İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə8/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Mexanikləşmə  və  avtomatlaşdırma  mərhələlərini  əhatə  edən 
ikinci dalğa olan sənaye inqilabı isə, kapitalı ən əhəmiyyətli is‐
tehsal faktoru halına gətirdi. 
1990‐cı illərdə yaşanan üçüncü dalğa isə, istehsal prosesin‐
də bilgini əsas alan informasiya çağını ifadə etməkdədir. Me‐
xanikləşmə  dövrünün  canlı  şahidi  olan  Marx,  kapitalizmin 
yüksək  inkişaf  mərhələsində  firmalar  arasında  ifrat  rəqabət 
olacağını, qazanc hədlərinin düşəcəyini, işçilərin kütləvi şəkil‐
də işdən çıxarılacağını, istehsal artığı yaranacağını və nəhayət, 
son  mərhələdə  inqilabın  gerçəkləşəcəyini  söyləyirdi.  Günü‐
müzdə  bunların  heç  birinin  gerçəkləşmədiyini  gördük.  Bizcə 
Marx  əməyin  keyfiyyətindəki  dəyişikliyi  düzgün  proqnozlaş‐
dıra bilməyib. Əmək artıq bir istehsal faktoru, dolayısı ilə sinif 
olmaqdan  çıxıb.  Çünki  əmək  yaşanan  prosesdə  yekcins  və 
standart olmaqdan çıxaraq bilgi işçisi, idarəçi, bəşəri və sosial 
kapital, fiziki işçi kimi müxtəlif şəkillərə bürünüb. Bilgi işçisi, 
çalışma  saatları  qeyri‐müəyyən,  zehni  istehsaldan  istifadə 
edən  olduqca  keyfiyyətli  bir  əməyi  ehtiva  edir.  İdarəçi,  möv‐
cud qurumlarda yerinə yetiriləcəkləri planlayan, təşkil və ko‐
ordinasiya  edən,  əhəmiyyətli  qərarlar  alan  üst  səviyyəli  işçi‐
dir. Sosial kapital isə, idarəetmə iyerarxiyasının nə qədər yastı 
və üfüqi olduğunu müəyyənləşdirir. Qurumun təşkilati quru‐
luşunun  üfüqi  olması  iyerarxiyanın  aşağı  olduğu  mənasına 
gəlməkdədir.  Bu  da  aşağıdakıların  zəruri  olduğu  zaman  üst‐
dəkiləri atlayaraq bir üst quruma varması deməkdir. Sosial ka‐
pitalın inkişaf etmiş olması, çalışan şəxslərin səsvermə və özü 
ilə əlaqədar qərar alma prosesinə qatıla bilməsi, şəxsi təşəbbü‐
sünü ortaya qoya bilməsi anlamına gəlməkdədir. Çalışanların 
belə bir bölgüyə getməsi sinif şüurunu ayaqda tutan sendika‐
lizmi sahibkarlar qarşısında təsirsiz hala gətirməkdədir. Çünki 
fərqli  keyfiyyətlərə  sahib  işçilərin  ortaq  maraq  və  hərəkət  sa‐
hələri də azalır. Bu baxımdan gələcəyin siniflərinin bilgi isteh‐
 
‐ 32 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
sal edənlərlə istehsal etməyənlər arasında şəkillənəcəyini söy‐
ləyə bilərik. Məsələn, ilk kateqoriyaya informasiya və kommu‐
nikasiya texnologiyaları sahələrindəki təşəbbüskarlarla daima 
özünü yeniləyən, nəzəri araşdırma və tətbiqi inkişaf fəaliyyət‐
lərinə həsr edən, ömür boyu öyrənən işçilər daxil olacaqdır. 
Artıq  formal  təhsilin  çox  da  böyük  əhəmiyyəti  qalmayıb. 
Ömür boyu öyrənmə (learning by living) adlandırılan hadisə, 
qurum  daxili  (çalışaraq  öyrənmə  ‐  learning  by  doing)  və  qu‐
rum xarici təhsili yayğınlaşdırmaqdadır. Yəni dörd illik təhsil 
prosesinin sonunda əldə edilən universitet diplomu iki il son‐
ra heç bir şey ifadə etməməkdədir. Araşdırmalar 1960‐1961‐ci 
illəri əhatə edən iki il ərzində elmin əldə etdiyi yeni icadların o 
zamana qədər (yəni bizə məlum olan ən qədim tarixdən 1960‐
cı ilə qədər) əldə ediləndən iki qat daha artıq olduğunu ortaya 
qoyur. Buna sosial elmlərdə bilgi qatlaması deyilir. 1959‐cu il‐
də  universitetdən  məzun  olan  bir  şəxs  iki  il  sonra  dünyadan 
üç  dəfə  geri  qalacaq.  Eyni  şəkildə,  bir  gündə  istehsal  edilən 
bilgini oxumaq 45 gün zaman almaqdadır. Bu fərqin daha son‐
ra iş yerindəki qurum daxili təhsillə azaldılmasına çalışılır. 
BMT‐nin İnsan İnkişafı İndeksindəki təhsil səviyyəsi Azər‐
baycan kimi ölkələrdəki 11 illik formal təhsili nəzərdə tutma‐
maqdadır.  Çünki  az  inkişaf  etmiş  ölkələrdəki  təhsilli  insan 
qeyri‐məhsuldar,  yəni  bazarın  axtardığı  xüsusiyyətlərə  sahib 
olmayan  ümumi  mədəniyyət  məlumatlarına  yiyələnmiş  işçi‐
dir. 
ABŞ və Meksika iqtisadiyyatlarındakı nominal əmək haqqı 
səviyyələri ilə bağlı aparılan geniş bir tədqiqat iki ölkə arasın‐
dakı əmək haqqı səviyyələrindəki fərqlərin 80 faizinin Meksi‐
kadakı işçilərin məhsuldarlığının aşağı olması (bilik və bacarıq 
səviyyəsinin  aşağı  olması)  və  real  alıcılıq  qabiliyyətlərindəki 
fərqliliklərdən ortaya çıxdığını göstərir. Azərbaycanda bu gün 
bir  işçiyə  hesablanmış  orta  aylıq  əmək  haqqının  miqdarı  77 
dollar kimi yoxsulluq həddinə yaxındır ki, bu da təqribən 950 
 
‐ 33 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
dollara  ekvivalent  bir  illik  gəliri  ifadə  etməkdədir.  İnkişaf  et‐
məkdə  olan  ölkələrdəki  adambaşına  düşən  milli  gəlir  5000 
dolların üstündədir. Aradakı fərqin nə qədərinin Azərbaycan‐
dakı alıcılıq qabiliyyəti ilə açıqlanacağı vacib deyil. Amma re‐
allıq  budur  ki,  həmin  fərqin  böyük  bölümü  yerli  işçimizlə 
dünya  işçisi  arasında  ciddi  məhsuldarlıq  fərqinin  mövcud‐
luğundan ortaya çıxmaqdadır. Bu baxımdan Azərbaycanda ilk 
iş olaraq sürətlə fərdlərin bilik, bacarıq və qabiliyyətinə söykə‐
nən təhsil sisteminə keçməyin zamanı gəlib çatıb. 
Son söz əvəzi: “XXI əsrin cahilləri oxuma‐yazma bilməyən‐
lər deyil, öyrənməyi öyrənməyənlər olacaq.” (Alvin Toffler) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 34 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Qloballaşma bir seçimdirmi?
*
 
Əkbər Eldaroğlu 
 
Qloballaşmaya tək bir tərifin verilməsi çətin olsa da, mütə‐
xəssislər  bunun  “kapitalizmin  yenidən  qurulması  ideologiya‐
sı”  kimi  ortaq  bir  tərifi  üzərində  birləşirlər.  Hələ  1947‐ci  ildə 
Cenevrədə  ticarətin  sərbəstləşməsi  istiqamətində  başlayan 
müzakirələr,  1970‐ci  illərdə  kapital  hərəkətlərinin  sərbəstləş‐
məsini də gündəminə daxil etdi. Bu gün isə artıq dünya miq‐
yasında istehsalın qloballaşma prosesi başlayıb. 
“Microsoft”un qurucusu olan Bill Gatesdən əvvəlki və son‐
rakı dünya tamamilə fərqlidir. Hətta son vaxtlar mütəxəssislər 
tərəfindən  1985‐ci  ilin  yeni  miladi  ili  adlandırılmasına  dair 
təkliflər də səslənir. Artıq bu günün dünyası bir‐birindən coğ‐
rafi  baxımdan  nə  qədər  uzaq  və  kültür  baxımından  nə  qədər 
fərqli olursa olsun, insanları eyni qlobal informasiya mənbələ‐
ri ilə bağlı olan bir dünyadır. 
Şübhəsiz  ki, informasiyanın  yayılma  sürəti  fərqli  ola  bilər. 
Ayrıca  da  avtoritar  rejimlər  buna  müxtəlif  maneələr  və  nəza‐
rətlər gətirməyə təşəbbüs göstərə bilərlər. Lakin, buna cəhd et‐
sələr  belə,  maneələr  sonsuza  qədər  sürməyəcək  və  bu  sədlər 
hər yerdə aşılacaq. Müxtəlif insan qrupları, hansı mədəniyyətə 
mənsub olursa olsunlar, indi başqa insan qruplarının necə ya‐
şadığını, hansı növ malları satın aldığı, istehlakçı olaraq zövq 
və  davranışlarının  necə  dəyişdiyi  haqqında  anında  məlumat 
almaqdadırlar. 
Həmçinin qloballaşma inkişaf etməkdə olan ölkələrdən də 
yan  keçmir.  Sadəcə  2.5  milyonluq  bir  əhаlisi  ilə  heç  bir  təbii 
sərvətə malik olmayan Sinqapur qlobal iqtisadiyyatı dəvət et‐
məsəydi indiki rifaha çata bilməzdi. 
                                                 
*
 7 fevral 2004. 
 
‐ 35 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə