Iqtisad elmini nəzəri və tətbiqi olmaqla iki hissəyə bölmək olar. Nəzəri iqtisad
elmində iqtisadi proseslərin və hadisələrin umumi qanunauyğunluqları askar edilir.
Bir sıra mücərrəd kateqoriya və anlayışlardan istifadə edilir. Tətbiqi iqtisad elmləri
konkret iqtisadi vəziyyətləri öyrənir. Həm nəzəri, həm də tədbiqi iqtisad elmi iqtisadi
statistikanın göstəricilərinin təhlili və müqayisəsindən geniş istifadə edilir.
İqisadiyyat daim fəaliyyətdə olan mürəkkəb bir sistemdir. Buna görə də onun
müxtəlif tərəfləri və sahələri müxtəlif iqtisad elmləri tərəfindən öyrənilir.
Digər iqtisadi elmlər dedikdə:
• nəzəri (fundamental) iqtisad elmləri (İqtisadi nəzəriyyə, İqtisadi təlimlər tarixi);
• iqtisadiyyatın bu və ya digər sahələrində müəyyən funksiyaları həyata keçirən
funksional iqtisad elmləri (mühasibat uçotu, statistika, maliyyə, kredit);
• iqtisadiyyatın konkret sahələrini tədqiq edən sahə elmlər (aqrar sahə, sənaye,
əməyin iqtisadiyyatı);
• iqtisadi fəaliyyətin idarə edilməsini (marketinq, menecment, informasiya
iqtisadiyyatı və s.) elmləri nəzərdə tutulur.
Makroiqtisadi göstəricilərin təhlili və proqnozlaşdırılmasında iqtisadi kibernetika
elmindən istifadə edilir. Eyni zamanda iqtisad elminin praktik əhəmiyyəti ondadır
ki, o iqtisadi siyasətin əsasında duraraq onun vasitəsilə real gercəkliyi təhlil edir.
İqtisadi siyayət nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlak sahəsində
dövlətin məqsədyönlü tədbirlər sistemidir və cəmiyyətin bütün üzvlərinin
mənafelərini əks etdirir. O iqtisadi problemlərin həlli variantlarının tapılması və
onların həyata kecirilməsi ilə məşğuldur. İqtisadi siyasətin düzgün həyata
kecirilməsi iqtisadi sistemin mütərəqqi inkişafına səbəb olur.
Dostları ilə paylaş: