İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

34

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Diaqram 14. 2000-2010-cu illər dövründə ÜDM-in və büdcə xərclərinin artım templəri 

(əvvəlki illə müqayisədə %-lə)

Dünya maliyyə böhranı ilə əla qədar olaraq 2009-cu ildə ölkədə əvvəlki illə müqayi sədə ÜDM -in real artım 

tempi 9,3% təşkil etsə də, ÜDM-in nominal həcmi 9% azalıb. Həmin ildə dövlət büdcəsi nin xərcləri də əvvəl-

ki ildə kindən 2,5% az olub. 2010-cu ildən büdcə xərclə rində ye nidən sürətli artım baş verməkdədir: əvvəlki 

illə müqayisədə büdcə xərc ləri 2010-cu ildə 12,0%, 2011-ci ildə isə 309% artırılıb.

Büdcə  xərclərinin  sürətlə  artması  hökumətin  xərcləmə  siyasətində  və  büdcə  prioritetlərində  ciddi 

dəyişikliklərə gətirib çıxarıb. Əgər 2000-2005-ci illər dövründə büdcə xərcləri sahəsində hökumətin prioriteti 

təhsil,  sosial  müdafiə  və  sosial  təminat,  habelə  müdafiə  bölmələri  olubsa,  2005-ci  ildən  sonrakı  dövrdə 

“Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi və müdafiə xərcləri əsas prioritetlər olub. 2000-ci ildə dövlət 

büdcəsinin 3,8%i, 2005-ci ildə isə 7,6%-i dövlət “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinə yönəldilibsə, 

2008-ci ildə bu göstərici 40,8 fazi təşkil edib. 2010-cu ildə büdcə xərclərinin 35,2%-i həmin bölməyə, 17,0%-ə 

qədəri isə müdafiə

37

 məqsədinə yönəldilib. 



Qeyd etməliyik ki, dövlət büd cəsinin “Sənaye, tikinti və fay dalı qazıntılar” bölməsinin vəsa itinin böyük 

əksər  hissəsi  (97-98%-i)  dövlət  əsaslı  vəsait  qoyu luşu  kimi  tikinti  məqsədlərinə  yönəldilir

38

.  Başqa  sözlə, 



ölkənin  əldə  etdiyi  böyük  neft  pulları  artdıqca  ildən-ilə  daha  çox  vəsait  dövlət  büdcəsi  vasitəsilə  dövlət 

investisiyalarına yönəldilməyə başlanıb.



Dövlət zəmanəti ilə alınan xarici kreditlər. 2000-ci ildən 2010-cu ilədək olan dövrdə ölkənin xarici borcunun 

məbləği davamlı olaraq yüksəlib: 2001-ci ilin sonuna xarici borcun məbləği 1270.0 milyon, 2005-ci ilin sonuna 

1650.5 milyon, 2010-cu ilin sonuna isə 3557.3 milyon ABŞ dolları təşkil edib. 2012-ci ilin 1 yanvar tarixinə 

ölkənin ümumu xarici dövlət borcu üzrə (istifadə olunan və dövlət borcu hesab edilən kreditlər üzrə) cəmi 

kreditlərin məbləği 4816.7 milyon ABŞ dolları səviyyəsində olub, adambaşına düşən xarici borc isə 521.6 

ABŞ dolları təşkil edib

39



37



  Cədvəldə “Müdafiə” bölməsinin xərcləri 2010-cu ildə 10,1% görünsə də, nəzərə almaq lazımdır ki, 2009-2010-cu illərdə dövlər 

büdcəsinin “Əsas bölmələrə aid edilməyən sair xərclər” bölməsinin xərclərinin mühüm bir hissəsi müdafiə məqsədlərinə yönəldilib. 

Bunlar nəzərə alınanda müdafiə xərcləri dövlət büdcəsi xərclərinin 17%-nə çatır. 

38

  2005-ci ilədək “Dövlət əsaslı vəsait qoyuluşu” dövlət büdcəsinin xərclərində ayrıca bənd kimi verilirdisə, 2005-ci ildən tətbiq 



edilən Vahid büdcə təsnifatına əsasən bu, “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin tərkibinə daxil edilir. 

39

   2011-ci  il  dövlət  büdcəsinin  icrası  haqqında  qanun  layihəsinə  və  dövlət  büdcəsinin  icrasına  dair  illik  hesabata  Hesablama 



Palatasının Rəyi. Bakı, 2012, səh. 268 


35

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Xarici  dövlət  borcunun  məbləğinin  belə  artımı  müqabilində  onun  ÜDM-ə  nisbətində  ciddi  artımın  baş 

verdiyini söyləmək olmaz. Əksinə, xarici dövlət borcunun ÜDM-ə nisbəti 2004-cü ildə 18,6 faiz, 2005-ci ildə 

12,7% olduğu halda, 2009-cu ildə 7,95%, 2010-cu ildə 7,4%, 2011-ci ildə isə 7,6% təşkil edib

40



Diaqram 15. 2000-2011-ci illərdə Azərbaycan dövlət büdcəsi xərclərinin strukturu (%-lə)



Mənbə: www.maliyye.gov.az; www.budget.az 

Bununla belə, son illər xarici dövlət borcunun əvvəlki illə müqayisədə artım templəri narahatlıq doğurmaya 

bilməz.  Belə  ki,  hesablamalarımız  göstərir  ki,  2005-ci  ildə  xarici  dövlət  borcu  əvvəlki  ilə  nisbətən  3,9% 

artdığı  halda,  2009-cu  ildə  bu  göstərici  14,1%,  2010-cu  ildə  12,7%,  2011-ci  ildə  isə  24,9  %  olub.  Yəni  son 

illər xarici dövlət borcunun artım templəri çox yüksəkdir. Ölkədə ÜDM istehsalının dünya neft bazarının 

konyunkturundan asılı olduğu indiki durum üçün belə artım templəri təhlükəli hesab oluna bilər. 

2012-ci ildə dövlət zəmanəti ilə investisiya layihələrinə cəlb ediləcək xarici kreditlər də nəzərə alınarsa, 2013-

cü ilin əvvəlinədək xarici borcun məbləğinin 7.0 milyard ABŞ dolları səviyyəsinə çatacağı gözlənilir

41



2007-ci ildə dövlət zəmanəti ilə alınan kreditləri idarə etmək və öhdəliklərin vaxtında yerinə yetirilməsini 



təmin etmək məqsədilə “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” adlı məqsədli büdcə fondu 

yaradılıb. 2008-ci ildən başlayaraq hər ilin dövlət büdcəsinin xərclərində bu fond üçün vəsait nəzərdə tutulur: 

2008-ci ildə fondun xərcləri 46.7 milyon, 2009-cu ildə 47.1 milyon, 2010-cu ildə 97.1 milyon manat olub. 

“Avtomobil yolları” Məqsədli Büdcə Fondu. 2006-cı ildə ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən 

qurulmasının  sürətləndirilməsini,  avtomobil  yolları  şəbəkəsinin  səmərəli  istismarını  və  qənaətbəxş 

vəziyyətdə saxlanılmasını təmin etmək məqsədi ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondu yaradılıb. 

Fond dövlət büdcəsinin yol və nəqliyyatla bağlı vergi gəlirləri hesabına formalaşır. Fondun vəsaiti 2010-cu 

ildə 170 milyon manat təşkil edib.

Dövlət  büdcəsinin  ehtiyat  fondları.  Dövlət  büdcəsinin  gəlirlərinin  artması  həm  də  dövlət  büdcəsindən 

ehtiyat fondlarına ayrılan vəsaitin həcminin ildən-ilə artması ilə müşayiət olunub. Dövlət büdcəsinin Ehtiyat 

Fondu ilə yanaşı 2006-cı ildən Prezidentin Ehtiyat Fonduna də büdcədən vəsait ayrılması mütəmadi olaraq 

40

  www.maliyye.gov.az 



41

  Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi layihəsinə Milli Büdcə Qrupunun rəyi. www.nbg.az 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə