İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   27   28   29   30   31   32   33   34   35

79

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

5.2. İxrac diversifikasiyasını əks etdirən əsas indikatorlar

İxracatın sahə konsentrasiyası. Konkret əmtəələr üzrə ixrac diversifikasiyasının ölçülməsi üçün məhsullar 

seçilərkən təklif olunan tədqiqat metodologiyasına uyğun olaraq, dördrəqəmli əmtəə kodları üzrə seçim 

aparılıb, 10 əmtəə seçilib. 

Cədvəl 27. 2000-2011-ci illərdə Azərbaycanın əsas məhsullarının ixracda payı

 Məhsullar

2000

2005


2006

2007


2008

2009


2010

2011


Təzə meyvə

1,3


3,3

1,5


2,1

0,32


0,96

0,53


0,57

Şəkər


0

0

0,5



2,5

0,17


0,69

0,68


0,75

Pambıq lifi

2,1

0,93


0,6

0,52


0,03

0,12


0,02

0,02


Etilen polimerləri, ilkin 

formada


0

0,37


0,9

0,6


0,17

0,24


0,23

0,27


Qara metallar

0

0,84



0,65

0,9


0,13

0,11


0,35

0,39


Emal olunmamış 

alüminium

0,53

1,2


1,1

1,5


0,25

0,08


0,012

0,04


Alüminium oksidləri

1,2


2,3

2,4


1

0,11


0,02

0

0



Xam neft

56,4


51

60,4


53,1

92,5


81,7

86,7


86,2

Neft məhsulları

21,8

25,2


23,4

27,5


4,3

10,2


6

5,9


Təbii qaz

0

0



0

0,3


0,15

0,85


1,35

2,2


İxrac konsentrasiyası 

üzrə Herfindal indeksi

0,366

0,325


0,420

0,359


0,858

0,678


0,756

0,747


Təbii resursların ixracda 

payı, %-lə

56.4

51.0


60.4

53.4


92.6

82.6


88.1

88.4


Əsas məhsulların ixracda payı müəyyən olunduqdan sonra həmin məlumatlar əsasında Herfindal indeksi 

hesablanır. Bu indeks ayrıca götürülmüş əmtəələrin və ya sektorların ümumi ixracda payına əsasən ixracın 

təmərküzləşmə səviyyəsini əks etdirir. Herfindal indeksi aşağıdakı formul əsasında hesablanır:

 

İxracatın əsas məhsulları üzrə konsentrasiya səviyyəsini müəyyən etmək üçün hesablanan Herfindal indeksi 



2008-ci ildə ən yüksək həddə olub – 0.858. 2009-cu ildə dünya bazarında neftin qiymətinin aşağı düşməsi 

ixrac olunan neftin dəyərcə bir qədər azalması və uyğun olaraq ixracda xam neftin azalması ilə müşayiət 

olunub. Lakin 2010 və 2011-ci illərdə yenə ixracda xam neftin payının artmasını və Herfindal indeksinin 

yüksəldiyini müşahidə edirik.




80

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl  26-dan  göründüyü  kimi,  ölkənin  ixracında  konsentrasiya  səviyyəsi  çox  yüksəkdir:  bütün  ixracın 

2008-ci ildə 92,5%-i, 2011-ci ildə isə 86,2%-i xam neftin payına düşür. 2011-ci ildə Azərbaycandan olan bütün 

ixraxın 94,3%-ini xam neft, təbii qaz və neft məhsulları təşkil edib. Bu isə o deməkdir ki, son illər ölkənin 

ixracı məhz neft və qaz hasilatı həcmlərinin artması və dünya neft bazarında neft və qazın yüksək qiymətləri 

hesabına baş verib. 



Resursların ixracda payı. Əsas məhsulların ixracda payını əks etdirən cədvəlin (26-cı cədvəl) məlumatlarında 

diqqəti  çəkən  məqamlardan  biri  də  ixracda  ümumiyyətlə  təbii  resursların  və  xammalın  payının  yüksək 

olmasıdır. Belə ki, ixracda təbii qazın da payı son illər artmaq üzrədir. Azərbaycanın hasil etdiyi və ixrac etdiyi 

qazın həcmləri son illər artmaqdadır və növbəti illərdə qaz ixracı həcmlərinin sürətli artması gözləniləndir. 

Cədvəl 27-dən göründüyü kimi, 2011-ci ildə xam neft və təbii qaz ixracı ölkənin bütün ixracının 88,4%-ni 

təşkil edib.

Cədvəl 27-də təbii resursların ixracda payı hesablanarkən iki məhsul götürülüb: xam neft və təbii qaz. Təbii 

qazın payı son üç ildə artmağa başlayıb. Qeyd etmək lazımdır ki, bunlardan əlavə ölkədən, ümumi ixracda 

payı və həcmləri az olsa da, xammal şəklində ixrac olunan başqa məhsullar da var. Məsələn, pamlıq lifi, yun, 

emal edilməmiş alüminium və s. Əgər bunlar da nəzərə alınarsa, yaxın illərdə ölkənin ixracının 90%-dən 

çoxunu xammal və təbii resurslar təşkil etməkdə davam edəcək.

İxracın təkmilliyi ölçüsü (measure of export sophistication (EXPY)). Daha yüksək məhsuldarlıq və gəlirlilik 

səviyyəsinə malik malları ixrac edən ölkələrin iqtisadi artım templəri daha stabil, iqtisadi rifah səviyyəsi isə 

daha yüksək olur

100


. Milli gəliri yüksək olan ölkələrin “ixrac səbəti” daha təkmil hesab edilir və az gəlirli 

ölkələr həmin struktura nail olmağa can atır. Ölkənin ümumi ixracının zənginliyini (sophistication), gəlirliyini 

və keyfiyyətini ölçmək üçün öncə ixracın strukturunda önəmli yer tutan hər bir məhsulun assosiasiya olduğu 

gəlir səviyyəsi ölçülür. Bu indikator PRODY adlandırılır və aşağıdakı formulla hesablanır:

Burada: 

– hər bir məhsulun ölkənin ümumi ixracındakı xüsusi çəkisidir;

 – oxşar məhsulları ixrac edən ölkələrin ümumi ixracatının strukturunda müvafiq məhsulun xüsusi



çəkilərinin cəmidir;

– oxşar məhsulu ixrac edən ölkələrdə adambaşına düşən milli gəlirin (ÜDM) səviyyəsidir.

PRODY bu və ya digər məhsulu ixrac edən ölkələrin həmin məhsulun fərdi və ölkə qrupları üzrə ixracdakı 

payı da nəzərə alınmaqla hesablanan adambaşına düşən ÜDM məbləğidir. Konkret əmtəəni əgər (i) yüksək 

gəlirli ölkələr ixrac edirsə, (ii) həmin məhsul onu ixrac edən ölkələrin ixracının strukturunda təqribən bərabər 

paylanıbsa, PRODY məbləği daha da yuxarı olur.

Ümumiyyətlə,  bu  indikator  “müqayisəli  üstünlük”  əmsalının  (Revealed  Comparative Advantage  –  RCA)  və 

Herfindal indeksinin (belə ki, ixracın strukturundakı malların gəlirliyini nəzərə almır) daha təkmil forması 

hesab  olunur

101

.  RCA  bu  və  ya  digər  məhsulun  ölkənin  ixracındakı  payının  həmin  məhsulun  dünya 



ticarətindəki payına bölünməsi ilə hesablanır və belə hesab olunur ki, RCA-in 1-dən böyük olduğu əmtəə və 

xidmətlər üzrə ölkə müqayisəli üstünlüklərə (müvafiq istehsal səriştəsi, xammal və kapitalla optimal təchizat, 

yerləşmə və daşınmada üstünlüklər, digər xərclərin azlığı və s.) malikdir

102


. Məsələn: 2010-cu ildə xam neftin 

Azərbaycanın ixracındakı payının 86%, xam neftin dünya ticarətindəki payının isə 7,98% olduğunu nəzərə 

alsaq, RCA=86/7.98=10.8. Bu göstəriciyə əsasən, Azərbaycan xam neft üzrə müqayisəli üstünlüyə malikdir 

və konkret bu məhsul üzrə rəqabətliliyi yüksəkdir.

100



 Hausmann R., Hwang J. and Rodrik D. “What You Export Matters”. KSG Working Paper Series. 2005



101

 César A. Hidalgo. “The Dynamics of Economic Complexity and the Product Space over a 42 year period”. CID 



Working Paper No.189. December, 2009

102


 J. Boccardo, V. Chandra, Y. Li and I. Osorio. “Why export sophistication matters for growth?”. PRMED, November 6, 2007




81

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Ölkənin ümumi ixracında əsas yer tutan məhsulların hər biri üzrə PRODY ayrılıqda hesablandıqdan sonra 

müvafiq PRODY-lər həmin məhsulların ixracdakı payına vurularaq aşağıdakı formul üzrə cəmlənir. 

EXPY göstəricisi yüksək olan ölkələrin ümumi xüsusiyyətləri onların bir qayda olaraq adambaşına yüksək 

ÜDM göstəricisinə malik olması, insan kapitalının yüksək inkişaf səviyyəsi və işçi qüvvəsinin sayca çox 

olması, dünya bazarında daha yüksək qiymətə satılan mallar ixrac etməsidir. 

Cədvəl  28-də  BMT-nin  Ticarət  və  İnkişaf  Konfransının  xarici  ticarət  üzrə  statistika  bazasına  (UNCTAD

Handbook of Statistics; UN Comtrade) və Dünya Bankının adambaşına düşən ÜDM göstəricilərinə (World Bank’s

World Development Indicators) əsasən hesablanmış Azərbaycan ixracının PRODY və EXPY dəyərləri, habelə 

müqayisəli üstünlük əmsalı verilib. Bu zaman ölkənin ixrac səbətində 2010-cu ildə ilk 10-u təşkil edən mallar 

(3-digit) götürülüb. Daha sonra BMT-nin məlumat bazasında ayrı-ayrı göstərilən bitki və heyvan mənşəli 

yağlar bir məhsul kimi birləşdirilərək 9 mal üzrə PRODY dəyəri və yekunda ölkə ixracı üzrə ümumi EXPY 

dəyəri hesablanıb. Hesablama zamanı bəzi mallar üzrə (xam neft, neft məhsulları, təbii qaz) 25 əsas ixracatçı 

seçilib, digər mallar üzrə isə əsas ixracatçıların sayı və onların dünya bazarındakı payı nəzərə alınmaqla 12-

20 ölkə üzrə hesablama əməliyyatı aparılıb. Onu da nəzərə almaq lazımdır ki, analoji tədqiqatlar da məhz 

yuxarıda göstərilən mənbələr əsasında aparılır və UNCTAD statistika sistemi bəzi ixrac məlumatlarını 2009-

2010-cu illərin ortalama göstəricisi şəklində təqdim etdiyindən ayrı-ayrı ölkələrin rəsmi statistik məlumatları 

ilə bəzi fərqlər qeydə alına bilər. 



Cədvəl 28. Azərbaycanın “ixrac səbəti”ndəki əsas məhsulların və ümumi ixracın gəlirlilik səviyyəsi (2010)

Məhsulun adı

Məhsulun kodu

(SITC Revision 3)

PRODY 

(nominal 

USD)

Müqayisəli 

üstünlük əmsalı 

(RCA ≥ 1) 

Məhsulun dünya 

ixracında payı 

(%)

Xam neft 

333

14197


10.8

7.98


Benzin və digər neft 

məhsulları

334

22382


1.28

4.31


Təbii qaz

343


18091

0.6


1.51

Şəkər 


061

5322


1.92

0.26


Meyvələr (təzə və quru)

057


10825

1.33


0.45

Bitki və heyvan yağları

421, 422, 431

3771


0.77

0.52


Etilen polimerləri

571


24158

0.47


0.43

Gəmi və qayıq hissələri

793

20853


0.86

1.05


Alüminium

684


23497

0.28


0.72

İxracın əhatə olunma əmsalı (%-lə): 95,3 

EXPY: $ 13.993

Statistik mənbə: BMT Ticarət və İnkişaf Konfransı (UNCTAD) və Dünya Bankı İnkişaf İndikatorları (WBWDI)



82

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

PRODY dəyəri 10.000$-dan az olan mallar nisbətən aşağı gəlirli, 10.000-20.000$ arası olan mallar orta gəlirli, 

20.000$-dan yuxarı olan mallar isə yüksək gəlirli hesab olunur. Eyni zamanda, PRODY dəyəri 40.000$-dan 

yuxarı olan çox yüksək gəlirli mallarda var. Məsələn, mirvari və digər çox qiymətli daşlar bu qəbildəndir. Bu 

sadalananları nəzərə alaraq demək olar ki, yuxarıdakı cədvəldən də göründüyü kimi, Azərbaycanın “ixrac 

səbəti”ndə həm aşağı gəlirli, həm orta gəlirli, həm də nisbətən yüksək gəlirli məhsullar var. Ancaq əsas 

problem ondan ibarətdir ki, Azərbaycanın “ixrac səbəti”ndə başlıca yer tutan məhsullar əsas etibarilə elm və 

innovasiyatutumlu olmayan xammal və yarımfabrikatlardır.



Diaqram 25. 2010-cu il üzrə xam neft ixracının ölkələrin ümumi ixracında xüsusi çəkisi (%-lə)

Xam neft ixracının ölkələrin ümumi ixracında xüsusi çəkisi (2010, %)

0,00%

10,00%


20,00%

30,00%


40,00%

50,00%


60,00%

70,00%


80,00%

90,00%


100,00%

İra

q

A

nq

ol



A

zərb

ay

ca

n

N

ig

eriy

a

Li

vi

ya

Ek

v. Q

vi

neya

İra

n

Səu

diy

yə 

Ə

rəb

.

K

üve

yt

V

en

es

uel

a

Q

az

axı

stan

O

man

Ek

vad

or

Ə

lcəza

ir

Q

atar

B.Ə



.

N

orv



Ru

siy

a

Ko

lu

m

biy

a

 

Mənbə: UNCTAD Handbook of Statistics 2011

Azərbaycan  ixracının  strukturunda  xüsusi  çəkisinə  görə  birinci  yer  tutan  xam  neft  (Crude  petroleum  &

bituminous oil) məhsulunun Standart Beynəlxalq Ticarət Təsnifatı (Standard International Trade Classification

və ya “SITC Revision 3” sisteminin üçrəqəmli (3 digit) təsnifatı üzrə əmtəə kodu 333-dür. 2010-cu ildə dünyada 

63 ölkənin (bu tədqiqat çərçivə sində aparılan PRODY hesablamasında dünya üzrə cəmi xam neft ixracında payı 0,7%-

dən yuxarı olan 25 ixracatçı ölkə seçilmişdir) ixracatında xam neft ilk onluğa daxil ola bilib ki, onlardan da 32-nin 

ixracatında xüsusi çəkisinə görə birinci yeri tutub. İxracın strukturunda xam neftin xüsusi çəkisinin 85%-dən 

çox olduğu cəmi üç ölkə olub ki, bunlar da İraq, Anqola və Azərbaycandır. İxracatında xam neftin xüsusi 

çəkisi  birinci  olan  ölkələr  arasında  Sudan,  Konqo,  Yəmən,  Qabon  kimi  yoxsul  ölkələrlə  yanaşı,  Kanada, 

Norveç  və  Küveyt  kimi  zəngin  ölkələr  də  var

103


.  Məhz  buna  görə  də  xam  neft  məhsulunun  bir  xammal 

olmasına baxmayaraq, PRODY dəyəri aşağı deyil (14.197$). Ölkənin ixracının təkmillik və ümumi gəlirlilik 

göstəricisi olan EXPY isə 13.993$-a bərabərdir. Bu səviyyə EXPY dəyəri 5.000-10.000$ intervalında dəyişən 

Afrika ölkələrinə nisbətən yüksək olsa da, EXPY dəyəri 18.000-20.000$-dan yüksək olan Avropa və Uzaq 

Şərq ölkələrinə nisbətən bir qədər aşağıdır

104


.

Yüksək texnologiya ixracının ümumi ixracatda payı (high tech exports as a share of total export) və son 

məhsul formasına salınan sənaye malları ixracının ümumi ixracatda payı (exports of manufactured goods 

103


  http://www.unctad.org (Handbook of Statistic for 2011) 

104


  Asier  Minondo.  “Exports’  quality-adjusted  productivity  and  economic  growth”.  Department  of  Economics. 

Universidad de Deusto – ESTE. 2008



83

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

in  total  exports).  Yüksək  texnologiyalar  üçün  daha  geniş  istifadə  olunan  definisiya  Amerika  Milli  Elm 

Fonduna (National Science Foundation) məxsusdur. Həmin definisiyaya əsasən, “əgər bu və ya digər texnoloji



məhsulun istehsalı ilə məşğul olan sənaye sektorunda “araşdırma və texniki işləmələr”lə (R&D) məşğul olan işçilərin

ümumi  işçilərin  sayına  nisbəti  bütün  digər  iqtisadi  sektorlar  üzrə  müvafiq  göstəricinin  ədədi  ortasından  (average)

böyük olarsa, həmin məhsul yüksək texnologiyalara (high-tech) aid edilir

105

”.

Cədvəl 29. Yüksək texnologiyanın ixracatda və sənayedə, sənaye məhsulunun ixracatda payı (%-lə)

Yüksək texnologiya ixracının ümumi ixracatda payı (%-lə)

1996

1997


1998

1999


2000

2001


2002

2003


2004

2005


2006

2007


2008

2009


2010

0.29


0.44

1

0.57



0.29

0.39


0.37

0.26


0.18

0.06


0.06

0.07


0.02

0.03


-

Yüksək texnologiya ixracının sənaye ixracında payı (%-lə)

1996

1997


1998

1999


2000

2001


2002

2003


2004

2005


2006

2007


2008

2009


2010

2.2


4.4

13.7


8.5

4.6


8.8

7.9


5.15

2.2


1.1

1.7


3.4

0.92


0.98

1.1


Son məhsul formasına salınan sənaye malları ixracının ümumi ixracatda payı (%-lə)

1996


1997

1998


1999

2000


2001

2002


2003

2004


2005

2006


2007

2008


2009

2010


20

14.2


13

9.9


7.7

4.4


5.9

6.5


10.5

13.3


8.1

7.5


1.5

3

2.5



Mənbə: Dünya Bankının məlumat bazası

OECD  və  Avropa  Birliyinin  yanaşmasına  görə  isə,  R&D  xərcləri  yüksək  texnologiyalara  aid  edilən 

məhsullarda və sektorlarda bir qayda olaraq maya dəyərinin orta hesabla 10%-ni təşkil etməlidir

106


. Cədvəl 

29-da Azərbaycanın yüksək texnologiya ixracının ümumi ixracatda və sənaye ixracında payı, həmçinin son 

məhsul formasına salınan sənaye malları ixracının ümumi ixracatda payı öz əksini tapıb. Yüksək texnologiya 

ixracının ümumi ixracda payı 1996-2010-cu illərdə ən yüksək göstəricisinə 1998-ci ildə çatıb (1%), 2009-cu 

ildə isə bu göstərici 0,03%-ə qədər azalıb. Yüksək texnologiya ixracının sənaye ixracında payı da 1998-ci 

ildəki 13,7% səviyyəsindən 2010-cu ildə 1,1%-ə düşüb. Son məhsul formasına salınan sənaye malları ixracının 

ümumi ixracda payı 1997-ci ildəki 14,2% qarşılığında 2010-cu ildə 2,5% olub. Beləliklə, göründüyü kimi, hər 

3 indikator üzrə son 15 ilin trendi azalandır. Ancaq bu azalan trendin mühüm səbəblərindən biri ümumi 

ixrac dövriyyəsinin bu dövrdə kəskin artmasıdır.

105


 http://www.gccc.com/pdf/tech/defining.pdf 

106

  http://www.oecd-ilibrary.org/docserver/download/fulltext/5lgsjhvj7nkj.pdf?expires=1332748854&id=id&accname=guest&check



sum=2180F1665A56B43EF556F757E827EE9D 


QANUN NƏŞRLƏR EVİ

Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9.

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

e-mail: info@qanun.az

www.qanun.az



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə