İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix17.04.2022
ölçüsü0,51 Mb.
#85556
1   2   3   4   5   6   7   8   9   ...   26
IQTiSADI-NAZARIYYA-2

2.

 

İqtisadi nəzəriyyə yaranana qədərki iqtisadi  fikir.

 

İlk  iqtisadi  fikirlər  hələ  iqtisadi  nəzəriyyə  yaranana  qədər,  xeyli  qədimdə  insanların 



təsərrüfat fəaliyyəti ilə bağlı baxışlarda özünü göstərir.  Aydındır ki, o dövrdə sistemləşdirilmiş 

iqtisadi  təlimlər  mövcud  ola  bilməzdi.  Lakin  ayrı-ayrı  mütəfəkkirlərin  əsərlərinə  müəyyən 

iqtisadi  anlayışlar,  bəsit  iqtisadi  fikirlərə  rast  olunur.  Bu  baxımdan  qədim  şərqdə  eramızdan 

əvvəl  IV-III  əsrlərdə  Hindistan  və  Çində  müxtəlif  ictimai  elmlərə  aid  əsərlərdə  bəzi  iqtisadi 

fikirlər  maraq  doğurur.  O  zaman  hökmüdarlara  dövlətin  idarə  edilməsi  haqqında  tövsiyyələr 

şəklində yazılmış əsərlərdə var-dövlətin toplanması, xəzinə və vergi, istehsal  və ticarət haqqında 

baxışlar ilk iqtisadi fikirlərə aid edilə bilər. 

İqtisadi  fikir  sonrakı  inkişafını  Qədim  Yunanıstan  və  Romada  görkəmli  filosofların 

Ksenefont,  Aristotel,  Platon,  Katonun  əsərlərində  görmək  olar.  Bu  əsərlərdə  mübadilə,  ticarət, 

qiymət, təsərrüfatın təşkili haqqında dəyərli fikirlər əks olunmuşdur. 

İqtisadi  nəzəriyyənin  bir  elm  kimi  formalaşmasına  qədər  orta  əsrlərdə  qədim  Şərqin  

görkəmli  filosları   İbn  Sina,  İbn  Xaldun  və  başqalarının       əsərləri 




 

xüsusilə qeyd edilməlidir. Həm Avropada, həm də şərqdə dini təlimlərdə, müqəddəs kitablarda 



mövcud olan iqtisadi deyimlərdə iqtisadi fikirlərin  inkişafında mühüm rol oynamışdır. 

XV-XVII  əsrlərdə  Avropada  kapitalizmin  yaranması  ilə  təsərrüfatda  baş  verən  yeniliklər  o 

zamanın iqtisadi fikrinin inkişafına təkan verdi.  İqtisadi biliklərin sistemləşdirilməsinə təşəbbüs 

göstərən  merkantilist  və  fizokratlar  məktəblərinin  yaranması  və  inkişafı  sonralar  klassik  siyasi 

iqtisadın  nümayəndələri  A.Smit  və  D.Rikardonun  əsərlərində  iqtisad  elminin  formalaşmasına 

səbəb oldu. 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə