İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə93/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   85   86   87   88   89   90   91   92   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Birliyi  ölkələrində,  5.25  dəfə  artıq  olan  ABŞ‐da  nəyə  görə  və‐
təndaşlar sosial tələblərlə küçələrə axışmasınlar. 
Digər  tərəfdən  Dövlət  Statistika  Komitəsinin  rəqəmləri 
Azərbaycanda  özəlləşdirmə  və  struktur  islahatları  ilə  bağlı 
Beynəlxalq Valyuta Fondunun israrlarına da fərqli baxışı tələb 
edir. Bundan bir qədər əvvəl Neftçilərin Hüquqlarının Müda‐
fiə Komitəsindən bəyan etmişdilər ki, Azərbaycan Respublika‐
sı Dövlət Neft Şirkətinin (ARDNŞ) 65 təşkilatının özəlləşdirilə‐
cəyi  təqdirdə  20  min  nəfər  işsiz qala  bilər.  Bu  isə  o  deməkdir 
ki,  Azərbaycanda  işsizliyin  səviyyəsi  1,76  faizə  yüksələ  bilər. 
Həmçinin,  rəsmi  rəqəmlərə  görə,  hazırda Azərbaycanda  döv‐
lət sektorunda çalışanların sayı 1 milyondan artıqdır. Struktur 
islahatlarından sonra bunların bir qisminin işsiz qalacağını nə‐
zərə alsaq, belə çıxır ki, Azərbaycan işsizliyin səviyyəsinə gö‐
rə, Yaponiyanı geridə qoya bilər. 
Ona  görə  də  hökumət  bir  tərəfdən  kredit  ala  bilmək  üçün 
Beynəlxalq Valyuta Fondunun şərtlərini yerinə yetirirsə, digər 
tərəfdən  də  həmin  şərtləri  kompensasiya  edəcək  addımlar 
üzərində  fikirləşir.  Yeni  bir  məlumata  görə,  bundan  belə  tor‐
paq payı olan kəndlilərə də işsizlik statusu verilməməsi məsə‐
ləsi aktuallıq qazanıb. Belə ki, bu günlərdə parlamentdə “Məş‐
ğulluq  haqqında”  qanun  layihəsi  müzakirə  olunur.  Sənədi 
Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  hazırlayıb.  Hə‐
min sənəddə pay torpağı olan kəndlilərə heç bir halda işsizlik 
statusu verilməməsi nəzərdə tutulur. 
Nəticə olaraq deyə bilərik ki, hökumətin əlində hər zaman 
alternativlər mövcuddur. Bu alternativlərdən səmərəli istifadə 
edilərsə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi‐
nin rəqəmlərinə arxalananlar Azərbaycanda işsizliyin səviyyə‐
si ilə yenə də fəxr edə biləcəklər. 
 
 
 
‐ 364 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Azad İqtisadi Zonaların əhəmiyyəti
*
 
Əkbər Eldaroğlu 
 
Bu  yaxınlarda  Beynəlxalq  Pul  Fondu  Azərbaycanda  yox‐
sulluğun aradan qaldırılması  proqramı  çərçivəsində  respubli‐
kaya 100.2 milyon ABŞ dolları həcmində kredit ayırmaq barə‐
də qərar verib. Proqramın əsas məqsədi makroiqtisadi sabitli‐
yin  qorunması,  idarəetmənin  təkmilləşdirilməsi  və  qeyri‐neft 
sektorunda  iqtisadi  artımın  təmin  edilməsidir.  Azərbaycanda 
qeyri‐neft sektorunda istehsal səviyyəsinin iflic durumu, yük‐
sək işsizlik səviyyəsi hər kəsə məlumdur. Üstəgəl əhalinin alı‐
cılıq qabiliyyətinin aşağı olması, xarici şirkətlərin Azərbaycanı 
tərk etməsi v.s. Və bütün bunların kökü bir məsələdə toplanır: 
Azərbaycanda  lazımi  iqtisadi  şərait  yaradılmayıb.  Amma 
Azad  İqtisadi  Zonaların  (AİZ)  yaradılması  ən  azından  regio‐
nal olaraq bu şəraitin formalaşmasına imkan verərdi. Məsələn 
Türkiyədə  20‐dən  artıq  AİZ  var  və  bunlar  regionların  tarazlı 
inkişafında  müstəsna  rol  oynayır.  Bizdə  bir  ara  Sumqayıtda, 
Lənkəranda  və  Naxçıvanda  belə  zonaların  yaradılması  məsə‐
ləsi  gündəlikdə  idi.  Qeyd  edək  ki,  bu  ərazilərdə  dəmir  yolu 
xətlərinin  mövcudluğu,  Sumqayıt  və  Lənkəranın  dənizə  açıl‐
ması, Lənkəran və Naxçıvanda aeroportun olması və eyni za‐
manda  Naxçıvanın  bir  neçə  ölkə  ilə  xarici  sərhədinin  varlığı 
AİZ‐lərin yaradılmasını əlverişli edirdi. Qeyri‐neft sektorunun 
inkişafında  AİZ‐lər  mühüm  rol  oynaya  bilərdi.  Xatırladaq  ki, 
hələ  müstəqilliyimizin  ilk  illərində  bir  çox  ölkələrdə  əhəmiy‐
yətli rola sahib olan AİZ‐lər Azərbaycanda da aktuallıq qaza‐
naraq müzakirəyə çıxarılmışdı. 1994‐cü ilin noyabr ayında hö‐
kumət Birləşmiş Millətlər Təşkilatının İnkişaf Planına Sumqa‐
yıtın  AİZ‐yə  çevrilməsi  təklifi  ilə  müraciət  etmişdi.  Bununla 
                                                 
*
 26 iyul 2001. 
 
‐ 365 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
əlaqədar  Birləşmiş  Millətlər  Təşkilatının  təmsilçiləri  həmin 
ərazidə olaraq, ərazinin sosial və iqtisadi vəziyyəti ilə tanış ol‐
muşdular. Müəssisələrin çox az bir qisminin fəaliyyətinin da‐
vam  etdiyi  Sumqayıtda  AİZ‐nin  həyata  keçirilməsinin  müm‐
kün ola biləcəyi qeyd edilmiş və eyni zamanda bəzi addımlar 
da atılmışdı. 
Bu sahədə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı 
əlaqələndiricilərindən ən fəal hesab edilən Paolo Lembo daha 
çox yadda qalıb. Xüsusilə onun Sumqayıt AİZ‐nin yaradılması 
yönündə göstərdiyi cəhdlər yəqin ki, hamının yadındadır. Çox 
təəssüflər  olsun  ki,  BMT  kimi  nüfuzlu  təşkilatın  təmsilçisinin 
təklifləri  həmin  vaxtlar  hökumət  tərəfindən  qulaqardına  vu‐
ruldu. Aktiv fəaliyyəti ilə daima mətbuatın gündəmində olan 
Lembo  təmsilçilik  müddəti  bitdiyinə  görə  ölkəmizi  tərk  edib 
Tacikistana getdikdən sonra bu məsələ bütünlüklə unuduldu. 
Bizim hökumət təmsilçilərimizsə öz çıxışlarında onun Sumqa‐
yıtla  bağlı  təkliflərini  qeyri‐peşəkar  təklif  kimi  xarakterizə  et‐
dilər.  Lakin  bəzi  rəsmilərimiz  tərəfindən  qeyri‐peşəkarcasına 
AİZ‐lərin ölkənin ərazi bütövlüyünü pozacağı fikri də səslən‐
di. 
Bu  gün  dünyada  sayı  400‐dən  artıq  olan  AİZ‐lər  ölkənin 
xarici  ticarət  həcmini  artırmaq,  ixracat  və  idxalatı  sadələşdir‐
mək, valyuta gəlirlərini və məşğulluq səviyyəsini artırmaq, sə‐
nayenin inkişafını canlandırmaq, ölkəyə mütərəqqi texnologi‐
yaları cəlb etmək məqsədilə qurulurlar. AİZ‐lər bir çox ölkələ‐
rin sənayelərinin inkişafında müstəsna rol oynamışdır. Belə ki, 
bunların  içərisində  ən  önəmliləri  aşağıdakılardan  ibarət  ol‐
maqdadır: 
AİZ‐lərin  verdiyi  ən  əhəmiyyətli  faydalardan  biri  ölkənin 
valyuta  rezervlərinin  artırılmasına  müsbət  təsir  etməsidir.  Bu 
zonada mal ixracı həm ixrac gəlirlərinin, həm də ixrac bazarla‐
rının genişlənməsini təmin edə bilər. 
 
‐ 366 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Bundan başqa AİZ‐lərdə xarici investorlar tərəfindən quru‐
lan fabriklərin tələbi olan xammal və yarı emal məhsulları əsa‐
sən yerli ölkədən təmin edildiyinə görə, bu yolla əldə ediləcək 
gəlirlər ixracatda əlavə artım yarada bilər. Təcrübədə bəzi öl‐
kələrdə  AİZ‐lərdə  yaradılan  əlavə  dəyərin  30‐50  faizinin  ölkə 
daxilindən təmin edilməsi şərti gətirilmişdir. Məsələn, Hindis‐
tanın Kandi AİZ‐sində ixracatın 30 faiz dəyərinin yerli mənbə‐
lərdən  təşkil olunan  xammal  və  ya  yarı  emal  məhsullarından 
təmin edilməsi şərti qoyulmuşdur. 
Azərbaycanda  AİZ‐lərin  təşkil  edilməsi  hər  şeydən  əvvəl 
dünya ölkələrinin təcrübələrinin öyrənilməsini və hazırlıqların 
çox mütəşəkkil şəkildə aparılmasını tələb edirdi. Hələ 1996‐cı 
ilin  aprel  ayında  AİZ‐nin  təşkil  edilməsinə  başlanılmalı  idi. 
Dünya ölkələrinin təcrübəsinə əsasən hər hansı bir ərazidə üç 
il ərzində AİZ təşkil edilə bilmirsə, sonradan onun həyata ke‐
çirilə bilməsi şübhə doğurmağa başlayır. Çünki AİZ‐nin təşki‐
linin yubadılması xarici investorlarda zonaya qarşı olan mara‐
ğın azalmasına səbəb olur. Gələcəkdə Azərbaycanın başqa əra‐
zilərində (Lənkəran və Naxçıvan) AİZ‐lərin yaradılması nəzər‐
də tutulurdusa, bu hökumətin Sumqayıt layihəsi üzərində hər 
cür fədakarlığı həyata keçirməsini zəruri edirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 367 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 368 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Azərbaycan öz iqtisadi modelini 
necə yaratmalıdır?
*
 
Əkbər Eldaroğlu 
 
Azərbaycan  dövlət  müstəqilliyini  qazandıqdan  sonra,  bi‐
rinci növbədə özünün milli iqtisadiyyatını hansı sosial – iqtisa‐
di sistemdə inkişaf etdirmək problemi ilə üzləşdi. Başqa post‐
sovet respublikaları kimi Azərbaycan da sərbəst bazar müna‐
sibətləri sistemi şəraitində inkişaf etmək yolunu seçdi. Yenicə 
müstəqillik qazanan Azərbaycan hökuməti keçid dövrü adlan‐
dıran mürəkkəb bir dövrə qədəm qoymuş, əksər ölkələrin in‐
kişafında xüsusi rol oynayan sərbəst bazar iqtisadiyyatına keç‐
məyi öz qarşısında əsas vəzifə olaraq müəyyənləşdirmişdir. 
Eyni zamanda müstəqilliyimizin ilk illərində Azərbaycanın 
hansı bazar iqtisadiyyatı modelini qəbul etməsi ilə bağlı ciddi 
müzakirələr  açılmışdır.  Respublikamız  üçün  “tənzimlənən, 
bazar  iqtisadiyyatı  modeli”  məqbul  sayılmış  və  ona  söykənə‐
rək sosial ‐ iqtisadi inkişafımızın təmin edilməsi uyğun görül‐
müşdür.  İqtisadçılarımızın  çoxu  tərəfindən  də  bu  modelin 
Azərbaycan  xalqının  milli  mənafelərinə  tam  uyğun  gələn  bir 
model olduğu qəbul edilmişdir. Qeyd edilməlidir ki, bütün öl‐
kələrdə  həyata  keçirilən  iqtisadi  siyasət  üçün  vahid  model 
mövcud deyildir. Ölkələrin tarixi inkişaflarına, struktur quru‐
luşlarına, qarşılaşdıqları  problemlərə  və  cəmiyyətin davranış‐
larına bağlı olaraq həyata keçirdikləri iqtisadi siyasətləri dəyi‐
şiklik göstərməkdədir. Bir neçə yüz ildir ki, respublikamız da 
özünün milli iqtisadiyyatına malik olmayıb. 
Bəs görəsən müstəqillikdən bəri həyata keçirilən islahatlar 
bu gün respublikamızda sərbəst bazar iqtisadiyyatının forma‐
                                                 
*
 23 avqust 2001. 
 
‐ 369 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
laşdığını  söyləməyə  imkan  verirmi?  İki  səbəbə  görə  bu  gün 
respublikada  bazar  iqtisadiyyatının  formalaşdığını  söyləmək 
çətin görünür. Birincisi, sərbəst bazar iqtisadiyyatı son dərəcə 
güclü inkişaf etdirilmiş və təkmilləşdirilmiş özəl bir hüquq sis‐
temidir. Müstəqillikdən sonra hüquq sahəsində həyata keçiri‐
lən islahatlara baxmayaraq bu gün ölkədə sərbəst bazar iqtisa‐
diyyatının  hüquq  sistemi  və  mədəni  mühiti  formalaşdırılma‐
yıb. 
İkincisi,  dövlətin  bu  gün  iqtisadi  həyata  müdaxiləsinin 
məzmunu  sərbəst  bazar  iqtisadiyyatının  prinsiplərinə  uyğun 
gəlmir. Belə ki, bəzi iqtisadi qurumlar öz iş prinsipləri ilə sər‐
bəst  bazar  modelindən  çox,  korrupsiya  doğuran  və  qayda  – 
qanun  tanımayan  bir  model  qurmaqdadırlar.  Çünki  bu  qu‐
rumlara rəhbərlik edən kadrların çoxu sovet dövründə işləmiş 
kadrlardır.  Bunlar  sərbəst  bazar  iqtisadiyyatının  qaydalarına 
bələd  olmamaqla  bərabər  yeni  şəraitə  də  uyğunlaşmaq  istə‐
mirlər. 
Sərbəst  bazar  iqtisadiyyatı  hər  kəsin  öz  qabiliyyətini  real‐
laşdıra bildiyi, insanların öz həyatını istədiyi kimi yaşadığı, si‐
yasi dünyagörüşündən asılı olmayaraq hər kəsin qanunverici‐
liklə  qadağan  olunmayan  istənilən  müstəqil  iqtisadi  fəaliyyət 
növü ilə məşğul ola bildiyi bir sistemdir. Lakin o da qeyd edil‐
məlidir ki, hər hansı bir model o modelin işləyişini təmin edə 
bilən hüquqi və siyasi mədəniyyətlə birlikdə mövcud ola bilər. 
Azərbaycanda isə sərbəst bazar iqtisadiyyatı təfəkkürü hələ də 
arzu  edilən  səviyyədə  formalaşmayıb.  İnsanlara  qarşı  tətbiq 
edilən  iqtisadi  və  siyasi  təzyiqlər  onların  iqtisadi  fəaliyyətini 
məhdudlaşdırır.  Bu  gün  mövcud  siyasi  rejimin  himayəsində 
olmadan hər hansı bir müstəqil iqtisadi fəaliyyət növü ilə məş‐
ğul ola bilmənin çətinliyi hər bir respublika vətəndaşı tərəfin‐
dən bilinməkdədir. 
 
‐ 370 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Hal‐hazırda respublikada dəyişməkdə olan sosial ‐ iqtisadi 
şərait  kadr  probleminə  yeni  meyarlarla  yanaşmağı  tələb  edir. 
Çünki  mövcud  kadr  potensialı  ilə  sərbəst  bazar  iqtisadiyyatı 
sistemini  qurmaq  və  idarə  etmək  mümkün  deyildir.  Nəticə 
olaraq  deyə  bilərik  ki,  Azərbaycanda  sərbəst  bazar  iqtisadiy‐
yatı münasibətlərinin bərqərar olmasını yalnız bu sistemə dair 
dərin biliklərə və yüksək iqtisadi təfəkkürə malik olan kadrlar 
həyata keçirə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 371 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 372 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Neft Fondunun vəsaitlərindən necə 
istifadə etməli?
*
 
Əkbər Eldaroğlu 
 
Rəsmi məlumatlara görə, artıq bu günə qədər Neft Fondu‐
nun hesabına 350 milyon ABŞ dollarına qədər vəsait toplanıb. 
Həmçinin  mütəxəssislərin  hesablamaları  yaxın  30  ildə  Azər‐
baycana neftdən təqribən 45 milyard dollar vəsaitin daxil ola‐
cağını göstərir. Bu, Neft Fondunun (NF) icraçı direktoru Samir 
Şərifov tərəfindən də təsdiqlənib. Onun sözlərinə görə, indiki 
mərhələdə  ölkə  neft  və  qaz  sənayesinin  strateji  inkişafından 
ilkin  nəticələr  əldə  etməyə  başlayıb.  Mənfəət  neftinin  satışın‐
dan ilk gəlir əldə edilib və onun əhəmiyyətli dərəcədə artacağı 
gözlənilir.  NF  rəhbərliyinin  digər  məlumatlarında  Azəri,  Çı‐
raq, Günəşli yataqlarından neft hasilatının, deməli həm də val‐
yuta  daxilolmalarının  ən  yüksək  həcminin  2008‐2015‐ci  illərə 
təsadüf edəcəyi göstərilir. Bu dövrdə respublika ildə təqribən 
5‐6  milyard  dollar  (son  yekunda  35‐42  milyard  dollar)  əldə 
edəcək.  Şahdəniz  yatağının  işlənməsindən  gözlənilən  daxilol‐
malar isə, 2000‐2029‐cu illər ərzində 7 milyard dollardan artıq 
olacaq. Qeyd edilməlidir ki, bu proqnozlar qiymətlərin bir ba‐
rel üçün 25 dollar olmaqla nəzərdə tutulub. 
Azərbaycan  hökuməti  neftdən  gələn  gəlirlərin  ölkə  iqtisa‐
diyyatının başqa sahələrinin də inkişafı üçün səmərəli istifadə 
edilməsinə  xüsusi  diqqət  yetirməlidir.  Hələ  keçən  ilin  iyun 
ayında “British Know How Fund” NF‐nun modeli ilə bağlı he‐
sabat hazırlamışdı. Azərbaycan hökumətinə təqdim edilən hə‐
min  hesabatda  təklif  edilirdi  ki,  neft  ixracından  əldə  olunan 
vəsaitləri  xarici  banklarda  yerləşdirmək  və  ancaq  ondan  əldə 
                                                 
*
 21 iyun 2001. 
 
‐ 373 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
ediləcək gəlirlərdən istifadə etmək lazımdır. NF‐nun öz vəsait‐
lərindən nə üçün istifadə edilməməsinin zəruriliyi isə açıq şə‐
kildə  göstərilməmişdi.  Bu  təklifin  həyata  keçirilməsini  zəruri 
edən əsas səbəb kimi sadəcə o göstərilirdi ki, NF‐nun gələcək 
fəaliyyəti  və  vəsaitlərin  düzgün  istifadə  olunmaması  nəticə‐
sində Azərbaycan iqtisadiyyatı “Holland Sindromu”na yoluxa 
bilər.  Yəni  ki,  neft  sektorundan  gələn  gəlirlər  ölkədə  mövcud 
pul kütləsini artıracaq, bu isə, valyutanın mübadilə kursunun 
artımına  gətirib  çıxaracaq.  Nəticədə  isə  qeyri  neft  sektorunda 
fəaliyyət göstərmək səmərəsizləşəcək və ölkə iqtisadiyyatı bir 
tərəfli inkişaf edəcək. 
Hazırda  isə  Azərbaycanda  ʺHolland  Sindromuʺndan  da 
təhlükəli  vəziyyət  yaranmışdır.  Belə  ki  ixracatda  neft  və  neft 
məhsullarının xüsusi çəkisi 90 faizi keçmişdir. Büdcə gəlirləri‐
nin  50  faizə  qədəri  neft  və  neftlə  əlaqədar  sahələrdən  forma‐
laşmaqdadır. Beləliklə, büdcənin neft gəlirlərindən, neft gəlir‐
lərinin  isə  dünya  bazarının  konyekturasından  asılılığı  ʺHol‐
land Sindromuʺnun daha ağır variantını da Azərbaycan üçün 
meydana çıxarmışdır. Yalnız qeyri‐neft sektoru xaricindəki ix‐
racat yönümlü sahələr deyil, ixracat yönümlü olmayan sahələr 
də  inkişaf  etməmişdir.  Dünya  ölkələrinin  inkişaf  təcrübəsi 
göstərir ki, Azərbaycan kimi daxili bazarı kiçik olan ölkələr id‐
xal əvəzedici sənayeləşmə modelini deyil, ixracata yönəlik sə‐
nayeləşmə modelini seçməlidirlər. Xüsusilə, Azərbaycan kimi 
iqtisadiyyatı neftdən asılı olan ölkələrdə bu problem daha qa‐
barıq şəkildə gözə çarpır. Bu baxımdan Azərbaycanda ixracat 
yönümlü olmayan sahələrin inkişafı hələ ʺHolland Sindromuʺ 
probleminin aradan qaldırılması üçün kifayət etməyəcək. 
Bu günlərdə Azərbaycanın kənd təsərrüfatı siyasətinin əsas 
istiqamətlərinin  müəyyən  edilməsi  üzrə  tədqiqatlara  başlana‐
caq. Tədqiqatlar Dünya Bankının maliyyələşdirdiyi “Azərbay‐
canda Kənd Təsərrüfatının Kreditləşdirilməsi və İnkişafı” layi‐
 
‐ 374 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
həsinin  “Kənd  Təsərrüfatının  Strategiyası”  komponenti  çərçi‐
vəsində müsabiqə yolu ilə seçilmiş təşkilatlar tərəfindən həya‐
ta  keçiriləcək.  Strategiyaya  görə,  NF‐na  daxil  olan  vəsaitlərin 
bir hissəsi aqrar sektorun maliyyələşdirilməsinə yönəldilməli‐
dir. 
Biz, NF vəsaitlərindən kənd təsərrüfatının inkişafı üçün is‐
tifadə edilməsinin əleyhinə deyilik. Lakin bu vəsaitlərin aqrar 
sektora  yönəlməsi  ölkəni  düçar  olduğu  “Holland  Sindro‐
mu”ndan xilas edə bilməyəcək. Ölkə iqtisadiyyatının bu xəstə‐
likdən  azad  olması  ixrac  yönümlü  sənaye  sahələrinin  inkişaf 
etdirilməsi ilə mümkündür. Burada NF‐nun vəsaitlərindən is‐
tifadə edilməsində sənayeləşmə siyasətində olduğu kimi “seçi‐
cilik prinsipi” əsas götürülməlidir. Yəni, bu vəsaitlərdən istifa‐
də edilməsində sənaye sahələri üçün zəruri olan investisiya la‐
yihələrinə üstünlük verilməlidir və eyni zamanda bu sahələrin 
də ixrac yönümlü olmasına diqqət yetirilməlidir. Çünki, Azər‐
baycan  kimi  daxili  bazarı  kiçik  olan  ölkələr  yalnız  ixrac  yö‐
nümlü  sənayeləşmə  ilə  yüksək  inkişafa  nail  ola  bilərlər.  Eyni 
zamanda  NF‐nun  vəsaitlərindən  bu  istiqamətdə  istifadə  edil‐
məsi Azərbaycan iqtisadiyyatının düçar olduğu “Holland Sin‐
dromu”ndan da xilas olmasını təmin edə bilər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 375 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐ 
 
Çapa imzalanıb: 06.06.2006. 
Formatı: 60x84  1/16. Həcmi: 23,5. 
 
 
 
 
 
“CBS”, POLYGRAPHIC PRODUCTION 
Tel/Fax: 447 75 04, Tel.: 447 75 05 
mətbəəsində çap olunub 
 
 
 
 
 
 
 
 
 
 
‐ 376 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə