İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 221,03 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix16.11.2017
ölçüsü221,03 Kb.
#10561
  1   2   3   4   5   6   7   8


 

İqtisadiyyata giriş fənni üzrə suallar 



və cavablar 

 

 

Mövzu 1. İqtisad elminin meydana qəlməsi və onun inkişafının  əsas mərhələləri 

 

1.İqtisadiyyat və iqtisad elmi. 

2.İqtisadi nəzəriyyə yaranana qədərki  iqtisadi  fikir. 

3.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri. 4.Müasir 

iqtisad elminin istiqamətləri. 

5.»Ekonomiya»,  «Ekonomika»  (İqtisadiyyat),  «İqtisadi  nəzəriyyə»,  «Siyasi  iqtisad», 

«Ekonomiks» anlayışlarının nisbəti. 

 

1.

 

İqtisadiyyat və iqtisad elmi. 

İqtisadiyyat  «oikonomik»  söründən  əmələ  qəlib  və  təsərrüfatın  sərişdəli,  məharətli 

aparılması  mənasını  verir.  Təsərrüfat  fəaliyyəti  kimi  iqtisadiyyat  insanların  birgə  yaşayışını 

təmin  edən  şərtlərdən  biridir.  İqtisadiyyat  sosial,  siyasi,  mədəni  və  başqa  proseslərlə  sıx 

əlaqəlidir,  buna  görədə  onu  zəruri  həyat nemətlərinin yaradılması və cəmiyyətin tələbatlarının 

ödənilməsini təmin edən iqtisadi sistem kimi də  başa düşmək olar. 

İqtisadi  fikirlər  qədim  dövrlərdən  müxtəlif    mütəfəkkirlərin  əsərlərində  rast  olunsada,  bir 

müstəqil  elm  kimi  o    XV-XVII    əsirlərdə    yaranmağa  başlamışdır.  İlk  iqtisadi  məktəb  sayılan 

merkantelistlər  iqtisad  elminin  vəzifəsini  sərvətin  mənbəyinin  müəyyənləşdirilməsində 

görurdülər.  Onlar  sərvət  qızılla  eyniləşdirir  və  onun  mənbəyinin  muladilə  olduğunu  etiraf 

edirdilər.  İqtisad  elminin  inkişafında  fiziokratların  əsərlərinin  mühüm  əhəmiyyəti  olmuşdur. 

Fiziokratlar tədqiqatı mübadilədən istehsala keçirdilər və  sərvətin mənbəyi  kimi  əkinçiliyi  elan 

edirlər.  Fiziokrat  F.Kene  öz  «İqtisadi  cədvəl»ində  ilk  təkrar  istehsal  modelini  yaratmışdır. 

İqtisad  elmi  ingilis  klassik  siyasi  iqtisad  məktəbinin  nümayəndəsi  A.Smit  tərəfindən 

formalaşdırmışdır,  o  iqtisad  elminin  banisi  sayılır.  Müasir  iqtisad  elmi  neoklassik  məktəbin 

təlimi  üzərində qurulmuşdur. 

 

2.

 

İqtisadi nəzəriyyə yaranana qədərki iqtisadi  fikir. 

İlk  iqtisadi  fikirlər  hələ  iqtisadi  nəzəriyyə  yaranana  qədər,  xeyli  qədimdə  insanların 

təsərrüfat fəaliyyəti ilə bağlı baxışlarda özünü göstərir.  Aydındır ki, o dövrdə sistemləşdirilmiş 

iqtisadi  təlimlər  mövcud  ola  bilməzdi.  Lakin  ayrı-ayrı  mütəfəkkirlərin  əsərlərinə  müəyyən 

iqtisadi  anlayışlar,  bəsit  iqtisadi  fikirlərə  rast  olunur.  Bu  baxımdan  qədim  şərqdə  eramızdan 

əvvəl  IV-III  əsrlərdə  Hindistan  və  Çində  müxtəlif  ictimai  elmlərə  aid  əsərlərdə  bəzi  iqtisadi 

fikirlər  maraq  doğurur.  O  zaman  hökmüdarlara  dövlətin  idarə  edilməsi  haqqında  tövsiyyələr 

şəklində yazılmış əsərlərdə var-dövlətin toplanması, xəzinə və vergi, istehsal  və ticarət haqqında 

baxışlar ilk iqtisadi fikirlərə aid edilə bilər. 

İqtisadi  fikir  sonrakı  inkişafını  Qədim  Yunanıstan  və  Romada  görkəmli  filosofların 

Ksenefont,  Aristotel,  Platon,  Katonun  əsərlərində  görmək  olar.  Bu  əsərlərdə  mübadilə,  ticarət, 

qiymət, təsərrüfatın təşkili haqqında dəyərli fikirlər əks olunmuşdur. 

İqtisadi  nəzəriyyənin  bir  elm  kimi  formalaşmasına  qədər  orta  əsrlərdə  qədim  Şərqin  

görkəmli  filosları   İbn  Sina,  İbn  Xaldun  və  başqalarının       əsərləri 




 

xüsusilə qeyd edilməlidir. Həm Avropada, həm də şərqdə dini təlimlərdə, müqəddəs kitablarda 



mövcud olan iqtisadi deyimlərdə iqtisadi fikirlərin  inkişafında mühüm rol oynamışdır. 

XV-XVII  əsrlərdə  Avropada  kapitalizmin  yaranması  ilə  təsərrüfatda  baş  verən  yeniliklər  o 

zamanın iqtisadi fikrinin inkişafına təkan verdi.  İqtisadi biliklərin sistemləşdirilməsinə təşəbbüs 

göstərən  merkantilist  və  fizokratlar  məktəblərinin  yaranması  və  inkişafı  sonralar  klassik  siyasi 

iqtisadın  nümayəndələri  A.Smit  və  D.Rikardonun  əsərlərində  iqtisad  elminin  formalaşmasına 

səbəb oldu. 

 

3.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri

 

İqtisadi  nəzəriyyənin  bir  elm  kimi  formalaşması,  XVI-XVII  əsrlərdən  başlamışdır. 



Kapitalizmin  yaranması  ilə  əmtəə-pul  münasibətlərinin  inkişafı,  manufaktura  sənayesinin 

qərarlaşması, xarici və daxili ticarətin  intensivləşməsi bir çox suallara elmi izah verilməsini tələb 

edirdi.  İlk  iqtisadi  məktəbin  merkantelizmin  nümayəndələri  empirik  yanaşma  əsasında  ən  çox 

təsadüf  ediləni,  mübadiləni  tədqiqatın  əsas  obyekti  seçdilər.  Onlar  sərvəti  pulla  eyniləşdirir 

və mübadiləni sərvətin mənbəyi saydılar. Növbəti iqtisadi məktəb fiziokratlar sərvətin mənbəyi 

kimi  əkinçiliyi  göstərməklə  ilk  dəfə  tədqiqatı  mübadilədən  istehsala  keçirdilər.  Lakin  onlar 

sənayeni,  sənətkarlığı  və  başqa  istehsal  sahələrini  qeyri-məhsuldar  sahələr  kimi  görürdülər. 

Fiziokratların  elmə gətirdiyi  yeniliklərdən biri də təkrar istehsal  prosesini öyrənmək təşəbbüsü 

idi. F.Kene öz «iqtisadi cədvəl»ində ilk makroiqtisadi model yaratmağa nail olmuşdur. 

Elmin  sonrakı  inkişafı  və  müstəqil  iqtisadi  elm  kimi  formalaşması  ingilis  klassik  siyasi 

iqtisadının  nümayəndələrinin  əsərlərində  əks  olunmuşdur.  A.Smit iqtisad elminin banisi kimi 

iqtisadi  kateqoriyaları  və  elmi  qanunları  sistemləşdirilməklə  iqtisad  elminin  müstəsna  rol 

oynamışdır.  İqtisad  elminin  sonrakı  inkişafı  XIX  marksizim,  majinalizm,  neoklassik 

məktəblərin  nümayəndələrinin  əsərlərində  öz  əksini  tapır.  XX  əsrdə  müxtəlif  cərəyanlarda 

iqtisad  elminin  inkişafı  baş  vermişdir.  Bunlardan  keynsçilik,  neoliberalizm,  monetarizm, 

institusionalizm və başqalarını göstərmək olar. 

 

4. Müasir iqtisad elminin istiqamətləri. 

 

Müasir  iqtisadi  nəzəriyyə  dedikdə  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərindən  yaranan  elmi 

cərəyanlar  nəzərdə  tutulur.  XIX  əsrin  sonlarında  geniş  yayılmış  klassik  və  marjinalist 

nəzəriyyələrin  vahid  konsepsiyada  birləşdirilməsi  zərurəti  yarandı.İlk  dəfə  bu  problem 

neoklassik  məktəbin  banilərindən  biri  A.Marşalın  əsərlərində  dərindən  təhlil  edilir.  Beləliklə 

neoklassik  məktəb  yaranır,  sonrakı  dövrlərdə  yaranmış  keynsçilik  və  institusional  –  sosioloji 

məktəblər də müasir iqtisad elminin əsas istiqamətlərinə aiddir. 

Neoklassiklər  bazar  mexanizminin  tənzimləyici  roluna  daha  çox  əhəmiyyət  verməklə 

iqtisadiyyata  dövlət  müdaxiləsinin  məhdudlaşdırılması  tərəfdarları  idi.  Bu  nəzəriyyənin 

tərəfdarları  kimi  o  dövrdə  monetarist,  neoliberalist  və  başqa  cərəyanlar  yarandı.  Lakin  1929-

1933-cü  illərin  ümumdünya  bövranı  iqtisadiyyata  bazarın  tənzimləyici  mexanizm  olması 

haqqında fikirləri inkar etdi. 

XX  əsrin  30-cu  illərində  C.Keyns  dövlətin  iqtisadiyyata  müdaxiləsinin  zəruriliyini 

əsaslandıran təlim yaratdı. Bu müasir iqtisad elminin ikinci istiqamətinin keynsçiliyin yaranması 

idi.  Keynsin  təlimi  bir  çox  alimlərin  əsərlərində  makroiqtisadi  tənzimləmə  nəzəriyyələri  kimi 

geniş yayılmışdır. 

Müasir  iqtisad  elminin  üçüncü  istiqaməti  institusionalizmin  banisi  T.Veblen  sayılır. 

İnstitusionalistlər  iqtisadiyyatda sosial  amillərin  təsirinə xüsusi  yer 




Yüklə 221,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə