İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə5/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   2   3   4   5   6   7   8   9   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
xüsusiyyətinə  qovuşdurulması,  dövlətin  sənaye  və  ticari  ak‐
tivliyinin minimuma endirilməsi və maliyyə yükünün azaldıl‐
ması  (sərbəst  bir  bazar  sistemi  yaratmaq),  sərmayə  sahibliyi‐
nin  yayğınlaşdırılması  (sərmayəni  geniş  kütləyə  yaymaq)  və 
istifadəsiz ehtiyatların effektli istifadəsi (iqtisadiyyatın effektli‐
liyini yüksəltmək) şəklində sıralaya bilərik. 
36 inkişaf etməkdə olan ölkə üzərinə aparılan bir araşdırma 
hər 1 dollar özəlləşdirmə gəlirinin 0,88 dollarının birbaşa xari‐
ci  investisiya  yoluyla  gəldiyini  göstərmişdir.  1990‐cı  illərdə 
müstəqilliklərini yenicə qazanan Şərqi Avropa ölkələrinin iqti‐
sadi müvəffəqiyyətini qismən bu hadisə açıqlamaqdadır. Mə‐
sələn,  Çexiyanın  1994‐1996‐cı  illər  arasında  çəkdiyi  4,852  mil‐
yard dollarlıq birbaşa xarici investisiyanın 3,226 milyard dolla‐
rı  (66.5  faizi),  Macarıstanın  1993‐1996‐cı  illər  arasında  çəkdiyi 
9,921 milyard dollarlıq xarici investisiyanın 7,552 milyard dol‐
ları (76.1 faizi) və Polşanın da 1993‐1996‐cı illər arasında çəkdi‐
yi  4,997  milyard  dollarlıq  xarici  investisiyanın  3,387  milyard 
dolları (67.8 faizi) özəlləşdirmə yoluyla təmin edilmişdir. 
Stiglitz böyük transmilli şirkətlərin lokal bazarda haqsız rə‐
qabət  yoluyla  yerli  firmaları  əzəcəyini  söyləməkdədir.  Fəqət 
dünyanın toplam ÜDM‐si içərisində KOS‐ların (Kiçik və Orta 
Sahibkarlığın) sahib olduğu paya diqqət yetirdiyimizdə bu na‐
rahatçılığın bir az yersiz olduğu anlaşılır. Vurğulanmalıdır ki, 
böyük şirkətlərin kapital üstünlüyünə qarşın KOS‐ların davra‐
nış üstünlüyü (elastiki istehsal, sıfır inventarla tam zamanında 
istehsal)  mövcuddur.  Yeni  İqtisadiyyatda  KOS‐lar  böyük  şir‐
kətlərdən  daha  aktiv  yer  tuturlar. 1990‐cı  illərin  başından  eti‐
barən texnoloji əsaslı daha çox KOS firma hissələrinin yerləş‐
dirildiyi NASDAQ indeksinin bu qədər yüksəlməsi və önəmli 
hala gəlməsi bunun nəticəsidir. 
Yenə kitabda Stiglitz böyük beynəlxalq bankların onsuz da 
yetərsiz olan yerli kapital ehtiyatlarını New York kimi maliyyə 
mərkəzlərinə aparacağını söyləməkdədir. Lakin inkişaf etmək‐
 
‐ 21 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
də  olan  ölkələrdə  kapitalın  potensial  marjinal  məhsuldarlığı‐
nın yüksək olduğu və bu ölkələrdə yetərsiz müddətli əməliy‐
yat bazarlarının mövcudluğu nəzərə alınarsa, bu bankların əs‐
lində ev sahibi ölkədə investisiya qoyaraq uzun müddətdə da‐
ha qazanclı çıxacaqları düşünülə bilər. Bu isə ölkənin gələcək 
iqtisadi performansına dayalı müsbət gözləmələrdən asılıdır. 
Yazar  yerli  bazardakı  böyük  beynəlxalq  bankların  nəhəng 
beynəlmiləl  və  yerli  böyük  firmalara  rahat  bir  şəkildə  kredit 
verirkən, KOS‐lara kredit vermədə istəksiz davrandığını qeyd 
etməkdədir. Fəqət bu daha çox inkişaf etmiş ölkələrin proble‐
midir. Belə ki, klassik funksiyası kiçik sərmayə yığınlarını top‐
layaraq  real  sektora  kredit  vermə  yolu  ilə  investisiyaları  ma‐
liyyələşdirmək  olan  banklar,  real  sektorda  qazanc  nisbətləri‐
nin düşməsi səbəbindən daha çox ölkə daxili və xarici qiymətli 
kağızlar birjası, qısa müddətli dövlət və özəl sektor borclanma 
bazarı kimi sahələrə  yönəlmişlərdir.  Dolayısilə  bank  və  firma 
sahibliyinin  ayrı‐ayrı  əllərdə  tutulmasının  Qərb  ölkələrində 
gedərək daha da yayğın hala gətirildiyi bir durumda real sek‐
torun (KOS‐lar da daxil) kredit əldə etmə şansı daha da azal‐
maqdadır. Fəqət bank və firma sahibliyinin eyni əldə tutuldu‐
ğu,  müxtəlif  sahələrdə  fəaliyyət  göstərən  firmaların  bir  araya 
gətirildiyi Yaponiyadakı “zaibatsu” ( sonraları “keiretsu”), Cə‐
nubi Koreyadakı “chaebol”, Türkiyədəki “holding” misalların‐
da real sektor firmalarının kredit əldə etmə şansı daha yüksək‐
dir.  Lakin  bu  durum  böhranlara  adətən  dəvətnamə  yazmaq‐
dadır. Çünki bankların qısa müddətli məqsədləri ilə firmaların 
orta  və  uzun  müddətli  maraqları  uyğun  düşməyə  bilər.  Mə‐
sələn, banklar yüksək faiz nisbətlərinə həssasdırlarsa, real sek‐
tor  firmaları  faiz  nisbətlərinin  aşağı  səviyyədə  olmasından 
müsbət təsirlənməkdədirlər. Qeyd edək ki, Cənubi Koreyada‐
kı böhranda bu faktorun da payı vardı. 
 
‐ 22 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Dolayısilə  inkişaf  etməkdə  olan  ölkələr  siyasi  və  iqtisadi 
stabilliyi, yetərli infrastrukturu təmin etdiyi, dövlətin borclan‐
ma ehtiyacını azaltdığı zaman xarici (birbaşa və portfel) inves‐
tisiyanın,  o  cümlədən  beynəlxalq  bankların  zərərini  minimu‐
ma endirmiş olacaqlar. Bütün bunlar yerinə yetirildikdən son‐
ra  da  beynəlxalq  banklar  ev  sahibi  ölkəyə  və  onun  bir  neçə 
yerli  böyük  firmasına  kredit  verməkdənsə  KOS‐lar  da  daxil 
bütün iqtisadi aktyorlara kredit vermə yoluna gedəcəklər. Be‐
ləcə  verilən  kreditlər  geniş  dabana  yayılaraq  dərinlik  əldə 
edərkən bankın kredit riski azalacaq və yuxarıda da qeyd etdi‐
yimiz kimi kapitalın marjinal məhsuldarlığı yüksək və banklar 
üçün yeni investisiya fürsətləri olduğu üçün banklar daha çox 
qazanc  əldə  edəcəklər.  Yəni  qloballaşma  özünü  buna  hazırla‐
mayan  ölkələrə  zərər  vurmaqda,  hazırlıqlı  olanlara  isə  fayda 
verməkdədir. 
Stiglitz liberallaşdırmanın fondların  mənbəyini  çeşidləndi‐
rərək stabilliyi artırdığı düşüncəsinə etiraz etməkdədir. Amma 
Asiya  Böhranı  sırasında  xarici  kommersiya  bankları  milyard‐
larla dollar krediti bölgədən bir neçə gündə geri çəkərkən, bir‐
başa  xarici  investisiyalar  isə  səviyyəsini  qorumuş  və  hətta 
müsbət gözləmələr içində bəzi bölgə ölkələrində artım göstər‐
mişdir.  Başqa  ifadə  ilə  bir  xarici  kapital  mənbəyinin  (qısa 
müddətli investisiyanın) ölkə iqtisadiyyatına vurduğu zərərin 
bir qismi başqa bir xarici kapital mənbəyi ilə (birbaşa xarici in‐
vestisiyalar) balanslaşdırılmışdır. 
Son olaraq qeyd edək ki, günümüzdə yaşanan qloballaşma 
fenomeni  yeni  deyildir.  Dani  Rodrikin  “Qloballaşma  Sərhədi 
Aşdımı” (Globalization Has Gone Too Far) adlı kitabında söy‐
lədiyi  kimi,  19‐cu  əsrin  sonlarında  mal  və  xidmət  ticarətinin 
dünyanın toplam ÜDM‐si içərisindəki payı (xüsusən o zaman‐
kı inkişaf etmiş ölkələr baxımından) indikindən çox idi. Məsə‐
lən, o zamankı ABŞ‐ın xaricə açıqlıq səviyyəsi indikindən da‐
ha yüksək idi. Yenə yeni qitəyə müstəmləkə ölkələrindən gəti‐
 
‐ 23 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə