İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə92/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   85   86   87   88   89   90   91   92   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
yüngül  sənaye  müəssisələrinin  30  faizinə  qədərini  dirçəltmək 
üçün lazım olan kompleks tədbirləri nəzərdə tuturdu. Bunun‐
la  əlaqədar  hökumətdə  hesab  edirlər  ki,  ikinci  özəlləşdirmə 
proqramı  çərçivəsində  yaxın  vaxtlarda  başlanacaq  iri  müəssi‐
sələrin özəlləşdirilməsi prosesi ən azı 10 il müddətinə dayan‐
dırılmalıdır.  Dövlət  bu  müəssisələrə  vəsait  yatıraraq  onların 
yenidən qurulmasına, istehsal güclərinin artırılmasına, borcla‐
rının  ödənilməsinə  imkan  yaratmalıdır.  Müəssisələrin  renta‐
belliyi  bərpa  edildikdən  sonra  isə  onları  özəlləşdirmək  olar. 
Yalnız bu halda sənaye müəssisələrini kiçik hissələrə bölməklə 
ciddi xarici sərmayədarların onlara marağını cəlb etmək olar. 
Struktur  islahatları  çərçivəsində  Nazirlər  Kabinetində  fəa‐
liyyət  göstərən  və  bu  cür  təkliflərlə  çıxış  edən  yüngül  sənaye 
şöbəsinin  ləğv  edilməsi  təsadüfi  hesab  edilməməlidir.  Bu  cür 
səmərəsiz  təkliflərin  ortaya  atılması  hökumətin  yüngül  səna‐
yenin inkişafı ilə bağlı konkret və ciddi bir proqrama malik ol‐
madığını göstərir. 
Özəlləşdirilən  sənaye  müəssisələrinin  işləməməsi  ilə  bağlı 
müxtəlif fikirlər mövcuddur. Bunlardan biri, birinci özəlləşdir‐
mə proqramı çərçivəsində sənaye müəssisələrinin özəlləşdiril‐
məsinin  qeyri  professional  şəkildə  aparılması  ilə  əlaqədardır. 
Lakin burada nəzərdən qaçmaması lazım gələn əsas cəhət on‐
dan ibarətdir ki, sovet dövründə fəaliyyət göstərən yüngül sə‐
naye  müəssisələrinin  əksəriyyətində  istehsal  daxili  bazardakı 
tələbatdan daha yüksək olmuşdur. Eyni zamanda bu müəssi‐
sələrin istehsal etdikləri məhsullar, sənayesi daha yüksək inki‐
şaf  etmiş  ölkələrə  nisbətən  daha  az  rəqabətli  məhsullar  idi. 
Dövlət müstəqilliyinin əldə edilməsi ilə bərabər ittifaq respub‐
likaları ilə təsərrüfat əlaqələrinin pozulması və eyni zamanda 
bu müəssisələrdə yeni texnologiyaların tətbiq edilə bilməməsi 
yüngül sənayedəki tənəzzülü daha da dərinləşdirmişdir. 
 
‐ 360 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Məlumat üçün qeyd etməliyik ki, yeni istehsala qədəm qo‐
yan müəssisələrin rəqabət qabiliyyətinin təmin edilməsi üçün 
müasir iqtisadi ədəbiyyatda 3 ilə 8 il arasında dəyişən müddə‐
tin lazım ola biləcəyi düşünülür. Lakin dünya ölkələrinin təc‐
rübəsində hökumətin himayə müddəti ölkədən ölkəyə, sektor‐
dan sektora, dövrdən dövrə böyük fərqlər göstərmişdir. Məsə‐
lən,  Yaponiyada  yüngül  sənayenin  inkişafı  20‐30  il,  Cənubi 
Koreyada 40 il, gəmiqayırma sənayesi isə 1‐2 ildə inkişaf etdi‐
rilə bilmişdir. 
Lakin  yeni  istehsala  qədəm  qoyan  müəssisələrin  gömrük 
rüsumları ilə himayə edilməsində son dövrlər yaşanmış təcrü‐
bə göstərmişdir ki, himayə müddəti əksər hallarda çox olmuş‐
dur. Və eyni zamanda daha uzun müddət himayə edilən mü‐
əssisələr himayə edilmənin verdiyi rahatlıqla nə qiymət, nə də 
keyfiyyət  göstəriciləri  ilə  beynəlxalq  rəqabətə  qarşı  hazırlan‐
mamaqdadırlar. 2003‐cü ildə Dünya Ticarət Təşkilatlarına üzv 
olmağa  hazırlaşan  Azərbaycanda  gömrük  rüsumları  ilə  pro‐
teksionist  tədbirlərə  əl  atmaq  imkanları  bir  az  da  məhdud‐
laşacaq. Bu məqsədlə də gömrük rüsumları vasitəsilə himayə 
edilmənin yerinə istehsalın ilkin mərhələsində bir dəfəlik təş‐
viqlərin (subvensiyaların) verilməsi daha yararlı ola bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 361 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 362 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
İşsizlikdə Yaponiyanı geridə qoya bilərik
*
 
İlkin Sabiroğlu 
 
Və ya rəsmi statistikaya inansaq, belə qənaətə gəlmək mümkün‐
dür ki, Amerika Birləşmiş Ştatlarını və Avropa Birliyi ölkələrini 
sosial partlayış təhlükəsi gözləyir 
 
2000‐ci  ildə  Avropa  Birliyi  ölkələrində  ümumi  işsizlik  sə‐
viyyəsi ortalama olaraq 9 faizə düşmüşdür. Almaniyada işsiz‐
lik səviyyəsi 1999‐cu ildə 8,3 faiz olduğu halda, 2000‐ci ildə bu 
rəqəm 7,7 faizə düşmüşdür. Amerika Birləşmiş Ştatlarında isə, 
işsizlik  səviyyəsi 1996‐cı  ildə  5.6  faiz idisə, 2000‐ci  ildə  bu  rə‐
qəm 6.3 faizə yüksəlmişdir. Bu sahədə ən diqqət cəlb edən nə‐
ticələr Yaponiyada əldə edilmişdir: 1996‐cı ildə 2.9 faiz olan iş‐
sizlik səviyyəsi 2000‐ci ildə 2.3 faizə enmişdir. 
Amma ən “maraqlı” rəqəmlər Azərbaycana məxsus olmuş‐
dur.  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin 
12 saylı məruzəsinə görə, “2000‐ci il dekabr ayında iqtisadi fə‐
al əhalinin sayı 3749.1 min nəfər, yaxud respublika əhalisinin 
47.1 faizini təşkil etmişdir. Onlardan 3705.9 min nəfəri (98.8 fa‐
iz) iqtisadiyyatda məşğul olanlar, 43.2 min nəfəri (1.2 faiz) iş‐
sizlərdir”. 
Dövlət  Statistika  Komitəsinin  rəqəmlərinə  inansaq  Azər‐
baycanın  işsizlik  sahəsində  opponenti  Yaponiya  sayılmalıdır, 
hərçənd  ki,  o  da  bizdən  təqribən  iki  dəfə  geridədir.  Lakin 
inanmağa  davam  etsək  başqa  mətləblərin  də  üstü  açılır.  Belə 
ki, Azərbaycan Avropa Şurasına üzv olub. O ölkələrin də və‐
təndaşları Azərbaycanda məşğulluq sahəsində əldə edilən bu 
nəticələrlə  gec‐tez  tanış  olacaqlar.  İşsizlik  səviyyəsi  müstəqil‐
liyini yeni qazanan Azərbaycandan 7.5 dəfə artıq olan Avropa 
                                                 
*
 5 iyul 2001. 
 
‐ 363 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə