İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə9/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Aqrar  sektorun  və  fermerçiliyin  olmamasına  baxmayaraq, 
Sinqapurlular Yaponlardan çox daha ucuz və keyfiyyətli kənd 
təsərrüfatı  məhsulları  istehlak  edirlər.  Eyni  şey  Sinqapurda 
çox daha ucuz olan inşaat materialları üçün də kеçərlidir. Ay‐
rıca, əhalisi bizimlə haradasa eyni olan İrlandiya son on il ər‐
zində ölkəyə 157 milyard dollar xarici kapital cəlb etməyi ba‐
carıb ki, bu da ölkənin sürətli inkişafını təmin etmişdir. 
İqtisadi sərhədlərin getdikcə ortadan qalxdığı bir dünyada, 
milli  dövlətlərin  iqtisadi  həyata  himayəçi  (proteksionist)  və 
keyfi müdaxilələri iqtisadi baxımdan bir məna kəsb etməkdə‐
dirmi?  Bunun  üçün  dünyada  4  fərqli  faktordakı  dəyişmələri 
incələmək gərəkir: 
Birincisi, inkişaf etmiş ölkələrin kapital bazarında investisi‐
ya  üçün  ifrat  miqdarda  kapital  ehtiyatları  mövcuddur.  Məsə‐
lən, Yaponiya 10 trilyon dollarlıq bir kapital ehtiyatına malik‐
dir.  Əsas  məsələ  bu  kapitalın  olduğu  ölkələrdə  yetərincə  in‐
vestisiya fürsətinin olmamasıdır. Ona görə də bunu  başqa öl‐
kələrdə  dəyərləndirmək  üçün  müxtəlif  mexanizmlər  ortaya 
atılır.  Harada  olursunuzsa  olun,  əgər  cəlbedici  fürsətləriniz 
varsa kapital sizə də göz atacaqdır. 
İkincisi,  sənayelərin  on  il  öncəsi  ilə  müqayisədə  daha  da 
qlobal  hala  gəlməsidir.  Bu  gün  Amerika  və  Avropa  şirkətləri 
Çin  və  Hindistana  öz  gələcəklərini  orada  gördüklərinə  görə 
getməkdədirlər. Hissələrinin 80 faizi idxala dayanan bir ame‐
rikan məhsulunun sadəcə bu ölkəyə mənsub olması da müba‐
hisəlidir. 
Üçüncüsü,  inkişaf  edən  informasiya  texnologiyası  firma‐
nın, hər ölkədə ayrı bir müəssisə qurmadan, dünyanın istəni‐
lən yerində işlərini yürüdə bilməsini təmin edir. 
Dördüncüsü  isə  istehlakçıların  zövq  və  davranışlarının  da 
qlobal hala gəlməsidir. Milli hökumətlərin yerli malların satın 
alınmasıyla bağlı çağırışları da daha diqqətə alınmır və isteh‐
 
‐ 36 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
lakçılar getdikcə haradan gəlirsə gəlsin daha keyfiyyətli, eyni 
zamanda ucuz mal və xidmət tələb edirlər. 
İndi  demək  olar  ki,  çağa  gedən  tək  yol  var.  Bu  da  müasir 
çağın tələblərinə uyğun, dünyadakı dəyişməyə açıq olmaq və 
ondan  faydalanmaqdır.  Bir  ölkə  nə  qədər  özgürləşərsə  bir  o 
qədər  də  zənginləşər,  nə  qədər  zənginləşərsə  bir  o  qədər  də 
demokratikləşər.  Beləliklə  də  dünya  özgürləşir,  zənginləşir, 
demokratikləşir  və  bütövləşir.  Hətta,  məhsuldarlığı  artırmaq 
üçün dünya həbsxanaların özəlləşməsinə də start verib. Artıq 
demək olar ki, həbsxana şirkətləri Amerikada ən rentabelli şir‐
kətlər sırasındadır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 37 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 38 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Qloballaşma və Azərbaycan
*
 
Natiq Sabiroğlu 
 
Bir  vaxtlar  məşhur  Şotlandiyalı  iqtisadçı  Adam  Smithin 
söylədiyi  ʺLaisses  faire,  laisses  passerʺ  (imkan  verin  etsinlər, 
imkan  verin  keçsinlər)  zəmanəmizdə  özəlləşdirmə  və  liberal‐
laşma  fenomenlərini  təmsil  edir.  Bu  iki  fenomen  birlikdə  ələ 
alındıqda qloballaşmanın nəhəng boyutu daha yaxşı başa dü‐
şülür.  Qloballaşma  özünü  əsasən  üç  sahədə  göstərir:  iqtisadi, 
siyasi və mədəni. 
Qloballaşmanın siyasi boyutu beynəlxalq siyasi və iqtisadi 
birlik formasiyalarıdır. Bu prosesdə, başda qərar almaq olmaq 
üzrə,  bəzi  təməl  milli  hegemonluqlar  Beynəlxalq  Amnistiya 
Təşkilatı, Beynəlxalq Şəffaflıq Təşkilatı, Avropa İnsan Haqları 
Məhkəməsi,  İnsan  Haqları  İzləmə  Komitəsi  və  s.  kimi  trans‐
milli, Avropa Birliyi, NAFTA, BMT kimi beynəlxalq qurumla‐
ra  transfer  edilməkdədir.  Yəni  iqtisadi,  siyasi,  sosial,  mədəni 
və s. sahələrdə səlahiyyətlər əlaqədar qurumların məsuliyyəti‐
nə buraxılmaqdadır. Bu proses daha çox məşhur futurist Peter 
Drackerin “lokallaşma, regionallaşma və qloballaşma” mərhə‐
lələrini keçərək meydana gəlir. 
Qloballaşmanın  mədəni  boyutu  universal  ictimai  norma‐
ların  lokallaşmasıdır.  Yəni,  liberal‐demokratik  dəyərlər  artıq 
millətlərin rutin praktikaları halına gəlməkdədir. 
Qloballaşmanın üçüncü və bizcə ən önəmli boyutu iqtisadi 
sahədə  özünü  göstərməkdədir.  Bu  boyutun  qlobal  arenadakı 
aktyorları  beynəlxalq  (çoxmillətli‐international)  və  transmilli 
(millətüstü‐transnational)  firmalardır.  İqtisadi  boyut  üç  mər‐
hələlidir: 
                                                 
*
 20 fevral 2004. 
 
‐ 39 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
‐  Mal  və  xidmətlərin  sərbəst  hərəkəti  (beynəlxalq  ticarətin 
sərbəstləşdirilməsi); 
‐ Sərmayə hərəkətlərinin derequlyasiyası; 
‐ Əməyin sərbəst hərəkəti (mobilitəsi). 
Qloballaşmanın  milli  dövlətlər  üzərindəki  təsirini  araşdır‐
maq üçün üç ölçüdən istifadə edilir: Ölkənin xaricə açılma nis‐
bəti (ixracat + idxalat/ÜDM), xarici risklərə məruz qalma meyli 
(xarici  ticarət  səviyyələrinin  qeyri‐müəyyənlik  səviyyəsi,  yəni 
alqı‐satqısı gerçəkləşdirilən malların miqdar və qiymətlərində‐
ki qeyri‐müəyyənlik) və dövlət xərcləri (sosial təminat xərcləri 
və  cari  dövlət  xərcləri).  ABŞ‐ın  Harvard  Universitetinin  iqti‐
sadçı professoru Dani Rodrik “Qloballaşma Sərhədi Aşdımı?” 
(Has  Qlobalization  Gone  Too  Far?)  adlı  kitabındakı  ampirik 
araşdırmaları  nəticəsində  xarici  risk  nəzarət  altına  alınmadan 
xaricə  açılma  nisbəti  artarsa  dövlətin  iqtisadiyyatdakı  çəkisi‐
nin də artacağını müşahidə etmişdir. 
Yuxarıdakı  məlumatlar  işığında  Azərbaycanı  dəyərləndir‐
məkdə fayda var. 
Azərbaycanın  ÜDM‐si  7,17  milyard  dollardır  (2003‐cü  il). 
2003‐cü  ilin  yanvar‐noyabr  aylarında  ixracatın  həcmi  2,163 
milyard dollar, idxalat isə 2,316 milyard dollar olmuşdur. Bu‐
na görə, ölkənin xaricə açılma nisbəti 62,5 faizdir. Göründüyü 
kimi,  son  on  bir  ayın  xarici  ticarət  rəqəmləri  ölkənin  xaricə 
açılma  nisbətinin  kifayət  qədər  yüksək  olduğunu  göstərmək‐
dədir.  Xatırladaq  ki,  buraya  xarici  investisiyalar  toplamı  (bir‐
başa və dolaylı) daxil deyildir. Qeyd edək ki, xaricə açılma nis‐
bətini  müəyyənləşdirən  başqa  bir  amil  də,  xarici  ticarət  əmə‐
liyyatlarını  reallaşdırmadakı  asanlıq  dərəcəsidir.  Azərbaycan‐
da  isə,  neft  sektoru  xaric  bu  olduqca  çətin  və  qalmaqallı  pro‐
seduralara tabedir. 
Dövlətin iqtisadiyyatdakı çəkisi 30 faizdir. Bu rəqəm, kiçik 
görünsə  də,  bizcə  dövlətin  iqtisadiyyatdakı  ağırlığını  müəy‐
 
‐ 40 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə