İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 221,03 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix16.11.2017
ölçüsü221,03 Kb.
#10561
1   2   3   4   5   6   7   8

 

mürəkkəbləşməsi  (çətinləşməsi)  və  dərinləşməsi  baş  verir.  Belə  vəziyyət  daimi  olaraq  qalır. 



Digər  tərəfdən,  tələbatların  (resurslar  və  texnologiyalar)  ödənilməsi  üçün  bizim  vasitələrimiz 

praktiki şəkildə həmişə məhduddur. Bu  məhdudluq müxtəlif ola bilər. 

Hər  şeydən  əvvəl,  bu  təbiətdə  mövcud  olan  müxtəlif  nemətlər  miqdarının  təbii 

bərabərsizliyidir  ki,  bunlardan  da  bir  sırası  digərlərinə  nisbətən  az  yayılmışdır.  Məhdudluq, 

həmçinin  insanların  yaratdığı  nemətləri  də  əhatə  edir.  Bu,  hazırki  anda  nəinki  nemətlərin 

mövcud  növ  ehtiyatlarına,  həm  də  indiki  şəraitdə  onların  təkrar  istehsalı  üçün  mövcud  olan 

imkanlara (deməli, həm də vasitələrə də)  da aiddir. Onların ehtiyatlarını doldurmaq imkanından 

asılı olaraq nemətlər  təkrar istehsal olanlara və təkrar istehsal olunmayanlara bölünür. 

Nemətlərin  əksəriyyəti  nadirdir,  yəni  bu  nemətləri  yalnız  digər  nemətlərdən  imtina  etmək 

yolu  ilə  əldə  etmək  olar.  Nemətlərin  nadirliyi  və  məhdudluğu  –  eyni  şey  deyildir.  Nemət  o 

zaman nadir olur ki, onlara olan  tələbat bu nemətlərdən başqa onları da üstələyir. 

Mövcud  istehlakçıda  olan  nemət  ehtiyatları  hər  hansı  bir  tələbatın  tam  ödənilməsi  üçün 

çatmaya bilər ki, bu da tez-tez baş verir. Lakin, hətta təsəvvür  etsək ki, bu konkret dar çərçivədə 

müəyyənləşdirilmiş  tələbat  hazırki  dövrdə  tam  ödənilmişdir,  bu  halda  da  tam  aydın  olasaq  ki, 

nəzərdən    keçirilən  iqtisadi  subyektdə  eyni  zamanda  mövcud  olan  həmin  vəsaitlərin  istifadə 

edilməsi  hesabına  tam  dolğun  ödənmiş  təlabat  kimi  ödənilə  biləsi  bütün  yerdə  qalan 

tələbatlar  da  ödənməmiş  qaldı.  Nemətlərə  olan  tələbata  nəzərən  onların  məhdudluğu 

nemətlərin kifayətsizliyini xarakterizə edir. 

Nəticədə  nadirlik  və  çatışmazlıq  nemətlərin  məhdudluğunun    müxtəlif  tərəfləri  kimi  üzə 

çıxır.  Nemətlərin,  o  cümlədən  də  resurs  və texnologiyaların  məhdudluğu  isə  insanların  iqtisadi 

həyat fəaliyyəti sahəsinə daxil olan nemətlərin, praktiki, universal xassəsidir. 

 

2.



 

İqtisadi tələbatlar və onların təsnifatı. İqtisadi nemət, məhsul, xidmətlər. 

 

İqtisadiyyatın  ilkin  tərifi  ona  əsaslanır  ki,  insanların  iqtisadi  fəaliyyəti  mövcud  resursların 

istifadə edilməsi əsasında onların tələbatlarının ödənilməsinə yönəldilmişdir. 

Təlabatlar iqtisadi fəaliyyətin ilkin nöqdəsidir, onların ödənilməsi isə – son nəticədir. 

Təlabatları  daimi  ödəmək  zərurəti  –  insan  cəmiyyətinin,  hər  bir  insanın  xüsusiyyətidir. 

Təlabatlar cürbə-cürdürdür. Onları müxtəlif meyarlar  üzrə təsnifləşdirmək olar. 

Yaşayış  vasitələrinə,  yaxud  insanların  həyatı  vacib  təlabatlarını  ödəyən  nemətlərə  (qidaya, 

geyimə, mənzilə və s.) təlabatlar. 

İnsan həyatının sosial-mədəni vasitələrinə (təhsilə, mədəniyyətə, asudə vaxta) təlabatlar. 

Fəaliyyət  vasitələrinə  (əmtəələrin,  xidmətlərin,  və  s.  istehsalı  üçün  əşyalar) təlabatlar. 

Sosial  cəhətdən  nüfuzlu  nemətlərin  (turizm  xidmətləri,  zinət  əşyaları  və  s.)  ödənilməsinə 

tələbat. 

Digər  təsnifatlar  da  mümkündür:  tələbatların  ödənilmə  növü  üzrə  (fərdi,  kollektiv), 

ödənilmənin alternativliyi üzrə və s. 

İqtisadiyyat nöqteyi nəzərdən tələbatların prinsipial xassəsini xüsusilə  qeyd etmək vacibdir – 

cəmiyyət  inkişaf  etdikcə  onların  strukturu,  keyfiyyət  və  kəmiyyətinin    arması    və    daima  

dəyişməsi  baş  verir.  Yeni  tələbatların    meydana 



 

çıxması ilə yanaşı köhnələr yox olub gedir, tələbat növləri arasında nisbət dəyişilir və i.a. Bu 



tələbatların artması qanununda öz əksini tapır. 

Nemət  –  özündə  müəyyən  müsbət  məna  daşıyan,  insanın  bu və  ya  digər  tələbatını ödəyən 

və  onların  maraqları,  məqsədləri  və  səylərinə  cavab  verən  hər  bir  şey:  əşya,  hadisə,  əmək 

məhsuludur. 

İqtisadi  ədəbiyyatda  nemətin  başqa  tarifləri  də  var.  Məsələn,  nemət  deyəndə,  A.Marşall 

bizim istədiyimiz hər bir şeyi və ya insanın təlabatlarını ödəyən əşyaları başa düşürdü. Bu tərifdə 

nemətlər yalnız əşyalar, predmetlərlə məhdudlaşır. 

Bəzən  nemətlər  faydalılığın  təzaşürü  kimi  nəzərdən  keçirilir  ki,  bu  da  yalnız  əməyin 

məhsulu deyil, həm də təbiətin barı ola bilər. 

İnsanlara lazım olan və rolu get-gedə artan nemətlər arasında xüsusi yeri xidmətlər tutur. 

Xidmətlər  –  nəticəsi  faydalı  effekt  olan,  insanın  hər  hansı  tələbatlarını  ödəyən 

məqsədəuyğun insan fəaliyyətidir. 

Nemətlərin başa düşülməsində onların təsnifatının böyük əhəmiyyəti var. Nemətlərin 

müxtəlif qruplara (növlərə) bölünməsi üçün çoxlu meyarlar var. Nemətlərin maddi və qeyri-

maddilərə bölünməsi daha geniş yayılmışdır. 

Maddi nemətlər – təbiətin təbii bəxşişləri(torpaq, hava, iqlim),  istehsal məhsullarıdır (ərzaq 

məhsulları,  tikililər,  maşınlar,  alətlər  və  s.).  Maddi  nemətlərə  hərdən  maddi  nemətlərin 

mənimsənilməsilə  əlaqədar  olan  münasibətlər  də  (patentlər,  müəllif  hüququ,  girov  kağızı)  aid 

edilir  (məsələn  A.Marşall).  Bununla  da  bir  qrupda  müxtəlif  səciyyəli  nemətlər  –  bir  qismi 

faydalılığına görə – birləşdirilir. 

Qeyri-maddi  nemətlər  –  insanın  qabiliyyətlərinin  inkişafına  təsir  edən  nemətlərdir,  onlar 

qeyri-istehsal sahələrində: səhiyyə, təhsil, incəsənət,  kino, teatr, muzeylər və b.k. yaradılırlar. 

Qeyri-maddi nemətlər iki yarımqrupa bölünür: 

Daxili  –  insana  təbiət  tərəfindən  verilmiş  və  insanın  öz  iradəsiylə  özündə  inkişaf  etdirdiyi 

(səs – oxuma, deklamasiya; musiqi duyumu – musiqiçi; elmə qabiliyyət və b.k.); 

Zahiri  -  bu,  tələbatları  ödəmək  üçün  zahiri    aləmin    verdikləridir    (imic,  işgüzar  əlaqələr, 

himayə və s.) 

Qeyd olunan nemətlər qruplarından başqa cari və gələcək, bilavasitə və  dolayı, uzunmüddətli 

və qısamüddətli və s. nemətlər də nəzərdən keçirilir. 

Nemətlərin iqtisadi və qeyri-iqtisadiyə bölünməsinin xüsusi əhəmiyyəti var. 

İqtisadi  nemətlər  (bu  məfhum  iqtisad  elminin  subyektivçilik  məktəbinə,  onun  nümayəndəsi 

məşhur İtaliya iqtisadçısı A.Rezentiyə məxsusdur)  iqtisadi fəaliyyətin obyekti və ya nəticəsidir, 

yəni ödənilməsi tələbatdan məhdud  həcmdə alınması mümkün olanlardır. Qeyd edək ki, iqtisadi 

nemətlərin  məhdudluğu  (nadirliyi)  şəraitində  insanın  müvafiq  davranışını  (təsərrüfatçılıq, 

istehsal fəaliyyəti) müəyyənləşdirən nemətin nadirliyi problemi ilə bağlıdır. 

Qeyri - iqtisadi (havayı) nemətlər təbiət tərəfindən insan səy  göstərmədən verilir. Bu nemətlər 

insanın  müəyyən  tələbatlarını  (hava,  su,  işıq  və.b.k.)  tam  və  daim  ödəmək  üçün  kifayət  qədər 

təbiətdə «azad» mövcuddur. 

Beləliklə,  məhz  nemətə  olan  təlabat  (və  ya  Avstriya  məktəbinin  görkəmli  nümayəndəsi 

K.Mengerin  sözlərilə  «gərəklik»)  və  onun  əldə  oluna  biləcək  miqdarı  arasındakı  nisbət  onu 

iqtisadi və ya qeyri-iqtisadi edir. 

 

3.



 

İqtisadi resurslar və onların növləri. 

 

Tələbatların  artması  və  dəyişilməsi  onların  ödənilməsi  üçün  nəzərdə  tutulan  nemətlərin 

yaradılması üçün güclü sövqedici motivdir. 



Yüklə 221,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə