İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə10/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
yənləşdirən əsas amil iqtisadi qərarlarda onun üzərinə götür‐
müş  olduğu  təyinedici  (imperativ)  roldur.  Bu  gün  Azərbay‐
canda əsas iqtisadi qərarlar sərbəst bazarda deyil, dövlət nəz‐
dində alınmaqdadır. 
İxracatın  85  faizi  xam  neft  və  neft  məhsullarının  payına 
düşməkdədir.  İdxalatın  da  böyük  hissəsini  neft  avadanlıqları 
təşkil edir. İxracatda ən çox pay İtaliyaya (52 faiz) düşməkdə‐
dir. İdxalatda isə ən çox pay 14,82 faizlə Rusiyaya məxsusdur. 
Göründüyü  kimi,  ixracatımız  həm  məhsul,  həm  də  ölkə  ba‐
zında  ifrat  şəkildə  xarici  konyukturadan  asılıdır.  120  ölkə  ilə 
ticarət  əməliyyatları  apardığımız  halda,  ixracatımızın  yarısın‐
dan  çoxu  bir  ölkəyə  aiddir.  Qısacası,  xarici  risk  olduqca  yük‐
səkdir ki, bu da xarici ticarət səviyyələrinin qeyri‐müəyyən ol‐
duğu  mənasına  gəlməkdədir.  Xarici  bazarlarda  neftin  qiymə‐
tindəki ani düşmə ölkədə ciddi durğunluq yarada bilər. Hətta 
həmin  proses  bir  neçə  il  davam  edərsə  ölkədə  sözün  həqiqi 
mənasında iqtisadi böhran baş verə bilər. 
Əslində  toplam  idxalatımızın  tərkibində  neft  və  əlaqəli 
məhsulların çəkisi yüksək olmaqla yanaşı, ölkə müxtəlifliyi də 
aşağı  səviyyədədir.  Ayrıca,  bu  gəlirlər  ixracat  yönümlü  sek‐
torlara  yönləndirilmədiyi  kimi,  daxili  tələbatın  artırılmasına 
da  sərf  edilməməkdədir  və  ya  edilməsi  BVF  kimi  beynəlxalq 
təşkilatlar  tərəfindən  əngəllənməkdədir.  Yəni,  ölkə  Holland 
deyil,  Banqladeş  sindromu  ilə  qarşı‐qarşıyadır.  Xarici  ticarət 
quruluşumuz dəyişdirilmədiyi müddətcə xarici risk nisbəti də 
yüksək  qalmaya  davam  edəcəyinə  görə,  Azərbaycanın  daha 
çox xaricə açılması demək, neftin toplam xarici ticarət içindəki 
payının daha da artması, dövlət sektorunun daha da böyümə‐
si mənasına gələcəkdir. Bu da daha müdaxiləçi dövlət, özəl tə‐
şəbbüsün  zəif  olduğu  özəl  sektor  deməkdir.  Unutmayaq  ki, 
özəl sektorun toplam ÜDM içindəki payı 70 faiz olsa da, bun‐
ların istehsal etdiyi bir çox məhsulun ən böyük alıcısı (mono‐
pson) qismində çıxış edən dövlətdir. 
 
‐ 41 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Əgər  həqiqətən  özəl  sektoru,  dolayısilə  sahibkarlığın  inki‐
şafını  istəyiriksə,  xarici  ticarətimizdəki  (daha  çox  ixracatımız‐
dakı)  qeyri‐neft  gəlirlərinin  payını  artıraraq  xaricə  daha  çox 
açılmalıyıq.  Bunun  üçün  ixracatda  mal  və  xidmət  müxtəlifli‐
yinə gedilməli və özəl sektor ixracata təşviq edilməlidir. Belə‐
liklə, qlobal iqtisadi inteqrasiya sayəsində dünya vətəndaşı ol‐
maqla birlikdə, dövlət də ortalama hər 7 nəfərdən birini sosial 
partlayış  olmasın  deyə  dövlət  sektorunda  çalışdırmaqdan  və 
xaricə  yüz  minlərlə  işçi  ixrac  etməkdən  qurtulacaq.  Dövlət 
sektorunun  kiçilməsi  isə,  özəl  həyatımızın  daha  yaşanılacaq 
hala gəlməsi, daha çox sərbəstlik deməkdir. Ayrıca, adambaşı‐
na düşən milli gəlirimizin 879 dollardan (2003‐cü il) daha yük‐
sək  olması  deməkdir.  Xarici  ticarətimiz  içərisində  neftə  olan 
asılılığımızı azaltmadıqca (xarici ticarət səviyyəmizdəki qeyri‐
müəyyənliyi  azaltmadığımız  müddətcə),  məhsul  və  ölkə  ba‐
zında çeşidləndirməyə getmədikcə xarici riski kontrol edə bil‐
məyəcəyimiz  kimi,  dünyanın  axtardığı  xüsusiyyətlərə  sahib 
yaradıcı  işçidən  də  məhrum  olacağıq.  Çünki,  dünya  qlobal‐
laşdıqca,  xarici  kapital  ölkələrin  sahib  olduğu  müqayisəli  üs‐
tünlükləri  daha  yaxşı  dəyərləndirməkdədir.  Əgər  keyfiyyətli, 
yüksək texnologiyalı xarici kapitalı ölkəyə dəvət etmək istəyi‐
riksə, yeraltı sərvətlərimizdən daha dəyərli sərvətimiz olan in‐
sanımıza investisiya qoymalıyıq. 
 
 
 
 
 
 
 
 
 
 
‐ 42 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Beynəlxalq Valyuta Fondu 
tənqid hədəfidir
*
 
İlkin Sabiroğlu 
 
Son illərdə dünya Beynəlxalq Valyuta Fondu (BVF‐IMF) və 
Dünya  Bankının  fəaliyyətinə  yönəlik  tənqidlər  güclənməkdə‐
dir. Xüsusilə Amerikada bu təşkilatlara soyuq münasibət bəs‐
ləyən  cümhuriyyətçilərin  iqtidara  gəlməsi  ilə  birlikdə  tənqid‐
lərin  dozası  da  yüksəlmiş  oldu.  Bu  yaxınlarda  ABŞ  Konqre‐
sinin  Ortaq  İqtisad  Komitəsində  təşkil  olunan  toplantıda  da, 
BVF və Dünya Bankının fəaliyyətləri ciddi tənqid hədəfi oldu. 
Ümumiyyətlə bu vaxta qədər BVF‐yə yönəldilən tənqidləri 
üç əsas başlıq altında cəmləşdirmək mümkündür: 
‐ Birincisi, kredit ala bilmək üçün üzv ölkələr BVF‐nin irəli 
sürdüyü şərtləri yerinə yetirməlidirlər. Həmin şərtlərin üzv öl‐
kələrin  problemlərinə  bir  mənada  müdaxilə  xüsusiyyəti  daşı‐
ması, bu ölkələrdə hər zaman ciddi mübahisələr predmeti ol‐
muşdur. 
‐  İkincisi,  BVF  bir  çox  ölkələrin  problemlərinin  oxşarlığın‐
dan çıxış edərək standart təkliflər irəli sürür. Lakin problemlər 
nə  qədər  bir‐birinə  bənzəsə  də  yerli  şərtləri  nəzərə  almadan 
həyata keçirilən proqramlarla ciddi nəticələr əldə etmək müm‐
kün  deyil.  Argentina  başda  olmaqla  Latın  Amerikası  ölkələ‐
rində və Türkiyədə tətbiq olunan proqramlar buna sübut kimi 
göstərilir. 
‐ Üçüncüsü, BVF bu gün də beynəlxalq pul sisteminin tən‐
zimlənməsindən  səlahiyyətli  olan  əsas  təşkilat  xüsusiyyətini 
daşımaqdadır  və  beynəlxalq  pul  münasibətlərinin  sistemli  və 
uyum içərisində inkişafını nəzarət altında saxlamaq onun əsas 
                                                 
*
 5 aprel 2001. 
 
‐ 43 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə