İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 221,03 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix16.11.2017
ölçüsü221,03 Kb.
#10561
1   2   3   4   5   6   7   8

 

verirlər.  Onlar  sosial,  mədəni,  texniki,  texnoloji  amillərin  iqtisadiyyatla  funksional  asılıqda 



olduğunu iddia edir və cəmiyyətin fəaliyyətini  institutların inkişafı kimi təhlil edilməsini zəruri 

hesab edirlər. Müasir dövrdə institusional – sosioloji istiqamət iqtisad elminin ən geniş  yayılmış 

cərəyanlarından hesab edilir. 

Son  illərdə  iqtisad  elminin  inkişafında  iqtisadi  artım,  neokonstitusional,  iqtisadi  qlobalizm 

və  başqa  elmi  cərəyanların  yayılması  da  müasir  istiqamətlərə aid edilir. 

 

5.»Ekonomiya»,»Ekonomika» (İqtisadiyyat),»İqtisadi nəzəriyyə», «Siyasi iqtisad», 



«Ekonomiks» anlayışlarının nisbəti. 

 

Bu anlayışlar insanların təsərrüfat fəaliyyəti haqqında tədqiqat aparan alim və elmi 

məktəblərin müxtəlif dövrlərdə istifadə etdikləri terminlərdir. 

Ekonomiya  –  yunan sözləri  oykos  – ev , təsərrüfat  və nomos  – məharət,  qanun sözlərindən 

yaranmışdır. Təsərrüfatın məharətli idərə edilməsi, aparılması mənasını verir. 

Ekonomika  (iqtisadiyyat)  –  iqtisadiyyatın  bir  sistem  halında,  onun,  elementlərinin  əlaqəli 

şəkildə öyrənilməsi haqqında elmdir. 

Siyasi  iqtisad  –  yunan  sözləri  politeyya  –  dövlət  quruluşu,  oykos  və  nomos  sözlərindən 

əmələ gəlib, dövlət təsərrüfatının bacarıqla, məharətli  idarə edilməsi mənasını verir. 

Ekonomiks  –  XIX  əsrin  sonunda  məhdud  iqtisadi  resurslardan  istifadə  haqqında  iqtisad 

elminin  adı  kimi  istifadə  edilmişdir.  Bu  dövrdə  dövlətin  iqtisadiyyata  müdaxiləsinin  əksinə 

çıxış  edən  neoklassiklər  «Siyasi  iqtisad»  adından  birinci  hissəni  «politeyya»  sözünü  (dövlət) 

görünməklə «ekonomiks» adına  üstünlük vermişlər. 

İqtisadi  nəzəriyyə  –  təsərrüfatın  aparılması,  idarə  edilməsi  haqqında  mühüm  nəzəriyyələri 

birləşdirən elm kimi müasir dövrdə iqtisad elminin adıdır. 

«Ekonomika»  (İqtisadiyyat),  «siyasi  iqtisad»,  «ekonomiks»«  və  «iqtisadi  nəzəriyyə» 

məfhumlarının təkamülü tarixi səbəblərlə şərtlənib, mahiyyət  etibariləisə bunlar daim inkişafda 

olan  və  iqtisadi  hadisələri,  təsərrüfatçılıq  proseslərini  müxtəlif  qarşılıqlı  əlaqə  və  qarşılıqlı 

asılılıq səviyyələrində tədqiq edən  eyni bir  elmin  adlarıdır.  İfadəolər,  yanaşmalar  dəyişir,  elm 

və  ayrı-ayrı  adamların, qrupların və bütövlükdə cəmiyyətin iqtisadi həyatı haqqında elm olaraq 

qalır. 

 

 



Mövzu 2.  İqtisadi nəzəriyyənin predmeti və metodu 

 

1.İqtisadi nəzəriyyənin predmeti. 2.İqtisadi 

proseslərin tədqiqat metodları. 3.İqtisadi qanun 

və kateqoriyalar. 

4.İqtisadi nəzəriyyənin vəzifələri. 

5.İqtisadi nəzəriyyə və digər elmlər. İqtisadi nəzəriyyə və iqtisadi siyasət. 



 

1.İqtisadi nəzəriyyənin predmeti. 

 

Hər  bir  elm  kimi  iqtisadi  nəzəriyyənin  də  öz  predmeti,  tədqiqat  sahəsi  vardır.  Onun 

predmeti, tədqiqat obyekti haqqında nəzəriyyəçilərin fikirləri müxtəlifdir. Belə ki, iqtisadi hadisə 

və proseslərin ilk tədqiqatçıları olan klassik məktəblərinin nümayəndələrinə görə iqtisad elminin 

predmeti  milli  sərvətdir.  Milli  sərvət  anlayışında  da  baxışlar  müxtəlifdir.  Merkantelistlərə  görə 

pul (qızıl,  gümüş)  milli  sərvət  hesab  olunur.  Fizokratlara  görə  kənd      təsərrüfatı 




 

məhsulları milli sərvət hesab olunurdu. Klassik ingilis siyasi  iqtisadın nümayəndələrindən olan 



A.Smit milli sərvət anlayışını genişləndirərək sənaye kənd təsərrüfatı, tikinti meşə təsərrüfatı və 

s. sahələrini ehtiva edən maddi istehsalın məhsulunu milli sərvət hesab edirdi. Bu məktəbin digər 

nümayəndəsi D.Rikardo iqtisadi nəzəriyyənin predmetinə milli sərvətlə yanaşı onun  bölgüsünü 

də daxil etmişdir. 

Marksizmə  görə  isə  iqtisadi  nəzəriyyənin  predmeti  əsasını  mülkiyyət  münasibətləri  təşkil 

edən  istehsal  münasibətləridir.  İstehsal  münasibətləri  həyat  nemətlərinin  istehsalı,  mübadiləsi, 

bölgüsü və istehlakı prosesində insanlar arasında obyektiv yaranan münasibətlərdir. 

Marjinalistlər  iqtisadi  nəzəriyyənin  predmetinin  fərdlərin  və  sosial  institutlarının  (firma, 

qrup  və  s.)  davranışı,  onların  öz  məqsədlərinə  çatma  yolları  və  vasitələrinin  təhlili  olduğunu 

bildirirlər. 

Klassik  siyasi  iqtisadın  və  marjinalizmin  əsas    müddəalarını    sintez  etməyə  cəhd  etmiş, 

A.Marşall  ekonomiksin  predmetini  insan  cəmiyyətinin  normal  həyat  fəaliyyətinin  tədqiqi  kimi 

müəyyən etmişdir. 

Rol Saumelson « Ekonomiks» dərsliyində iqtisadi nəzəriyyənin  çoxsaylı təriflərini verir və 

göstərir ki, ekonomiks insanların gündəlik işgüzar həyatı  və fəaliyyəti haqqında elmdir. 

Müasir iqtisadi ədəbiyyatlarda iqtisadi nəzəriyyənin predmetinin  resursların məhdudluğunu 

öyrənən  elm  olması  fikirləri  də  yayılmışdır.  İqtisadi  nəzəriyyənin  predmetinə  baxışlarının 

müxtəlifliyini  davam  etdirmək  də  olar.  Bütün  bü  müxtəlifliklər  iqtisadi  hadisə  və  proseslərin 

dinamikliyi,  iqtisadiyyatın  mürəkkəbliyi,  insanlar  arasında  iqtisadi  münasibətlərin  müxtəlifliyi 

ilə əlaqədardır. 

 

2.

 

İqtisadi proseslərin tədqiqat metodları. 

 

Hər  bir  elm  öz  predmetini  tədqiq  etmək  üçün  və  vasitələrdən  istifadə  edir.  Bu  üsul  və 

vasitələrdən istifadə edir. Bu üsul və vasitələr məcmusu  tədqiqat metodlarını təşkil edir. Bəziləri 

mikroskopdan, digərləri arxiv materiallarından və  s.  istifadə  edir.  İqtisadi  nəzəriyyədə  iqtisadi 

hadisə  və  prosesləri  öyrənmək  üçün,  əsasən  elmi  abstraksiya  (təcrit  etmə,  sərf  nəzər  etmə) 

metodundan  istifadə  edir.  Bu  zaman  tədqiq  olunan  hadisə  digərlərindən  təfəkkürümüzdə  sərf 

nəzər  olunur  və  öyrənilir.  Bu  zaman  həmin  hadisəyə,  prosesə  təsir  edən  digər  şərtlər  nəzərə 

alınmır.  Məsələn,  qiymət  tədqiq  olunarkən  onun  səviyyəsinə  təsir  edən  tələb,  rəqabət  və  s. 

amillər nəzərə alınmır. 

İqtisadi hadisələr prosesləri öyrənmək üçün bu metodla yanaşı analiz və sintez, induksiya 

və  deduksiya,  tarixi  və  məntiqi,  iqtisadi-riyazi  modelləşdirmə,  iqtisadi  təcrübə  və  s. 

metodlarından  da  istifadə  olunur.  Universal  metod  olan  analiz  öyrənilən  hadisənin  xəyalən 

tərkib  hissələrə  parçalamaq  və  onların  hər  birinin  ayrı-ayrılıqda  öyrənilməsi  deməkdir. 

Məsələn, bazarın elementləri olan  tələb, təklif,  qiymət,  rəqabət,  inhisar  ayrı-ayrılıqda  öyrənilir. 

Bunlar  öyrənildikdən sonra sintez yolu ilə bazar haqqında vahid bitkin fikir yürüdülür. İnduksiya 

ayrı- ayrı faktlardan ümumi nəticənin çıxarılması deduksiya isə ümumidən  xüsusiyə hərəkətdir. 

Məsələn,  ayrı-ayrı  məhsulların  qiymətlərinə  əsasən  qiymətlərin  ümumi  səviyyəsinin  müəyyən 

edilməsi. 

İqtisadi  problemlərin  öyrənilməsində  tədqiqatçının  əsaslandığı  metodologiya  da  mühüm 

əhəmiyyət  kəsb edir.  İqtisadi nəzəriyyənin  metodologiyası  iqtisadi  hadisələri  öyrənən metodlar 

haqqında  elmdir.  İqtisadi  nəzəriyyənin  metodologiyasında  bir  neçə  yanaşma  mövcuddur. 

Subyektivçi,  neopozitiv-empirik,  rasionalist  və  dialektik  materialist.  Subyektivçi  yanaşmada 

iqtisadi  hadisələrin  təhlilində    çıxış    nöqtəsi    kimi    təsərrüfatçı    subyekt    götürülür.  

Neopozitivist- 




Yüklə 221,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə