İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   2   3   4   5   6   7   8   9   ...   35

15

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

aparıcı  sahələri  kimi  bu  sektorlar  nəzərdə  tutulurdu:  kənd  təsərrüfatı  məhsulları  istehsalı  (taxılçılıq, 

pambıqçılıq,  maldarlıq,  quşçuluq,  qoyunçuluq,  tərəvəzçilik,  bostançılıq,  üzümçülük  və  şərabçılıq, 

meyvəçilik, gülçülük, zeytunçuluq, arıçılıq), yeyinti sənayesi (ət, süd emalı və başqa qida məhsulları üzrə 

müəssisələrin yaradılması, bitkiçilik məhsullarının emalı, uşaq qidası istehsalının dəstəklənməsi), balıqçılıq, 

qarışıq yem istehsalının dəstəklənməsi, yüngül sənaye (toxuculuq, xalçaçılıq və ipəkçilik), neft kimyası və 

kimya, plastmas məmulatlar istehsalı, qara və əlvan metallurgiya, alüminium və boru istehsalı, dəmir filizi, 

alunit istehsalı, energetika, tikinti materialları istehsalı (mişar daşı, əhəngdaşı, sement və sement xammalı, 

bentonit, kvars və tikinti qumları), dərman bitkilərinin tədarükü, tütünçülük və turizm.

8) Neft və qaz gəlirlərinin 2005-2025-ci illərdə idarə olunması üzrə uzunmüddətli strategiya

18

 20 il ərzində neft-

qaz  gəlirlərindən  istifadənin  əsas  prinsiplərini  və  ortamüddətli  xərclər  siyasətini  müəyyənləşdirir. 

Strategiyaya  görə,  hökumət  neft-qaz  gəlirlərini  iqtisadiyyatın  qeyri-neft  sektorunun,  regionların,  kiçik 

və  orta  sahibkarlığın,  infrastruktur  sahələrin  inkişafına,  iqtisadiyyatın  intellektual  və  texnoloji  bazasının 

səviyyəsinin yüksəldilməsinin stimullaşdırılmasına, insan kapitalının inkişafına (yüksəkixtisaslı kadrların 

hazırlanması, kadrların peşəkarlıq səviyyəsinin artırılması) yönəltməlidir. 



9) Yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramında

19

 neft-qaz sferasından kənar 

əsas enerji sektoru olaraq istilik-elektrik stansiyalarının sayının artırılması (Sumqayıtda gücü 400-500 Mvt 

olan müasir elektrik stansiyasının inşası, Səngəçalda müasir tipli istilik-elektrik stansiyasının inşası, Şirvan 

şəhərində  gücü  800-900  Mvt  olan  elektrik  stansiyasının  inşası)  və  alternativ  enerji  mənbələrinin  (külək, 

günəş və s.) inkişaf etdirilməsi hesabına elektroenergetikanın inkişafı nəzərdə tutulurdu.



10) Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2007-2010-cu illər üzrə Dövlət Proqramının

20

 əsas hədəflərinə 

bunlar daxil edilib:

-  regional səviyyədə kreditləşmə institutlarının yaradılması və inkişaf etdirilməsi;

-  yerli  məhsulların  ixracı  imkanları  haqqında  müvafiq  təhlillərin  aparılması  və  rəqabətqabiliyyətli  məhsulların

ixracının təşviqi, regionlarda ixracata təşkilati və məlumat-məsləhət dəstəyi verəcək qurumların yaradılması;

-  müasir  texnologiyaların  ölkəyə  gətirilməsinin  stimullaşdırılması  üçün  gömrük  və  vergi  sahəsində  imtiyazların

tətbiqi;

-  regionlarda kənd təsərrüfatı mallarının istehsalı və satışı sahəsində kooperasiyanın inkişafı istiqamətində tədbirlər;

-  respublika ərazisində, xüsusilə də kənd regionlarında turizm infrastrukturunun inkişafı sahəsində tədbirlər;

-  yerli  və  xarici  investorların  cəlbedici  olmayan  regionlarda  yeni  iş  yerlərinin  açılması  məqsədilə  investisiya

qoyuluşuna həvəsləndirilməsinə dair imtiyazlar sisteminin yaradılması;

-  kənd  təsərrüfatında  aqroservis  xidmətinin  inkişaf  etdirilməsi,  məhsuldarlığı  artırmaq  məqsədilə  respublikada

toxumçuluq  təsərrüfatlarının  inkişaf  etdirilməsi  və  ailə-kəndli  təsərrüfatlarının  dövlət  tərəfindən  toxumlarla

təminatının yaxşılaşdırılması tədbirləri.

11) «2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının

21

 əsas məqsədi 

kimi ölkə vətəndaşlarının sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq 

məhsulları  ilə  tam  təmin  edilməsi  göstərilib.  Bu  məqsədə  nail  olmaqdan  ötrü  hökumət  özü  üçün  4  əsas 

vəzifə müəyyənləşdirib: ölkədə ərzaq məhsulları istehsalını artırmaq; əhalini təhlükəsiz və keyfiyyətli ərzaq 

məhsulları ilə təmin etmək; ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək; ərzaq təminatı 

sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq. 

18

  Prezidentin 27 sentyabr 2004-cü il tarixli 128 nömrəli Fərmanı ilə təsdiqlənib



19

  Prezidentin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı ilə təsdiqlənib

20

  Prezidentin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı ilə təsdiqlənib



21

  Prezidentin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiqlənib




16

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

12) 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramında

22

 strateji hədəflərdən biri 

məhz  qeyri-neft  sektorunun  inkişafı  sayəsində  ölkədə  davamlı  iqtisadi  inkişafın  təmin  olunmasıdır.  Bu 

məqsədə çatmaq üçün iqtisadiyyatın aşağıdakı sahələrinin inkişaf etdirilməsi hədəf olaraq alternativ və bərpa 

olunan enerji mənbələri hesabına energetika sektorunun, kənd təsərrüfatının və turizmin inkişafı seçilib.



13) Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramının əsas məqsədi kimi ölkədə qeyri-

neft  sektorunun  inkişafının,  iqtisadiyyatın  diversifikasiyasının,  tarazlı  regional  və  davamlı  sosial-iqtisadi 

inkişafın təmin olunması müəyyənləşdirilib. Sənəddə əsasən ixracyönümlü qeyri-neft sektorunun inkişafı 

götürülüb.  Əvvəlki  proqramda  nəzərdə  tutulan  bütün  prioritet  istiqamətlər  bu  proqramda  da  nəzərdə 

tutulsa da, bir neçə yeni sahə də əlavə olunub. Prioritet sahələrə cihazqayırma sənayesi, kimya sənayesi, 

kənd təsərrüfatı məhsulları istehsalı, yeyinti sənayesi, balıqçılıq, tikinti materiallarının istehsalı, tütünçülük, 

turizm, dərman bitkilərinin tədarükü daxil edilib.

14) 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının

23

 əsas məqsədi kimi Azərbaycanda yüksək 

iqtisadi,  sosial  və  ekoloji  tələblərə  cavab  verən  müasir  turizm  sahəsinin  formalaşdırılması  və  onun  ölkə 

iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi göstərilir. Sənədin qüvvədə 

olduğu dövrdə əsas fəaliyyətlər kimi turizm, rekreasiya zonalarında və tarix-memarlıq və mədəniyyət qoruqlarının

müvafiq  infrastrukturun  yaradılması,  ekoloj,kənd  və  idman  turizm  növlərinin  inkişafı,  turizm  potensiallı  ərazilərə

investisiyaların cəlb edilməsi və bu sahədə kiçik və orta sahibkarlığın təşviqi seçilib.

Beləliklə də 2000-2011-ci illərdə qəbul edilən dövlət proqramlarının və strategiyaların təhlili göstərir ki, bütün 

sənədlərdə istisnasız olaraq iqtisadiyyatın diversifikasiyasına nail olunması hökumətin iqtisadi siyasətinin 

prioritetini  təşkil  edib.  Həmin  sənədləri  ümumiləşdirsək,  hökumət  iqtisadi  diversifikasiya  məqsədilə 

aşağıdakı neftdənkənar sektorların üstün inkişafını hədəf kimi götürüb:

-  kənd təsərrüfatı sektoru (bitkiçilik və heyvandarlıq);

-  balıqçılıq və balıq sənayesi;

-  qida (aqrar), tütünçülük və şərabçılıq sənayesi;

-  yüngül sənaye, o cümlədən toxuculuq və ipəkçilik;

-  tikinti materiallarının istehsalı və tikinti məmulatları sənayesi;

-  kimya sənayesi;

-  cihazqayırma sənayesi;

-  turizm sektoru;

-  elektroenergetika sektoru;

-  rabitə və İKT; “İnsan kapitalı”nın inkişafı ilə bağlı təhsil sektoru

Öz  növbəsində,  dövlət  proqramları  və  strategiyalarının  təhlili  onu  da  göstərir  ki,  hökumət  iqtisadi 

diversifikasiyaya aşağıdakılar sayəsində nail olmaq niyyətindədir:

-  qeyri-neft sektorunda idxalı əvəzləyən məhsul istehsalının genişləndirilməsi;

-  qeyri-neft  məhsullarının  ixracının  artırılması  və  qeyri-neft  sektorunda  ixracın  diversifikasiyasının  təmin

olunması;

-  ölkədə regional inkişafın təmin edilməsi, regionlar arasında tarazlı inkişafa nail olunması;

-  İKT-nin və qabaqcıl istehsal texnologiyalarının tətbiqi sayəsində rəqabətədavamlı və yüksək texnoloji məhsulların

istehsalı.

22

  Prezidentin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiqlənib



23

  Prezidentin 6 aprel 2010-cu il 838 saylı Sərəncamı ilə təsdiqlənib




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə