31 may 2018-ci il tarixində UNEC Zaqatala filialında
“İQTİSAD ELMİNİN MÜASİR PROBLEMLƏRİ”
mövzusunda
Respublika elmi-praktiki konfransı keçiriləcəkdir.
(Konfrans AR Təhsil Nazirinin 5 aprel 2018-ci il tarixli F-236 nömrəli əmrinə müvafiq olaraq keçirilir)
Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar
konfransın işində iştirak etməyə dəvət olunurlar.
Konfransın mövzuları:
-
Müasir dövrdə Azərbaycanda maliyyə bazarlarının modernləşdirilməsinin stra-
teji istiqamətləri.
-
Azərbaycanda maliyyə institutlarının formalaşması və inkişafının problemləri.
-
Mühasibat uçotu və audit elminin inkişafının müasir mərhələsi.
-
İdarəetmə elminin aktual problemləri.
-
Ekonomiks və iqtisadi nəzəriyyə predmetlərinin oxşar və fərqli cəhətləri.
-
İqtisad elmində yeni tədqiqat konsepsiyaları.
-
Strateji yol xəritəsinin əsas istiqamətləri – davamlı inkişafa keçid konsepsiyası kimi.
-
Azərbaycanın müasir iqtisadi inkişafının xüsusiyyətləri və perspektivləri.
Məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:
-
Məqalələrdə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.
-
Müəllifin adından sonra ortada iri qara şriftlərlə məqalənin adı göstərilməlidir.
-
Məqalənin adından sonra azərbaycan dilində xülasə yazılmalıdır.
-
Tezislərin həçmi 3 səhifədən (A4), məqalələrin həcmi 6-8 səhifədən (A4) çox olmamalıdır. Məqalələr 12 ölçudə, 1.5 intervalla, Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25mm, sağdan 10mm, yuxarıdan 20mm, aşağıdan 20mm) boşluq buraxılmalıdır.
-
Konfransa təqdim olunacaq məqalələr azərbaycan, rus, ingilis və türk dillərində yazıla bilər. İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilməlidir (məsələn; 1, səh.15)
-
Məqalələrdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır
-
Məqalələr Elm Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir. Qoyulan tələblərə cavab verməyən məqalələr qəbul olunmayacaqdır.
-
Məqalələrin qəbulu üçün son tarix: 16 may 2018-ci ildir. Məqalələr unec_elm@mail.ru elektron ünvanına və çap variantında UNEC-in əsas binası, “Elm” şöbəsinə (otaq 128) təqdim olunmalıdır.
QEYD: Konfransın materialları AR dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına əlavə olunur.
Konfransda iştirak etməyənlərin məqalələri nəşr olunmayacaqdır.
Ətraflı məlumat üçün əlaqə telefonu: (012) 492-72-98, UNEC “Elm” şöbəsi
Dostları ilə paylaş: |