İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında



Yüklə 346,37 Kb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü346,37 Kb.
#79063


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 

yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

Dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və 

biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli 

imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o 

cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində son vaxtlar bir 

sıra mühüm qərarlar qəbul edilmişdir. 

Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların 

müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki 

çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni 

konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan və əlverişli investisiya 

mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin 

tətbiqini zəruri edir. 

Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin 

səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası 

Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs yaradılsın. 

2. “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin 

(əlavə olunur). 

3. Müəyyən edilsin ki: 

3.1. “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (bundan sonra – Mərkəz) 3 

nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin 

və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata 

keçirilir; 

3.2. Mərkəzin icra orqanının funksiyalarını Mərkəzin Müşahidə Şurası tərəfindən vəzifəyə 

təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir. 

4. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına 

həvalə edilsin: 

4.1. Azərbaycan Respublikasının Prezidentinə: 

4.1.1. nizamnamənin və maliyyə hesabatlarının təsdiq edilməsi

4.1.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi; 

4.1.3. Mərkəzin yenidən təşkil və ləğv edilməsi; 

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə: 




4.2.1. təsərrüfat cəmiyyətlərinin yaradılması, habelə idarə, filial və nümayəndəliklərin 

rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi; 

4.2.2. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi 

ə

həmiyyətli əqdin), habelə Mərkəzə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 



faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi. 

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair 

təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 

etsin; 

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana 



uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə 

məlumat versin; 

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana 

uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

5.4. Mərkəzin nizamnamə fondunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə əlaqədar 

məsələləri həll etsin; 

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

6. Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının 

normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını 

təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll 

etsin. 


  

İlham 


Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 20 aprel 2016-cı il. 

  

Azərbaycan Respublikası Prezidentinin  



2016-cı il 20 aprel tarixli 

Fərmanı ilə təsdiq edilmişdir 

  



 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 

Nizamnaməsi 

 1. Ümumi müddəalar 

1.1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra – Mərkəz) 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə 

yaradılmışdır. 

1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər 

haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər 

qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və 

bu Nizamnaməni rəhbər tutur. 

1.3. Mərkəzin fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata 

keçirilir. 

1.4. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli 

özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki 

şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 

1.5. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz 

sahibkarlıq fəaliyyəti ilə o hallarda məşğul ola bilər ki, həmin fəaliyyət bu Nizamnamədə 

qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin. Mərkəzin fəaliyyəti nəticəsində əldə 

olunan vəsaitlər (gəlirlər) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir. 

1.6. Mərkəz publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə 

fəaliyyət göstərir. 

1.7. Mərkəzin müstəqil balansı, sərəncamında olan əmlakı, xəzinə və bank hesabları, üzərində 

öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 

1.8. Qanuna uyğun olaraq Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak 

hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə 

iddiaçı və ya cavabdeh qismində çıxış edir. 

1.9. Mərkəz Bakı şəhərində yerləşir. 

2. Mərkəzin fəaliyyətinin məqsədləri və vəzifələri 

2.1. Mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi 

istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik 

məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və 

uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını 

həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində 

Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir. 




2.2. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün aşağıdakı 

vəzifələri yerinə yetirir: 

2.2.1. qlobal iqtisadi çağırışlara uyğun olaraq ölkənin iqtisadi inkişaf strategiyasının təhlilini 

(yeni texnologiyalar, innovativ metodlar, preventiv anti-böhran tədbirləri, qlobal maliyyə və 

iqtisadi konyunkturun tətbiqi imkanları və s. sahələrdə), həmin strategiyanın iqtisadi və 

digər aspektlərinin ekspertizasını həyata keçirir və onların səmərəli tətbiqi üsulları barədə 

təkliflər hazırlayır; 

2.2.2. mövcud maliyyə-iqtisadi vəziyyəti nəzərə almaqla, ölkə daxilində baş verən sosial-

iqtisadi prosesləri təhlil edir, gözlənilən iqtisadi dəyişiklikləri proqnozlaşdırır; 

2.2.3. müxtəlif təşkilatların, o cümlədən yerli və beynəlxalq kredit təşkilatlarının ayrı-ayrı 

sahələr üzrə həyata keçirdikləri layihələr çərçivəsində nəzərdə tutulan islahat xarakterli 

tədbirlər görülməsində iştirak edir; 

2.2.4. ölkənin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli 

investisiya mühitinin yaradılması, habelə yerli və xarici investorların cəlb edilməsi məqsədi 

ilə beynəlxalq təcrübəni təhlil edir; 

2.2.5. yerli və xarici biznes subyektlərinin iştirakı ilə müvafiq təşviqedici kampaniyaların 

(həm paytaxtda, həm də regionlarda: elmi dairələrdə və ali təhsil müəssisələrində dəyirmi 

masaların, sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün biznes ideyalarının 

formalaşdırılması, biznesin təşkili və inkişaf etdirilməsi istiqamətlərində təlim 

proqramlarının) keçirilməsi yolu ilə onların aparılan islahatlar prosesində yaxından 

iştirakını və bu sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlığını təmin edir; 

2.2.6. xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi baxımından Azərbaycan 

Respublikasının xaricdə müsbət imicinin formalaşdırılması məqsədi ilə ölkədən kənarda 

kütləvi informasiya vasitələrində müxtəlif materiallar yayır, müvafiq təbliğat-təşviqat 

kampaniyaları (biznes konfranslar və s.) keçirir, aparılan iqtisadi islahatların beynəlxalq 

səviyyədə lobbiləşdirilməsini, müxtəlif sahələr üzrə xarici investorlarla birgə işçi qrupların 

fəaliyyətini təşkil edir və əlaqələndirir; 

2.2.7. qlobal iqtisadi tendensiyaları araşdırır, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi 

münasibətləri təhlil edir, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar 

aparır, bu sahədə mövcud çağırışları qiymətləndirir və bununla bağlı elmi-analitik və 

proqnoz xarakterli təkliflər hazırlayır; 

2.2.8. aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl 

sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil edir; 

2.2.9. həyata keçirilən iqtisadi islahatların məzmunu və mahiyyəti, islahatların sahibkarlıq 

fəaliyyəti, investisiya mühiti və ümumilikdə iqtisadiyyat üçün üstünlükləri və verəcəyi 

səmərələr barədə sahibkarların və ictimaiyyətin məlumatlandırılmasını təmin edir; 

2.2.10. təhlilin, tədqiqatın və sorğuların nəticələrini dövlət orqanlarına təqdim edir; 

2.2.11. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər 

görür; 



2.2.12. beynəlxalq əlaqələr yaradır və əməkdaşlıq edir; 

2.2.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet səhifəsinin 

yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan 

Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın 

həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir; 

2.2.14. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür; 

2.2.15. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır; 

2.2.16. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər 

vəzifələri yerinə yetirir. 

3. Mərkəzin hüquqları 

3.0. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir: 

3.0.1. iqtisadi islahatların həyata keçirilməsini nəzərdə tutan hüquqi aktların hazırlanması 

prosesində iştirak edir; 

3.0.2. ali təhsil müəssisələrində və elmi mərkəzlərdə tədqiqatların aparılmasının 

təşəbbüsçüsü və sifarişçisi kimi çıxış edir; 

3.0.3. müqavilə əsasında konsaltinq xidmətləri göstərir; 

3.0.4. səlahiyyətlərinə aid olan məsələlər barədə zəruri məlumatları və sənədləri əldə etmək 

üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu verir və 

onlardan belə məlumatları əldə edir; 

3.0.5. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edir; 

3.0.6. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırır, elmi-analitik jurnal, 

bülleten buraxır, internet səhifəsi yaradır, kitablar, məqalələr və digər materiallar nəşr edir, 

habelə aidiyyəti dövlət orqanlarının, özəl sektorun və ictimai birliklərin nümayəndələri ilə 

birlikdə müvafiq tədbirlər həyata keçirir; 

3.0.7. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədi ilə beynəlxalq 

təşkilatlarla, xarici dövlətlərin müvafiq təşkilatları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi 

aparır; 

3.0.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, simpoziumlar və digər 

tədbirlər təşkil edir

3.0.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər 

hüquqları həyata keçirir. 

4. Mərkəzin idarə olunması 

Mərkəz Müşahidə Şurası və İcraçı direktor tərəfindən idarə olunur. 



5. Müşahidə Şurası 

5.1. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi 3 nəfər üzvdən ibarət Müşahidə Şurası (bundan 

sonra – Şura) həyata keçirir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının 

Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir. 

5.2. Şuranın sədri və üzvləri ödənişsiz qaydada ictimai əsaslarla fəaliyyət göstərirlər. 

5.3. Şura qərar qəbul etməkdə müstəqildir. 

5.4. Şura aşağıdakı vəzifələri yerinə yetirir: 

5.4.1. Mərkəzin strukturunu, işçilərinin ümumi say həddini və əməkhaqlarını müəyyən edir; 

5.4.2. Mərkəzin strateji inkişaf istiqamətlərinə dair qərarlar qəbul edir; 

5.4.3. Mərkəzin fəaliyyətinə, əmlakından istifadə olunmasına nəzarət edir; 

5.4.4. Mərkəzin İcraçı direktorunun fəaliyyətinə nəzarət edir; 

5.4.5. Mərkəzin illik büdcəsini təsdiq edir; 

5.4.6. Şuranın, İcraçı direktorun və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin 

istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir; 

5.4.7. Mərkəzin fəaliyyətinin daxili qaydalarını, struktur bölmələrinin, strukturuna daxil olan 

qurumların və tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) 

ə

sasnamələrini və nizamnamələrini (törəmə publik hüquqi şəxslər istisna olmaqla) təsdiq 



edir; 

5.4.8. işçilərinin ümumi say həddinə uyğun olaraq ştat cədvəlini və xərclər smetasını 

müəyyən edir; 

5.4.9. Mərkəzə işə qəbul, o cümlədən əməkdaşların qiymətləndirilməsi qaydalarını müəyyən 

edir; 

5.4.10. altı aydan bir Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair hesabatı hazırlayır və 



Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. 

5.5. Şuranın sədri: 

5.5.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir

5.5.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik 

edir; 

5.5.3. öz təşəbbüsü əsasında və ya Şuranın hər hansı üzvünün və ya İcraçı direktorun xahişi 



ə

sasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir; 

5.5.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri görür. 



5.6. Şura üzvləri: 

5.6.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edir; 

5.6.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən 

tanış olur; 

5.6.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirir; 

5.6.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər 

verir; 

5.6.5. Şuranın qərarları, iclas protokolları və digər sənədləri ilə tanış olur; 



5.6.6. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalıdır; 

5.6.7. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalıdır; 

5.6.8. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir. 

6. Şuranın iclaslarının keçirilmə qaydası 

6.1. Şuranın sədri üç ayda bir dəfədən az olmayaraq Şuranın iclasını çağırır və ona sədrlik 

edir.  


6.2. Şuranın iclası Şuranın hər hansı bir üzvünün və ya İcraçı direktorun tələbi ilə də çağırıla 

bilər. 


6.3. Şuranın sədri İcraçı direktorla məsləhətləşməklə, müzakirə olunacaq məsələləri müəyyən 

edir və iclasın gündəliyini hazırlayır. Hər bir iclasın reqlamentini, müzakirə ediləcək 

məsələlərdən asılı olaraq, Şuranın sədri müəyyənləşdirir. 

6.4. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş 

məsələlər barədə iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat 

verilir. 

6.5. Şuranın iclasında İcraçı direktor da iştirak edir. 

6.6. Şuranın sədri öz təşəbbüsü və ya Şuranın hər hansı üzvünün və ya İcraçı direktorun 

xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edə bilər. 

6.7. Şuranın qərarları açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə 

qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, iclasa sədrlik 

edənin səsi həlledicidir. 

6.8. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ 

çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu 

məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair 

səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır. 




6.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan qabaq 

təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna 

olmaqla, qərar qəbul edilə bilməz. 

6.10. Şuranın iclasının nəticəsi Şuranın üzvləri və Şuranın katibi tərəfindən imzalanmış 

protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə 

bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Şura tərəfindən təsdiq 

edilərək İcraçı direktora göndərilir. 

6.11. Şuranın katibi Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri tərəfindən 

təyin olunur və Şuranın sədrinə hesabat verir. 

6.12. Şuranın katibi: 

6.12.1. Şuranın iclaslarını təşkil edir; 

6.12.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şuranın üzvlərinə, habelə bu 

Nizamnamənin 6.5-ci və 6.6-cı bəndlərində göstərilən şəxslərə iclasa azı 3 iş günü qalmış 

yazılı məlumat verir; 

6.12.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə 

təqdim edir; 

6.12.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın 

sədrinə təqdim edir; 

6.12.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir. 

7. İcraçı direktor 

7.1. Mərkəzin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. 

7.2. Mərkəzin İcraçı direktoru aşağıdakı vəzifələri yerinə yetirir: 

7.2.1. Şuranın qərarlarını icra edir; 

7.2.2. Mərkəzin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil 

edir; 

7.2.3. Mərkəzin qarşısına qoyulmuş məqsədlərə uyğun olaraq Azərbaycan Respublikasının 



Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

müvafiq təkliflər təqdim edir; 

7.2.4. Mərkəzin strukturunun, işçilərinin ümumi say həddinin və əməkhaqlarının müəyyən 

edilməsi barədə Şuraya təkliflər verir; 

7.2.5. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin ümumi say həddi daxilində Mərkəzin 

ştat cədvəlinin müəyyən edilməsinə, xərclər smetasının təsdiq edilməsinə dair Şuraya 

təkliflər verir; 



7.2.6. Mərkəzin fəaliyyətinə dair hesabatları və onun maliyyə hesabatlarını hazırlayıb Şuraya 

təqdim edir; 

7.2.7. bu Nizamnamənin 5.4.9-cu yarımbəndində göstərilən qaydalara uyğun olaraq, işçilərin 

işə qəbul edilməsi, onların digər vəzifələrə təyin və vəzifədən azad edilməsi, habelə onlar 

barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsinə dair əmrlər verir. 

7.2.8. Mərkəzin fəaliyyəti ilə bağlı əmrlər verir və Şura tərəfindən qərarların qəbul 

olunmasında iştirak edir; 

7.2.9. Mərkəzin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında 

hesabatları təsdiq edir; 

7.2.10. Mərkəzin inkişaf strategiyasının formalaşdırılmasına dair Şuraya təkliflər verir; 

7.2.11. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir; 

7.2.12. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır; 

7.2.13. bu Nizamnamənin 5.4.6-cı və 5.4.7-ci yarımbəndlərində göstərilən məsələlərlə 

ə

laqədar təkliflər hazırlayır və təsdiq olunmaq üçün Şuraya təqdim edir; 



7.2.14. barəsində qərar verilməsi Şuranın səlahiyyətlərinə aid olan məsələlərə dair məlumat 

hazırlayaraq Şuraya təqdim edir; 

7.2.15. Mərkəzin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır. 

8. Mərkəzin nizamnamə fondu, əmlakı və mənfəəti 

8.1. Mərkəzin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, ona təsisçi 

tərəfindən verilmiş digər əmlakdan, fəaliyyət istiqamətlərinə uyğun olaraq sərəncamında 

olan əmlakın özgəninkiləşdirilməsindən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan 

və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır. 

8.2. Mərkəzin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi 

aktivlərdən ibarətdir. Mərkəzin əmlakı onun müstəqil balansında əks olunur. 

8.3. Mərkəzin sərəncamına verilmiş torpaq sahələri və digər əmlak üzərində sahiblik, istifadə 

və sərəncam vermək hüquqları Mərkəzə məxsusdur. 

8.4. Mərkəz ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə 

uyğun istifadə edir. 

8.5. Mərkəzin nizamnamə fondu 1.000.000 (bir milyon) manatdır. 

9. Ləğvetmə və yenidən təşkiletmə 

Mərkəzin ləğvi və yenidən təşkili barədə qərarları Azərbaycan Respublikasının Prezidenti 

qəbul edir. 



 

Yüklə 346,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə