İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   2   3   4   5   6   7   8   9   ...   35

9

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

2008-ci ildən ölkədə neft hasilatının artım tempinin kəskin şəkildə aşağı düşməsi ÜDM-in artım tempində 

də oxşar proseslərə gətirib çıxardı: ölkədə ÜDM-in artım tempi 2008-ci ildə 10,8%, 2009-cu ildə 9,3%, 2010-

cu ildə isə 5,0% təşkil edib. Onu da qeyd edək ki, hökumət ölkə iqtisadiyyatının yaxın 10 ildə yenidən ikiqat 

artması və bunun üçün ildə təxminən 7-8%-lik iqtisadi artımın təmin olunmasını qarşısına vəzifə qoyub

5



Hazırda  neft  sektorundakı  artım  tempi  dayandığından  ÜDM-in  bundan  sonrakı  artımı  yalnız  qeyri-neft 

sektoru hesabına mümkündür. 

Son 10 il ərzində neft gəlirlərinin artması dövlət xərcləmələrinin də sürətlə artmasına gəirib çıxardı: 2003-

cü ildə dövlət büdcəsinin xərcləri 1.3 milyard, 2005-ci ildə isə 2.1 milyard manat olduğu halda, 2010-cu ildə 

11.8 milyard manata çatdı, başqa sözlə, 2010-cu ildə büdcə xərclərinin məbləği 2000-ci ilə nisbətən 15,4 dəfə, 

2005-ci ilə nisbətən isə 5,5 dəfə çox olub. 

2002-ci ildən başlayaraq dövlət büdcəsi xərclərinin artım templəri ÜDM-in həm real, həm də nominal artım 

templərini qabaqlayıb, 2005-2008-ci illərdə bu fərq daha qabarıq şəkildə özünü göstərib.



Diaqram 3. 2000-2010-cu illərdə ÜDM-in və büdcə xərclərinin artım templəri 

(əvvəlki illə müqayisədə %-lə)

Təbii ki, dövlət xərclərinin belə sürətli artımı inflyasiya proseslərini sürətlən dirməyə bilməzdi. 2003-cü ildə 

ölkədə  istehlak  qiymətləri  indeksi  2,2%  olduğu  halda,  2004-cü  ildə  6,7%,  2007-ci  ildə  16,7%,  2008-ci  ildə 

20,8% təşkil edib. 2009-cu ildə 1,5%-dək aşağı düşən İQİ 2010-cu ildən yenidən yüksəlməyə başlayıb.

Sənaye  məhsullarının  topdansatış  qiymətləri  indeksində  də  oxşar  tendensiya  diqqəti  cəlb  edir:  2002-dən 

2008-ə qədər qiymətlər artıb, 2009-cu ildə neftin qiymətləri ilə əlaqədar qiymətlər kəskin azalsa da, 2010-cu 

ildən yenidən kəskin artmağa başlayıb.

İnflyasiya  templəri  qeyri-neft  ÜDM-nin  artımı  ilə  sıx  korrelyasiya  edir.  Mərkəzi  Bankın  hesablamalarına 

görə, 2005-2010-cu illər üçün belə korrelyasiya 89% olduğu halda, həmin dövr üçün inflyasiya və ÜDM artımı 

arasında  cəmi  16%  korrel yasiya  olub.  Bundan  əlavə,  inflyasiyanın  büdcə  xərcləmələrinin  artımı  ilə  79%, 

nominal gəlir artımı ilə 96%, nominal maaş artımı ilə 76%, M2 pul kütləsinin artımı ilə isə 22% korrelyasiyası 

olub


6

5



  http://www.president.az 

6

  Azərbaycan Mərkəzi Bankının inflyasiya icmalı – 2010. www.cbar.az 




10

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA__Diaqram_4._2001-2011-ci_illərdə_ölkə_iqtisadiyyatında_istehlak_qiymətləri_indeksi_və_sənaye_məhsullarının'>DİVERSİFİKASİYA

Diaqram 4. 2001-2011-ci illərdə ölkə iqtisadiyyatında istehlak qiymətləri indeksi və sənaye məhsullarının 

istehsalçı (topdansatış) qiymətləri indeksinin dəyişməsi

7

 (əvvəlki illə müqayisədə %-lə)

Diaqram 5. İnflyasiyanın dinamikası qeyri-neft ÜDM-in real artımı ilə müqayisədə, 2005-2010

Mərkəzi Bankın ekonometrik hesab lamalarına görə, əgər 2008-ci ildə mone tar amil (pul kütləsinin dəyiş məsi) 

inflyasiyanın 50,6%-ni izah edirdisə, bu göstərici 2009-cu ildə 12,5%, 2010-cu ildə isə 46,8% olub. Yerdə qalan 

hissə isə qeyri-monetar ünsürlərlə izah olunur. Qeyri-mone tar amillərə əsasən idxal olunmuş inflyasiya və 

inzibati qiymətlərin artırılması daxildir.

DSK-nın məlumatına görə, 2005-ci illə müqayisdə ölkədə istehlak qiymətləri indeksi 2010-cu ildə 71,1%, 

ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi 88,4%, sənaye məhsullarının qiymət indeksi isə 89,0% artıb. 

Bu, neft gəlirlərinin kəskin qiymət ar tım ları ilə müşayiətini və biz nes, xüsu silə kiçik və orta sahib kar lıq üçün 

belə qiymət artımlarının risk mən bəyi oldu ğu nu göstərir.

Yüksək neft gəlirlərinin daxil olduğu dövr də Mərkəzi Bankın əsas hədəflərin dən biri manatın əsas valyutalara 

(ABŞ dolları və avro) qarşı nominal məzənnə si nin sabitliyini qorumaqdır. Nə ti cə də 2000-ci illə müqayisədə 

2010-cu ilin sonunadək manat cüzi bahalaşıb.

Milli Büdcə Qrupunun araşdırmasına görə

8

, nominal effektiv məzənnənin (NEM) ümumi güclənməsi 2010-



cu ildə 2009-cu illə müqayisədə 6% təşkil edib. Əsas güclənmə avro və funt sterlinqə qarşı baş verib. 2000-

ci illə müqayisədə isə cəmi 4,2%-lik güclənmə var. 

7

  www.azstat.org 



8

  2010-cu il üzrə Azərbaycanda makroiqtisadi vəziyyətin qiymətləndirilməsi. Analitik icmal. Bakı, MBQ, 2011 




11

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Diaqram 6. 2005-ci illə müqayisədə inflyasiya göstəricilərinin dəyişilməsi (2005-ci il 100%)

Diaqram 7. NEM və REM, 2000-ci il 100%-lə 

Diaqram 8. Qeyri-neft NEM və REM, 2000-ci il 100%-lə

2010-cu  ildə  real  effektiv  məzənnə  (REM)  də  artmaqda  davam  edib  və  2009-cu  illə  müqayisədə  10,6% 

möhkəmlənib. Manatın möhkəmlənməsi 2005-ci illə müqayisədə 48,8%, 2000-ci illə müqayisədə isə 27,7% 

təşkil edib. Bu isə neft dollarlarının manatı bahalaşdıracağı barədəki proqnozların doğrulduğunu göstərir. 




12

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Qeyri-neft NEM və REM (qeyri-neft ticarəti nəzərə alınmaqla hesablanıb) oxşar tendensiyalar göstərsələr də, 

REM-in möhkəmlənməsi 2009-cu illə müqayisədə 4,8%, 2000-ci illə müqayisədə isə 15,3% olub

9

.



Azərbaycanda  yoxsulluğun  səviyyəsinin  azaldılması  istiqamətində  dövlət  proqramları  həyata 

keçirilməkdədir. Əhalinin nominal gəlirlərinin artmasına paralel olaraq Azərbaycanda yoxsulluq səviyyəsi 

də 2000-ci ildəki 49,0%-dən 2010-cu ildə 9,1%-ə enib. 

Diaqram 9. Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi (%-lə)

 

Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi (%)



46.70%

11%

13.20%

9.10%

15.80%

21%

40.20%

29.30%

44.70%

0.00%

5.00%

10.00%

15.00%

20.00%

25.00%

30.00%

35.00%

40.00%

45.00%

50.00%

2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011

2010-cu ildə Azərbaycanda əhalinin nominal pul gəlirləri 25.6 milyard ma nata çatıb və ÜDM-ə nisbəti 61,5% 

təşkil edib

10

. Beləliklə, ölkədə adambaşına düşən nominal gəlirlər 2.866 manat olub. Bir işçiyə hesab lanmış 



orta aylıq əməkhaqqı isə 325 manat təşkil edib. Adambaşına düşən gəlirlərdə əməkhaqqı faktorunun payı 

11,3%-dir.  Əhalinin  gəlirlərində  sahibkarlıq  fəaliyyətindən  gəlirlər,  mülkiyyətdən  gələn  gəlirlər  və  cari 

transfertlər yüksək yer tutur. 2010-cu ilin əvvəlinə Azərbaycanda əhalinin üçdə birinin (33,7%) aylıq gəliri 

100 manatdan az olub. 

Azərbaycan iqtisadiyyatında son bir neçə ildə real iqtisadi artım tempinin dinamikasında azalma müşahidə 

olunur. Resursla zəngin ölkələrin iqtisadiyyatlarına xas olan mühüm xüsusiyyətlərdən biri məhz iqtisadi artım 

tempinin müəyyən dövrdən sonra səngiməsidir. Belə meyil “resurs lənəti” (resource-curse) konsepsiyasında 

da əsas mənfi simptomlardan biri kimi vurğulanır. Artım templərinin azalmasını üç səbəblə izah etmək olar:



-  neft istehsalında və qiymətlərdə artım templərinin azalması fonunda neft sektoru artımının bir qədər səngiməsi;

-  dünya maliyyə böhranının yaratdığı effektlərin məcmu tələb və kredit bazarlarında yaratdığı neqativ təsir;

-  baza effekti (ÜDM hər il daha böyük baza üzərində artdığına görə eyni miqdarda artım daha aşağı faiz artımı ilə

nəticələnir).

Proqnozlara  görə,  2011-2015-ci  illərdə  ölkədə  aşağı  templə  iqtisadi  artım  müşahidə  olunacaq.  Məsələn, 



BVF-nin 2010-cu ilin may ayındakı hesabatına görə

11

, adıçəkilən dövrdə orta iqtisadi artım təxminən 3%, 



qeyri-neft sektorunun artımı isə 4,9% olacaq. Güman olunur ki, belə artım templəri investisiyaların, büdcə 

xərcləmələrinin və əhalinin gəlirlərinin daha yavaş artımı ilə də şərtlənəcək. 

9

  2010-cu il üzrə Azərbaycanda makroiqtisadi vəziyyətin qiymətləndirilməsi. Milli Büdcə Qrupu. Bakı, 2011-ci il www.nbg.az 



10



 AMB. Pul siyasəti icmalı 2010. Bakı – 2010

11

  www.imf.org/external/pubs/ft/weo/2010/02/index.htm 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə