İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə90/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   85   86   87   88   89   90   91   92   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Artıq  nəhəng  fabriklərin,  zavodların  yerini  qutu  boyda 
kompüterlər  alınca,  milli  dövlətlər  də  ciddi  dəyişikliyə  daxil 
olur və millət üstü təşkilatlanmaya (Avropa Birliyi kimi) doğ‐
ru addımlayırlar. Lakin hər çağın öz ruhu vardır. Bilgi çağının 
da  ruhu  sürətə  dayanır.  Məsələn,  1865‐ci  ildə  ABŞ  başqanı 
Linkolnin  ölümü  İngiltərədə  12  gün  sonra  duyulmuşdu.  Bu 
gün isə informasiyanın saniyələrlə ölçüldüyü bir dünyada ya‐
şayırıq. 
“Microsoft”un apardığı bir analizə görə əgər avtomobil və 
fəza  texnologiyası  kompüter  və  bilgi  texnologiyaları  ilə  eyni 
sürətlə inkişaf etsəydi; yeni bir avtomobili 2 dollara ala biləcək 
və  haradasa 1  litr  benzinlə  600  mil  gedə  biləcəkdik.  Bir  pizza 
qiymətinə isə bir Boeng 747 təyyarəsi satın alına bilərdi. 
Dünyadakı  transformasiyaya  İsveçdən  örnək  versək  “Vol‐
vo”  dünənin,  “Ericsson”  isə  bu  günün  şirkətidir.  “Volvo”  bir 
zaman sonra orada qala bilməyəcək, istehsalı başqa bir Azər‐
baycan  kimi  inkişaf  etməkdə  olan  ölkəyə  buraxılacaq.  “Erics‐
son” isə yeni çağın məhsulu kimi orada hələ bir müddət qal‐
maq  imkanına  sahibdir.  Necə  ki,  qumdan  kompüter  cipləri 
(chip)  istehsal  etməyi  bacaran  cəmiyyətlər,  beynəlxalq  əmək 
bölgüsündə qumdan şüşə istehsal etməyi ciplərini satmaq istə‐
dikləri bir alt qrupdakı cəmiyyətlərə buraxırlar. Amma bunun 
fərqinə varan və beyin gücü kapitalına yatırım yapan alt qrup‐
dakı cəmiyyətlər üst qrupa sıçrama imkanına yiyələnirlər. 
XXI əsrdə yalnız beyin gücü kapitalına investisiya qoyanla‐
rın rəqabət edə biləcəyi düşünülməkdədir. Azərbaycan isə hə‐
lə  də  zənginliyi  dünyada  ömrünü  başa  vurmuş  sənaye  sahə‐
lərində (neft və mədənçilikdə) axtarır. Çünki bura dünyadakı 
iqtisadi rasionallığı inkar edən bir məkandır. Ürdün belə bilgi 
sənayesində  böyük  investisiyalara  imza  atmaqla  50.000‐dən 
artıq insanı  bu  sahədə  məşğulluğa  cəlb  etməyi  bacardı. Proq‐
ramlaşdırma  və  biotexnologiyaya  qoyduğu  investisiyalara 
 
‐ 352 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
görə artıq uzun zamandır ki, Hindistan dünyanın öndə gedən 
informasiya və telekommunikasiya şirkətlərinin diqqətini özü‐
nə  cəlb  etməkdədir.  Ölkəmizin  isə  bilgi  çağına  keçid  sürətinə 
nəzər  salanda  sanki,  heç  bir  zaman  dünya  ilə  ayaqlaşa  bil‐
məyəcək və liberal dövlət ola bilməyəcəyimizin pessimizminə 
qapılırsan. 
Artıq  liberal  dövlət  olmadan,  demokratiya  və  özgürlüyü 
mənimsəmədən  dünyadakı  zənginlikdən  yetəri  qədər  pay  al‐
maq mümkün deyil. Təsadüfi deyil ki, dünyada inkişaf etmiş 
ölkələr də insan haqları, sərbəst bazar iqtisadiyyatı və demok‐
ratiya kimi bəşəri dəyərlərə ən çox sahib çıxan ölkələrdir. Çün‐
ki,  bir  ölkə  özgürləşdiyi  səviyyədə  zənginləşir,  zənginləşdiyi 
səviyyədə də demokratikləşir. 
Zamanında  sənayeləşmədə  gecikmənin  bədəlini  xalqının 
xeyli hissəsi yoxsulluq səviyyəsində yaşayaraq ödəyiriksə, bil‐
gi çağına gecikmənin də bədəlini bir gün ödəmək məcburiyyə‐
ti  ilə  üzləşəcəyimizdən  hər  kəs  əmin  olmalı.  Çünki,  tarix  ona 
laqeyd olanları hər zaman cəzalandırır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 353 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 354 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Daxili imkanlar iqtisadiyyatı
*
 
Rahib Bayrambəyli 
 
Bizim  iqtisadçılarımızdan  soruşsalar  ki,  bu  gün  Azərbay‐
can iqtisadiyyatının mühüm problemlərindən biri nədir, cavab 
şübhəsiz dövlət qeydiyyat sistemi və özəl mülkiyyət arasında 
qalan və aradakı boşluqlardan məharətlə istifadə edərək inki‐
şaf edən kölgə iqtisadiyyatı olacaq. Azərbaycana xas xüsusiy‐
yətlər daşıdığı üçün, bu tip iqtisadi münasibətlərə əslində da‐
xili imkanlar iqtisadiyyatı adını da qoya bilərik. 
İnsanların  cürbəcür  iqtisadi  ehtiyatları  istifadə  prinsipləri‐
nə baxsaq, əsasən dövlət təlimatlarıyla sərf edilən ehtiyatların 
axımı,  bazar  üsuluyla  qiymətlərin  sərbəst  formalaşdığı  ehti‐
yatların axımı və qеyri‐fоrmal şəkillər alan, müxtəlif qеyri‐qa‐
nuni ehtiyat axımlarını qeyd edə bilərik. 
Azərbaycanda  Sоvеt  dövründə,  zəmanənin  prinsiplərinə 
əsasən,  еhtiyatların  paylaşdırılması  kağız  üstündə  dövlət  ka‐
nallarıyla  həyata  keçirilirdi.  Amma  ehtiyat  axımlarının  tərs 
üzündə əslində dədə‐babalarımızdan qalma qеyri‐fоrmal mü‐
nasibətlər də yеr alırdı. 
Yaxın  keçmiş  tariximizə  nəzər  salsaq,  məsələn,  bir  sovxoz 
sədrinin rəhbərlik fəaliyyəti geniş məsuliyyət daşıyırdı. İqtisa‐
di  mənada  üst  rəhbərliyə  gedən  bütün sənədlər,  iqtisadi  nəa‐
liyyətləri  əks  etdirirdi  və  kağız  üzərində  sоvxоz  rəhbərinin 
məharətlərini  sübut  edirdi.  İşin  kökünə  baxdığımızda,  sahib‐
sizlik  mühitində  səhlənkarlığa  yol  verməmək  üçün,  sоvxоz 
sədri  sоvxоzun  еhtiyatlarını  öz  dədə‐baba  mülkü  kimi  idarə 
еtmək  məcburiyyətində  idi.  Yəni,  kağız  üzərində  sоvxоzun 
mülkiyyəti nə qədər də dövlətin mülkiyyəti kimi görünsə də, 
                                                 
*
 15 fevral 2004. 
 
‐ 355 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə