İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə87/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Biz Qərbə çata bilərikmi?
*
 
Əkbər Eldaroğlu 
 
“İslam ölkələri niyə geri qalır?” sualına tarixi baxışdan doğan 
nəticələr 
İqtisadçı  həmkarım  Bəhruz  Məmmədlinin  bir  yazısı  dərc 
olundu və bildiyim qədər müəyyən çevrələrdə geniş müzaki‐
rələr yaratdı. Yazı belə adlanırdı: İslam ölkələri niyə inkişaf et‐
mədi?  Yazıda  problemə  Malayziya  baş  nazirinin  baxışlarına 
dayanaraq  cavab  verilirdi.  Sual  başqa  bir  şəkildə  və tarixi  as‐
pektə  qoyula  bilər:  Bu  gün  inkişaf  etmiş  demokratik  ölkələr 
arasında niyə bir İslam ölkəsinə rast gəlinmir? 
İslam ölkələrində kiçik bir qrupun lüks şəraitdə yaşaması‐
na  baxmayaraq  əhalinin  böyük  əksəriyyətinin  səfalət  içərisin‐
də yaşaması bu ölkələrin öz tarixləri ilə bağlıdır. Əslində, tari‐
xi və ictimai prosesləri tək bir hadisəyə görə izah etmək elmi 
cəhətdən məqbul hesab edilmir. Lakin tarixə keçmişdəki siya‐
sət,  siyasətə  isə  bugünkü  tarix  gözü  ilə baxıldığına  görə  yenə 
də tarixə qısa bir ekskursiya etmək zərurəti yaranır. Çünki İs‐
lam  ölkələrinin  geri  qalmasının  əsas  səbəbi  də  məhz  tarixin 
daha dərin qatlarında yer almaqdadır. 
Sənaye inqilabı 18‐ci əsrin ortalarında Qərbdə baş versə də, 
Əkinçilik  İnqilabı  miladdan  təqribən  8  min  əvvəl  Şərqdə  baş 
vermişdir. Ona görə də əkinçilik və heyvandarlıq şərqli cəmiy‐
yətlərin  ilkin  məşğuliyyət  növü  sayılırdı.  Əkinçiliyin  inkişafı 
şərq ölkələrinin hidrolik və ya suvarma sisteminə dayanan cə‐
miyyətlərə  çevirdi.  Suvarma  sisteminə  nəzarət  mərkəzi  döv‐
lətin inhisarında idi, bu da mərkəzi dövlətin güclənməsinə sə‐
bəb olurdu. Mərkəzi dövlətin güclənməsi isə özəl sektorun in‐
kişafını  əngəlləyirdi.  Özəl  sektor  güclənə  bilmədiyinə  görə 
                                                 
*
 9 avqust 2005. 
 
‐ 339 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
özəl  mülkiyyət  də  inkişaf  edə  bilmədi  (Marks  ‐  Asiya  tipi  is‐
tehsal  modeli).  Mülkiyyət  anlayışının  inkişaf  edə  bilməməsi‐
nin nəticəsi olaraq şüurlu, qərarlı və davamlı bir azadlıq mü‐
barizəsi meydana çıxmadı. Buna görə də nə azadlığın təminat‐
çısı olan bir hüquq sistemi formalaşdı (Hegel), nə də plüralist 
bir sivil cəmiyyət. 
Təkçilik,  mütləqiyyət  hər  şeyə  hegemon  oldu:  tək  mülkiy‐
yət  (dövlət  mülkiyyəti),  tək  mənafe  (idarə  edən  təbəqəni  mə‐
nafeyi), tək fikir (kişinin hegemonluğu və qadının arxa planda 
qalması). Din də bu strukturu dəstəkləyəcək şəkildə izah olun‐
du və inkişaf etdirildi. O da dönüb bu ictimai strukturu daha 
da möhkəmlətdi. 
Qərbin son 200 ildə şərqə nüfuz etməsi ilə yuxarıdan başla‐
nan modernləşmə hərəkatı hər bir şərq ölkəsində fərqli model‐
lər  ortaya  çıxardı.  Hansı  ki,  qərbdə  modernləşmə  kənardan 
olan təzyiqlə deyil, aşağıdan gələn hərəkatla, yəni sosial dina‐
mizmin nəticəsi kimi təzahür etmişdir. 
Qərblə Şərq arasındakı uçurum Sənaye inqilabından sonra 
daha da dərinləşdi. Çünki 18‐ci əsrdən bəri elm, sənət, mədə‐
niyyət, ordu, səhiyyə və s. hamısı gücünü iqtisadiyyatdan alır‐
lar. Ayrıca da İngiltərənin inkişaf baxımından İspaniyanı geri‐
də qoyması İngiltərənin daha çox demokratikləşməsi ilə bağlı 
oldu.  Qərbdəki  plüralizmə  dayanan  demokratik  sistemi  güc‐
ləndirən  iqtisadiyyatdakı  inkişaf,  yəni  mal  və  xidmət  istehsa‐
lındakı artım olmuşdur. Buna görə də dünyanın inkişaf etmiş 
ölkələri  məhz  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələr  hesab 
edilir.  Amerikanı  dünyanın  super  güc  dövlətinə  çevirən  də 
məhz dünyadakı mal və xidmət istehsalının 25 faizinin (10 tril‐
yon dollar) bu ölkənin payına düşməsidir. 
Artıq yeni dünya düzəni gücünü siyasətdən deyil, iqtisadi 
mexanizmlərdən  alan  bir  anlayışdır.  İndi  dünyada  daha  çox 
nüfuz  sahibi  olmaq,  dünyaya  verilə  biləcək  xammal  (neft  və 
 
‐ 340 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
təbii qaz) ilə deyil, müasir texnologiya ilə bağlıdır. Əhalisi ha‐
radasa Azərbaycanla eyni olan Finlandiya sadəcə “Nokia” te‐
lefonunun ixracatı ilə 300 milyonluq İslam ölkələrinin neft is‐
tisna olmaqla toplam ixracatından daha çox gəlir əldə etmək‐
dədir. Bunun da əsas səbəbi Finlandiyanın avtoritar İslam öl‐
kələrindən fərqli olaraq demokratiya və bazar iqtisadiyyatı ilə 
idarə olunmasıdır. 
Bu gün bizim də bir şərq ölkəsi kimi geridə qalmağımızın 
başlıca səbəbi iqtisadi inkişafa sağlam modellər axtarmaq yeri‐
nə, bir tərəfdən hələ də şərqli imiş kimi cəmiyyəti “mentalite‐
tə” çəkməyə, başqa tərəfdən də sanki bir anda istehlak qəliblə‐
rimizi dəyişdirməklə qərbli ola biləcəyik kimi cəmiyyəti “Av‐
ropalılaşdırmağa”  çalışmağımızdır.  Bunlar  yanlış  axtarış  və 
çabalardır.  Çünki  çıxış  yolu  cəmiyyətdəki  iqtisadi  və  siyasi 
azadlıqların  artırılmasından  və  aşağıdan  gələn  təşəbbüskarlı‐
ğın  önünün  açılmasından  keçir.  Biz  Qərbə  bu  yolla  çata  bilə‐
rik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 341 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 342 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə