İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə88/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   85   86   87   88   89   90   91   92   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Kim? Kimin üçün?
*
 
Əkbər Eldaroğlu 
 
İqtisad  elmində  məhdud  ehtiyatların  səmərəli  istifadəsinə 
yaxından  nəzər  saldığımız  zaman,  bütün  cəmiyyətlərin  üç 
əsas  suala  cavab  axtarmaq  məcburiyyətində  qaldığını  görü‐
rük.  Birincisi,  kim  tərəfindən  hansı  mal  və  xidmətlərin  hansı 
miqdarda istehsal edilməsidir. İkincisi, bu mal və xidmətlərin 
hansı  metodlarla  istehsal  ediləcəyidir.  Üçüncüsü  isə,  istehsal 
edilən mal və xidmətlərin kimlər arasında necə paylaşmasıdır. 
Bu üç klassik suala cavab axtaran iqtisadi sistemlər əsasən 
sərbəst  bazar  və  inzibati‐amirlik  sistemi  arasında  fəaliyyət 
göstərirlər.  Əsasən  keçmiş  sosialist  ölkələrində  tətbiq  olunan 
inzibati‐amirlik  sistemində  insan  ehtiyaclarının  qarşılanması 
üçün  məhdud  ehtiyatların  istifadə  edilməsinə  mərkəzi  dövlət 
qərar verirdi. Sərbəst bazar iqtisadiyyatında isə məhdud ehti‐
yatların  optimal  paylaşmasını  bazar  mexanizminin  özü  tən‐
zimləyir.  Bu model  məhdud  ehtiyatlardan  daha  səmərəli  isti‐
fadəni təmin etməkdədir. 
70  il  inzibati‐amirlik  sistemi  ilə  idarə  olunan  ölkəmizdə, 
sərbəst  bazar  sistemi  vəhşi  bazar  etiqadı  kimi  qəbul  edilirdi. 
Müstəqillikdən  sonra  isə  bazar  modeli  iqtisadi  inkişafı  təmin 
edəcək tək çarə kimi görülməyə başladı. Lakin bu günə qədər 
çağdaş  bir  kapitalist  ölkə olmaq  üçün zəruri  islahatlar  aparıl‐
madı. Bu gün ölkədə bazar modeli olma yolunda böyük əngəl‐
lər  mövcuddur  ki,  bunların  da  başında  iqtisadiyyata  yersiz 
dövlət  müdaxilələri  durur.  Dünya  Bankının  son  hesabatında 
155 ölkə arasında 98‐ci sırada dayanmağımız da əsasən nə ka‐
pitalist, nə də sosialist sistemini tam mənada mənimsəmədiyi‐
miz,  yəni  sistemsizliyimiz  ilə  bağlıdır.  Azərbaycan  bu  gün 
                                                 
*
 6 oktyabr 2005. 
 
‐ 343 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Qərbə doğru üzən bir gəmiyə bənzəsə də, gəminin içərisində‐
ki bəzi məmurlar şərqə doğru avar çəkir. Ona görə də gəmi nə 
Qərbə, nə də şərqə doğru gedə bilir. 
1980‐ci ildən bəri inkişaf etmiş ölkələr bazar modelini güc‐
ləndirərək dövlətin iqtisadi həyata yersiz müdaxilələrini məh‐
dudlaşdırırlar.  Bu  gün  dünyada  ən  çox  inkişaf  etmiş  ölkələr 
iqtisadi azadlıqları ən çox təmin edən və iqtisadi həyata ən az 
müdaxilə edən ölkələrdir. Azərbaycan qədər təbii sərvətə ma‐
lik  olmayan  İsveçdə  rifah səviyyəsinin bizdən  qat‐qat  yüksək 
olmasının səbəbi də məhz bizdən fərqli olaraq bazar iqtisadiy‐
yatı  yolu  ilə  inkişaf  etməsindədir.  Bazar  iqtisadiyyatını  azad 
təşəbbüskarlıq ruhu olan insanlar qururlar. Bu sistemdə məh‐
dud ehtiyatlardan səmərəli istifadə edənlər sərvətlərini artırır, 
rasional  davranmayanlar  isə  azad  rəqabətdə  sıradan  çıxırlar. 
Dövlətin  burada  əsas  vəzifəsi  isə  imtiyazlı  sahibkarlar  yarat‐
maq deyil, tərəfsiz bir arbitr rolunu oynamaqdır. 
Dövlət  bir  ölkədə  iqtisadi  azadlıqları  məhdudlaşdırıb  bü‐
töv  iqtisadi  həyatı  nəzarət  altına  almağa  başladığı  zaman, 
müxtəlif qrupların və fərdlərin cəmiyyət həyatında layiq oldu‐
ğu ictimai mövqe və status məsələsi, istər‐istəməz ən mühüm 
siyasi  məsələ  halına  gələcəkdir.  Bu  ölkədə  hər  bir  iqtisadi  və 
ya ictimai məsələ, eyni zamanda siyasi bir mahiyyət alacaqdır. 
İnsanlara nə bəxş ediləcəyini, onlara hansı statusun veriləcəyi‐
ni dövlət müəyyən etdiyinə görə, hər kəs dövlət idarəsində iş‐
tirak etməyə can atmaqda fayda görəcəkdir. Məhz buna görə‐
dir ki, ölkədə parlament uğrunda amansız bir mübarizəyə şa‐
hidlik etməkdəyik. 
Məşhur  “Kim?  Kimin  üçün?”  sualını  ilk  dəfə  sovet  haki‐
miyyətinin  başlanğıc  illərində  Lenin  ortaya  atmışdı.  Kim  ki‐
min üçün planlar hazırlayacaq, kim kimin üçün mal və xidmət 
istehsal  edəcək,  kim  insanların  cəmiyyətdəki  yeri  və  statusu 
haqqında  qərar  qəbul  edəcək,  kimlər  başqaları  tərəfindən 
 
‐ 344 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
onun  haqqında  qəbul  edilən  qərarlarla  razılaşacaq?  Bütün  bu 
suallara siyasi hakimiyyətin başında duranlar tək başlarına qə‐
rar verəcəkdilər. 
Belə  rejimlərdə  insanın  hansı  zamanda  nəyə  sahib  ola  bil‐
məsi hakimiyyətin iradəsinə bağlı olduğuna görə, hakimiyyə‐
tin  iradəsi  bəzi  insanları  qazana  biləcəkləri  hər  şeydən  də 
məhrum edə bilir. Sərbəst bazar iqtisadiyyatı isə siyasi və dini 
dünya görüşündən asılı olmadan hər kəsin qanunun qadağan 
etmədiyi  istənilən  sahibkarlıq  növü  ilə  məşğul  ola  bildiyi  və 
mülkiyyətin  də  hüquq  tərəfindən  təminat  altına  alındığı  bir 
sistemidir.  Sərbəst  bazar  modeli  ilə  inzibati‐amirlik  sistemi 
arasında  fərq  də  məhz  burada  yatmaqdadır.  Bütün  bunlara 
görə  də  Azərbaycan  üçün  tək  yol  bazar  iqtisadiyyatını  onun 
hüquq  və  mədəniyyəti  ilə  birlikdə  formalaşdırmaqdır.  Çünki 
“Kim? Kimin üçün?” sualını bazar modeli daha ədalətli şəkil‐
də cavablandırır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 345 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 346 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə