İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   2   3   4   5   6   7   8   9   ...   35

17

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

3.3. İqtisadiyyatın və ixracatın diversifikasiyası ilə əlaqədar rəsmi çıxışların xülasəsi

2003-2010-cu illərdə Azərbaycan Prezidenti İlham Əliyev rəsmi çıxışlarında dəfələrlə iqtisadi diversifikasiyanın 

önəmi və qeyri-neft sektorunun inkişafı məsələlərinə toxunub. Prezidentin çıxışlarının təhlili göstərir ki, 

burada iqtisadi diversifikasiya əsasən neft gəlirlərinin dövlət investisiya proqlamları vasitəsilə qeyri-neft 

sektoruna yatırılması ilə əlaqələndirilir:

-  Neft  sənayesindən  əldə  edilən  gəlirlərin  ağılla  və  böyük  səmərə  ilə  qeyri-neft  sektoruna  yatırılması  nəticəsində

Azərbaycanda kənd təsərrüfatı, tikinti, emal sektoru sürətlə inkişaf edir. Bu gün biz artıq ərzaq təhlükəsizliyinin

böyük hissəsini həll etmişik

24

.

-  Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli

iqtisadiyyat kimi özünü göstərə bilərdi

25

.

O biri tərəfdən iqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün dövlət investisiya proqramları ilə yanaşı 

özəl investisiyaların da artırılması mühüm hesab olunur və hökumətin özəl sektora kömək etməyə hazır 

olduğu qeyd olunur:



-  Biz bundan sonra da dövlət xətti ilə dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük

məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun

26

.

-  Şəxsən mən hökumətin yeni sənaye sahələrinin yaradılmasına birbaşa müdaxiləsinin tərəfdarı deyiləm. Biz bu işlər

üçün özəl sektora kömək göstərməliyik. Əgər hökumətin üzərinə müəyyən maliyyə öhdəliyi götürməsinə ehtiyac

olacaqsa, bunu edəcəyik. Lakin ölkənin qeyri-neft sahələri özəl sektor tərəfindən inkişaf etdirilməlidir və biz buna nail

olmağa çalışırıq

27

.

Daha bir maraqlı məqam odur ki, iqtisadi diversifikasiyaya nail olmaq üçün Prezident geniş sənaye inkişafı 

proqramının hazırlanmasının zəruri olduğunu qeyd edir: 

-  2006-cı  ildə  geniş  sənaye  inkişafı  proqramı  hazırlanmalıdır.  O  da  qeyri-neft  sektorunun  inkişafı  çərçivəsində

olmalıdır. Biz indidən gələcək sənaye inkişafımızı müəyyən etməliyik: hansı sahələr inkişaf etməlidir, hansı sahələrə

biz xaricdən investorları cəlb etməliyik, hansı sahələri özümüz işlətməliyik, sərmayələri haraya qoymalıyıq

28

.

Prezident öz çıxışlarında həmçinin büdcə gəlirlərinin artımına qeyri-neft sektoru hesabına nail olunmasını 

zəruri hesab edir və neft gəlirlərinin əsasən əmanət kimi saxlanılmasını vurğulayır: 

  -  Artıq  mən  hökumət  qarşısında,  Maliyyə  Nazirliyi  qarşısında  vəzifə  qoymuşam  ki,  gələn  ilin  büdcəsinin  əsas



parametrləri müəyyən edilsin. Gələn ilin büdcəsi də kəskin şəkildə artmalıdır. Buna imkan var və bu artım ilk növbədə

qeyri-neft sektorunun hesabına olmalıdır. Biz Neft Fondunda yığılan vəsaiti çox qənaətlə xərcləməliyik. Bunu xərcləmək

o qədər də çətin deyildir. Ancaq biz bunu bir əmanət kimi saxlamalıyıq. Ən önəmli, ən vacib məsələlərə yönəltməliyik

29

.

Bununla belə, Prezidentin çıxışlarında iqtisadi diversifikasiya bəzi hallarda məqsəd, bəzi hallarda isə artıq 

nail olunmuş bir məsələ kimi vurğulanır. Həmçinin öz çıxışlarında Prezident özəl sektor tərəfindən daha 

da böyük həcmdə investisiyalar qoyuluşuna şərait yaradılmasını vurğulasa da, 2006-cı ildən başlayaraq

24

  Əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasim, 5 noyabr 2009-cu il



25

  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin 

yekunlarına həsr olunmuş konfrans

26

  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin 



yekunlarına həsr olunmuş konfrans

27



 Prezident İlham Əliyevin ABŞ-ın “New York Times”, “Los Angeles Times” qəzetlərinin, “Bloomberg” İnformasiya 

Agentliyinin və “Dow Jones/CNBC” telekanalının müxbirlərinə müsahibəsi, 2005-ci il

28



 Prezidentin Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxışı, 31 yanvar 2006-cı il



29

 Prezidentin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 2-ci ilinə həsr olunmuş konfransda çıxışı, 17 



fevral 2006-cı il


18

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

hökumət əsas diqqətini neft gəlirlərinin dövlət investisiya proqramları vasitəsilə infrastruktur layihələrinə 

və tikinti-təmir işlərinə yatırmağa yönəldib. O biri tərəfdən, Prezident İ.Əliyev 2005-ci ildə sənaye inkişafı 

proqramının hazırlanmasının zəruri olduğunu bildirmişdir. Lakin buna baxmayaraq, həmin proqram hələ 

ki qəbul edilməyib. Bundan başqa, Prezident öz çıxışlarında vurğulayıb ki, büdcə gəlirlərinin artımı qeyri-

neft sektorunun hesabına olmalıdır, ARDNF-də yığılan vəsait çox qənaətlə xərclənməlidir və əmanət kimi 

saxlamalıyıq. Bununla belə, hər il ARDNF-dən dövlət büdcəsinə transferlərin həcmi artırılır və 2011-ci ildə 

büdcə gəlirlərinin 75%-i neft sektoru hesabına formalaşıb. 



3.4. İqtisadi diversifikasiyaya məsul institutlar

Nazirlər Kabineti Azərbaycan Konstitusiyasının 119-cu maddəsinə əsasən dövlət iqtisadi proqramlarının 

həyata  keçirilməsinə  və  iqtisadi  sahədə  fəaliyyət  göstərən  ali  icra  hakimiyyəti  orqanlarının  fəaliyyətinə 

rəhbərliyin  həyata  keçirilməsinə  bilavasitə  məsul  qurumdur.  Həmçinin  ölkədə  iqtisadi  diversifikasiyaya 

məsul qurumları 2 qrupa ayırmaq olar: a) İqtisadi siyasət alətləri (investisiya, kredit, vergi və s.) vasitəsilə iqtisadi



diversifikasiya siyasətini və stimullaşdırılmasını həyata keçirən orqanlar. Bura İqtisadi İnkişaf Nazirliyi, Milli Bank,

Vergilər  Nazirliyi  və  Dövlət  Gömrük  Komitəsi  kimi  qurumlar  daxildir;  b)  İqtisadiyyatın  qeyri-neft  sektorunun

inkişafına məsul olan sahə nazirlikləri. Bu qrupa isə Sənaye və Energetika, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya

Texnologiyaları, Mədəniyyət və Turizm nazirlikləri daxildir.

 İİN ölkədə iqtisadi siyasətin hazırlanmasına və həyata keçirilməsinə məsul olan başlıca ali icra hakimiyyəti 

qurumudur. Nazirliyin əsasnaməsinə görə, bu qurumun başlıca funksiyalarına aşağıdakılar daxildir:

·  ölkə iqtisadiyyatında struktur və innovasiya siyasətinin işləynib hazırlanması;

·  sahibkarlığın  inkişafı  və  sahibkarlığa  kömək  sahəsində  dövlət  siyasətinin  işlənib  hazırlanması  və  həyata

keçirilməsi;

·  ölkədə rəqabətin inkişafı və təşviqi sahəsində dövlət siyasətinin işlənib hazırlanması və reallaşdırılması;

Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində fəaliyyət göstərən başqa institutlar isə bunlardır:



1) SKMF hələ 1992-ci ildə ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək və onlara 

uzunmüddətli güzəştli kredit resursları təqdim məqsədilə yaradılmışdı. Lakin fond maliyyə çatışmazlığı 

səbəbindən normal fəaliyyət göstərə bilmirdi. 2002-ci ildə fondun fəaliyyəti yenidən canlandırıldı və 27 

avqust 2002-ci il tarixli Prezident fərmanı ilə fondun yeni əsasnaməsi təsdiq edilib. 

Əsasnaməyə görə, fondun başlıca məqsədi sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və 

əhalinin  işgüzarlıq  fəaliyyətinin  artırılmasına  kömək  göstərməkdən,  onlara  maliyyə  dəstəyi  verməkdən 

ibarətdir.  Fondun  əsas  funksiyalarına  hökumətin  sosial-iqtisadi  inkişafının  prioritetlərinə  uyğun 

sahibkarlıq  subyektlərinin  investisiya  layihələrini  maliyyələşdirmək,  sahibkarlıq  subyektlərinin  xarici 

iqtisadi fəaliyyətinin genişləndirilməsinə yardım etmək və ölkədə sahibkarlığın bazar infrastrukturlarının 

formalaşmasına  və  inkişafına  kömək  göstərmək  kimi  məsələlər  daxildir.  Hazırda  SKMF-nin  prioritet 

maliyyələşmə istiqamətləri kimi aşağıdakı sahələr çıxış edir: 

-  kənd təsərrüfatı məhsullarının intensiv istehsalı (xüsusilə də ətlik və südlük istiqamətli müasir cins iribuynuzlu

heyvandarlıq komplekslərinin, damazlıq təsərrüfatlarının yaradılması, ətlik və damazlıq istiqamətli müasir quşçuluq

təsərrüfatlarının yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması, intensiv bağçılıq, tingçilik,

tərəvəzçilik və toxumçuluq təsərrüfatlarının inkişaf etdirilməsi).

-  müasir texnologiyaların tətbiqi ilə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbar komplekslərinin

yaradılması;

-  rəqabətqabiliyyətli və ixracyönümlü yeyinti sənayesi məhsullarının istehsalı (xüsusilə də müasir meyvə və tərəvəz

məhsullarının  emalı  müəssisələrinin  yaradılması  və  ya  yeni  texnologiyaların  tətbiqi  ilə  yenidən  qurulması,



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə