İqtİsadİy yat Bu il Azərbaycan “Əsrin müqaviləsi”- nin imzalanmasının 17 illiyini qeyd edəcək. Bu strategiyanın reallaşdı



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü0,54 Mb.
#68223


aktivləri  22,8  milyard  dollara  çatıb,  yəni 

1-ə fondun aktivləri 22,8 



14  • 

/

  №37, 2011



İqtİsadİy yat

Bu il Azərbaycan “Əsrin müqaviləsi”-

nin  imzalanmasının  17  illiyini  qeyd 

edəcək.  Bu  strategiyanın  reallaşdı-

rılmasını  necə  qiymətləndirirsiz  və 

ötən illər ərzində o, qarşısına qoyulan 

vəzifələrin – gəlirlərin toplanması və 

neft-qaz  sektorunun  ölkənin  iqtisadi 

inkişafının  lokomotivinə  çevrilməsi 

vəzifələrinin öhdəsindən necə gəlib?

“Əsrin  müqaviləsi”-nin  imzalanması 

ilə Azərbaycanda Milli neft strategiyası-

nın reallaşdırılmasının əsası qoyulub və 

ölkənin iqtisadi həyatında yeni mərhələ 

başlayıb.  Strategiya  ilə  müəyyən  edilən 

vəzifələrin  həyata  keçirilməsi  zamanı 

Azərbaycanın  neft  sektoruna  milyard-

larla dollar xarici investisiya cəlb edilib, 

neft  və  qazın  dünya  bazarlarına  nəqli 

üzrə çoxvektorlu nəqliyyat infrastruktu-

ru yaradılıb, növbəti mərhələdə isə neft 

və qazın satışından əldə edilən gəlirlərin 

saxlanılması  və  səmərəli  idarə  edilməsi 

mexanizmini icra edən Neft Fondu yara-

dılıb. Əgər 2001-ci ildə Neft Fondunda 

cəmi  271  milyon  dollar  toplanmışdı-

sa,  2011-ci  ilin  yanvarın  1-ə  fondun 

fondun vəsaitləri 84 dəfə artıb. Bununla 

yanaşı, bu müddət ərzində infrastruktur 

və sosial layihələrə təxminən 2,6 milyard 

dollar  sərf  edilib,  dövlət  büdcəsinə  isə 

20  milyard  dollara  yaxın  vəsait  köçü-

rülüb.  Öz  növbəsində,  dövlət  büdcəsi 

vasitəsilə  bu  vəsaitlər  dövlət  proqram-

larının  icrasına,  qeyri-neft  iqtisadiy-

yatının  inkişafı  və  stimullaşdırılması 

üzrə  tədbirlərin  həyata  keçirilməsinə 

yönəldilib.  Nəticədə  2010-cu  ildə 

ölkədə  qeyri-neft  sektorunun  artım 

tempi  7,6%  təşkil  edib.  Beləliklə,  indi 

əminliklə  demək  olar  ki,  Azərbaycanda 

neft  gəlirlərinin  yığımı  üzrə  vəzifələr 

uğurla  yerinə  yetirilir,  bununla  yana-

şı,  bu  gəlirlərin  məqsədyönlü  istifadəsi 

neft-qaz sektorunu ölkənin iqtisadi inki-

şafının  lokomotivinə  çevirməyə  imkan 

verir.


Bu  strategiyanın  reallaşdırılmasın-

da,  eləcə  də  Azərbaycanın  iqtisadi 

inkişafının yeni mərhələsində Dövlət 

Neft Fondunun rolu nədən ibarətdir?

Neft  strategiyasının  reallaşdırılma-

sında  Neft  Fondunun  qarşısına  neft 

gəlirlərinin  gələcək  nəsillər  üçün  top-

lanması,  makroiqtisadi  sabitliyin  sax-

lanılması  (neft  gəlirlərinin  kütləvi 

axını  şəraitində  xarici  valyutanın  mənfi 

təsirinin  neytrallaşdırılması),  valyuta 

vəsaitlərinin  idarə  edilməsindən  əlavə 

gəlirlərin  əldə  edilməsi  və  nəhayət, 

ölkənin  cari  tələbatlarını  nəzərə  alaraq 

gəlirlərin  bir  hissəsinin  indiki  nəslin 

ehtiyacları  üçün  istifadə  edilməsi  kimi 

vəzifələr  qoyulmuşdur.  Beləliklə,  fond 

neft  gəlirlərinin  Azərbaycanın  indi-

ki  və  gələcək  nəsilləri  arasında  ədalətli 

bölüşdürülməsini təmin etməlidir. 

Şahmar Mövsümov

Azərbaycan Dövlət Neft Fondu 

İcraçı direktoru



Azərbaycan Dövlət Neft Fondu

   yeni iqtisadi formasiyaya 



yeni investisiya

 

ilə daxil olur



AzƏrBAycAn DövlƏt neft fonDunun İcrAçı 

DİreKtoru Şahmar mövsümovla “BAnKlAr vƏ 

Bİznes” jurnAlınA müsAhİBƏsİ

2011-ci ilin yanvarın 

milyard dollara çataraq 

on il ərzində 84 dəfə artıb




№37, 2011  

/

•  15



İqtİsadİy yat

İqtisadi  inkişafın  yeni  mərhələsində 

fond  qeyd  olunan  vəzifələrin  həyata 

keçirilməsini davam etdirəcək. Bununla 

yanaşı,  nəzərə  alsaq  ki,  növbəti  illər 

ərzində  fondun  aktivlərinin  artaca-

ğı  proqnozlaşdırılır,  yeni  mərhələdə 

fondun  əsas  rolu  aktivlərin  idarə 

edilməsindən əldə edilən gəlirlərin artı-

rılması  olacaq.  Odur  ki,  bu  mərhələdə 

əsas  vəzifə  Fondun  investisiya  portfeli-

nin təkmilləşdirilməsi və diversifikasiya 

edilməsidir.

2010-cu ildə Dövlət Neft Fondunun 

fəaliyyətinin  yekunlarını  necə 

qiymətləndirirsiniz?  Ötən  il  fondun 

ən böyük nailiyyətləri hansılardır?

ARDNF-in uzunmüddətli institusional 

inkişafı layihəsinin üçüncü mərhələsinin 

başa  çatmasını  2010-cu  ildə  qazanılmış 

əsas  nailiyyətlərə  aid  etmək  olar.  Bu 

layihə  çərçivəsində  investisiya  portfeli-

nin və risklərin avtomatlaşmış idarəetmə 

sistemləri  qurulmuş,  habelə  fondun 

əməkdaşları üçün onlayn treninq proqra-

mı əldə olunmuşdur. Layihə çərçivəsində 

aparılan  işlər  sayəsində  ARDNF-in 

aktivlərinin  idarə  edilməsinin  effektiv-

liyi  yüksəlmiş,  işçilərin  peşəkar  hazır-

lığı  təkmilləşdirilmişdir.  İndi  əminliklə 

söyləmək  olar  ki,  fond  daha  mürəkkəb 

maliyyə  alətlərinə  investisiyalara  hazır-

dır.  Həmçinin,  2010-cu  ildə  Neft 

Fondu  digər  müstəqil  fondlarla  birgə 

Beynəlxalq  Maliyyə  Korporasiyasının 

idarə  etdiyi  qapalı  investisiya  fonduna 

aktivlər yatırıb. Bu fond Afrikanın, Latın 

Amerikasının,  Karib  hövzəsinin  inkişaf 

etməkdə  olan  ölkələrinə  investisiyalar 

edir. 


Onu da qeyd etmək lazımdır ki, 2010-

cu  ildə  Mineral  Ehtiyatların  Hasilatı 

ilə  Məşğul  olan  Sənaye  Sahələrində 

Şəffaflıq 

Təşəbbüsü 

(MHŞT) 


çərçivəsində  böyük  işlər  aparılıb. 

“Revenue  Watch”  və  “Transparency 

International”  beynəlxalq  təşkilatları 

tərəfindən  gəlirlərin  şəffaflığı  indek-

si  tərtib  olunub.  MHŞT  çərçivəsində 

ARDNF-in  fəaliyyəti  bu  indeksin  iki 

parametrinə əsasən ən yüksək 100 balla 

qiymətləndirilib.

İlk dəfə olaraq 2010-cu ildə aktivlərin 

idarə edilməsindən əldə edilən mənfəət 

1 milyard ABŞ dollarından artıq olub.

Ötən  il  dollar  və  avronun 

məzənnəsinin  qeyri-stabilliyi  ilə 

əlaqədar  ARDNF  aktivlərinin 

yenidən  qiymətləndirilməsi  zamanı 

nə qədər itkiyə məruz qalıb?

ARDNF-in  investisiya  portfelinin 

valyuta  səbətinə  üç  əsas  valyuta:  ABŞ 

dolları,  avro  və  funt-sterlinq  daxildir. 

Bu  strategiya  ABŞ  və  Avropa  valyu-

taları  arasında  balansın  yaradılma-

sı  məqsədilə  tətbiq  edilir,  çünki  bir 

dünya  valyutasının  ucuzlaşması,  bir 

qayda olaraq, digərinin möhkənlənməsi 

deməkdir.  Manatla  hesablamaları  əsas 

götürsək,  2010-cu  ildə  dollar,  avro  və 

funt-sterlinqin  məzənnəsinin  manata 

nisbətdə  enməsi  ilə  əlaqədar  fondun 

büdcədənkənar  xərcləri  təqribən  502 

milyon  manat  təşkil  edib.  Amma  bu 

göstəriciyə  mühasibat  uçotu  nöqteyi-

nəzərindən  baxmaq  düzgün  olmaz-

dı.  Belə  ki,  belə  hallarda  əgər  dolların 

məzənnəsi  düşürsə,  bu,  avro  və  funtun 

möhkəmlənməsi deməkdir və əksinə.



Hazırda  ARDNF  tərəfindən  hansı 

layihələr  həyata  keçirilir  və  yaxın 

vaxtlarda  hansı  layihələrə  başlamaq 

planlaşdırılır?

Neft  Fondunun  büdcəsinin  təsdiq 

edilməsi  barədə  fərmanlara  əsasən, 

hazırda  ARDNF  Bakı-Tbilisi-Qars 

dəmir  yolunun,  Oğuz-Qəbələ-Bakı 

boru-kəmərinin  tikintisini,  Samur-

Abşeron  irriqasiya  sisteminin  yenidən 

qurulmasını,  “2007-2015-ci  illərdə 

gənclərin  xaricdə  təhsili”  Dövlət 

Proqramını,  məcburi  köçkünlərin  yaşa-

yış  şəraitinin  yaxşılaşdırılması  üzrə 

tədbirləri maliyyələşdirir.

Yaxın  vaxtlarda  fondun  yeni 

layihələrin  maliyyələşməsində  iştirakı 

nəzərdə tutulmayıb.

Məlumdur 

ki, 

Azərbaycan 

hökuməti  Bakı-Tbilisi-Qars  dəmir 

yolunun  Gürcüstan  hissəsinin  tikin-

tisinin  maliyyələşdirilməsi  üçün 

əlavə  500  milyon  ABŞ  dolları  vəsait 

ayırmağa hazır olduğunu bildirib. Bu 

maliyyələşmə  ARDNF-in  vəsaitləri 

hesabına  həyata  keçiriləcəkmi  və 

pul  köçürülməsinə  nə  vaxt  başlana-

caq?  Maliyyələşmə  həcminin  artı-

rılması  Gürcüstanla  kredit  sazişinin 

şərtlərinə  yenidən  baxmağı  tələb 

edəcəkmi?

Azərbaycan  Respublikası  Preziden-

tinin  21  fevral  2007-ci  il  tarixli  “Bakı-

Tbilisi-Qars”  layihəsi  üzrə  tədbirlərin 

həyata  keçirilməsi  haqqında”  Fərmanına 

əsasən,  bu  layihənin  maliyyələşdirilməsi 

Neft  Fondu  tərəfindən  həyata  keçirilir. 

Bu  fərmanla  müəyyən  edilir  ki,  fond, 

ərazisində  dəmir  yolunun  tikintisini 

həyata  keçirən  Gürcüstana  200  milyon 

dollarlıq kredit ayırsın. Bu layihə üzrə əlavə 

vəsaitlərin ayrılması, habelə əlavə kreditin 

mənbəyinin müəyyənləşdirilməsi barədə 

qərarı  hökumət,  həmçinin  Azərbaycan 

Respublikası  Prezidenti  qəbul  edir.  Belə 

bir  qərar  qəbul  edilərsə,  Neft  Fondu  bu 

layihənin  maliyyələşdirilməsini  davam 

etdirəcək.

Təbii ki, bu maliyyələşmə kredit sazi-

şi  əsasında  həyata  keçirildiyinə  görə, 

maliyyələşdirmə həcminin artırılması ilə 

risklər də yüksəlir. Odur ki, Gürcüstanla 

kredit  sazişinin  bəzi  şərtlərinə  yenidən 

baxılması zərurəti yaranır.



Neft  Fondunun  2011-ci  il  üçün 

təsdiq  edilmiş  investisiya  proqramı 

ötən  illərin  proqramlarından  nə  ilə 

fərqlənir?

ARDNF-in 2011-ci il üçün investisiya 

proqramında  mühüm  fərqlər  nəzərdə 

tutulmur.  2011-ci  il  üzrə  fondun  inves-

2010-cu ildə aktivlərin 

idarə edilməsindən əldə 

edilən mənfəət 1 milyard 

ABŞ dollarından artıq olub




16  • 

/

  №37, 2011



İqtİsadİy yat

tisiya  proqramında  əsas  fərqli  bənd 

Xəzərdəki  neft-qaz  layihələrinə  investi-

siyaları nəzərdə tutur. Bu bəndə əsasən, 

ARDNF  uzunmüddətli  investisiya 

reytinqinə  malik  və  Xəzərdə  layihələr 

həyata  keçirən  emitentlərin  qiymətli 

kağızlarına 600 milyon ABŞ dollarından 

çox olmamaqla investisiya qoya bilər.

Neft  Fondunun  ilk  növbədə  hansı 

layihələrə  investisiya  yatırması 

nəzərdə tutulur? 

Xəzərdə  həyata  keçirilən  neft-qaz 

layihələrinin  uğurunu  nəzərə  alaraq, 

Neft Fondunun və Dövlət Neft Şirkətinin 

bu  layihələrdə  əlavə  iştirak  payı  əldə 

etməsi məsələsi hazırda müzakirə edilir. 

Bununla  əlaqədar,  ARDNF  tərəfindən 

vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu 

səbəbdən də fondun investisiya proqra-

mına müvafiq bənd əlavə edilib.



Bu  il  ARDNF-in  investisiya  port-

felinin  nə  qədər  artırılması  nəzərdə 

tutulur  və  vəsaitlərin  hansı  maliyyə 

alətlərinə yatırılması planlaşdırılır?

Proqnozlara əsasən, neftin 1 barelinin 

qiyməti  80  ABŞ  dolları  olarsa,  2011-ci 

ilin sonunda Neft Fondunun aktivləri 30 

milyard ABŞ dollarına çatacaq. Hazırda 

ARDNF olduqca konservativ investisiya 

strategiyası  həyata  keçirir  və  aktivlərini 

dövlət  və  korporativ  istiqrazlara  yatırır. 

Aktivlərin artmasını nəzərə alaraq, fond 

onların diversifikasiyasını nəzərdə tutan 

yeni investisiya strategiyası işləyib hazır-

layır.  Bu  strategiyaya  əsasən,  gəlirliliyin 

artırılması  məqsədilə  onun  aktivləri 

daha  riskli  alətlərə,  məsələn,  şirkətlərin 

səhmlərinə və əmlaka yatırılacaq.

Yeni  menecerlərin  cəlb  edilməsi 

prosesi başlanıbmı, yoxsa fəaliyyətdə 

olanlar  sizi  qane  edir?  2010-cu  ilin 

yekunları üzrə aktivlərin hansı hissəsi 

xarici  menecerlərin  idarəetməsi 

altındadır  və  bu  həcmin  artırılması 

gözlənilirmi?

2010-cu  ilin  dekabr  ayının  sonlarına 

olan məlumata əsasən, ümumi aktivlərin 

1,2  faizi  əcnəbi  menecerlər  tərəfindən 

idarə  edilir.  Hazırda  ARDNF-in  müva-

fiq  bölmələri  əcnəbi  menecerlərin  seçi-

mi,  monitorinqi  və  qiymətləndirilməsi 

üçün  xüsusi  proseduru  təkmilləşdirir. 

Yeni menecerlərin cəlb edilməsi isə qeyd 

edilmiş diversifikasiya olunmuş investi-

siya strategiyasının təsdiq edilməsindən 

sonra aktual olacaq.



Dünya  iqtisadiyyatının  dirçəliş 

mərhələsinə daxil olması neft fondu-

nun gəlirlərində necə əks olunacaq?

Hazırda  dünya  iqtisadiyyatının 

artım  mərhələsinə  daxil  olması  vaxtı-

na  dair  müxtəlif  rəylər  möcuddur  və 

bu  məsələ  üzrə  aparıcı  ekspertlərin 

mövqeləri  fərqlidir.  Dünya  bazar-

larındakı  qısamüddətli  tərəddüdlər 

Neft  Fondunun  müstəqil  fond  olaraq 

uzunmüddətli  investisiya  siyasəti  üçün 

həlledici amil deyil.



ARDNF-in  investisiya  portfeli-

nin  diversifikasiyası  üzrə  təkliflərin 

hazırlanması  hansı  mərhələdədir 

və  onların  nə  vaxt  tətbiq  edilməsi 

gözlənilir? Neft fondunun səhm port-

felinin artırılması məsələsi bu il aktu-

al ola bilərmi?

Hazırda  ARDNF  investisiya  portfe-

linin  diversifikasiyası  üzrə  təkliflərin 

hazırlanmasının  son  mərhələsindədir. 

Ümid edirik ki, fondun yeni diversifika-

siya  olunmuş  investisiya  strategiyasının 

artıq  bu  il  təsdiq  ediləcək.  Aktivlərinin 

səhmlərə  yatırılması  isə  bu  təkliflərin 

qəbul edilməsindən sonra mümkün ola-

caq.


2010-cu  ilin  sonunda  ARDNF-nun 

aktivləri nə qədər olub və 2011-ci ilin 

sonuna  qədər  aktivlərin  artırılması 

üzrə proqnozlar necədir?

2010-cu  ilin  sonuna  ARDNF-nun 

aktivləri  22,8  milyard  ABŞ  dolları 

təşkil edib. Yuxarıda qeyd edildiyi kimi, 

proqnozlara  əsasən,  neftin  qiymətinin 

1  barrel  üçün  80  ABŞ  dollar  olması 

halında  ARDNF-nun  aktivləri  2011-ci 

ilin  sonunda  30  milyard  ABŞ  dollarına 

çatacaq. 

Azərbaycandan  qaz  və  neft 

məhsullarının  nəqli  üçün  marşrut-

larının  diversifikasiyası  siyasətinin 

davamı  ilə  əlaqədar  olaraq,  yaxın 

5  ildə  Dövlət  Neft  Fonduna  hansı 

daxilolmaları  gözləmək  olar?  Yaxın 

perspektivdə  qaz  satışından  əldə 

edilən gəlirlərin neftdən daxilolmala-

rı üstələyəcəyi ehtimalı nə qədərdir?

Proqnozlara  əsasən,  fondun  xərcləri 

hazırki səviyyədən artıq olmasa, yaxın 5 

ildə  fondun  aktivləri  neftin  qiymətinin 

60, 70, 80 dollar olması halında, müva-

fiq olaraq, 50, 65 və 80 milyard dollara 

çatacaq.

Yaxın  və  uzunmüddətli  perspektivdə 

neft  hasilatı  həcmin  qaz  hasilatı 

həcmindən  çox  olacağına  görə,  qazdan 

əldə edilən gəlirlərin neftdən daxilolma-

ları üstələyəcəyi gözlənilmir.



Neft Fondunun beynəlxalq maliyyə 

təşkilatları ilə əməkdaşlığı necə inki-

şaf edir?

Hazırda  ARDNF  tərəfdaş  qismində 

dünyanın  əksər  aparıcı  investisiya 

bankları  ilə  əməkdaşlıq  edir.  Həmçinin 

Dünya  Bankı  və  Beynəlxalq  Valyuta 

Fondu  kimi  beynəlxalq  maliyyə  insti-

tutları  ilə  yüksək  səviyyəli  əməkdaşlıq 

qurulub.


Neftin qiymətinin 1 barrel üçün 80 ABŞ dollar olması 

halında ARDNF-nun aktivləri 2011-ci ilin sonunda 30 



milyard ABŞ dollarına çatacaq

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə