İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə14/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Məqaləni toplantıda səslənən bir fikirlə yekunlaşdırmaq is‐
təyirik:  “Bizlər  ehtiyatlar  baxımından  yoxsul  deyilik.  Bizlər 
birlikdəlik,  aksiya,  fikri  müxtəliflik  və  doğru  istiqamət  baxı‐
mından yoxsuluq”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 55 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 56 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Asiya Böhranı və BVF
*
 
Vüqar Səlimov 
 
Bu  məqalə,  Bəhruz  Məmmədlinin  21  Sentyabr  2004  tarixli 
məqaləsindən sonra “IqtisadNet” oxuyucularının arzusu üzə‐
rinə mövzuya bir az aydınlıq gətirmək məqsədilə yazılıb. Mə‐
qalədə xüsusilə Malayziyanın iqtisadi böhrandan necə çıxdığı 
mövzusu ələ alınacaqdır. 
Bildiyimiz  kimi,  Uzaq‐Şərqdəki  Asiya  ölkələri  1997‐ci  ilin 
ortalarında böyük bir maliyyə böhranı ilə qarşı‐qarşıya qaldı‐
lar.  Bu  böhranın  təfərrüatına  girmədən,  bəzi  önəmli  xüsusiy‐
yətlərini vurğulamaq istəyirəm: 
i) böhranı demək olar ki, heç kim qabaqcadan təxmin etmə‐
mişdi; 
ii) böhran iqtisad elmində bir “sıçramaya” səbəb oldu. Belə 
ki,  Asiya  böhranından  sonra  iqtisadçılar  yeni  iqtisadi  böhran 
modelləri (üçüncü nəsil modellər) qurmağa başladılar; 
iii)  böhran  Beynəlxalq  Valyuta  Fondunun  (BVF)  tarixində 
önəmli yerə sahibdir, çünki bu böhran BVF ilə əlaqədar fikir‐
lərdə  böyük  dəyişmələrə  yol  açdı.  Bundan  başqa,  böhrandan 
sonrakı  illərdə  BVF  demək  olar  ki,  quruluşundan  bəri  tətbiq 
etdiyi siyasət modelini təshih etməyə məcbur oldu. 
Böhrandan  sonra  üç  ölkə,  Tailand,  İndoneziya  və  Koreya, 
BVF ilə müqavilə (stand‐by proqramları) bağlamağa qərar ver‐
di. Ancaq aradan bir neçə ay keçmədən müqavilələr islah edi‐
lərək  yenidən  imzalandı.  BVF‐nin  bu  müqavilələrdəki  məq‐
sədlərini aşağıdakı kimi cəmləyə bilərik: 
‐ xarici öhdəliklərin yerinə yetirilməsini təmin etmək; 
‐  milli  valyutaların  qiymətdən  düşməsini  məhdudlaşdır‐
maq; 
                                                 
*
 12 fevral 2005. 
 
‐ 57 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
‐ maliyyə balansını bərpa etmək; 
‐ inflyasiyanın yüksəlməsinə hədd qoymaq; 
‐ xarici valyuta ehtiyatlarını bərpa etmək; 
‐ bank sektorunda islahat aparmaq; 
‐ real sektorda islahat aparmaq; 
‐ marketlərdə hökumətlərə olan etibarı bərpa etmək; 
‐ istehsalatdakı azalmanı məhdudlaşdırmaq. 
Bu  məqsədlərə  çatmaq  üçün  dörd‐bəndli  bir  plan  nəzərdə 
tutulmuşdu: 
1) BVF‐dən və digər beynəlxalq quruluşlardan alınan fond‐
larla xarici öhdəlikləri ödəmək. Məqsəd, cari əməliyyatlar ba‐
lansının  qaydaya  salınması  prosesini  yüngülləşdirmək  və 
marketlərdə etibarı təmin eləyərək kapital çıxışını azaltmaqdı. 
2) Faiz səviyyələrini yüksəldərək pul siyasətini məhdudlaş‐
dırmaq.  Məqsəd,  milli  valyutanın  qiymətdən  düşməyini  da‐
yandırmaqdı. 
3)  Eyni  məqsədlə  maliyyə  siyasəti  sahəsində  də  məhdud‐
laşdırmanı təmin eləmək. 
4) Maliyyə və real sektorlarda struktur islahatları (məsələn, 
müflis  bankların  fəaliyyətlərini  dayandırmaq,  maliyyə  siste‐
mində  kapital  kafilik  nisbətlərini  tətbiq  eləməyə  başlamaq, 
sektorları  xarici  investisiyalara  açmaq  və  monopolist  gücləri 
zəiflətmək) aparmaq. 
Proqramlar həyata keçirilərkən ilk əvvəl müvəffəqiyyət əl‐
də etmək mümkün olmadı. Xüsusilə də marketlərdə etibar tə‐
min  edilə  bilmədi.  Kapital  çıxışları  və  milli  valyutaların  qiy‐
mətdən  düşməsi  davam  etdi.  Ölkələr  dərin  bir  istehsal  azal‐
masına  məhkum  oldular. Ona  görə  də,  proqramlarda  islahat‐
lar  aparıldı.  Mütəxəssislərə  görə  bunun  əsas  səbəbi,  xüsusilə 
kapital  çıxışlarının  həcminin  səhv  təxmin  edilmiş  olması  idi. 
BVF‐yə görə isə səbəb, hökumətlərin proqramları vaxtında və 
lazımi səviyyədə tətbiq etməməsi idi. 
 
‐ 58 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Ən başından bəri BVF‐nin proqramları ilə əlaqədar müxtə‐
lif  tənqidlər dilə  gətirildi.  BVF  bunların  bəzilərini qəbul  edib, 
digər bəzilərinə qarşı isə özünü müdafiə etməkdədir. Tənqid‐
ləri aşağıdakı kimi cəmləyə bilərik: 
i) Pul siyasəti ilə əlaqədar olanlar: 
‐ Milli Bankların “borc verən son qurum” (lender of last re‐
sort) olma xüsusiyyətinin ləğv edilməsi ajiotajı artırdı. 
‐ Faizlərin artırılması iqtisadiyyatın lazımsız yerə kiçilməsi‐
nə səbəb oldu. 
ii) Maliyyə siyasəti ilə əlaqədar olanlar: 
‐  Onsuz  da  böyük  bir  daralmanın  yaşandığı  bir  vaxtda, 
büdcə  balansının  müsbət  saldosunu  artıraraq  bu  daralmaya 
dəstək vermək məntiqsiz idi. 
iii) Struktur islahatları ilə əlaqədar olanlar: 
‐  Böhran  vaxtı  bankları  kapitallarını  sürətlə  bərpa  etməyə 
məcbur eləmək səhv idi. 
‐ Yenə böhran vaxtı bəzi bankların ləğv edilməsi ajiotajı ar‐
tırdı. 
‐  Struktur  islahatları  kimi  qeyri‐ənənəvi  metodları  tətbiq 
eləmək,  vəziyyətin  çox  ağır  olduğu  təəssüratını  yaradaraq 
böhranı dərinləşdirdi. 
iv) Əxlaqi xətər (moral hazard) ilə əlaqədar olanlar: 
BVF böhran yaşayan ölkələrə kömək etdiyi üçün, bu ölkə‐
lərdəki  hökumətlər,  banklar  və  bu  ölkələrə  borc  verən  kre‐
ditorlar diqqətsiz davranmağa davam edəcəklər. 
Qeyd  edək  ki,  BVF‐nin  təmsilçiləri  yuxarıdakı  tənqidlərin 
çoxuna  məntiqli  cavablar  verib.  Ancaq  kimin  haqlı  olduğunu 
söyləmək asan deyil. Lazım olsa bu mövzuya başqa bir məqa‐
lədə yer verilə bilər. 
Yuxarıdakı tənqidləri irəli sürənlərin çoxu Malayziyanı nü‐
munə göstərməkdədirlər. Bu mövzunu anlamaq üçün Malay‐
ziyanın  böhrandan  əvvəlki  və  sonrakı  vəziyyətinə  baxmaq 
faydalı olar. 
 
‐ 59 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə