İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   2   3   4   5   6   7   8   9   ...   35

6

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

diversifikasiyasına həsr olunan sənədləri araşdırılmış və yekunda ölkədə iqtisadi diversifikasiyaya mane 

olan faktorlar üzə çıxarılmışdır.

Diversifikasiya siyasətinin doğurduğu iqtisadi nəticələrin (policy outputs) təhlili kimi infrastruktura, insan 

kapitalına və innovasiyalara yönəlik dövlət investisiyaları araşdırılıb. Yeni qeyri-neft sənaye sahələri, qida 

sənayesi, metallurgiya, yüngül sənaye, kimya sənayesi, kənd təsərrüfatı və turizmin inkişafında qət edilən 

məsafə və eyni zamanda bu sahələrin önündə qeyri-neft sektorunun prioritet sahələri kimi duran maneələr 

göstərilib.

Tədqiqatda  diversifikasiya  siyasətinin  statistik  nəticələrinin  və  dinamikalarının  (policy  outcomes) 

qiymətləndirilməsi istiqamətində iqtisadi diversifikasiya göstəriciləri və ixrac diversifikasiyasını əks etdirən 

əsas indikatorlar təhlil edilib. Araşdırma zamanı iqtisadi və ixrac diversifikasiyasının ölçülməsi indikatorları 

kimi aşağıdakılar nəzərdə tutulub:

1. Təbii resurslardan asılılıq indikatorları

1.1. Resurs sektorunun ÜDM-dəki payı 

1.2. Resurs sektorunun ümumi büdcə gəlirlərindəki payı

2. İqtisadi diversifikasiya indikatorları 

2.1. ÜDM-in 1-ci təsnifat səviyyəsində əlavə dəyər yaradan sektorlar üzrə tərkibi

2.2. Məşğulluğun 1-ci təsnifat səviyyəsində sektoral bölgüsü

2.3. ÜDM-in əlavə dəyər üzrə strukturunun sektoral konsentrasiyasının Herfindal indeksi

2.4. Məşğulluğun sektoral konsentrasiyasının Herfindal indeksi

3. İxrac diversifikasiyası indikatorları 

3.1. İxrac edilən 10 əsas məhsulun ümumi ixracatda payı

3.2. İxrac konsentrasiyası üzrə Herfindal indeksi

3.3. Xammal (resurs) mənşəli ixracın ümumi ixracatda payı

4. Məhsul təkmilliyi indikatorları

4.1. Yüksək texnologiya ixracının ümumi ixracatda payı

4.2. İxracın təkmilliyi ölçüsü

4.3. Son məhsul formasına salınan sənaye malları ixracının ümumi ixracatda payı

Tədqiqat boyunca və xüsusən də iqtisadi və ixrac diversifikasiyası indikatorları hesablanarkən milli sta-

tistikadan (Dövlət Statistika Komitəsi), BMT-nin ticarət statistikasından və Dünya Bankının metaməlumat 

bazasından  istifadə  edilib.  Sənədin  sonunda  tapıntı  və  nəticələrlə  yanaşı,  gələcək  vəkillik  strategiyala-

rı  və  fəaliyyətləri  üçün  də  əsas  formalaşdırıla  biləcək  mühim  siyasət  tövsiyələri  (qərar  qəbuledicilərə 

istiqamətlənən) də öz əksini tapıb.

 



7

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın ovaxtaqədərki iqtisadiyyatı SSRİ-nin vahid xalq 

təsərrüfatı  kompleksinin  tərkib  hissəsi kimi  formalaşmışdı. Sovet  dövründə Azərbaycanın  artan 

sənaye sektoru, dinamik kənd təsərrüfatı və xidmətlər sektoru var idi. Lakin SSRİ-nin tərkibinə 

daxil olan bütün digər respublikalar kimi, Azərbaycan iqtisadiyyatı da tamamilə vahid təsərrüfat 

kompleksinə bağlanmışdı. Beləliklə də SSRİ-nin vahid təsərrüfat sistemi dağılarkən respublikadakı 

müəssisələrin mühüm hissəsinin fəaliyyəti dayandı, ölkə ciddi iqtisadi və sosial problemlərlə üz-

üzə qaldı. Bununla belə, 1992-ci ildə ölkədə qiymətlər liberallaşdırıldı, milli valyuta dövriyyəyə 

buraxıldı, iqtisadi islahatlara start verildi. Lakin siyasi sabitliyin pozulması və Qarabağ müharibəsi 

iqtisadi böhranın da dərinləşməsinə və tənəzzülə gətirib çıxardı. 1992-1996-cı illər dövrü ölkədə 

iqtisadiyyatın  tənəzzülü,  ÜDM-in  sürətlə  azalması,  inflyasiya  səviyyəsinin  çox  yüksək  olması 

və işsizlik səviyyəsinin sürətlə dərinləşməsi kimi meyillərlə xarakterizə olunur: Dünya Bankının 

məlumatına görə, bu dövrdə ölkədə ÜDM-in orta illik artım tempi 5,2%, orta illik inflyasiyanın 

səviyyəsi 827,7% olub

1

.

1994-cü  ilin  sentyabrında  müstəqil Azərbaycan  ilk  beynəlxalq  neft  müqaviləsini  –  “Azəri-Çıraq-Günəşli” 



HPBS  imzaladı  və  sonrakı  bir  neçə  il  ərzində  beynəlxalq  neft  müqavilələrinin  sayı  20-ni  ötdü.  Xəzər 

dənizindən  yeni  neft  və  qaz  yataqlarının  işlənməsini  nəzərdə  tutan  bu  sazişlər  ilk  növbədə  ölkənin  neft 

sektoruna, habelə bütövlükdə ölkə iqtisadiyyatına xarici investorların marağının artmasına, ölkəyə irihəcmli 

xarici  investisiyaların  cəlb  edilməsinə  gətirib  çıxardı.  Bununla  yanaşı,  1995-ci  ildə  start  verilən  dövlət 

mülkiyyətinin özəlləşdirilməsi prosesi real olaraq 1997-ci ildə geniş miqyas aldı və özəl sektor genişlənməyə 

başladı. Bunların nəticəsi olaraq qısa müddət ərzində iqtisadiyyatda tənəzzül proseslərinin qarşısını almaq 

və ÜDM-in artmasına nail olmaq, qiymət artımını dayandırmaq mümkün oldu: 1997-2000-ci illər dövründə 

ÜDM-də 8,6%-lik orta illik artım qeydə alındı, yüksək inflyasiya prosesləri isə orta illik 1%-lik deflyasiya 

prosesi ilə əvəzləndi

2



2000-ci ildən başlayaraq Azərbaycanda ÜDM-in artmı davamlı xarakter daşıyıb: 2000-ci ildə ölkə ÜDM-i 4.7 

milyard manat olmuşdusa, artıq 2005-ci ildə 12.5 milyard manat səviyyəsinə çatmışdı, başqa sözlə, 2,7 dəfə 

artmışdı.

1

  Azərbaycan – Ölkə üzrə İqtisadi Memorandum. Yeni İpək yolu – ixrac hesabına diversifikasiya. Dünya Bankının sənədi. 23 dekabr 



2009-cu il. Səh. 55

2

Yenə orada 



2.Makroiqtisadi 

   Mühit



8

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Diaqram 1. 2000-2010-cu illər üzrə ÜDM istehsalı həcminin dinamikası

3

 (milyon manat)

Ölkədə neft-qaz hasilatı və ixracı həcmlərinin artması, dünya neft bazarında neftin qiymətlərinin qalxması 

nəticəsində  2005-ci  ildən  ölkəyə  böyük  neft  pulları  daxil  olmağa  başladı.  Əgər  2004-cü  ildə  ölkədə  neft 

hasilatı 15,6 milyon ton idisə, 2005-ci ildə 22.2 milyon, 2006-cı ildə 33.3 milyon və 2007-ci ildə 42.6 milyon ton 

səviyyəsinə qalxdı. 2008-ci ildə ölkədə istehsal edilən ÜDM-in həcmi 38.0 milyard manat olmuşdu. Dünya 

maliyyə böhranı və neftin dünya bazar qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən 2009-cu ildə ÜDM-in 

nominal həcmi əvvəlki illə müqayisədə 2.4 milyard manat azalsa da, 2010-cu ildə yenidən artım baş verdi və 

ÜDM-in həcmi 41.6 milyard manat səviyyəsinə çatdı. 

Neft-qaz hasilatı və ixracının artması və ölkəyə böyük neft pullarının gəlməsi ilə əlaqədar olaraq ÜDM-in 

illik artım templəri yüksəldi: əgər 2000-2004-cü illərdə ÜDM-in orta illik artım templəri təqribən 9-10% təşkil 

edirdisə, 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə isə 25,0% artım qeydə alındı. Diaqram 2-dən 

aydın şəkildə göründüyü kimi, neft hasilatının artım templəri yüksək olduğu dövrdə ölkədə ÜDM-in də 

yüksək templərlə artımı müşahidə edilib.

Diaqram 2. 2000-2010-cu illərdə ÜDM-in artım templərinin dəyişilməsi

4

 (%)

3

  www.azstat.org 



4

  Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi www.economy.gov.az 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə