İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi



Yüklə 393,54 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü393,54 Kb.
#67101


 

© 2016 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

 

 

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

İqtisadi Təhlil və Analitik-İnformasiya Departamenti 

 

 

 

“2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq!”  

Azərbaycan Respublikası Prezidenti 

cənab İlham Əliyev 

 

 

Vusal Musayev 

 

Dekabr 2016 

 

 

Təqdim edilmiş hesabat üzrə mövcud ola biləcək hər hansı məlumat uyğunsuzluğu, fikirlər, yalnış informasiya və ya 

səhvə  görə  İqtisadi  İslahatların  Təhlili  və  Kommunikasiya  Mərkəzi  məsuliyyət  daşımır  və  potensial  səhvlər  yalnız 

müəllif(lər)ə məxsus olmaqla şəxsi mövqenin əks etdirilməsinə xidmət edir.  

 

 

 

 

 

Aidiyyəti  şəxs:  Dr.  Vusal  Musayev  (İqtisad  Elmləri  Doktoru/London  Universiteti),  İqtisadi  İslahatların  Təhlili  və 

Kommunikasiya Mərkəzi, İqtisadi Təhlil və Analitik-İnformasiya Departamenti; Email:

Dr.Vusal.Musayev@ereforms.org

  

 



Minnətdarlıq 

Hesabat  İqtisadi  İslahatların  Təhlili  və  Kommunikasiya  Mərkəzinin  (İİTKM)  İqtisadi  Təhlil  və  Analitik-İnformasiya 

Departamenti  tərəfindən  hazırlanmışdır.  Hesabatın  hazırlanması  zamanı  nümayiş  etdirdikləri  dəstəyə  görə 

müəllif(lər) bu prosesdə iştirak etmiş şəxslərə öz minnətdarlığını bildirir(lər). Xüsusi minnətdarlıq İİTKM-nın Təcrübə 

Proqramının iştirakçıları Nərgiz Muradova, Çilənay Cəfərova və Cavid Yusifova ünvanlanır.   



 

1.



 

Giriş 

Dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes 

mühitinin  daha  da  yaxşılaşdırılması,  sahibkarlıq  sektorunun  genişləndirilməsi  üçün  əlverişli 

imkanların  yaradılması,  qeyri-neft  sektoru  üzrə  ixrac  potensialının  artırılması,  idxalın 

əvəzlənməsi,  o  cümlədən  yerli  sahibkarlara  dövlət  dəstəyinin  gücləndirilməsi  istiqamətində 

2016-cı  ildə  bir  sıra  mühüm  qərarlar  qəbul  edilib.  Bu  qərarlar  üç  əsas  prioritet  üzrə  müəyyən 

edilmişdir: 

1.

 



İnstitusional islahat tədbirləri; 

2.

 



Biznes  mühitinin  əlverişliliyinin  artırılması  və  beynəlxalq  reytinqlərdə  ölkəmizin 

mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı islahat tədbirləri; 

3.

 

İnvestisiyaların təşviq edilməsi istiqamətində islahat tədbirləri. 



Təqdim  edilmiş  hesabat  2016-cı  il  üzrə  həyata  keçirilmiş  bir  sıra  mühüm  iqtisadi  islahat 

tədbirlərinin qruplaşdırılaraq əks etdirilməsini özündə ehtiva etməkdədir.  



2.

 

Əsas İslahat Tədbirləri 

2.1.

 

İnstitusional İslahatlar 

 



Maliyyə  Bazarlarına  Nəzarət  Palatası.  Azərbaycan  Respublikası  Prezidentinin  3  Fevral, 

2016-cı  il  tarixli  fərmanı  ilə  Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarı,  investisiya 

fondları,  sığorta,  kredit  təşkilatları  (bank,  bank  olmayan  kredit  təşkilatları  və  poçt  rabitəsinin 

operatoru)  və  ödəniş  sistemləri  fəaliyyətinin  lisenziyalaşdırılması,  tənzimlənməsi  və  nəzarəti, 

habelə  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılması  və 

terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısının  alınması  sahəsində  nəzarət  sisteminin 

təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin 

etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Maliyyə  Bazarlarına  Nəzarət  Palatası  publik 

hüquqi  şəxsi  yaradılmışdır.  Ölkənin  maliyyə  sisteminin  daha  da  sabit  və  dayanıqlı, 

rəqabətqabiliyyətliliyinin  isə  daha  yüksək  olması  üçün  maliyyə  bazarlarının  fəaliyyətinin 

səmərəli  şəkildə  təmin  olunması,  eləcə  də  kreditorların,  investorların  və  sığorta  olunanların 

hüquqlarının  qorunması  tələbi  Maliyyə  Bazarlarına  Nəzarət  Palatasının  yaradılmasının  əsas 

məqsədlərindəndir. 

 



İcbari  Tibbi  Sığorta  üzrə  Dövlət  Agentliyi.  Azərbaycan  Respublikası  Prezidentinin  16 

Fevral,  2016–cı  il  tarixli  fərmanı  ilə    icbari  tibbi  sığortanın  tətbiqini  təmin  edən,  baza  (əsas 

xidmətlər)  zərfi  çərçivəsində  tibbi  xidmətlərin  maliyyələşdirilməsi  üçün  vəsaitləri  özündə 

cəmləşdirən,  səhiyyə  xidmətlərinin  alıcısı  olan  və  bununla  bağlı  zəruri  xərclərin  ödənilməsini 

təmin edən icra hakimiyyəti orqanı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmışdır. 




 



 

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA). Azərbaycan Respublikası Prezidentinin 11 Aprel, 

2016–cı  il  tarixli  fərmanı  ilə    Azərbaycan  Respublikası  vətəndaşlarının  yaşayış  sahələrinə  olan 

ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda 

ekoloji  və  enerji  səmərəliliyi  tələblərinə  cavab  verən  çoxmənzilli  binaların  tikilməsini  təmin 

etmək,  habelə  bununla  bağlı  şəhərsalma  və  tikinti  sahələrində  dövlət  idarəetməsini 

təkmilləşdirmək  məqsədi  ilə  Mənzil  İnşaatı  Dövlət  Agentliyi  yaradılmışdır.  Azərbaycan 

Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycan Respublikasında 

çoxmənzilli  yaşayış  binalarının  və  digər  tikinti  obyektlərinin  tikintisini  təşkil  edən,  Azərbaycan 

Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradan, çoxmənzilli yaşayış 

binalarının  tikintisi  üçün  ayrılan  maliyyə  vəsaitlərindən  səmərəli  istifadə  edilməsini  təşkil  və 

təmin  edən,  habelə  bununla  əlaqədar  şəhərsalmanın  planlaşdırılması,  layihələndirilməsi  və 

arxitektura  sahələrində  dövlət  siyasətini  və  tənzimləməsini  həyata  keçirən  mərkəzi  icra 

hakimiyyəti orqanıdır. 

 



“Ərzaq  məhsullarının  tədarükü  və  təchizatı”  Açıq  Səhmdar  Cəmiyyəti.  Azərbaycan 

Respublikası  Prezidentinin  11  aprel,  2016-cı  il  tarixli  sərəncamı  ilə  Kənd  təsərrüfatı 

məhsullarının  istehsalını  və  (və  ya)  emalını  stimullaşdırmaq,  kənd  təsərrüfatı  məhsulları 

istehsalçılarının  inkişafını  təmin  etmək,  ərzaq  məhsullarının  keyfiyyətini  daha  da  artırmaq, 

dövlət  vəsaitlərindən  səmərəli  istifadəni  təmin  etmək,  regionlarda  kənd  təsərrüfatı  ilə  məşğul 

olan  əhalinin  sosial  rifahının  yaxşılaşdırılmasına  zəmin  yaratmaq,  dövlət  sifarişi  ilə  ərzaq 

məhsullarının  satın  alınmasının  mərkəzləşdirilmiş  qaydada  həyata  keçirilməsini  təmin  etmək 

məqsədi  ilə  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  tabeliyində  “Ərzaq 

məhsullarının  tədarükü  və  təchizatı”  Açıq  Səhmdar  Cəmiyyəti  yaradılmışdır.  Cəmiyyətin  əsas 

məqsədi  ərzaq  məhsullarının  istehsalçılarından  və  satıcılarından  belə  məhsulları  almaq  və 

tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. 

 



Dövlət  İmtahan  Mərkəzi.  Azərbaycan  Respublikası  Prezidentinin  11  Aprel,  2016-cı  il 

tarixli  fərmanı  əsasında  Azərbaycan  Respublikasında  dövlət  qulluğu  üçün  kadrların  müsabiqə 

əsasında  seçilməsini,  ümumi  təhsil  pilləsində  təhsilalanların  yekun  qiymətləndirilməsini 

(attestasiyasını),  orta  ixtisas  təhsili  müəssisələrinə,  ali  təhsil  müəssisələrində  ali  təhsilin 

bakalavriat  və  magistratura  (tibb  təhsili  üzrə  əsas  təhsil  və  rezidentura)  səviyyələrinə, 

Azərbaycan  Milli  Elmlər  Akademiyasında  magistratura  səviyyəsinə  mərkəzləşdirilmiş  qəbul 

imtahanlarının  keçirilməsini  təşkil  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Dövlət 

İmtahan  Mərkəzi  publik  hüquqi  şəxsi  yaradılmışdır.  Bununla  yanaşı,  mərkəzin  yaradılmasının 

əsas  məqsədi  “Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası”na 

əsaslanaraq, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdır. 

 

İqtisadi  İslahatların  Təhlili  və  Kommunikasiya  Mərkəzi.  Azərbaycan  Respublikası 



Prezidentinin  20  Aprel,  2016-cı  il  879  nömrəli  fərmanı  əsasında      aparılan  iqtisadi  islahatların 


 

əhatə  dairəsinin  genişləndirilməsini  və  bu  sahədə  işlərin  səmərəli  əlaqələndirilməsini  təmin 



etmək  məqsədilə  İqtisadi  İslahatların  Təhlili  və  Kommunikasiya  Mərkəzi  yaradılmışdır.  İqtisadi 

İslahatların  Təhlili  və  Kommunikasiya  Mərkəzinin  fəaliyyətinin  məqsədləri  ölkənin  dayanıqlı 

iqtisadi  inkişafının  təmin  edilməsi  istiqamətində  makro  və  mikroiqtisadi  səviyyədə  təhlil  və 

tədqiqatlar  aparmaqdır.  Qurum  analitik  məlumatlar  əsasında  iqtisadi  islahatların  həyata 

keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət 

orqanlarını  və  qurumlarını  həmin  proqnozlarla  təmin  edir,  həmçinin  iqtisadiyyatın  müxtəlif 

sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil edir. 

 



Biznes  mühitinin  əlverişliliyinin  artırılması  və  beynəlxalq  reytinqlərdə  ölkəmizin 

mövqeyinin  daha  da  yaxşılaşdırılması  üzrə  Dövlət  Komissiya.  Azərbaycan  Respublikası 

Prezidentinin  13  İyul,  2016  tarixli  sərəncamı  ilə  ölkənin  biznes  və  investisiya  mühitinin 

əlverişliliyini,  yerli  və  xarici  investorlar  üçün  cəlbediciliyini  daha  da  artırmaq,  sahibkarlıq 

sahəsində  son  illərdə  nail  olunmuş  sürətli  inkişafın  davamlığını  təmin  etmək  və  rəqabət 

qabiliyyətini  möhkəmləndirməklə,  biznes  mühitinin  daha  da  yaxşılaşdırılması  üçün  Komissiya 

yaradılmışdır.  Komissiyanın  yaradılma  məqsədi  göstərilən  hədəflərə  nail  olmaq  üçün  dövlət 

tərəfindən  ardıcıl  olaraq  dövlət-sahibkar  münasibətlərinin  inkişaf  etdirilməsi,  sahibkarlıq 

fəaliyyətinə  qanunsuz  müdaxilələrin  və  süni  maneələrin  aradan  qaldırılması,  rəqabət 

qabiliyyətliyinin  və  ixrac  imkanlarının  genişləndirilməsi,  sahibkarlara  dövlət  dəstəyi  və  təşviq 

mexanizmlərinin  formalaşdırılması,  beynəlxalq  standartlara  uyğun  elektron  dövlət  xidmətlərin 

göstərilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsidir. 

 



Maliyyə Sabitliyi Şurası. Azərbaycan Respublikası Prezidentinin 15 İyul, 2016-cı il tarixli 

fərmanı  əsasında  ölkənin  makroiqtisadi  sabitliyinin  daha  da  möhkəmləndirilməsi  və  maliyyə 

dayanıqlılığının  təmin  edilməsi,  bu  sahədə  koordinasiya  olunmuş  siyasətin  həyata  keçirilməsi, 

habelə  səmərəli  tənzimləmə  və  hüquqtətbiqetmə  praktikasına  nail  olunması,  o  cümlədən 

makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə 

Sabitliyi Şurası yaradılmışdır. Maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid 

plaforma yaratmaq məqsədilə şuranın tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh 

olan  qurumların  rəhbərləri  daxil  edilib.  Maliyyə  Sabitliyi  Şurası  bütün  resursları  mobilizasiya 

edərək  makro  çərçivəni  daha  dəqiq  müəyyənləşdirməyə,  həmçinin  fiskal  və  maliyyə 

siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır.    

 

Azərbaycan  Respublikası  Turizm  Şurası.  Azərbaycan  Respublikası  Prezidentinin  1 



Sentyabr, 2016 -cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında turizm sahəsində mövcud 

vəziyyəti təhlil etmək, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirləri 

həyata  keçirmək,  turizm  sahəsində  dövlət  orqanlarına  həvalə  edilmiş  vəzifələrin  icrasını 

əlaqələndirmək  məqsədilə  Azərbaycan  Respublikası  Turizm  Şurası  yaradılmışdır.  Şura 

funksiyaların  həyata  keçirilməsi  üçün  müstəqil  ekspertləri  və  mütəxəssisləri  cəlb  edə  bilər, 



 

habelə  işçi  qruplar  yaratmaq  səlahiyyətinə  malikdir.  Ölkədə  turizm  infrastrukturunun  inkişaf 



etdirilməsi  və  beynəlxalq  standartlara  cavab  verən  turizm  xidmətlərinin  formalaşdırılması  bu 

sahənin  qanunvericilik  bazasının  və  dövlət  tənzimlənməsi  mexanizmlərinin  təkmilləşdirilməsi, 

mövcud  turizm  potensialından  istifadə  imkanlarının  genişləndirilməsi,  regionlarda  turizm 

fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşrutlarının yaradılması, habelə rəqabətədavamlı 

qiymət  təklifinin  təmin  edilməsi  zərurəti  şuranın    yaradılmasının  başlıca  səbəblərindəndir. 

Bundan  başqa,  ölkənin  turizm  potensialının  daha  da  artırılmasını  və  beynəlxalq  səviyyədə 

tanıdılmasını  təmin  etmək  məqsədilə  “Milli  Turizm  Təbliğat  Bürosu”  publik  hüquqi  şəxsi 

yaradılmışdır. 

 

“ABAD”  (Ailə  Biznesinə  ASAN  Dəstək).  Azərbaycan  Respublikası  Prezidentinin  23 



Sentyabr,  2016–cı  il  tarixli  fərmanı  əsasında  Azərbaycan  Respublikası  Prezidenti  yanında 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik 

hüquqi  şəxsi  yaradılmışdır.  ABAD  –  ailə  bizneslərinin  formalaşdırılması,  bu  təsərrüfatlar 

vasitəsilə  məhsulların  istehsalı,  xidmətlərin  göstərilməsi  və  brendləşdirilməsi,  istehsalçıya  və 

tələbata  uyğun  keyfiyyətli  məhsulların  istehsal  və  istehlakının  təşviq  edilməsi,  bütün 

proseslərdə peşəkar yanaşma və innovativ üsullar tətbiq edilməklə müxtəlif təsərrüfat sahələri 

üzrə fəaliyyətin istiqamətləndirilməsini həyata keçirən mərkəzdir. Mərkəzin yaradılmasının əsas 

məqsədləri  regionların  sosial  iqtisadi  inkişafına  dəstək  olmaq,  regional  inkişafda  vətəndaş 

iştirakını  təmin  etmək,  bölgə  əhalisinin  məşğulluq  səviyyəsinin  artırılmasına  nail  olmaq,  ölkə 

daxilində rəqabət qabiliyyətli fərdi ailə bizneslərinin formalaşdırılmasına dəstək verməkdir. 

 

Milli Əlaqələndirmə Şurası. Azərbaycan Respublikası Prezidentinin 6 Oktyabr, 2016–cı il 



tarixli  fərmanı  əsasında  “Dünyamızın  transformasiyası:    2030-cu  ilədək  dayanıqlı  inkişaf 

sahəsində  Gündəlik”dən  irəli  gələn  öhdəliklərlə  bağlı  dövlət  orqanlarının  üzərinə  düşən 

vəzifələrin  icrasının  əlaqələndirilməsi  məqsədilə  Azərbaycan  Respublikasının  Dayanıqlı  İnkişaf 

üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə 

Milli  Əlaqələndirmə  Şurasının  əsas  məqsədi  2030-cu  ilədək  Azərbaycan  üçün  əhəmiyyət  kəsb 

edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən 

etməkdən,  ölkədə  sosial-iqtisadi  sahələri  əhatə  edən  dövlət  proqramlarının  və  strategiyaların 

Dayanıqlı  İnkişaf  Məqsədləri  ilə  uzlaşdırılmasını  təmin  etməkdən,  habelə  Dayanıqlı  İnkişaf 

Məqsədlərinə  nail  olunması  ilə  əlaqədar  illik  hesabatlar  hazırlamaqdan  ibarətdir.  Şura 

funksiyaların  həyata  keçirilməsi  üçün  yerli  və  xarici  ekspertləri,  mütəxəssisləri,  beynəlxalq 

təşkilatları  və  elm  müəssisələrini,  habelə  ayrı-ayrı  istiqamətlər  üzrə  işçi  qruplarını  cəlb  etmək 

səlahiyyətinə malikdir. 

 

Kredit  büroları.  Azərbaycan  Respublikası  Prezidentinin  7    Dekabr,  2016–cı  il  tarixli 



fərmanı  əsasında  “Kredit  büroları  haqqında”  Azərbaycan  Respublikasının  2016-cı  il  28  oktyabr 

tarixli  Qanunu  təsdiq  edilmişdir.  Bu  Qanunun  məqsədi  fiziki  və  hüquqi  şəxslərə  öz  maliyyə 




 

öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə 



xidmətlərinə  çıxış  imkanlarının  yaxşılaşdırılması,  borc  münasibətlərində  maliyyə  intizamının 

möhkəmləndirilməsi  və  ölkədə  maliyyə  sisteminin  sabitliyinin  təmin  edilməsinə  dəstək 

verilməsidir. Kredit büroları məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında 

yaradılır.  Kredit  bürosu  kredit  tarixçəsi  subyektinin  kredit  tarixçəsini  təşkil  edən  məlumatları 

toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarının hazırlanmasının həyata keçirir. 

2.2.

 

Biznes və İnvestisiya Mühitinin İnkişaf Etdirilməsi ilə bağlı İslahat Tədbirləri  

Başa  vurduğumuz    2016–cı  ildə      biznes  mühitinin  əlverişliliyinin  artırılması  və  beynəlxalq 

reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması  və investisiyaların təşviq edilməsi 

istiqamətində də bir sıra mühüm tədbirlər planı hazırlanmış və tətbiqi həyata keçirilmişdir. 

Hazırda  dünyada  gedən  siyasi  və  iqtisadi  proseslər  ölkə  iqtisadiyyatının  rəqabət  qabiliyyətini 

artırmaq,  idxaldan  asılılığı  azaltmaq,  ixracyönümlü  qeyri-neft  iqtisadiyyatının  əsaslı  inkişafını 

təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini 

zəruri edir. 

 

Azərbaycan  Respublikası  Prezidentinin  16  mart,  2016–cı  il  tarixli  sərəncamı  ilə    “Milli 



iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” 

təsdiq  edilmiş  və  müvafiq  olaraq  inkişaf  planlarının  işlənilməsi  məqsədi  ilə  İşçi  qrupu 

yaradılmışdır.  Strateji  yol  xəritəsi  Azərbaycan  iqtisadiyyatını  iterasiya  metodu  ilə  hərtərəfli 

şəkildə  -  həm  makro  (milli  iqtisadiyyat),  həm  də  mikro  (sektorlar)  səviyyədə  əhatə  edəcək 

şəkildə hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı 

əsasında    Milli  iqtisadiyyat  və  iqtisadiyyatın  əsas  sektorları  üzrə  strateji  yol  xəritələri  aşağıda 

göstərilmiş perspektivlər üzrə təsdiq edilmişdir: 

1. "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"; 

2. "Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) 

inkişafına dair Strateji Yol Xəritəsi"; 

3."Azərbaycan  Respublikasında  kənd  təsərrüfatı  məhsullarının  istehsalına  və  emalına 

dair Strateji Yol Xəritəsi"; 

4. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının 

istehsalına dair Strateji Yol Xəritəsi"; 

5. "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji 

Yol Xəritəsi"; 




 

6.  "Azərbaycan  Respublikasında  ixtisaslaşmış  turizm  sənayesinin  inkişafına  dair  Strateji 



Yol Xəritəsi"; 

7. "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"; 

8.  "Azərbaycan  Respublikasında  uyğun  qiymətə  mənzil  təminatının  inkişafına  dair 

Strateji Yol Xəritəsi"; 

9.  "Azərbaycan  Respublikasında  peşə  təhsili  və  təliminin  inkişafına  dair  Strateji  Yol 

Xəritəsi"; 

10.  "Azərbaycan  Respublikasında  maliyyə  xidmətlərinin  inkişafına  dair  Strateji  Yol 

Xəritəsi"; 

11.  "Azərbaycan  Respublikasında  telekommunikasiya  və  informasiya  texnologiyalarının 

inkişafına dair Strateji Yol Xəritəsi"; 

12. "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və 

qaz) inkişafına dair Strateji Yol Xəritəsi". 

Təsdiq  edilən  strateji  yol  xəritələrində  nəzərdə  tutulmuş  fəaliyyətlərlə  bağlı  monitorinq, 

qiymətləndirmə  və  kommunikasiya  tədbirlərini  İqtisadi  İslahatların  Təhlili  və  Kommunikasiya 

Mərkəzi həyata keçirir. 

 



Azərbaycan  Respublikası  Prezidentinin  21  may,  2016–cı  il  tarixli  fərmanı  əsasında 

“Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsi  üçün  “Yaşıl  dəhliz”  və 

digər buraxılış sistemlərindən istifadə Qaydaları” təsdiq edilmişdir.

 

Fərmana əsasən malların və 



nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçməsi  üçün  aşağıdakı  buraxılış  sistemləri  tətbiq 

ediləcək:  yaşıl,  mavi,  sarı  və  qırmızı  dəhlizlər.  Belə  ki,  malın  hansı  dəhlizdən  keçməsi 

avtomatlaşdırılmış  elektron  informasiya  sistemi  vasitəsilə  risk  qiymətləndirilməsi  əsasında 

həyata keçirəcəkdir. 

 

Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  26  may,  2016-cı  il  tarixində  "Vergi 



Məcəlləsində dəyişiklik edilməsi haqqında" və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik 

edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanunlarını  imzalanmışdır.

 

Dəyişikliklərə  əsasən 



dəmir  yolu  ilə  nəql  edilən  yüklər  Azərbaycan  ərazisindəki  son  dəmiryolu  stansiyasında  xarici 

dövlətlərin  yük  avtomobillərinə,  qoşqulu  və  yarımqoşqulu  avtonəqliyyat  vasitələrinə  aşırılaraq 

ən  yaxın  gömrük  sərhəd  buraxılış  məntəqəsindən  keçirilməklə  digər  dövlətə  daşındıqda  və 

əksinə iyunun 1-dən 3 il müddətində yol vergisi və dövlət rüsumundan azad edilmişdir. 

 



 



Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  1  iyun  2016-cı  il  tarixində  “Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsində  dəyişikliklər  edilməsi  haqqında”,  “Azərbaycan 




 

Respublikasının  Miqrasiya  Məcəlləsində  dəyişikliklər  edilməsi  haqqında”,  “Sosial  sığorta 



haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  dəyişiklik  edilməsi  barədə”  və“Gömrük 

tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun 

imzalanmışdır.  Ölkədə  qeyri-neft  sektorunun  davamlı  inkişafının  təmin  edilməsi,  sahibkarlığın 

dəstəklənməsi,  müasir  texnologiyalara  əsaslanan  rəqabətqabiliyyətli  sənaye  istehsalının  təşkili 

sahəsində  fəaliyyət  göstərən  sahibkarlara  güzəştlərin  tətbiqi,  onların  inzibati  yükünün 

azaldılması, bu sahənin inkişafının stimullaşdırılmasına dövlət dəstəyini göstərilməsi qanunların 

qəbul olunmasının əsas məqsədi olaraq çıxış etmişdir.

 

Konkret olaraq, bu dəyişikliklər Qaradağ 



Sənaye  Parkında  gəmiqayırma  fəaliyyətinin  təşkilinə  dövlət  tərəfindən  verilən  böyük  islahat 

dəstəyi kimi qəbul edilə bilər. Beləliklə, Qaradağ Sənaye Parkının ilk rezidenti statusu almış "Bakı 

Gəmiqayırma Zavodu" MMC-nin fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. 

 



Azərbaycan  Respublikası  Prezidenti  13  İyul,  2016–ci  il  tarixində    Azərbaycan 

Respublikasında  aparılan  iqtisadi  islahatların  sürətləndirilməsi,  ölkənin  metallurgiya 

kompleksinin  sağlamlaşdırılması  və  restruktizasiyası,  bu  sahəyə  investisiyaların  cəlb  edilməsi 

məqsədi  ilə  Azərbaycan  Respublikasının  metallurgiya  kompleksində  sağlamlaşdırma  və 



restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında sərəncam imzalamışdır. 

 



Azərbaycan  Respublikası  Prezidenti  4  avqust  2016-cı  ildə  “2016-cı ildə  vergi  sahəsində 

aparılacaq  islahatların  istiqamətləri”nin  təsdiqi  və  vergi  inzibatçılığının  təkmilləşdirilməsi 

haqqında  sərəncam  imzalamışdır.  Sərəncam  vergi  ödəyiciləri  ilə  vergi  orqanları  arasında 

qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və 

ölkə  iqtisadiyyatının  davamlı  inkişaf  tempinə  uyğun  olaraq  real  vergi  potensialının  müəyyən 

edilməsi  üçün  vergi  sistemində  islahatların  davam  etdirilməsi  və  vergi  inzibatçılığının  daha  da 

təkmilləşdirilməsini  təmin  edəcəkdir.  Vergi  ödəyiciləri  ilə  vergi  orqanları  arasında  birbaşa 

təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsi genişlənəcək, Vergilər 

Nazirliyinin  Çağrı  Mərkəzində  beynəlxalq  təcrübədə  tətbiq  olunan  “Outbound  Call  Centre” 

(geriyə - müştəriyə zəng xidməti) funksiyası tətbiq olunacaqdır. 

 



Azərbaycan  Respublikası  Prezidentinin  "Azərbaycan  Respublikasında  istehsal  olunan 

malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı il Sərəncamıyla 

“Azexport.az”  portalı  yaradılmışdır.  “Azexport.az”  Azərbaycan  məhsullarını  dünyanın  istənilən 

nöqtəsində  potensial  alıcılar  üçün  əlçatan  edir.  Bu  missiyanın  həyata  keçirilməsi  üçün  aparıcı 

dünya  və  yerli  nəqliyyat-logistika  şirkətləri  “Azexport.az”  ilə  inteqrasiya  edilmişdir.  

“Azexport.az” portalı VISA, Master Card və American Express kart sahibləri üçün ödənişin sürətli 

və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir. 

 

Azərbaycan  Respublikasının  Prezidentinin  5  oktyabr  2016-cı  il  tarixli  fərmanı  əsasında 



“Xarici  ölkələrə  ixrac  missiyalarının  təşkilinə,  xarici  bazarların  araşdırılması  və  marketinq 


 

fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla 



bağlı  xarici  ölkələrdə  sertifikat  və  patent  almasına,  ixracla  əlaqəli  tədqiqat-inkişaf  proqram  və 

layihələrinə  çəkilən  xərclərin  dövlət  büdcəsi  hesabına  ödənilən  hissəsinin  müəyyənləşdirilməsi 

və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”ı təsdiq edilmişdir. 

 



Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  21  oktyabr  2016-cı  il  tarixində  

“Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində  dəyişiklik  edilməsi  haqqında”  Azərbaycan 

Respublikasının  2016-cı  il  30  sentyabr  tarixli  318-VQD  nömrəli  Qanununun  tətbiqi  barədə 

Sərəncam  imzalamışdır.  Ölkə  iqtisadiyyatının  bütün  sferaları  üzrə  həyata  keçirilən  islahatların 

səmərəliliyinin, biznes mühitinin həm yerli, həm də xarici sahibkarlar üçün əlverişliliyinin təmin 

edilməsi məqsədilə vergi sistemində dövrün tələbinə uyğun bir sıra zəruri  dəyişikliklər həyata 

keçirilmişdir. Dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi 

dərəcələrinin  tətbiqi,  tranzit  yük  daşınma  sahəsində  bəzi  yeniliklər  baxımından  da  faydalı 

olacaq.  Dəyişiklik  həm  avtomobil,  həm  də  gəmi  ilə  tranzit  yükdaşımalarının,  həcminin, 

sahibkarlar üçün gəlirlərin artması üçün münbit şərait yaradacaqdır. 

 



Azərbaycan  Respublikası  Prezidenti  9  Noyabr,  2016–cı  il  tarixində  Milli  Elmlər 

Akademiyası  (AMEA)  Yüksək  Texnologiyalar  Parkının  yaradılması  haqqında  Sərəncam 

imzalayıb.  Adıçəkilən  parkda  həyata  keçirilən  tədqiqatların  nəticələrinin  istehsal  və  xidmət 

sahələrində  tətbiqi  üçün  lazım  olan  infrastruktur  və  maddi-texniki  bazanın  yaradılması 

planlaşdırılmaqdadır.  Yaradılan  yüksək  texnologiyalar  parkı  innovasiya  məhsulunun  və  yüksək 

texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların 

və təcrübə-konstruktor işlərinin aparılmasına töhfə verəcək. Bu sahədə səlahiyyətli orqan olan 

AMEA  parkın  ərazisində  sahibkarlıq  fəaliyyətinin  səmərəliliyini  təmin  etmək  üçün  digər 

xidmətlərin  göstərilməsini  də  təmin  edəcək.  Qanunda  nəzərdə  tutulan  dəyişikliklərin  həyata 

keçirilməsi  ölkədə  biznes  mühitinin  əlverişliliyi,  optimal  vergi  dərəcələrinin  tətbiqi,  tranzit  yük 

daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm 

də gəmi ilə tranzit yükdaşımalarının həcminin, eyni zamanda sahibkarlar üçün gəlirlərin atması 

deməkdir. 

 

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr, 2016-cı il tarixli sərəncamı ilə ölkədə 



kənd  təsərrüfatının  ənənəvi  sahələrindən  olan  ipəkçiliyin  və  fındıqçılığın  inkişafının 

sürətləndirilməsi,  bu  sahələrin  potensial  imkanlarından  səmərəli  istifadə  edilməsi  və  məhsul 

istehsalına əhalinin marağının artırılması məqsədi ilə “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət 

dəstəyinin  gücləndirilməsi  ilə  bağlı  əlavə  tədbirlər”  planı  hazırlanmışdır.  Sərəncama  əsasən 

tədarük  olunan  barama  toxumlarının,  tut  (çəkil)  tinglərinin  və  fındıq  pöhrələrinin  şəhər  və 

rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını, 

həmin sahə ilə məşğul olan istehsalçılar, habelə şəhər və rayonların tələbatı barədə məlumatı 

Azərbaycan  Respublikasının  Prezidentinə  Kənd  Təsərrüfatı  Nazirliyi  təqdim  edəcək.

  Bununla 




10 

 

yanaşı  14  yanvar,  2016–cı  il  tarixində 



“Pambıqçılıq  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununda dəyişikliklər edilməsi barədə qanun qəbul edilmişdir. 

 



 



Azərbaycan  Respublikası  Prezidentinin  24  noyabr,  2016-cı  il  tarixli  fərmanı  əsasında 

“Elektron  ipoteka”  sistemi  haqqında  əsasnamə  təsdiq  edilmişdir.  Elektron  sistem  “Elektron 

hökumət  portalı”nda  yaradılır  və  ona  inteqrasiya  edilir.  Elektron  sistemin  tətbiqinin  məqsədi 

ipoteka  kreditlərinə  çıxış  imkanlarının  sadələşdirilməsindən,  ipoteka  krediti  almaq  istəyən 

şəxslər  üçün  bərabər  şəraitin  yaradılmasından,  müraciətlərə  baxılma  zamanı  şəffaflığın  və 

operativliyin  təmin  edilməsindən,  habelə  informasiya-kommunikasiya  texnologiyalarının 

imkanlarından  faydalanaraq  tələb  olunan  sənədləri  real  vaxt  rejimində  əldə  etməklə,  sərf 

olunan  vaxta  və  xərclərə  qənaət  olunmasına,  göstərilən  xidmətlərin  keyfiyyətinin  və 

səmərəliliyinin artırılmasına nail olmaqdan ibarətdir. 

 



 



Azərbaycan  Respublikası  Prezidentinin  7  dekabr,  2016-cı  il  tarixli  fərmanı  əsasında 

“Tikinti  və  infrastruktur  obyektləri  ilə  əlaqədar  investisiya  layihələrinin  investorlar  tərəfindən 



“Tik  –  idarə  et  –  təhvil  ver”  modeli  çərçivəsində  həyata  keçirilməsinin  şərtləri,  tikinti  və 

infrastruktur  obyektlərinin  növlərinə  uyğun  olaraq  investorlar  qarşısında  qoyulan  tələblər, 

bağlanılan  müqavilələrin  xüsusiyyətləri  və  şərtləri,  investisiya  qoyuluşu  nəticəsində  əldə 

olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”ı təsdiq edilmişdir. 

 



 



Azərbaycan Respublikası Prezidenti tərəfindən 21 dekabr, 2016-cı il tarixində “Elektron 

imza  və  elektron  sənəd  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  dəyişikliklər 

edilməsi  barədə”  Azərbaycan  Respublikasının  2016-cı  il  11  noyabr  tarixli  400-VQD  nömrəli 

Qanununun tətbiqi haqqında fərman imzalanmışdır. 

 



İnvestisiya  fəaliyyətinin  genişləndirilməsi,  biznes  mühitinin  inkişaf  etdirilməsi,  sənaye 

istehsalının  artırılması  və  “Azərbaycan  Respublikasında  sənayenin  inkişafına  dair  2015-2020-ci 

illər  üçün  Dövlət  Proqramı”nın  həyata  keçirilməsi  üzrə  Tədbirlər  Planınına  uyğun  olaraq 

investisiyaların  təşviqi  ilə  bağlı  mexanizmin  təkmilləşdirilməsi  məqsədilə  Azərbaycan 

Respublikası  Prezidentinin  18  yanvar  2016-cı  il  tarixli  “İnvestisiyaların  təşviqi  ilə  bağlı  əlavə 

tədbirlər  haqqında”  fərmanı  əsasında  “investisiya  təşviqi  sənədi”nin  verilməsi  qaydaları 

təsdiqlənib. 

İnvestisiya  təşviqi  sənədi  -  sahibkarlara  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində  və 

“Gömrük  tarifi  haqqında”  Qanununda  müəyyən  edilmiş  güzəştləri  əldə  etməyə  əsas  verən 

sənəddir.  Gömrük  tarifi  haqqında”  Qanunda  müəyyən  edilmiş  güzəşt  idxal  edilən  texnika, 

texnoloji  avadanlıq  və  qurğuların  gömrük  rüsumundan  azad  olunmasını  nəzərdə  tutur.  Vergi 

Məcəlləsində  müəyyən  edilmiş  güzəştlər  hüquqi  şəxslərin  mənfəət  vergisinin  və  (və  ya)  fiziki 

şəxslərin gəlir vergisinin 50% güzəştlə ödənilməsi; hüquqi şəxslərin və fərdi sahibkarların torpaq 



11 

 

və əmlak vergisindən azad olunması; texnika, texnoloji avadanlıq və qurğuların idxalda ƏDV-dən 



azad olunması ilə əlaqədardır. Təsdiqedici sənədi almaq üçün sahibkar “Lisenziyalar və icazələr 

haqqında”  Azərbaycan  Respublikası  Qanunununa  uyğun  olaraq,  Azərbaycan  Respublikasının 

İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməsi nəzərdə tutulur.  

 



Habelə, ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edilməsinin əsas şərtlərindən biri olaraq 

qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının  ərazisində yaradılan 

qeyri-neft  məhsullarının  dəyərinin  xüsusi  çəkisindən,  habelə  ixrac  olunan  həmin  məhsulların 

növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə 

məşğul  olan  şəxslərə  dövlət  büdcəsinin  vəsaiti  hesabına  ixrac  təşviqi  ödənilməsini  nəzərdə 

tutan  1  Mart,  2016-cı  il  tarixli  fərman  imzalanmışdır.  Eyni  zamanda,  Fərmanla  müəyyən 

edilmşdir  ki,  ödəniləcək  ixrac  təşviqinin  baza  məbləği  ixrac  əməliyyatlarına  görə  faktiki  ixrac 

olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil 

edir.  



 



Azərbaycan  Respublikası  Prezidenti  Azərbaycan  Respublikası  Mənzil  İnşaatı  Dövlət 

Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında  16 Noyabr, 2016-cı il tarixli Fərmanına 

əsasən “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmalı və 2017-ci il mayın 

1-dən  tətbiq  edilməlidir.    “Güzəştli  mənzil”  sistemi,  cəmiyyətin  sərəncamında  olan  mənzillərin 

güzəştlə  əldə  edilməsi  üçün  tələb  olunan  sənədlərin  siyahısının  və  şərtlər  barədə  məlumatın 

mövcudluğunu,  mənzilləri  güzəştlə  əldə  etmək  istəyən  şəxsin  elektron  müraciətinin  real  vaxt 

rejimində  qeydiyyata  alınaraq  göndərilməsini,  mənzillərin  güzəştlə  əldə  edilməsi  üçün  tələb 

olunan, istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə eləcə də ailə tərkibi barədə məlumatların 

alınmasını,  mənzilləri  güzəştlə  əldə  etmək  məqsədi  ilə  müraciət  etmiş  şəxslərin  Cəmiyyət 

tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, mənzili güzəştlə əldə 

etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını təmin edir. 

3.

 

Yekun 

Aparılan  iqtisadi  islahatların  əsas  hədəfi  milli  iqtisadiyyatın  rəqabət  qabiliyyətliliyinin 

yüksəldilməsinə  və  dünya  təsərrüfat  sisteminə  səmərəli  inteqrasiyasına  nail  olmaqla, 

uzunmüddətli  perspektivdə  ölkədə  dinamik  sosial-iqtisadi  inkişafın  davamlılığını  təmin 

etməkdən  ibarətdir.  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  imzalanmış  fərmanlarda, 

təsdiq edilmiş iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri 

olan  vəzifələr  müəyyənləşdirilmişdir.  Bunlara  ölkənin  malik  olduğu  iqtisadi  potensialın 

gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-

neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli 

istifadə  olunması  və  onların  inkişafının tarazlaşdırılması,  sahibkarlığın  inkişaf  etdirilməsi,  sosial 




12 

 

xidmətlərin  həcminin,  keyfiyyətinin  və  ünvanlılığının  əhəmiyyətli  dərəcədə  artırılması, 



yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar. 

Azərbaycan  Respublikası  Prezidentinin  çıxış  nitqində  də  qeyd  edildiyi  kimi,

 

başa  vurduğumuz 



2016–cı ildə

 tətbiq edilən iqtisadi siyasət və həyata keçirilmiş iqtisadi islahatlar vasitəsilə 

Azərbaycan 

iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmiş və iqtisadi sabitlik təmin edilmişdir. Bununla yanaşı, 

bu  il  aparılan  ciddi  və  hərtərəfli  iqtisadi  islahatlar  ölkənin  gələcək  inkişafı  üçün  həyata 

keçirələcək davamlı iqtisadi islahatlar prosesi üzrə münbit şərait yaradaraq geniş spektrli iqtisadi 



perspektivlərin yaranmasına xidmət edəcəkdir.  

 

Yüklə 393,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə