İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə17/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
məhdudlaşdıracağına dair bir məqalə bu yaxınlarda «Nezavi‐
simaya qazeta»da çap olunmuşdur. Müəllif məqalədə qeyd et‐
məsə də, Rusiyanın həqiqi tərəddüdlərinin nədən ibarət oldu‐
ğunu başa düşmək çətin deyil. Qeyd edək ki, “copy‐right” və 
markanın qorunması ilə bağlı qanunları olduğu halda Rusiya 
və  Çin  “Copy‐right  Birliyi”  tərəfindən  müəlliflik  hüquqlarını 
ən çox pozan ölkələr sırasına daxil edilmişdir. DTT‐nin reqla‐
mentləşdirdiyi qayda və normalarda eyni zamanda müəlliflik 
hüquqlarının qorunmasına ciddi nəzarət də öz əksini tapmış‐
dır. Ona görə də DTT‐yə daxil olmaq Rusiya üçün bu sahədə 
problem yaradacaq. 
Bu  təşkilata  üzvlüyün  inkişaf  etməkdə  olan  ölkələr  üçün 
əhəmiyyəti  isə  təşkilatın  qurulduğu  ilk  illərdə  iki  mübahisəli 
problemdə qeydə alınmışdır. Venesuela və Braziliya Amerika 
Birləşmiş  Ştatlarını,  neft  məhsullarının  ticarəti  ilə  əlaqədar 
olan qaydaları pozduğuna görə təşkilata şikayət etdi. DTT‐nin 
konfliktlərin həlli şurası 29 yanvar 1996 tarixli hesabatında şi‐
kayəti haqlı qəbul elədi. ABŞ hökuməti 19 iyun 1996‐cı ildə bu 
qərara  riayət  edəcəyini  və  təşkilatın  reqlamentləşdirdiyi  qay‐
dalara  zidd  olan  prinsipləri  aradan  götürəcəyini  elan  etdi.  14 
mart 1996‐cı il tarixində isə Hindistan, ABŞ‐ın trikotaj məhsul‐
ları  ilə  əlaqədar  tətbiq  etdiyi  müvəqqəti  himayə  tədbirlərinin 
trikotaj və geyim malları ticarətinin qaydalarına zidd olduğu‐
nu önə sürərək müzakirə açılmasını istədi. 17 apreldə şikayət 
qəbul  edildi.  24  apreldə  isə  ABŞ  narazılıq  doğuran  tədbirləri 
ortadan qaldırdığı üçün şikayət geri götürüldü. Hər iki nümu‐
nədə  konfliktlərin  həlli  şurasının  çox  mükəmməl  işlədiyi  və 
DTT sistemindəki ən böyük dövlətlərdən biri olan ABŞ‐ın yeni 
beynəlxalq ticarət sisteminin qaydalarına riayət etdiyi müşahi‐
də  edilmişdir.  Qısacası  DTT‐yə  üzvlük  inkişaf  etməkdə  olan 
ölkələr,  habelə  Azərbaycan  üçün  də  qurtarıcı  olmadığı  kimi, 
fəlakət gətirici kimi də birmənalı qiymətləndirilməməlidir. 
 
‐ 68 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Təcrübədə  görünmüşdür  ki,  idxalı  əvəz  etməyə  dayalı  sə‐
nayeləşmənin  birinci  mərhələsi  istehlak  malları  sənayesinin 
inkişafı  ilə  sonra  çatır.  Bundan  sonra  ölkələr  üçün  sənayeləş‐
mə  siyasətini  inkişaf  etdirə  biləcək  iki  istiqamət  mövcuddur. 
Birincisi,  xarici  bazarlara  açılmaqdır.  Cənubi  Koreya,  Tayvan 
və  digər  Şərqi  Asiya  ölkələri  kimi,  daxili  bazarları  kiçik  olan 
ölkələr bu yolla inkişaf etmişdir. Çünki sadəcə daxili bazarda‐
kı tələbata yönəlik istehsalla bu ölkələr yüksək iqtisadi inkişaf 
səviyyəsinə nail ola bilmirlər. İkinci yol isə, sənayeləşmə siya‐
sətini yarı emal və investisiya mallarına doğru genişlətməkdir. 
Türkiyə  və  bazarı  böyük  olan  bir  çox  ölkələr  bu  yolla  inkişaf 
etmişdir. Rusiya da böyük bir daxili bazara sahibdir. Bu bazarı 
itirməmək  üçün  sənayeləşmə  siyasətini  ikinci  istiqamətdə 
aparmaq  istədiyi  müşahidə  edilməkdədir.  Azərbaycan  üçün 
isə sənayeləşmə siyasəti daxili bazarları kiçik olan bir çox Şər‐
qi Asiya ölkələri kimi birinci istiqamətdə, yəni ixrac yönümlü 
olmalıdır. Buna görə də Azərbaycanın DTT tərəfindən tənzim‐
lənən yeni beynəlxalq ticarət sisteminə zamanında uyğunlaşa‐
raq  bu  sistemin  vermiş  olduğu fürsətdən  səmərəli istifadə  et‐
məsi ölkənin iqtisadi inkişafında əhəmiyyətli rol oynaya bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 69 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 70 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Avropa Birliyi Türkiyədən 
niyə ehtiyatlanır?
*
 
Xəzər Bəşirov 
 
Bu ehtiyatlanmanın iqtisadi səbəbləri nələrdir?  
Avropa Birliyi (AB) son bir neçə ay içərisində iki böyük sı‐
xıntı yaşadı. Bunlar, birliyin gələcəyi üçün mühüm əhəmiyyət 
kəsb  edən  konstitusiya  layihəsinin  Fransa  və  Hollandiyadakı 
referendumlarla rədd edilməsi və büdcə ilə bağlı müzakirələr‐
dən nəticə alınmamasıydı. Bu sıxıntılar daxildə və xaricdə AB‐
nin  gələcəyi  mövzusunda  ciddi  mübahisələrin  yaşanmasına, 
hətta birliyin dağılmaq üzrə olduğunu müdafiə edən fikirlərin 
irəli sürülməsinə səbəb oldu. 
3 oktyabr axşamı AB beynəlxalq arenadakı imicini ciddi şə‐
kildə zədələyəcək üçüncü bir sıxıntının astanasından son anda 
geri  döndü  və  17  dekabr  2004‐cü  il  tarixində  25  üzv  ölkənin 
ümumi imzası ilə vermiş olduğu qərara uyğun olaraq Türkiyə 
ilə tam üzvlük müzakirələrinin başladılmasına qərar verdi. 
Türkiyəyə yeni bir status qazandıran bu qərar, 1963 tarixli 
“Ankara sözləşməsi”ndən bəri davam edən 42 illik Avropaya 
inteqrasiya yolunda yeni və bundan əvvəlki dövrlərdən daha 
çətin bir prosesi başlatdı. Bir çoxu iqtisadi mövzulardan ibarət 
olan  35  başlıq  altında  sürdürüləcək  müzakirələrdə  üzv  ölkə‐
lərdən hər birinin 71 dəfə veto etmə haqqı olacağını nəzərə al‐
saq  prosesin  çətinliyi  anlaşılar.  Bu  baxımdan  birlik  daxilində 
Türkiyənin üzvlüyünə tarixi, mədəni, coğrafi, siyasi və iqtisa‐
di səbəblərlə qarşı çıxanların inandırılması müzakirələrin nəti‐
cəsinə təsir göstərən ən əhəmiyyətli amil olacaqdır. 
                                                 
*
 11 oktyabr 2005. 
 
‐ 71 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə