İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə89/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   85   86   87   88   89   90   91   92   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Bürokratik dövlətdən 
rifah dövlətinə doğru
*
 
Əkbər Eldaroğlu 
 
Aristotelə  görə  dövlət  səlahiyyətlərin  bütün  ünsürlərini 
əlində  cəmləşdirən  və  sadəcə  yaşamaq  üçün  deyil,  həm  də 
yaxşı yaşamaq üçün daha üst səviyyədə strukturlaşmış bir təş‐
kilatdır.  Əgər  bir  ölkədə  “rifah  dövləti”  anlayışı  hakimdirsə, 
burada  dövlət  vergiləri  ilə  bəsləndiyi  xalqına  xidmət  göstər‐
mək üçün mövcuddur. 
Bizim  “rifah  dövləti”  qura  bilməməyimizin  əsas  səbəbi 
“xalqın  vergiləri  ilə  bəslənən  dövlət  modeli”  ortaya  qoya  bil‐
məməyimizdir. Dövlət büdcəmizdə birbaşa və dolaylı şəkildə 
neftin payı yüksək olduğundan “neft ilə bəslənən dövlət mo‐
deli” yaratmışıq. 
Rifah dövləti ilə bürokratik dövlət arasındakı fərqin əsasını 
cəmiyyətlərin inkişaf səviyyəsi müəyyən edir. Dünya bir tərəf‐
dən  yeni  texnologiyaların  sayəsində  yeniləşir,  özgürləşir  və 
bütünləşirkən, bir tərəfdən də Haiti, Çad və başqa geridə qal‐
mış ölkələr də daxil olmaqla qlobal inkişafdan kənarda qalma‐
ğın sıxıntılarını yaşayır. 
Avropa ölkələri vətəndaşlarını daha da özgürləşdirir. Çün‐
ki,  oradakı  dəyişiklik  burjuaziyanın  öncüllüyündə  baş  verir. 
Burjuaziya həm zənginləşir, həm də zənginləşdirir. Ayrıca da 
orada  sosial  strukturun  və  münasibətlərin  əsasını  “bilgi  cə‐
miyyəti”  anlayışı  təşkil  edir.  Bizdə isə  sosial  təbəqələr  inkişaf 
etmədiyinə  görə  bürokratik  hegemonluq  hökm  sürür.  Bürok‐
ratiya isə hər zaman zənginləşdiyi halda, cəmiyyət bu zəngin‐
likdən yetəri qədər pay ala bilmir. 
                                                 
*
 15 aprel 2005. 
 
‐ 347 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Yer kürəsində “sənaye çağı” çoxdan başa çatdı. Bürokratik 
hakimiyyətin  yerini  burjua  hegemonluğu  alıb.  Elə  bu  səbəb‐
dən müasir çağda ən effektiv dövlət, iqtisadi həyata ən az mü‐
daxilə edən dövlət hesab olunur. 
Bunu  ABŞ‐ın  təcrübəsində  də  görmək  mümkündür.  1999‐
cu ildə ABŞ Başqanı B. Clinton 54 yaşında 8 il oturduğu qoltu‐
ğu 43‐cü başqana dövr edərkən etdiyi çıxışında bir sıra iqtisadi 
göstəriciləri sıraladı. Adam başına gəlir 12 min dolar artmışdı, 
22 milyon insana yeni iş yeri yaradılmışdı. İnflyasiya 2 faizlərə 
qədər  düşmüş,  29  il  açıq  verən  büdcə  230  milyon  dolar  artıq 
vermişdi.  Bu  inkişaf  “Hər  bir  Amerikalının  tələbatlarının 
ödənməsi  üçün  zəruri  vasitələrin  və  şərtlərin  yaradılmasına 
yönəlik idi.” 
Robert A. Mundell dünyanın tanınmış Amerikalı iqtisadçı‐
larındandır.  Nobel  iqtisad  mükafatının  sahibidir.  Ona  görə 
“Clinton heç bir şey etmədiyi üçün bu nailiyyətə imza atmışdı. 
İqtisadiyyat  1982‐ci  ildə  Başqan  Reagan  dövrü  ilə  birlikdə  öz 
xəttinə oturdu. 
O zamandan bəri, 18 ildə tam 38 milyon yeni iş yaradıldı. 
Clinton  isə  öz  xəttində  gedən  bir  inkişafa  müdaxilə  etməmə 
ağıllılığını göstərdi, o qədər. Şəffaflıq təmin edildiyinə görə ar‐
tıq bu gün Amerikada hər 100 nəfərdən 70‐i səhm sahibidir.” 
Bir ölkənin inkişafı, dövlətin iqtisadi həyata ifrat müdaxilə‐
si ilə tərs mütənasibdir. Uzun illərdən bəri ifrat dövlət müda‐
xiləsinə,  bürokratik  hegemonluğa,  totalitar  düşüncə  və  kor‐
rupsiyalaşmış idarəetmə sisteminə sahib olan Sovetlər Birliyi‐
nin  1990‐cı  illərdə  necə  tənəzzülə  uğradığını  bütün  dünya 
zövqlə seyr etmişdi. Ayrıca da sərbəst bazar iqtisadiyyatını 70 
il vəhşi bir bazar etiqadı olaraq tərif edən dövlət bürokratiyası, 
sonra bunu dövlət kürsüsündən xəstəliyi sağaldacaq çarə kimi 
təbliğ  etməyə  başladı.  Bu  da  dünyanın  inkişafından  geridə 
qalmağın  acı paradokslarından  biri  idi.  Amma  təəssüf ki,  bu‐
 
‐ 348 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
nu da praktik həyata tətbiq etmək və nəticədə Avropa Birliyi‐
nə üzv olmaq sadəcə Baltik respublikalarına nəsib oldu. Avro‐
pa Birliyi demək demokratiya və sərbəst bazar iqtisadiyyatına 
əsaslanan, “Rifah Dövləti” anlayışının hakim olduğu cəmiyyət 
deməkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 349 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 350 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Dünya yenidən yaranır?
*
 
Əkbər Eldaroğlu 
 
İnsanlıq  tarixi  aşağıdakı  mərhələləri  keçərək  bugünkü  sə‐
viyyəyə gəldi. Təqribən miladdan 8 min əvvəl Şərqdə əkinçilik 
inqilabı baş verdi. O dövrdə hər kəs həyatını torpaqdan qaza‐
nırdı. Torpaq həm də zənginliyin əsas mənbəyi kimi çıxış edir‐
di. Lakin dünyada adambaşına düşən yararlı torpaq sahəsinin 
1980‐ci illərdən etibarən 7 faiz azalması torpağın da keçmişdə 
olduğu kimi səmərə vermədiyini göstərir. 
Ardından Avropa sənaye inqilabına imza atdı. 1750‐ci illər‐
dən sonra Qərbi Avropa əl əməyindən fabrik istehsalına keçdi. 
Torpağın yerini fabriklər aldı. İnsanlar qol gücünü sataraq hə‐
yatlarını sürdürməyə başladılar. İqtisadi artımda torpağın ye‐
rini  kapital  almağa  başladı.  Tarladan  fabrikə  keçid  insanların 
qarderobunu da dəyişdirdi. Bu eyni zamanda milli dövlətlərin 
də ortaya çıxmasını şərtləndirirdi. 
Sənaye inqilabından əvvəl Avropa nə sənayedə nə də elm 
və  texnologiyada  Şərqdən irəlidə  deyildi.  Hətta  o  zaman  Şər‐
qin ən böyük dövlətlərindən biri olan Osmanlı imperatorluğu‐
nun  bir  çox  sahələrdə  daha  üstün  olduğunu  göstərən  dəlillər 
də mövcuddur. Lakin Avropada baş verən dəyişikliyə laqeyd 
münasibətin əvəzini Anadolu türkləri imperatorluğun süqutu 
ilə ödədi. 
Bu  gün  isə  torpaq  kimi  fabriklərin  dövrü  də  geridə  qaldı. 
1970‐ci illərdən sonra dünya yeni bir çağa yelkən açıb ki, buna 
da bilgi cağı deyilir. Bilgi cəmiyyəti ilə yeni bir çağa daxil olan 
insanlıq  sənaye  inqilabının  yaratdığından  daha  böyük  bir 
“Kvant sıçraması” yaşamışdır. 
                                                 
*
 12 dekabr 2004. 
 
‐ 351 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə