İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix17.04.2022
ölçüsü0,51 Mb.
#85556
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
IQTiSADI-NAZARIYYA-2

2.

 

İqtisadi tələbatlar və onların təsnifatı. İqtisadi nemət, məhsul, xidmətlər.

 

 

İqtisadiyyatın  ilkin  tərifi  ona  əsaslanır  ki,  insanların  iqtisadi  fəaliyyəti  mövcud  resursların 

istifadə edilməsi əsasında onların tələbatlarının ödənilməsinə yönəldilmişdir. 

Təlabatlar iqtisadi fəaliyyətin ilkin nöqdəsidir, onların ödənilməsi isə – son nəticədir. 

Təlabatları  daimi  ödəmək  zərurəti  –  insan  cəmiyyətinin,  hər  bir  insanın  xüsusiyyətidir. 

Təlabatlar cürbə-cürdürdür. Onları müxtəlif meyarlar  üzrə təsnifləşdirmək olar. 

Yaşayış  vasitələrinə,  yaxud  insanların  həyatı  vacib  təlabatlarını  ödəyən  nemətlərə  (qidaya, 

geyimə, mənzilə və s.) təlabatlar. 

İnsan həyatının sosial-mədəni vasitələrinə (təhsilə, mədəniyyətə, asudə vaxta) təlabatlar. 

Fəaliyyət  vasitələrinə  (əmtəələrin,  xidmətlərin,  və  s.  istehsalı  üçün  əşyalar) təlabatlar. 

Sosial  cəhətdən  nüfuzlu  nemətlərin  (turizm  xidmətləri,  zinət  əşyaları  və  s.)  ödənilməsinə 

tələbat. 

Digər  təsnifatlar  da  mümkündür:  tələbatların  ödənilmə  növü  üzrə  (fərdi,  kollektiv), 

ödənilmənin alternativliyi üzrə və s. 

İqtisadiyyat nöqteyi nəzərdən tələbatların prinsipial xassəsini xüsusilə  qeyd etmək vacibdir – 

cəmiyyət  inkişaf  etdikcə  onların  strukturu,  keyfiyyət  və  kəmiyyətinin    arması    və    daima  

dəyişməsi  baş  verir.  Yeni  tələbatların    meydana 




 

çıxması ilə yanaşı köhnələr yox olub gedir, tələbat növləri arasında nisbət dəyişilir və i.a. Bu 



tələbatların artması qanununda öz əksini tapır. 

Nemət  –  özündə  müəyyən  müsbət  məna  daşıyan,  insanın  bu və  ya  digər  tələbatını ödəyən 

və  onların  maraqları,  məqsədləri  və  səylərinə  cavab  verən  hər  bir  şey:  əşya,  hadisə,  əmək 

məhsuludur. 

İqtisadi  ədəbiyyatda  nemətin  başqa  tarifləri  də  var.  Məsələn,  nemət  deyəndə,  A.Marşall 

bizim istədiyimiz hər bir şeyi və ya insanın təlabatlarını ödəyən əşyaları başa düşürdü. Bu tərifdə 

nemətlər yalnız əşyalar, predmetlərlə məhdudlaşır. 

Bəzən  nemətlər  faydalılığın  təzaşürü  kimi  nəzərdən  keçirilir  ki,  bu  da  yalnız  əməyin 

məhsulu deyil, həm də təbiətin barı ola bilər. 

İnsanlara lazım olan və rolu get-gedə artan nemətlər arasında xüsusi yeri xidmətlər tutur. 

Xidmətlər  –  nəticəsi  faydalı  effekt  olan,  insanın  hər  hansı  tələbatlarını  ödəyən 

məqsədəuyğun insan fəaliyyətidir. 

Nemətlərin başa düşülməsində onların təsnifatının böyük əhəmiyyəti var. Nemətlərin 

müxtəlif qruplara (növlərə) bölünməsi üçün çoxlu meyarlar var. Nemətlərin maddi və qeyri-

maddilərə bölünməsi daha geniş yayılmışdır. 

Maddi nemətlər – təbiətin təbii bəxşişləri(torpaq, hava, iqlim),  istehsal məhsullarıdır (ərzaq 

məhsulları,  tikililər,  maşınlar,  alətlər  və  s.).  Maddi  nemətlərə  hərdən  maddi  nemətlərin 

mənimsənilməsilə  əlaqədar  olan  münasibətlər  də  (patentlər,  müəllif  hüququ,  girov  kağızı)  aid 

edilir  (məsələn  A.Marşall).  Bununla  da  bir  qrupda  müxtəlif  səciyyəli  nemətlər  –  bir  qismi 

faydalılığına görə – birləşdirilir. 

Qeyri-maddi  nemətlər  –  insanın  qabiliyyətlərinin  inkişafına  təsir  edən  nemətlərdir,  onlar 

qeyri-istehsal sahələrində: səhiyyə, təhsil, incəsənət,  kino, teatr, muzeylər və b.k. yaradılırlar. 

Qeyri-maddi nemətlər iki yarımqrupa bölünür: 

Daxili  –  insana  təbiət  tərəfindən  verilmiş  və  insanın  öz  iradəsiylə  özündə  inkişaf  etdirdiyi 

(səs – oxuma, deklamasiya; musiqi duyumu – musiqiçi; elmə qabiliyyət və b.k.); 

Zahiri  -  bu,  tələbatları  ödəmək  üçün  zahiri    aləmin    verdikləridir    (imic,  işgüzar  əlaqələr, 

himayə və s.) 

Qeyd olunan nemətlər qruplarından başqa cari və gələcək, bilavasitə və  dolayı, uzunmüddətli 

və qısamüddətli və s. nemətlər də nəzərdən keçirilir. 

Nemətlərin iqtisadi və qeyri-iqtisadiyə bölünməsinin xüsusi əhəmiyyəti var. 

İqtisadi  nemətlər  (bu  məfhum  iqtisad  elminin  subyektivçilik  məktəbinə,  onun  nümayəndəsi 

məşhur İtaliya iqtisadçısı A.Rezentiyə məxsusdur)  iqtisadi fəaliyyətin obyekti və ya nəticəsidir, 

yəni ödənilməsi tələbatdan məhdud  həcmdə alınması mümkün olanlardır. Qeyd edək ki, iqtisadi 

nemətlərin  məhdudluğu  (nadirliyi)  şəraitində  insanın  müvafiq  davranışını  (təsərrüfatçılıq, 

istehsal fəaliyyəti) müəyyənləşdirən nemətin nadirliyi problemi ilə bağlıdır. 

Qeyri - iqtisadi (havayı) nemətlər təbiət tərəfindən insan səy  göstərmədən verilir. Bu nemətlər 

insanın  müəyyən  tələbatlarını  (hava,  su,  işıq  və.b.k.)  tam  və  daim  ödəmək  üçün  kifayət  qədər 

təbiətdə «azad» mövcuddur. 

Beləliklə,  məhz  nemətə  olan  təlabat  (və  ya  Avstriya  məktəbinin  görkəmli  nümayəndəsi 

K.Mengerin  sözlərilə  «gərəklik»)  və  onun  əldə  oluna  biləcək  miqdarı  arasındakı  nisbət  onu 

iqtisadi və ya qeyri-iqtisadi edir. 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə