İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix17.04.2022
ölçüsü0,51 Mb.
#85556
1   ...   12   13   14   15   16   17   18   19   ...   26
IQTiSADI-NAZARIYYA-2

nöqtəsindən 



nöqtəsinə keçmə 

iki  üsulla  mümkündür:  tətbiq  edilən  resurs  həcminin  artırılması  (yeni  torpaqların 

mənimsənilməsi,  qazıntıların  yeni  yataqlarının  istismara  verilməsi,  əlavə  işçi  qüvvəsinin 

istehsala  cəlb  edilməsi),  eləcə  də  bu  resursların  istifadəsi  üzrə  daha  təkmil  istehsal  aparatının 

tətbiq  edilməsi  yolu  ilə (daha  səmərəli  texnika  və  texnolojiyaların  tətbiq  edilməsi).  Bu  istehsal 

imkanları sərhədinin, məsələn, 

MKN

–ə kimi genişlənməsində istifadə olunacaq. 

 

5. Əmək prosesinin sadə momentləri. Məhsuldar qüvvələr və istehsal münasibətləri.

 

 

İstehsal  prosesində  məhsulun  yaradılması  üçün  resursların  (əməyin,  istehsal  vasitələrinin, 

texnologiyaların,  torpağın)  istifadəsi  baş  verir.  İstehsal  prosesində  resurslar  istehsal  amilləri, 

yaxud məhsulun yaradılması amilləri  kimi çıxış edir. 

Əmək prosesinin əsas elementləri bunlardır: əmək, əmək cisimləri və əmək vasitələri. 

Əməyin  ümumi  məzmunu  insanların  onlardan  səy,  iradə  və  enerji  məsrəfləri  tələb  edən 

şüurlu, məqsədəuyğun istimai fəaliyyətindən ibarətdir. 

Əmək insanın öz iş qüvvəsinin cəmiyyətə xas olan müxtəlif  tələbatlarını ödəmək məqsədilə 

təbiətin formalarının dəyişdirilməsinin  məqsədəuyğun sərfidir. 

Əməyin  özü  və  əmək  qabiliyyəti  yalnız  insana  xasdır,  lakin  bunlar  müxtəlif 

anlayışlardır  və  onları  qarışdırmaq  olmaz.  Hər  bir  insan  iş  qüvvəsinə  malikdir.  Lakin  o  həmin 

qüvvədən istifadə etməzsə, onda əmək prosesi baş verməz. 

İş qüvvəsi insanın məhsul hazırlanması və ya maddi nemətlər istehsalı üçün istifadə olunan 

fiziki və mənəvi qabiliyyətlərinin xüsusi məcmusudur. 

Əmək cisimləri insanın əməyi yönəldilən şeylərdir və məhz bu  da  gələcək hazır məhsulun 

maddi əsasını təşkil edir. Əmək cisimləri ya təbiətin  özü tərəfindən verilir (məsələn: filiz yatağı), 

yaxud  əvvəlki  əməyin  məhsulu,  yəni  xammal  kimi  olur.  Sonuncu  özündə  əsas  xammalı 

(bilavasitə  istehsal  vasitələrinin  hazırlandığı  cisimlər)  və  yardımçı  materialları  (məhsulun 

hazırlanmasında istifadə  olunan  şeylər,  məsələn,  tikiş  sənayesində  bunlar  rənglər,  saplar  və  s. 

ola bilər) ehtiva edir. 

Elmi-texniki  tərəqqi  nəticəsində  insan  əvvəlcədən  verilmiş  xassələri  olan  və  təbiətdə 

mövcud  olmayan  əmək  cisimləri  hazırlayır.  Təbiət,  torpaq,  yerətrafı  məkan  da  daxil  olmaqla 

geniş  mənada  bütövlükdə  bizi  əhatə  edən  aləm  ümumi  əmək  cismini  təşkil  edirlər.  Xammalın 

istehsalda rolu artır, lakin əmək cisimlərinin ilkin əsası yenə də torpaqdır. 

Təbiiət  maddəsinin  hazır  məhsula  çevrilməsi  üçün  o  bir  və  ya  bir  neçə mərhələdə emal 

olunmalı, yarımfabrikata çevrilməlidir. Hazır məhsuldan  (əməyin bitkin, istehlaka hazır nəticəsi) 

fərqli olaraq, yarımfabrikat istifadəyə  yararlı hazır məhsul olmaq üçün hələ emal olunmalı olan 

əmək məhsuludur. 



12 

 

Əmək  vasitələri  insanın  özü  ilə  əmək  cismi  arasında  yerləşdiyi  əşya  və  ya  əşyalar 



kompleksi;  hazır  məhsulu  yaradarkən  insanın  əmək  cisiminə  təsir  etdiyi şeylər; əmək vasitələri 

istehsalın inkişaf səviyyəsinin ən mühüm göstəriciləridir. 

Maddi  əmək  vasitələri  təbii  (torpaq,  dəyənək,  daş  və  s.,  əhliləşdirilmiş  ev  heyvanları,  üzvi 

gübrələr, həmçinin işçinin bədən üzvləri) və texnikiyə  (yəni insan tərəfindən süni yaradılanlar) 

bölünürlər. 

Texniki  əmək  vasitələrinə  əmək  vasitələri  –  müxtəlif  maşınlar,  mexanizmlər,  qurgular, 

alətlər,  mühərriklər,  ötürücü  qurgular  daxildir.  Maşın  istehsalı  şəraitində  mexaniki  əmək 

vasitələri  üç  tərkib  hissədən:  işçi  maşın,  mühərrik,  ötürücü  qurğudan  ibarət  maşın  sisteminə 

çevrilmişlər. Elmi-texniki   inqilab (ETİ)  maşın  sisteminə  dördüncü  hissəni  –  maşın  sisteminin 

idarə edilməsi üzrə zehni əmək vəzifəsini yerinə yetirən idarəedici qurğunu əlavə etdi.  Get-gedə 

kibernetik  adlandırılan  texnika  tətbiq  olunur  ki,  onun  bütün  başqa    maşınlardan  əsas  fərqi 

ondadır  ki,  o,  enerjini  (fiziki  maşınlar  kimi)  və  ya  maddəni  (kimyəvi  kimi)  deyil, 

informasiyanı  emal  edir.  Robototexnika  geniş  yayılır.  İstehsalın  kompyuterləşməsi  və 

avtomatlaşdırılması  insanın  rolunu  dəyişir.:  o  tədricən  bilavasitə  istehsal  prosesindən  çıxış  və 

onunla yanaşı dayanır. 

Vəhdətdə  götürülən  əmək  vasitələri  və  əmək  cisimləri  istehsal  vasitələrini  təşkil  edir. 

İstehsalın  bütün  mövcud  amillərinin  qarşılıqlı  təsiri  nəticəsində  məhsulun  yaradılması 

texnologiya ilə, yəni informasiya imkanlarını daxil etməklə məhsul istehsalı üsulları və istehsalın 

idarə edilməsinin xüsusi sistemini nəzərdə tutan istehsalın təşkili ilə vasitəlidir. 

İstehsalın  nəticə  etibarilə  səmərəliliyi  resursların  keyfiyyətindən,  onların  kombinasiyası  və 

istehsalın  təşkili  formalarından  asılıdır.  İstehsalın  nəticə  etibarilə  səmərəliliyi  nöqteyi-

nəzərindən resurslar məhsuldar qüvvələr  kimi səciyyələnir. 

Məhsuldar qüvvələr - məhsul istehsalının yaradılması və  artırılmasının cəmiyyətin mövcud 

resurslarında  olan  imkanlarıdır.  Məhsuldar  qüvvələrin  inkişafı  –  məhsul  və  sərvətin  daimi 

artmasının əsasıdır. 

Həyat fəaliyyəti prosesində insanlar arasında iqtisadi, siyasi, hüquqi, sosial, etik münasibətlər 

yaranır  ki,  bunlar  da  cəmiyyətin  sistemli    qarşılıqlı  əlaqələrini  əks  etdirirlər.  İstehsal 

münasibətlərə  maddi  nemət  və  xidmətlərin  istehsalı,  bölgüsü,  mübadiləsi  və  istehlakı  ilə  bağlı 

münasibətlər daxildir. 

Məhsuldar qüvvələr ictimai istehsalın aparıcı tərəfidir. Məhsuldar qüvvələrin hər bir inkişaf 

mərhələsinə (marksizmə görə) onların  sosial-iqtisadi hərəkət formaları kimi çıxış edən müəyyən 

istehsal münasibətləri müvafiqdir. 

İstehsal  və  ya  iqtisadi  münasibətlər  cəmiyyətin  iqtisadi  təşkilinin  əsasını  əmələ  gətirirlər, 

məhsuldar qüvvələr ilə birlikdə isə sistemlərin spesifik forma və növlərini müəyyənləşdirirlər. 

 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə