İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 221,03 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix16.11.2017
ölçüsü221,03 Kb.
#10561
1   2   3   4   5   6   7   8

 

empirik yanaşmada əsas yerdə tədqiqatın texniki aparatı durur. Rasionalist yanaşmada əsas fikir 



cəmiyyətin «təbii», rasionalist qanunlarını tapmağa  verilir. Dialektik-materialist yanaşmada əsas 

diqqət  hadisələrin    gerçəklikdə  mövcud  olan  və  onların  inkişafında  olan  daxili  əlaqələrin 

öyrənilməsinə   yönəldilir. İqtisadi problemlər və hadisələr daim hərəkətdədir. 

 

3.



 

İqtisadi qanun və kateqoriyalar. 

 

İqtisadi  hadisələrin  tədqiqi  nəticəsində  onların  mahiyyətinin  açılmasına  səbəb  olur.  Bu  da 

real  iqtisadi  gerçəkliyi  az-çox  dərəcədə  dolğun  əks  etdirən  anlayışların  formalaşmasına  səbəb 

olur.  İqtisadi  həyatın  ümumi  və  mühüm  tərəflərini  əks  etdirən  məntiqi  anlayışlar  iqtisadi 

kateqoriyalar  adlanır.  İqtisadi  kateqoriya,  iqtisadi  hadisə  və  proseslərin  elmi  adıdır.  Məsələn, 

biz  gündəlik  fəaliyyətimizdə  paltar  geyir,  yemək  yeyir  və  sair.  Bütün  bunlar  iqtisad  elmində 

istehlak adlanır. İnsanlar gündəlik fəaliyyətində çoxlu miqdarda iqtisadi kateqoriya ilə qarşılaşar. 

Bunlara pul,  qiymət, kredit, tələb, təklif, bazar,  mənfəət,  istehsal,  əmtəə  və  s.  göstərmək  olar. 

İqtisadi  hadisələrinin  tədqiqi  bəzi  hallarda  bu  və  ya  digər  iqtisadi  qanunun  kəsb  edilməsinə 

səbəb olur. Təbiətdə və  ictimai həyatın  digər  sahələrində  olduğu  kimi  iqtisadiyyatında  da  ilk 

nəzərdən  görünən  hərcmərclik  və  təsadüflər  silsiləsi  arxasından  inkişafın  zəruriliyi, 

qanunauyğunluğu  özünə  yol  açır.  Hər  bir  cəmiyyətdə  iqtisadi  prosesləri  onlara  xas  olan  daxili 

qanunlar, iqtisadi qanunlar idarə edir. 

İqtisadi  qanun  iqtisadi  hadisələrin,  proseslərin,  mahiyyətidir.  İqtisadi  qanun  iqtisadi  hadisə 

və  proseslərə  daxilən  xas  olan  mühüm,  zəruri,  təkrarlanan  səbəb  və  əlaqələrini  özündə  əks 

etdirir.  İqtisadi  qanunlar  da  təbiət  qanunları  kimi  obyektiv  xarakter  daşıyır.  Belə  ki,  onların 

fəaliyyəti  insanların  onları  istəyib-  istəməmələrindən  asılı  deyildir.  İnsanlar  iqtisadi  qanunları 

dəyişə,  ləğv  edə  bilməzlər.  İnsanlar  öz  fəaliyyətlərini  iqtisadi  qanunların  tələblərinə  müvafiq 

qursalar daha  böyük nailiyyətlər əldə edə bilərlər. 

İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir. 

 Ümumi  iqtisadi  qanunlar  –  bunlar  bəşəriyyətin  inkişafının  bütün  mərhələlərində  fəaliyyət 

göstərirlər.  Onlar  ictimai  istehsalın  inkişaf  prosesini  əks  etdirir.  Bunlara  tələbatın  artması, 

əmək məhsuldarlığın yüksəlməsi, ictimai əmək  bölgüsü qanunları aiddir. 

 Əmtəə  istehsalının  qanunları  -  bunlar  məhsul  və  xidmətlərin  əmtəə  xarakteri  daşıdığı 

cəmiyyətlərdə  fəaliyyət  göstərirlər.  Dəyər  qanunu,  pul  tədavülü  qanunu,  yığım  qanunu  bu 

qəbildəndirlər. 

 Spesifik  xüsüsi  qanunlar  –  bunlar  tarixən  müəyyən  təsərrüfatçılıq  formalarının  inkişaf 

qanunlarıdır.  Bunlara  dövrün  əsas  iqtisadi  qanunu,  dövrün  bölgü  qanunu aiddir. 

 

4.

 

İqtisadi nəzəriyyənin vəzifələri. 

 

Bütün digər elmlər kimi iqtisadi nəzəriyyə də  müəyyən vəzifələr  yerinə  yetirir. Bunlardan 

ən mühümlüsü iqtisadi hadisə və prosesləri tədqiq etmək və onların mahiyyətini izah etməkdir. 

İqtisadi  nəzəriyyənin  digər  vəzifəsi  digər  iqtisadi  elmlər  üçün  metodoloji  əsas  olmaqdan 

ibarətdir. Belə ki, iqtisadi nəzəriyyə nəzəri, metodoloji elm  olmaqla iqtisadi hadisə və prosesləri 

tədqiq  edir,  onların  mahiyyətini  aşkar  edir.  Digər  iqtisadi  elmlər  isə  həmin  hadisənin  öz 

sahələrində  təzahür  xüsusiyyətlərini  araşdırırlar.  Məsələn,  iqtisadi  nəzəriyyə  ümumi  iqtisadi 

qanun olan  əmək məhsuldarlığının mahiyyətini, artırılması amillərini nəzəri  cəhətdən öyrəndiyi  

halda  sahə  iqtisadi  elmləri  bu  qanunun  öz  sahələrində  (sənaye,  kənd 



 

təsərrüfatı,  tikinti  və  s.)  təzahürlərini  öyrənirlər.  Məlum  məsələdir  ki,  iqtisadiyyatın  müxtəlif 



sahələrində əmək məhsuldarlığı amilləri xeyli müxtəlifdir. 

İqtisadi nəzəriyyənin mühüm vəzifələrindən biri də cəmiyyət üzvlərində, daha doğrusu onu 

öyrənənlərdə  iqtisadi  təfəkkürü  formalaşdırmaqdır.  İqtisadi  təfəkkür  dedikdə  cəmiyyət 

üzvlərində  iqtisadi  hadisələr  haqqında  müəyyən  təsəvvürlərin  biliklərin  olması  və 

fəaliyyətlərində  onlardan  istifadə  etməsidir.  İqtisadi  təfəkkür  istehsal  mədəniyyəti,  istehlak 

mədəniyyəti, ekoloji mədəniyyət, vergi mədəniyyətini özündə birləşdirir. 

İqtisadi  nəzəriyyə  cəmiyyət  üzvlərində  iqtisadi  təfəkkürün  formalaşdırmaqla  iqtisadiyyat 

qarşısında duran əsas məsələni, vəzifəni  daha dolğun  yerinə  yetirməyə imkan  yaradır. Belə ki, 

yalnız  milyon  və  on  milyonlar  iqtisadi  biliklərə  yiyələndikdə  onlar  məhsuldar  qüvvəyə 

çevrilərlər. 

 

5.

 

İqtisadi nəzəriyyə və digər elmlər. İqtisadi nəzəriyyə və iqtisadi siyasət. 

 

İqtisadiyyat çox rəngarəng olduğu üçün iqtisadi hadisə və proseslər yalnız iqtisadi 

nəzəriyyə tərəfindən deyil digər iqtisadi elmlər tərəfindən də öyrənilir. Digər iqtisadi elmlər 

dedikdə sahə (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, elm, səhiyyə); funksional 

(maliyyə kredit, marketinq və s.); sahələrarası (iqtisadi coğrafiya, demoqrafiya, statistika və s.) 

elmləri nəzərdə tutulur. İqtisadi nəzəriyyə bu müxtəlif sahələri tədqiq edən elmlərin metodoloji 

əsasıdır. Bu müxtəlif sahələrdəki iqtisadi hadisə və prosesləri tədqiq edən konkret elmlər iqtisadi 

nəzəriyyənin ümumi müddəalarından, göstəricilərindən istifadə edir, konkret iqtisadi elmlər öz 

sahələrində praktik fəaliyyət üçün zəruri olan qaydalar sistemini hazırlayır. 

İqtisadi nəzəriyyə digər iqtisadi elmlərlə yanaşı iqtisadi siyasətlə də sıx əlaqədardır. İqtisadi 

siyasət dedikdə nemətlərin ictimai istehsal  bölgüsü, mübadiləsi və istehlakı üzrə dövlətin 

məqsədyönlü tədbirlər sistemi nəzərdə tutulur. İqtisadi siyasət ölkədə iqtisadi problemlərin həlli 

variantlarının tapılması və onların mexanizmlərinin hərəkətə gətirilməsi ilə məşğul  olur. İqtisadi

 

siyasət 



iqtisadi 

nəzəriyyənin  ümumiləşdirmələrini  nəzərə  aldığı dərəcədə 

də uğurlu olur. İqtisadi siyasətin uğurlu olması cəmiyyət üzvlərinin iqtisadi 

təfəkkür 

 

səviyyəsindən 



də 

xeyli asılıdır.  İqtisadiyyatın əsas vəzifəsinin  yerinə  

yetirilməsi  iqtisadi  siyasətin  uğurlu  olmasından   asılıdır. 

 

 



Mövzu  3.  İqtisadiyyatın 

əsasları. 

İqtisadiyyatın 

əsas 

ünsürləri və baza kateqoriyaları. İqtisadi seçim. 

 

1.Resursların məhdudluğu və tələbatların sonsuzluğu problemi. 2.İqtisadi 

tələbatlar və onların təsnifatı. İqtisadi nemət, məhsul, 

xidmətlər. 

3.İqtisadi resurslar və onların növləri. 

4.İqtisadi seçim. İstehsal imkanları əyrisi. Alternativ xərjlər. 

5.Əmək  prosesinin 

sadə  momentləri. 

Məhsuldar 

qüvvələr 

və  istehsal 

münasibətləri. 

 

1.Resursların məhdudluğu və tələbatların sonsuzluğu problemi. 

 

Hər bir iqtisadi fəaliyyət müvafiq tələbatın  müəyyənləşdirilməsindən başlanır. Mövcud dövr 

çərçivəsində  tələbatların  nisbi  və  müvəqqəti  ödənilməsi  mütləq        olaraq        sonradan    

onlarınyenidən    bərpası,    istehsalı,       genişlənməsi, 




Yüklə 221,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə