İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə85/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 330 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Kənd təsərrüfatında “bolluq paradoksu”
*
 
Bəhruz Məmmədli 
 
Bu yaxınlarda Dövlət Statistika Komitəsinin sədri ilin 8 ay‐
lıq  yekunlarına  dair  keçirdiyi  mətbuat  konfransında  bu  il  is‐
tehsal  edilən  taxıl  miqdarının  ötən  ilə  görə  20‐25  min  ton  az 
olacağını; pambıq, kartof, tərəvəz və bostan bitkilərinin isə da‐
ha çox olacağını bəyan edib. 
Diqqət edirsinizsə, Azərbaycanda kənd təsərrüfatı məhsul‐
larının istehsalı ildən‐ilə kəskin dalğalanmalarla müşayiət olu‐
nur. Gah artır, gah da azalır. İllik istehsaldakı bu cür dalğalan‐
malar əkinçiləri də çətin vəziyyətə salır. Bəs bu dalğalanmaları 
necə  izah  etmək  mümkündür?  Təbii  ki,  bunun  bir  çox  səbəbi 
var  və  hər  məhsul  ayrılıqda  ələ  alınmalıdır.  Amma  bir  də 
ümumi bir qanunauyğunluq var. 
Bu qanunauyğunluq iqtisadi ədəbiyyatda “bolluq paradok‐
su” teoremi ilə izah olunur. Əkinçilər cari ilin istehsal səviyyə‐
sini  keçmiş  ilin  istehsal  miqdarı  və  qiymətlərinə  baxaraq 
müəyyənləşdirir.  Belə  ki,  əgər  bir  il  əvvəl  kənd  təsərrüfatı 
məhsulunun  tələbinin  təklifindən  yüksək  olması  səbəbindən 
qiyməti də yüksək olubsa, əkinçi cari ildə daha çox torpaq sa‐
həsini  həmin  məhsulun istehsalına  ayıraraq  daha  çox  məhsul 
əldə edir. Cari ildə əldə etdikləri məhsulu bazara götürdükdə 
isə böyük bir ehtimalla xəyal qırıqlığı ilə üzləşir. Ona görə ki, 
hər  kəs  eyni  cür  davrandığından  bazarda  məhsulun  təklifi 
yüksəlir  və  nəticədə  qiyməti  aşağı  düşür.  Beləliklə, əkinçi  zə‐
rər  etmiş  və  ya  umduğundan  çox‐çox  az  qazanmış  olur.  Belə 
hallar, hətta bəzən məhsulların bir qisminin yığılmayaraq tar‐
lalarda çürüməsi ilə nəticələnir. 
                                                 
*
 30 sentyabr 2005. 
 
‐ 331 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Ölkəmizdə  bu  il  pambıq  istehsalının  yüksəlməsi  ötən  ildə 
pambıq  qiymətinin  yüksək  olmasından  qaynaqlanır.  Komitə 
sədrinin bu duruma verdiyi izah çox doğrudur: “Bu il ötən illə 
müqayisədə  30  min  hektar  çox  pambıq  sahəsi  var.  Bu  da  ba‐
zarda pambığın qiymətinin qalxması ilə bağlıdır. Belə ki, 1995‐
2000‐ci  illərdə  dünya  bazarında  pambığın  qiyməti  xeyli  aşağı 
düşdü. Ona görə də pambıq emal edən zavodlar pambığı çox 
ucuz qiymətə alırdılar. Bu səbəbdən də kənd əməkçiləri pam‐
bıq əkməyə maraq göstərmirdilər. Bununla əlaqədar Azərbay‐
canda  pambıq  istehsalı  azalmışdı.  Lakin  son  illər  bazarda 
pambığın qiyməti artdı ki, bu da kənd zəhmətkeşlərinin pam‐
bıq istehsalına marağını artırdı”. Ancaq pambıq istehsalındakı 
bu artım, yetərsiz tələb və bundan qaynaqlanan ucuz qiymət‐
lə, yəni bir “bolluq paradoksu” ilə qarşılaşsa necə olacaq? 
Kənd  təsərrüfatı  zəhmətkeşlərinin  yenə  sıxıntılı  hala  düş‐
məməsi  üçün  hansı  tədbirlər  alına  bilər?  Kənd  təsərrüfatı  ilə 
məşğul  olanları  istehsal  dalğalanmalarından  qorumaq  və  zə‐
rərlərini azaltmaq üçün nə etmək olar? Bunun üçün aşağıdakı 
göstərdiyimiz iki istiqamətdə tədbirlər görülməlidir: 
Birincisi,  asimmetrik  bilginin  önlənməsi  üçün  addımlar 
atılmalıdır.  Asimmetrik  bilgi,  kənd  təsərrüfatı  mallarının  is‐
tehsalı və bazar vəziyyəti ilə əlaqədar məlumatların hər kəs tə‐
rəfindən bərabər səviyyədə bilinməməsi anlamına gəlir. Yəni, 
bəzi qrup və təşkilatlar daha çox bilgiyə (xüsusi ilə cari ilə da‐
ir) malik olduqları halda, böyük əksəriyyət daha az və yetərsiz 
bilgi  ilə  yetinmək  məcburiyyətində  qalır.  Kənd  təsərrüfatı 
məhsulları ilə əlaqədar çox bilgiyə sahib olanlar kənd təsərrü‐
fatı nazirliyi, kənd təsərrüfatı sahəsində hər il ətraflı araşdırma 
aparan  quruluşlardır.  Ancaq  əkinçilər  isə  ən  az  bilgiyə  sahib 
olurlar  və  əllərindəki  bilgilər  cari  ildən  ziyadə  bir  il  öncəsinə 
aid bilgilər olur. Ona görə də, kənd təsərrüfatı sahəsində asim‐
metrik  bilgi  halının  qabağının  alınması  demək,  əkinçiləri  də 
 
‐ 332 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
cari ildə gerçəkləşəcəyi ehtimal olunan tələb və qiymət səviy‐
yəsi ilə əlaqədar bilgi sahibi etməkdir. Bunu üçün də əkinçilə‐
rə  yönəlik  televiziya  proqramları,  jurnal  və  qəzet  yayımları 
daxil  olmaqla  bir  çox  fəaliyyət  birbaşa  nazirlik  və  araşdırma 
quruluşları tərəfindən həyata keçirilməlidir. 
İkincisi,  ölkədə  kənd  təsərrüfatı  məhsulları  birjası  yaradıl‐
malıdır.  Bilirik  ki,  birja  istehsalçılarla  istehlakçıları  biri  araya 
gətirən  bir  qurumdur.  Birja,  məhsulların  qiymətini  və  hansı 
məhsulların nə qədər istehsal edilməsi gərəkliliyini müəyyən‐
ləşdirir.  Kənd  təsərrüfatı məhsulları  birjasının  yaradılmasının 
iki əhəmiyyətli yararı daha var. Kənd təsərrüfatı malları xüsu‐
siyyətləri etibarı ilə dayanıqsız, yəni tez xarab olan mallardır. 
Birjanın  inkişaf  etməsi  ilə  bu  mallar  çürüməkdən  qurtulacaq. 
İkincisi,  birjalar  opsiyonlu  satış  sözləşmələrinin  imzalanması‐
na şərait yaradacaqdır ki, bu da kənd təsərrüfatı istehsalçısının 
öz məhsulunu yetişməmişdən bir neçə ay əvvəl satmasına im‐
kan verəcək. Beləcə də, aqrar sahədəki qeyri müəyyənlik halı 
böyük ölçüdə aradan qalxmış olacaq, yəni “zərərli” dalğalan‐
malar azalacaqdır. 
Asimmetrik bilginin önlənməsi və taxıl birjası, pambıq bir‐
jası  kimi  kənd  təsərrüfatı  məhsulları  birjasının  yaradılması 
“bolluq  paradoksu”  effektini  azaldaraq  fermerlərin,  kənd  tə‐
sərrüfatı zəhmətkeşlərinin zərər görməməsinə səbəb olar. On‐
ların  sabah  qarşılaşacaqları  bazar  şərtlərindən  birja  bilgisi  və 
birja alətləri vasitəsi ilə özlərini qoruya bilmələrinə imkan ya‐
radar. 
 
 
 
 
 
 
 
 
‐ 333 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə