İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix17.04.2022
ölçüsü0,51 Mb.
#85556
1   2   3   4   5   6   7   8   9   ...   26
IQTiSADI-NAZARIYYA-2

3.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri

 



İqtisadi  nəzəriyyənin  bir  elm  kimi  formalaşması,  XVI-XVII  əsrlərdən  başlamışdır. 

Kapitalizmin  yaranması  ilə  əmtəə-pul  münasibətlərinin  inkişafı,  manufaktura  sənayesinin 

qərarlaşması, xarici və daxili ticarətin  intensivləşməsi bir çox suallara elmi izah verilməsini tələb 

edirdi.  İlk  iqtisadi  məktəbin  merkantelizmin  nümayəndələri  empirik  yanaşma  əsasında  ən  çox 

təsadüf  ediləni,  mübadiləni  tədqiqatın  əsas  obyekti  seçdilər.  Onlar  sərvəti  pulla  eyniləşdirir 

və mübadiləni sərvətin mənbəyi saydılar. Növbəti iqtisadi məktəb fiziokratlar sərvətin mənbəyi 

kimi  əkinçiliyi  göstərməklə  ilk  dəfə  tədqiqatı  mübadilədən  istehsala  keçirdilər.  Lakin  onlar 

sənayeni,  sənətkarlığı  və  başqa  istehsal  sahələrini  qeyri-məhsuldar  sahələr  kimi  görürdülər. 

Fiziokratların  elmə gətirdiyi  yeniliklərdən biri də təkrar istehsal  prosesini öyrənmək təşəbbüsü 

idi. F.Kene öz «iqtisadi cədvəl»ində ilk makroiqtisadi model yaratmağa nail olmuşdur. 

Elmin  sonrakı  inkişafı  və  müstəqil  iqtisadi  elm  kimi  formalaşması  ingilis  klassik  siyasi 

iqtisadının  nümayəndələrinin  əsərlərində  əks  olunmuşdur.  A.Smit iqtisad elminin banisi kimi 

iqtisadi  kateqoriyaları  və  elmi  qanunları  sistemləşdirilməklə  iqtisad  elminin  müstəsna  rol 

oynamışdır.  İqtisad  elminin  sonrakı  inkişafı  XIX  marksizim,  majinalizm,  neoklassik 

məktəblərin  nümayəndələrinin  əsərlərində  öz  əksini  tapır.  XX  əsrdə  müxtəlif  cərəyanlarda 

iqtisad  elminin  inkişafı  baş  vermişdir.  Bunlardan  keynsçilik,  neoliberalizm,  monetarizm, 

institusionalizm və başqalarını göstərmək olar. 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə