İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


Müasir iqtisad elminin istiqamətləri



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix17.04.2022
ölçüsü0,51 Mb.
#85556
1   2   3   4   5   6   7   8   9   ...   26
IQTiSADI-NAZARIYYA-2

4. Müasir iqtisad elminin istiqamətləri.

 

 

Müasir  iqtisadi  nəzəriyyə  dedikdə  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərindən  yaranan  elmi 

cərəyanlar  nəzərdə  tutulur.  XIX  əsrin  sonlarında  geniş  yayılmış  klassik  və  marjinalist 

nəzəriyyələrin  vahid  konsepsiyada  birləşdirilməsi  zərurəti  yarandı.İlk  dəfə  bu  problem 

neoklassik  məktəbin  banilərindən  biri  A.Marşalın  əsərlərində  dərindən  təhlil  edilir.  Beləliklə 

neoklassik  məktəb  yaranır,  sonrakı  dövrlərdə  yaranmış  keynsçilik  və  institusional  –  sosioloji 

məktəblər də müasir iqtisad elminin əsas istiqamətlərinə aiddir. 

Neoklassiklər  bazar  mexanizminin  tənzimləyici  roluna  daha  çox  əhəmiyyət  verməklə 

iqtisadiyyata  dövlət  müdaxiləsinin  məhdudlaşdırılması  tərəfdarları  idi.  Bu  nəzəriyyənin 

tərəfdarları  kimi  o  dövrdə  monetarist,  neoliberalist  və  başqa  cərəyanlar  yarandı.  Lakin  1929-

1933-cü  illərin  ümumdünya  bövranı  iqtisadiyyata  bazarın  tənzimləyici  mexanizm  olması 

haqqında fikirləri inkar etdi. 

XX  əsrin  30-cu  illərində  C.Keyns  dövlətin  iqtisadiyyata  müdaxiləsinin  zəruriliyini 

əsaslandıran təlim yaratdı. Bu müasir iqtisad elminin ikinci istiqamətinin keynsçiliyin yaranması 

idi.  Keynsin  təlimi  bir  çox  alimlərin  əsərlərində  makroiqtisadi  tənzimləmə  nəzəriyyələri  kimi 

geniş yayılmışdır. 

Müasir  iqtisad  elminin  üçüncü  istiqaməti  institusionalizmin  banisi  T.Veblen  sayılır. 

İnstitusionalistlər  iqtisadiyyatda sosial  amillərin  təsirinə xüsusi  yer 




 

verirlər.  Onlar  sosial,  mədəni,  texniki,  texnoloji  amillərin  iqtisadiyyatla  funksional  asılıqda 



olduğunu iddia edir və cəmiyyətin fəaliyyətini  institutların inkişafı kimi təhlil edilməsini zəruri 

hesab edirlər. Müasir dövrdə institusional – sosioloji istiqamət iqtisad elminin ən geniş  yayılmış 

cərəyanlarından hesab edilir. 

Son  illərdə  iqtisad  elminin  inkişafında  iqtisadi  artım,  neokonstitusional,  iqtisadi  qlobalizm 

və  başqa  elmi  cərəyanların  yayılması  da  müasir  istiqamətlərə aid edilir. 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə