İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə12/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
lənməsinə imkan vermək ortamüddətli perspektivdə Holland 
sindromu  baxımından  da  məqsədəuyğun  deyil.  Ona  görə  də 
məhz qısamüddətli perspektivdə inflyasiya təzyiqini önləmək 
üçün elastik valyuta məzənnəsi siyasətinin həyata keçirilməsi 
məqsədəuyğundur.  Azərbaycan  yalnız  ixrac  potensialı  olan 
qeyri‐neft  sektorunu  inkişaf  etdirdikdən  sonra  daha  elastik 
valyuta məzənnəsi sistemini mənimsəyə bilər. 
Missiya eyni zamanda qeyri‐neft sahəsində inkişafın təmin 
edilməsi üçün struktur islahatların sürətləndirilməsini tövsiyə 
edib. Struktur islahatları bunlardan ibarətdir: 
‐ Dövlət mülkiyyətində olan iki bankın özəlləşdirilməsi də 
daxil olmaqla bank sisteminin gücləndirilməsi;  
‐  Dövlət  müəssisələrində  korporativ  idarəetmənin  təkmil‐
ləşdirilməsi; 
‐  Enerji  sektoruna  subsidiyaların  tədricən  ünvanlı  sosial 
yardımla əvəz edilməsi; 
‐ Yeni investisiya və antiinhisar qanunlarını vaxtında qəbul 
edərək biznes mühitinin yaxşılaşdırılması; 
‐ Dünya Ticarət Təşkilatına üzvlüklə əlaqədar danışıqların 
davam etdirilməsi və gömrüklərdə idarəetmənin daha da yax‐
şılaşdırılması; 
‐ Antikorrupsiya qanunvericiliyinin tətbiqi, Hesablama Pa‐
latasının (yüksək audit qurumu) gücləndirilməsi və çirkli pul‐
ların  yuyulması  ilə  mübarizəyə  dair  qanunvericiliyin  qəbul 
edilməsi. 
Ümumiyyətlə,  BVF‐nin  tövsiyələrini  dinləməyə  dəyərmi? 
BVF‐nin əməkdaşlıq etdiyi bir çox ölkədə ortaya çıxan sıxıntılı 
hallar bəzilərinin BVF tövsiyələrinə şübhə ilə yanaşmasına sə‐
bəb olmuşdur. Halbuki BFV ilə əməkdaşlıq ölkələrin öz istək‐
lərinə  bağlıdır.  Yəni  iqtisadiyyatlarını  yaxşı  idarə  edə  bilmə‐
yən ölkələr fonda müraciət edirlər. BVF isə öz şərtlərini onla‐
rın önünə qoyur. 
 
‐ 48 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
BVF  bir  xeyriyyəçilər  birliyi  olaraq  başa  düşülməməlidir. 
Ehtiyacı olan ölkələrə daha ucuz vəsait təmin etmiş olsa da, bu 
kömək bəzi şərtlərin yerinə yetirilməsinə bağlıdır və borc alan 
bu  borcu  geri  ödəməyə  məcburdur.  Azərbaycanınsa  BVF  ilə 
ciddi borc problemi olmadığından fond Azərbaycana “şərtləri‐
ni”  yox,  məhz  “tövsiyələrini”  təqdim  edir.  Bu  tövsiyələri  isə 
doğrudan da dinləməyə dəyər. 
Yeri gəlmişkən, bir neçə gün əvvəl “tarixi an” olaraq dəyər‐
ləndirilən  bir  hadisə  baş  verdi.  BVF‐nin  idarəçi  direktoru 
Rodriqo  de  Rato  Çoxtərəfli  Borc  Yardımı  Təşəbbüsü  çərçivə‐
sində 19 ölkənin borcunun silinəcəyini açıqladı. Bu qərar BVF‐
nin 2005‐ci ilin iyun ayındakı zirvə toplantısında razılığa gəl‐
miş  8  “böyüklərin”  (G8)  təşəbbüsü  ilə  qəbul  olunmuşdu.  Ba‐
ğışlanacaq borcun miqdarı 3,3 milyard dollardır. Borcu bağış‐
lanacaq 19 ölkə bunlardır: Benin, Boliviya, Burkino Faso, Kam‐
boca,  Efiopiya,  Qana,  Qayana,  Honduras,  Madaqaskar,  Mali, 
Mozambik, Nikaraqua, Nigeriya, Ruanda, Seneqal, Tacikistan, 
Tanzaniya, Uqanda və Zambiya. 
Mavritaniyanın borcunun silinməsi ilə əlaqədar qərarın isə 
ölkə  rəhbərliyinin  sosial  xərclərə  yenidən  baxmasından  sonra 
veriləcəyi  bildirildi.  Borclar  yoxsulluqla  mübarizəyə  dair  xü‐
susi fondu maliyyələşdirən digər ölkələrin də razılığı alındıq‐
dan sonra silinəcək. Beləliklə, bu ölkələr yoxsulluğun azaldıl‐
ması, inkişafın sürətləndirilməsi və Minilliyin İnkişaf Hədəflə‐
rinin əldə edilməsi yolunda daha çox vəsait ayırma imkanına 
sahib olacaqlar. 
19 ölkə və sonradan daha bir neçə ölkənin borclarının sili‐
nəcəyi,  kim  nə  deyirsə  desin,  BVF  tərəfindən  bir  xoş  niyyət 
nümayişidir. BVF‐nin təklif etdiyi maliyyə və iqtisadi siyasət‐
lərin Azərbaycan kontekstində ələ alındığında doğru olduğu‐
nu  söyləyə  bilərik.  BVF  deməsə  belə,  biz  nəyin  Azərbaycan 
üçün daha doğru olduğunu bilirik. Ancaq BVF ilə əməkdaşlıq 
etməyimiz bizə zaman qazandırmaq baxımından əhəmiyyətli‐
 
‐ 49 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
dir. Bizim əsas problemimiz zəruri olan maliyyə və iqtisadi si‐
yasətləri doğru bir şəkildə icra edib‐etməməyimizlə əlaqədar‐
dır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 50 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
İslam ölkələri niyə geri qalır?
*
 
Bəhruz Məmmədli 
 
Türkiyənin  Müstəqil  Sənayeçi  və  İş  Adamları  Dərnəyinin 
(MÜSİAD) ev sahibliyində 8‐ci Beynəlxalq İş Forumunda işti‐
rak etmək üçün İstanbula gələn Malayziyanın sabiq Baş Naziri 
Mahathir Muhammed Forumun açılış toplantısında çıxış etdi. 
Bilindiyi  kimi,  Asiya  Böhranından  sonra  Mahathir  Muham‐
med  Beynəlxalq  Valyuta  Fondunun  (BVF)  irəli  sürdüyü  re‐
septləri  qəbul  etməyərək  Malayziyanı  böhrandan  öz  iqtisadi 
siyasəti  ilə  çıxarmağa  müvəffəq  olmuş  və  beləliklə  BVF‐ni 
tənqid  edənlərin  tez‐tez  nümunə  göstərdiyi  bir  şəxsə  çevril‐
mişdir. 
Mahathir  Muhammed  çıxışında  İslam  ölkələrini  həmrəyli‐
yə  çağıran  mesajlar  verdi.  İslam  ölkələri  arasındakı  bərabər‐
sizliyin bütün dünyadakı bərabərsizlikdən daha çox olduğunu 
söylədi.  Muhammedin  fikrincə:  “İslam  dünyasında  kiçik  bir 
azlığın lüks içərisində yaşadığı halda əhalinin böyük qisminin 
səfalət içərisində yaşamasının günahını Qərb ölkələrində deyil 
özümüzdə axtarmalıyıq”. 
Dünyadakı regional iqtisadi bloklara toxunan Muhammed, 
müsəlman ölkələr arasında da belə bir ticarət blokunun yara‐
dılmasının  mümkün  olduğunu  irəli  sürdü.  Belə  ki,  Qərb  öl‐
kələri bütün dünyanı sərbəst ticarətin sərhədləri içinə salmaq 
istəyirlər.  Müsəlman  ölkələr  paranoyaya  qapılmadan  diqqətli 
bir şəkildə Dünya Ticarət Təşkilatı kanalı ilə beynəlxalq ticarət 
qaydalarının  yaradılmasında  iştirak  etməlidirlər.  Bir‐birlərini 
Avropa Birliyi və ya NAFTA kimi iqtisadi blok olaraq görməli 
və  bir‐birlərinə  öncəlik  tanımalıdırlar.  Malayziyanın  ABŞ‐la 
geniş  ticarət  əlaqələrinin  olduğunu  bildirən  sabiq  baş  nazir 
                                                 
*
 21 sentyabr 2004. 
 
‐ 51 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə