da  uzun  sürən  isti  yay 

şəraitinə  yerli  əhalinin  uyğunlaşma  xüsusiyyətləri  ilə 

bağlıdır. Lakin bəzi xəstəliklər üzrə bu göstərici daha yüksək 

olub. Miokard infarktmdan ölənlərin sayı 26,3%, insultdan 

-  55,6%  çox  olmuşdur.  Olkə  ərazisinin  çox  hissəsində 

arid  iqlim  şəraitinin  olmasma,  yay  istilərinə  yerli  əhalinin 

daha  yaxşı  uyğunlaşmasına  baxmayaraq,  güclü  istilərə 

uyğunlaşma  tədbirlərinin  həyata  keçirilmədiyi  təqdirdə 

iqlimin  gözlənilən  istiləşməsi  nəticəsində  əhali  arasında, 

xüsusilə  böyük  şəhərlərdə  xəstəliklərin  və  ilk  növbədə 

qan  dövranı  sistemi  xəstəliklərinin,  tənəffüs  orqanları, 

əsəb xəstəliklərinin 2021-2050-ci illərdə təqribən yuxarıda 

göstərilən  miqdarda,  2071-2100-cü  illərdə  isə  daha  çox 

artacağını gözləmək olar. Gələcəkdə risk qrupu sayılan yaşlı 

əhalinin sayının artması və şəhərlərdə «istilik zonalarının» 

mövcud  olması  kəskinistilərin  mənfi  təsir  effektini  daha 

da  artıra  bilər.  Həmçinin  əlavə  ölüm  hallarının,  xüsusən 

də  bəzi  qan  dövram  sistemi  xəstəliklərindən  (miokard 

infarktı, insult və s.) olan ölüm hallarının çoxalması ehtimalı 

yüksəkdir. 



AZƏRBAYCAN

15

2.4.3. Tövsiyələr və uyğunlaşma tədbirləri

Güclü istilərin təsirlərinə uyğunlaşma tədbirləri:

•  müvafiq  səhiyyə  sistemlərinin  hazırlıq  səviyyəsinin 

yüksəldilməsi;

•  yaşayış  məntəqələrinin  və  tikintilərin  layihələşdirilməsi 

zamam mövcud «istilik adaları» effektinin və gözlənilən 

iqlim dəyişmələrinin nəzərə alınması;

•  şəhərlərin  sürətlə  yaşıllaşdırılması  və  şəhər  ətrafında 

yaşıllıq massivlərinin salınması;

•  binalarda,  nəqliyyatda  havanm  sərinləşdirilməsi 

sistemlərinin qurulması;

•  binaları  ətraf  mühitin  təsirindən  daha  yaxşı  izolyasiya 

etmək  üçün  müvafiq  tikinti  standartlarının  qəbul 

edilməsi və tətbiqi;

•  güclü  istilər  barədə  xəbərdarlıq  sisteminin 

yaxşılaşdırılması,  istilərə  qarşı  tədbirlər  planlarının 

hazırlanması;

•  kütləvi  informasiya  vasitələrilə  əhalinin  güclü  istilərə 

uyğun həyat tərzi (aktivlik səviyyəsi, qidalanma, geyim 

və s.) və istivurma, günvurma hallarında ilk tibbi yardım 

barədə əhalinin maarifləndirilməsi;

•  QHT  tərəfindən  bu  sahədə  maarifləndirici  işlərin 

aparılması.



Yüklə 409,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə