İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix17.04.2022
ölçüsü0,51 Mb.
#85556
1   ...   4   5   6   7   8   9   10   11   ...   26
IQTiSADI-NAZARIYYA-2

3.

 

İqtisadi qanun və kateqoriyalar.

 

 

İqtisadi  hadisələrin  tədqiqi  nəticəsində  onların  mahiyyətinin  açılmasına  səbəb  olur.  Bu  da 

real  iqtisadi  gerçəkliyi  az-çox  dərəcədə  dolğun  əks  etdirən  anlayışların  formalaşmasına  səbəb 

olur.  İqtisadi  həyatın  ümumi  və  mühüm  tərəflərini  əks  etdirən  məntiqi  anlayışlar  iqtisadi 

kateqoriyalar  adlanır.  İqtisadi  kateqoriya,  iqtisadi  hadisə  və  proseslərin  elmi  adıdır.  Məsələn, 

biz  gündəlik  fəaliyyətimizdə  paltar  geyir,  yemək  yeyir  və  sair.  Bütün  bunlar  iqtisad  elmində 

istehlak adlanır. İnsanlar gündəlik fəaliyyətində çoxlu miqdarda iqtisadi kateqoriya ilə qarşılaşar. 

Bunlara pul,  qiymət, kredit, tələb, təklif, bazar,  mənfəət,  istehsal,  əmtəə  və  s.  göstərmək  olar. 

İqtisadi  hadisələrinin  tədqiqi  bəzi  hallarda  bu  və  ya  digər  iqtisadi  qanunun  kəsb  edilməsinə 

səbəb olur. Təbiətdə və  ictimai həyatın  digər  sahələrində  olduğu  kimi  iqtisadiyyatında  da  ilk 

nəzərdən  görünən  hərcmərclik  və  təsadüflər  silsiləsi  arxasından  inkişafın  zəruriliyi, 

qanunauyğunluğu  özünə  yol  açır.  Hər  bir  cəmiyyətdə  iqtisadi  prosesləri  onlara  xas  olan  daxili 

qanunlar, iqtisadi qanunlar idarə edir. 

İqtisadi  qanun  iqtisadi  hadisələrin,  proseslərin,  mahiyyətidir.  İqtisadi  qanun  iqtisadi  hadisə 

və  proseslərə  daxilən  xas  olan  mühüm,  zəruri,  təkrarlanan  səbəb  və  əlaqələrini  özündə  əks 

etdirir.  İqtisadi  qanunlar  da  təbiət  qanunları  kimi  obyektiv  xarakter  daşıyır.  Belə  ki,  onların 

fəaliyyəti  insanların  onları  istəyib-  istəməmələrindən  asılı  deyildir.  İnsanlar  iqtisadi  qanunları 

dəyişə,  ləğv  edə  bilməzlər.  İnsanlar  öz  fəaliyyətlərini  iqtisadi  qanunların  tələblərinə  müvafiq 

qursalar daha  böyük nailiyyətlər əldə edə bilərlər. 

İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir. 

 Ümumi  iqtisadi  qanunlar  –  bunlar  bəşəriyyətin  inkişafının  bütün  mərhələlərində  fəaliyyət 

göstərirlər.  Onlar  ictimai  istehsalın  inkişaf  prosesini  əks  etdirir.  Bunlara  tələbatın  artması, 

əmək məhsuldarlığın yüksəlməsi, ictimai əmək  bölgüsü qanunları aiddir. 

 Əmtəə  istehsalının  qanunları 

bunlar  məhsul  və  xidmətlərin  əmtəə  xarakteri  daşıdığı 

cəmiyyətlərdə  fəaliyyət  göstərirlər.  Dəyər  qanunu,  pul  tədavülü  qanunu,  yığım  qanunu  bu 

qəbildəndirlər. 

 Spesifik  xüsüsi  qanunlar  –  bunlar  tarixən  müəyyən  təsərrüfatçılıq  formalarının  inkişaf 

qanunlarıdır.  Bunlara  dövrün  əsas  iqtisadi  qanunu,  dövrün  bölgü  qanunu aiddir. 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə