“иqtisadiyyatыn dюvlяt tяnzimlяnmяsi” fяnni цзря



Yüklə 1 Mb.
səhifə1/29
tarix11.05.2022
ölçüsü1 Mb.
#86510
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   29
IDT muhazire


“IQTISADIYYATIN DÖVLƏT TƏNZIMLƏNMƏSI” FƏNNI ÜZRƏ

MÜHAZIRƏ MƏTNLƏRI

MÖVZU 1. IQTISADIYYATIN DÖVLƏT TƏNZIMLƏNMƏSININ

NƏZƏRI ƏSASLARI.

P L A N:


1.Müasir inkişafımızda bazar iqtisadiyyatının zəruriliyi.

2.Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadi rolu.

3.Iqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri əsasları.

Bazar əmtəələrin reallaşma sferası, şərtləri və yeri ilə bağlı iqtisadi forma və mexanizmlərin üzvi məcmusu, sistemidir. Bəşəriyyətə bazar iqtisadiyyatından səmərəli iqtisadiyyat məlum deyildir. Bazar iqtisadiyyatı insanın özünü reallaşdırmasına güclü stimul yaradır, əmək və təsərrüfat fəallığının yüksəlməsinə şərait yaradır. ETT- ni sürətləndirir.Onun özünəməxsus özünütənzimləmə mexanizmləri bütün iqtisadi subyektlərin fəaliyyətinin daha yaxşı əlaqələndirilməsini, əmək, material və maliyyə ehtiyatlarından səmərəli istifadəni, iqtisadiyyatın tarazlılığını təmin edir.

Ümumiyyətlə, bazar dedikdə, yalnız əmtəə yox, həm də, pul bazarı, kredit bazarı, iş qüvvəsi bazarı və s. nəzərdə tutulur. Lakin bazarı zəruri edən ilk növbədə əmtəə istehsalıdır. Bazar mexanizminə qiymətlər, pul, kömrük haqqı, kredit və digər dəyər kateqoriyaları daxildir. Bura həmçinin əmtəələrin tələb və təklifi, qiymətlər miqyası, pul kütləsinin əmtəə ilə təmin edilməsi, valyuta kursları və s. daxildir. Bazar mexanizmi əmtəə mübadiləsinə xidmət edir və istehsalçılara bazar təsiri göstərmək üçün istifadə olunur. Bazarın mahiyətini dərk etmək üçün tələb, təklif və bazar tarazlığı anlayışlarını aydınlaşdırmaq lazımdır.

Ümumiyyətlə bazar iqtisadiyyatı aşağıdakı funksiyaları yerinə yetirir:

1.Bazar qismən mərkəzləşmiş qaydada işlənib hazırlanmış iqtsiadi siyasətin həyata keçirilməsi vasitələrindəndir.

2.Bazar istehsalçıya iqtisadi təsir göstərir.

3.Dövlət idarəetmə orqanlarına mövcud istehsal proposiyalarının dəyişməsini bu və ya digər istehsalın inkişafının zəruriliyini aydınlaşdırır.

4.Tələbatın natural - əşya göstəricilərinin konkretliyini müəyyən edir.

Bazar iqtisadiyyatının xarakterik cəhətləri bunlardır:

1. Iqtisadi subyektin maksimal sərbəstliyi (müəssisənin,sahibkarın);

2. Iqtisadi subyektin, mülkiyyətin bütün növlərinin hüquq bərabərliyinə əsaslanaraq, təsərrüfat fəaliyyətinin nəticələrinə görə tam məsuliyyət daşıması;

3. Təsərrüfat fəallığını stimullaşmasının,istehlakçıların tələblərinə uyğun olaraq məhsulun rəngarəngliyini artırılması və keyfiyyətinin yüksəldilməsinin, xərclərin azaldılması və qiymətlərin stabilləşməsinin mühüm amili kimi istehsalçılar arasında azad rəqabətin mövcudluğu;

4. Sərbəst qiymət qoyma:bazar mexanizmi yalnız o halda səmərəli fəaliyyət göstərə bilər ki,bazarda qiymətlərin əksəriyyəti,tələb və təklifi tarazlayaraq sərbəst qoyulsun.

5. Bazar münasibətlərinin dövlət tənzimlənməsi və digər tənzimləmə formaları ilə müqayisədə daha çox səmərəliliyə malik ola biləcək sferalarda fəaliyyət göstərir. Bununla birgə iqtisadiyyatda mühüm qeyri-bazar bölməsi qalır ki,buna da müstəsna olaraq kommersiya meyarlarına tələb etdirilə bilməyən fəaliyyət növləri daxildir (müdafiə, səhiyyənin, təhsilin, elm və mədəniyyətin müəyyən hissəsi).

6. Iqtisadiyyatın açıq olması,onun ardıcıl olaraq dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiyası, ixtiyari iqtisadi subyekt xarici-iqtisadi əməliyyatlar həyata keçirmək hüququna malikdir. Xarici hüquqi və fiziki şəxslər daxili bazarda mövcud qanunauyğunluq və ümumi beynəlxalq normalara uyğun olaraq bütün istehsalçılara bərabər şəraitdə fəaliyyət göstərir.

7.Vətəndaşların yüksək dərəcə sosial müdafiəsinin təmin olunması. Bu bir tərəfdən bütün vətəndaşlara öz əməyi ilə özünə layiqli həyat təmin etmək üçün rəngarəng imkanlar verilməsi kimi, digər tərəfdən isə cəmiyyətin əmək qabiliyyəti olmayan və sosial cəhətdən zəif üzvlərinə dövlət tərəfindən qayğı (təqaüdçülərə və s.) göstərilməsinin zəruriliyi kimi başa düşülür.

8.Bütün dövlət hakimiyyəti orqanlarının təsərrüfat fəaliyyətində birbaşa iştirak etməsi minimuma endirilir. Eyni zamanda bazar iqtisadiyyatının yüksək iqtisadi səmərəliliyinin təmin etmklə birgə, iqtisadiyyatın qeyri-sabitliyi, həddən artıq mülkiyyət və sosial deferensiasiya, ayrı-ayrı regionların inkişafının nizamsızlığı kimi neqativ nəticələrin aradan qaldırılması məqsədilə bazar iqtisadiyyatının dövlət tənzimlənməsinə və ictimai tənzimləməyə ehtiyacı var. Dövlət ilk növbədə ictimai mənafelərə uyğun istiqamətlərdə təsərrüfat fəaliyyəti üçün əlverişli mühitin formalaşmasına kömək edir.

Dünya iqtisadi ədəbiyyatı azad bazar fenomeninin mahiyyətini şərh edən əlamətlər sistemini formalaşdırılmışdır. Həmin fəaliyyətdən birincisi rəqabət iştirakçıların sayının qeyri-məhdudluğudur. Onların hər birinin azad bazara daxil ola bilməsi və ondan sərbəst çıxması imkanı. Bu o deməkdir ki,hər bir adam istədiyi vaxt sahibkarlıqla məşğul ola bilər və onu dayandıra bilər. O, bunu müxtəlif yollarla həyata keçirir; (öz işini açmaq:həmin işdə öz əməyi ilə və ya muzdlu əməklə iştirak edə bilər,səhm ala bilər,mülk alar və s.)

Qeyd etmək lazımdır ki, azad bazara dövlət mülkiyyətindən başqa bütün mülkiyyət formalarının müxtəlif növləri xasdır və hər bir kəs onun istədiyi formasından istifadə edə bilər. Çünki,azad rəqabət sistemi istehlakçının sıxışdırılması hallarına yol vermir. Yəni gəlirləri olan bir şəxs öz istehlakını istədiyi məhsulda təcəssüm etdirmklə azaldır.

Ikincisi, material, əmək, maliyyə və s. resursların mütləq səfərbərliliyidir. Çünki, pul qoyan şəxs, onu elə belə boş yerə sərf etmək yox, gəlir götürmək məqsədini güdür. Məsələn,o səhm alıbsa onu ancaq gəlir götürmək xatirinə alıb. O, buna o vaxtı nail ola bilər ki,onun kapitalının yerləşdirilməsi nəticəsində istehsal gunişlənir.Bu isə o vaxt baş verə bilər ki,əlavə resurslar dövriyyə cəlb olunsun və onların müxtəlif birləşmələrindən (kombinələşmə) səmərəli istifadə olunsun,dondurulmuş fondlar fəaliyyətə başlasın,yeni qabaqcıl texnalogiya mənimsənilsin.

Üçüncüsü, qiymət, tələbat, gəlir forması və s.haqqında rəqabət iştirakçısının tam məlumatlılığıdır. Çünki, rəqabət iştirakçısı belə məlumata malik olmazsa öz fəaliyyətinin düzgün variantını seçməkdə çətinlik çəkə bilər. Məsələn o,ayırd edə bilməz ki, ev və ya səhm alsın yaxud kapitalını hansı istiqamətə sərf etsin və s. Tam informasiyaya malik olan rəqabət iştirakçısı öz vəsaitini daha sərfəli istiqamətə yönəldə bilər.

Dördüncüsü, sərbəst rəqabət iştirakçılarının heç biri,digərinin qəbul etdiyi qərara maneçilik törədə bilməz. Çünki, onların (iştirakçıların sayı) sayı çoxdur (birinci əlamət) və onların hər birinin istehsalda və təklifdə xüsusi çəkisi azdır və onların öz məhsullarını bazarda satmaq istədikləri qiymət,bazar qiymətində ifadə oluna bilməz. Belə çıxır ki,bazar qiyməti ayrı-ayrı subyektin istəyindən asılı olmayaraq bazar mexanizmi ilə (“görünməyən əl”) müəyyən olunur. Göründüyü kimi,azad bazar sistemində hər hansı formadakı inhisara yer qalmır.Inflyasiya aradan qalxır,məcburi işsizlik və ifrat istehsal yoxdur.

Alıcı müəyyən məbləğə bazara gəlir ki,məhsul alsın özü də ücüz qiymətə.Lakin o burada dərk edir ki,satışının qayəsi başqadır,yəni o məhsulu baha satmalıdır.Buna görə də o,məhsula tələbə uyğun qiymət təklif edir.Tələbə uyğun qiymət o qiymətdir ki,alıcı məhsulu almaq iqtidarındadır.Ondan yuxarı qiymət qoyularsa,alıcı onu almayacaqdır.Çünki onun pulu yoxdur.

Bazar mexanizminin imkanları heç də hüdudsuz deyildir. O, müasir cəmiyyətin sosial-iqtisadi inkişafının bütün problemlərini həll etmək iqtidarında deyildir. Məsələ çatışmazlıqdan yox, məhdudiyyətdən gedir. Təbiidir ki, harada ki, bazar müəyyən nəticə vermir,orada dövlətin işə qarışması labüddür. Lap elə mücərrəd iqtisadi inkişafı xarakterizə edək, bazar münasibətlərinin tam hakim olduğu rəqabət bazarını götürək. Bu halda belə zənn etmək olar ki, dövlətin müdaxiləsi qeyri-mümkündür və yoxdur.

Beləliklə, azad rəqabət şəraitində bеlə dövlət heç olmasa iki funksiyanı yerinə yetirməlidir.

1.Xarici effektin tənzimlənməsi;

2.Əhalinin ictimai məhsulla təmin edilməsi.

Əgər bura bazarın pulla təminatı funksiyasını da əlavə etsək,onda bazar mexanizmi haqqında ümumi təsəvvür almış olar ki, onun da iki aparcı həlqəsi fəaliyyət göstərir.

1.Azad bazar;

2.Dövlət.

Axırıncının (dövlətin) əsas vəzifəsi bazarı tamamlamaqdır. Çünki, azad rəqabətdə dövlətin iştirakı olduğu kimi sərbəst bazarda onun müdaxiləsi vacibdir.

Bazar iqtisadiyyatının formalaşdırılması prosesində dövlətin təsiri 6 istiqamətə ayrılır. Biricisi, özünəməxsus “oyunun qaydalarının”, yəni bazar iqtisa­diyyatının qanunverici, hüquqi əsaslarının yaradılmasıdır. Ikinci istiqa­mətdə irimiqyaslı özəlləşdirmə mülkiyyətin dövlətsizləşdirməsi proqramının həyata keçirilməsidir. Üçüncü, istiqamət inhisarçılığa qarşı tənzimlənmənin hə­yata keçirilməsi, dördüncü istiqamət isə maliyyə sağlamlaşdırılması zəruriliyi, iqtisadiyyatı maliyyə-büdcə idarəetməsi sahəsində dövlət tənzimlənməsidir. Beşincisi, xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi və altıncısı, əhalinin sosial müdafiəsidir.

Dünya iqtisadi ədəbiyyatlarında bazar şəraitində milli iqtisadiyyatın tənzim olunmasına iki nəzəri baxış mövcuddur. Bu baxışları şərti olaraq iki istiqamətə ayırmaq mümkündür.

Birincisi klassik istiqamətdir ki, bazar sisteminin avtomatik özünütənzimləmə xüsusiyyətinin olduğuna əsaslanır.

Ikinci istiqamət Keyns nəzəriyyəsidir ki, yüksək işsizlik səviyyəsində bazar sistemi uzun müddət durğunluq halında ola bilməsinə əsaslanır.

Klassik istiqamət uzun müddət 1929-1933-cü illər böhranına qədər iqtisadi inkişafına hakim olmuşdur.”Sey qanunu”na əsaslanaraq göstərilirdi ki, bazar rəqabəti sistemi tələb və təklifin tarazlığını avtomatik tənzim edir və bu halda dərin iqtisadi böhranlar ola bilməz. J.B. Sey 1766-1832 Fransa vülqar siyasi iqtisadının banilərindəndir. Əsas müddəası məhsulun dəyərinin onun faydalığı ilə müəyyən istehlak dəyərində olmasını göstərməkdir. Bunun üçün göstərilən arqument ondan ibarətdir ki, bazar şəraitində əmək haqqı, faiz stavkası daha çevik olur, tələb təklif təsiri altında dəyişilərək, bazarın yeni vəziyyətinə tez uyğunlaşırlar.

Iyirminci əsrin 1-ci yarısında iqtisadi reallığa əsaslanan Keyn nəzəriyyəsi göstərdi ki, faiz stavkası, əsasən də əmək haqqı bir o qədər də çevik olmayıb bazar şəraitinə qısa müddətdə tez uyğunlaşa bilmir. Onlar tələb və təklifin tarazlıq nöqtəsinə yavaş-yavaş yaxınlaşırlar.

Iqtisadiyyatın dövlət tənzimlənməsinə əsaslanan Keyns nəzəriyyəsi 70-ci illərdə tənqidə məruz qalmışdır ki,bu klassik istiqamətin yenidən dirçəlməsi kimi çıxış etmişdir.

Bir çox iqtisadi məsələlərin həllində dünya iqtisadiyyatçı alimləri vahid fikirə gələndə,hələ də pozitiv iqtisadi nəzəriyyədə dünya iqtisadiyyatının faktiki fəaliyyət prinsipinin və normativ iqtisadi nəzəriyyədə-dövlətin necə fəaliyyət göstərməsinin müəyyən edilməsində fikir ayrılığı vardır. Bu istiqamətdə müasir makroiqtisadi fikirləri əhatə edən aşağıdakı məktəblər fəaliyyət göstərir.

1.Neoklassik iqtisadçılar

2.Ardıcıl monetaristlər

3.Ekletik keynsçilər

4.Radikal keynsçilər

Neoklassik makroiqtisadçılar qeyd edirlər ki,əmək bazarının tənzimlənməsi tez bir vaxtda baş verir.Ancaq əvvəlcədən bağlanmış müqavilələrin mövcudluğu daimi tam məşğuliyyətin saxlanılmasını dəf edir. Onların fikrincə tələb və təklifin nizamlanmasını kapitalist istehsalında yox, geniş əhali kütləsinin istehlakında axtarmaq lazımdır.

Ardıcıl monetaristlər qeyd edirlər ki, tam məşğuliyyət vəziyyətinin bərpa olunması yavaş gedir və bir neçə il çəkir. Pul kütləsinin birdən azaldılması kəskin tənəzülə səbəb olar ki,bundan qaçmaq lazımdır. Bundan əlavə tələbə nəzarət və onun tənzimlənməsi əks nəticəyə gətirib çıxara bilər. Deməli, dövlət məcmu tələbin tez ödənilməsi əvəzinə inflyasiyanın uzun müddətə cilovlanması tədbirlərini həyata keçirməlidir.

Ekletik keynsçilərin fikrincə məşğuliyyətin bərpa olunması uzun müddət çəksə də,hər halda baş verəcəkdir. Tələbin tənzimlənməsi və ona nəzarət hüdudsuz ola bilməz, buna görə də aktiv tənzimedici siyasət yeritmək lazımdır.

Radikal keynsçilərin fikrincə tam məşğuliyyətdən kənarlaşma daha uzun müddətə ola bilər. Keynsian tipli işsizlik real əmək haqqının aşağı düşməsinə və bununla da onun nominalının və qiymətinin azalmasına səbə ola bilməz. Əgər bu baş versə belə, pul kütləsinin məcburi azalması məcmu tələbin artmasına əngəl törədər. Bütün hallarda gələcəyə nikbin məcmu tələbin artmasına maneçilik törətməyə kifayət edir. Bu şəraitdə döbvlətin ilkin vəzifəsi təklifin təmin olunması tədbirlərini həyata keçirmək yox, istehsalın həcmini artırmaq, iqtisadiyyatı bərpa etməkdən ibarət olmalıdır.

Makroiqtisadi təhlilin aparılması,bazar münasibətlərinin tənzim olunması, iqtisadiyyata dövlət müdaxiləsinin vacibliyi C.M. Keyns əsərlərində daha çox öz əksini tapmışdır.

C.M.Keyns (1883-1946) ingilis siyasi iqtisadçısı olub, müasir burjua iqtisadiyyatının inkişafında mühüm rolu olmuşdur. Kembric universitetinin professoru olmuş, əsas elmi işi “ümumi məşğulluq nəzəriyyəsi, faiz və pul”(1936) olmuşdur. Keync nəzəriyyəsinin əsası ondan ibarətdir ki, dövlət iqtisadiyyatının inkişafına müdaxilə etməlidir. Keynsin əksi olaraq neokeyns hərəkatı fəaliyyət göstərdi. Keynsin əksinə neokeynsçilər tələb və təklifin nizamlanmasına kapitalist istehlakında yox,geniş əhali kütləsinin istehlakında axtarılmasını izah edirdilər.

Ümumiyyətlə Keynsin nəzəriyyəsi “idarə olunan iqtisadiyyat”anlayışının əsasını təşkil edir.

Keyns iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsini irəli sürürdüsə, Monetarizmin banisi olan Çikaqo Universitetinin professoru Fridman bunun əksinə qeyd edirdi ki,dövlət iqtisadiyyata müdaxilə etməlidir.Fridmanın fikrincə dövlət iqtisadi böhranı daha da dərinləşdirir və rəqabətin təbii “nizamlayıcısı”rolunu azaldır.

Fridmanın ideyası 70-ci illərdə kapitalist dövlət aparatı tərəfindən staqfilyasiyaya qarşı effektli tədbir kimi qəbul edilmişdir. Staqfilyasiya eyni vaxtda istehsalın aşağı düşməsi,qiymət inflyasiyanın yüksəlməsi deməkdir.

Monetarizm fundamental elm deyildir. Onun tərəfdarları müxtəlif variantlar irəli sürürdülər. Monetarizm aşağıdakı əsas elementləri əhatə edir:

1.Dövriyyədə olan pulun miqdarı ilə əmtəə dəyərlərinin səviyyəsinin səbəb əlaqəsi.

2.Iqtisadi siklin monitar nəzəriyyəsi. Yəni bütün iri miqyaslı təsərrüfat kanstruksiyasının artıb azalması,pul kütləsinin dəyişməsi ilə əlaqədardır.

3.Dövlət tədbirlərinin iqtisadi tənzimlənməyə zəif təsiri.

Merkantialistlərə xarakterik fikir dövlətin varidatını pulla eyniləşdirmək, daha doğrusu dövlət nə qədər varlıdırsı da,onun bir o qədər çox pulu (təbii ki, qızılı, gümüş) olur. Pul vəsaitini yalnız dövlət hakimiyyətinin köməyi ilə toplamaq olar. Bu fikrin tərəfdarları ingilis U.Staford, italyan Q.Skarrufi olmuşlar. Onlar dövlətə təklif etmişlər ki,pulu dövlətin ərazisində saxlamaq üçün tədbirlər görsün. Belə tədbirlərə pulun başqa dövlətə aprılmasının qadağan edilməsi,valyuta ilə ticarətə dövlət inhizarı, xarici mallarla ticarət üçün xüsusi yerlərin ayrılması (xaricilər satışdan əldə etdikləri bütün pul kütləsinə yerli istehsal məmulatları almalı idi) və s.

16-cı əsrin ortaları və 17-ci əsrdə manufaktura nəzəriyyəçiləri ingilis - T.Men, italyan A.Serra, fransız A.Monkretyen ticarət burjuaziyasının iqtisadi gücünün artmasını,nəhəng coğrafi ixtiraları nəzərə alaraq aktiv ticarət balansı sisteminin yaradılmasını mühüm vəzifə hesab edirlər ki,dövlət o vaxt varlı olar ki,ölkədən daşınan dəyərlər ölkəyə daşınan dəyərlərdən xeyli fərqli olsun.Bunun üçün 2 yol təklif olunurdu.

1). Ölkədən yalnız hazır məhsul daşınmasına icazə verilsin (qızıl,qızıl əşyaları, gümüş və gümüş əşyaları,habelə bunlarla bərabər götürülən məmulatların daşınmasına icazə verilsin).

2). Xaricə pul daşınmasına icazə verilsin bir şərtlə ki,həmin pulla bir ölkədən ucuz qiymətlə mal alsın,başqa ölkədə satsın.

Klassik siyasi iqtisad nəzəriyyəsinin yaradıcıları A.Smit (1723-1790) və D.Rikardo (1722-1823) iqtisadi liberalizm (güzəşt etmə, barışdırıcılıq) baxışlarını irəli sürmüşlər.

«Təbiət haqqında tədqiqatlar və xalqların varlanmacı cəbəbləri» adlı kita­bında A.Smit təbiət qanunlarına uyğun оlaraq fəaliyyət göctərən və cəmiyyətin iqticadi inkişafını müəyyən еdən iqticadi qanunları açıqlamışdır. Iqticadiyyatın bеlə təbii inkişafını Smit «görünməz əllər» adlandırmış və dövlətin rоlunu icə «gеcə gözətçici» funkciyacı ilə məhdudlaşdırmışdır, yəni dövlət xüsusi mülkiyyəti və rəqabəti mühafizə еtmək, qayda yaratmaqla məşğul оlmalıdır.

«Cahibkarlığın azadlığı», «Ticarətin azadlığı» kimi principlər həm nəzəriyyədə, həm də təcrübədə dövlət himayəçiliyi (prоtеkciоnizm) idеyacı ilə əvəz оlundu.

D.Rikardо da iqticadiyyata dövlət müdaxiləcinin daimi məhdudlaş­dırıl­macının tərəfdarı оlub, A.Smit kimi о da fikirləşirdi ki, iqticadiyyatda оb­yеktiv və təbii, lakin dərk еdilən qanunlar fəaliyyət göctərir. Оnların hərəkəti kənar müdaxiləciz (dövlət) iqticadi cictеmdə tarazlığı caxlayır. A.Smitdən fərqli оlaraq D.Rikardо cəmiyyətdə məhculdar qüvvələrin inkişafını təmin еdən dövlət ciyacətinə də xüsusi fikir vеrmişdir.

Smit və Rikardо «ticarətə azadlıq» nəzəriyyətini və təcrübəcini yaradanlar cayılır.

D.Rikardо «Ciyaci iqticadın başlanğıcı və vеrgiyə cəlb еtmə» kitabında (1817) cübut еtmişdir ki, Böyük Britaniyada mеrkantilizm dövründən mövcud оlmuş xaricdən gətirilən ərzaq məhcullarına və xammala qоyulan yükcək rücumlar («çörək rücumları») оnların qiymətlərini xеyli bahalaşdırırlar. О müqayicəli xərclər principini irəli cürdü və əcaclandırdı. Lakin оnun idеyaları ölümündən cоnra XIX əcrin оrtalarında dövlətin iqticadi ciyacətində mühüm rоl оynamağa başladı, Ingiltərəni «dünya еmalatxanacına» çеvrildi.

19-cu əsrin axırı və 20-ci əsrin əvvəllərində iqtisadiyyatın dövlət tənzim­lən­­məsi problemləri ilə Rusiya alimləri məşğul olmağa başladılar. N.D. Kond­rat­yevin rəhbərlik etdiyi böyük alimlər qrupu əvvəllər M.I.Tuqan-Bara­nov­s­kinin söylədikləri ideyaları daha da inkişaf etdirmişlər.Kondratyev təkid edirdi ki, təsərrüfatın inkişafı meyllərini və prespektivlərini proqnozlaş­dır­maq üçün di­­namik qanunauyğunluqlarının hamısını dərindən tədqiq etmək lazım­dır. O, he­sab edirdi ki,bazarın inkişafının daxili qanunlarını və bazar münasi­bət­ləri­nin in­ki­şafını əsası sayılan özünütənzimləmə mexanizmini xalq təsərrü­fatının döv­­lət tərəfindən idarəedilməsi mexanizmində də istifadə etmək olar və edil­məlidir.

Dünya iqtisadi ədəbiyyatlarında bazar iqtisadiyyatı sisteminə dövlətin müda­xiləsinin roul,yeri,məqsədi və imkanlarına dair çoxlu və müxtəlif fikirlər vardır.

Ingilis iqtisadçısı A.Marşall,amerikalı E.Çemberlin, L.Mizes, F.Xayek, M. Fridmen (son ikisi nobel mükafatı laureatları) bazar iqtisadiyyatı şəraitində sosial inkişaf məsələlri ilə maraqlanan neoklassik istiqamətin nümayəndələridir.

Ümumən neoklassiklər azadlığa, şəxsi təşəbbüsə,xüsusi sahibkarlığa əsas fikir verirlər. Neoklassiklərin əksər hissəsi qeyd edirlər ki, dövlət öz fəaliyyətində bazar iqtisadiyyatının qanunlarını pozmamalıdırlar.

Neoklassik nəzəriyyəsinin inkişafında alman alimi V.Oykenin 30-cu illərdə yazdığı əsərlər mühüm əhəmiyyət kəsb etmişdir. Onun fikrincə bazar təsərrüfatının üstünlüyündən istifadə edərək “tam rəqabətə” daha səmərəli variant kimi baxılmalıdır.Bütün müsbət cəhətlərə baxmayaraq onun çatış­mamazlıqları da vardır, kortəbii inkişaf edən rəqabət inhisara gətirib çıxarır.

Çikaqo Universitetinin professoru M.Fridmen özünün pul nəzəriyyəsinə əsaslanaraq inflyasiyadan çıxma proqramını təklif etdi. O qeyd edirdi ki, pul tələbin idarə edilməsi funksiyasını,onun vasitəsilə təsərrüfat proseslərinin idarə edilməsi,eyni zamanda onun istehsalın həcminə və məşğulluğa təsirini öyrənmək olar.

Fridmen hökumətə aşağıdakı proqramı təklif etdi.

1).Tədavüldəki pul kütləsinə ciddi nəzarət etmək,onun ildə 3-5 %-dən çox artmasına yol verməmək.

2).Yüksək bank %-ni müəyyən etmək (inflyasiyanı saxlamaq üçün).

3).Əmək haqqının artmasına yol verməmək və işsizliyi yüksək səviyyədə saxlamaq.

Monetaristlərin təkliflərini bir sıra ölkələr yüksək qiymətləndirmiş və birinci növbədə ABŞ və Böyük Britaniya hökumətləri istifadə etmişdir.

70-80-ci illərdə yeni neoklassik nəzəriyyə meydana gəldi. Amerika iqtisad­çıları A.Laffer və C.Kilder dövlətin iqtisadi siyasətinin müxtəlif tərəflərini (fis­kal,pul tədbirləri,məşğulluğun tənzimlənməsi,əmək haqqı və s.) öyrənməklə 70-ci illərin böhranından çıxmaq üçün yollar axtardı. Belə qənaətə gəldilər ki, sahibkarlığı stimullaşdırmaq üçün mühüm vasitə dövlətin vergi siya­sə­ti­dir. Onların hazırladıqları vergi islahatının layihəsinə dair “iqtisadi təklifləri R.Reyqanın hakimiyyətlik (prezident) etdiyi 4 il ərzində dəqiq həyata keçi­rilmişdir. Sonrakı illərdə Reyqan hakimiyyəti vergi stavkalarını 38 %-ə endirdi.

Özünü yоxlamaq üçün cuallar

1. Bazar iqticadiyyatı hancı funkciyaları yеrinə yеtirir?

2. Azad rəqabət nədir?

3. Bazar iqticadiyyatının fоrmalaşmacına dövlətin təcir ictiqamətlərini

cəciyyələndirin.

4. Bazar şəraitində iqticadiyyatın tənzimlənməcinə dair baxışları açıqlayın.




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə